Kənd meydanı, adətən, kəndlərin ortasında yerləşir və kəndarası daxili yolların çoxu bu-
rada qovuşurdu. Məscid, bazar, xırdavat və qəssab dükanları həmin meydanın ətrafında
yerləşirdi. Göründüyü kimi, yaşayış məskənlərinin daxili quruluşu, onların tərkib hissələri təkcə
məhəllə və fərdi həyətlərdən ibarət olmayıb, həmçinin, əhalinin sosial-iqtisadi həyatı ilə bağlı bir
sıra ictimai yerlər də əhatə edirdi.
Patronimiyanın mənəvi birliyi özünü nigah münasibətlərində də göstərirdi. Keçmişdə çox
vaxt cavanların qohum qruplar daxilində evlənməsinə, başqa sözlə, endoqam nigahlara üstünlük
verilirdi. Başqa nəsildən gətirilən gəlin «yad qızı» sayılır və o, böyük ailədə araya «kösöv
atır»dı.
45
Bununla yanaşı keçmişdə, Azərbaycanın şəhər və kəndlərində ekzoqam nigahlar da
geniş yayılmışdı. Elə zərb-məsələ çevrilmiş «yaxşını özgəyə verməzlər-heyifdir, pisi özgəyə
verməzlər-eyibdir» kəlamı bunu aydın göstərir.
Tədqiq edilən dövrdə təkcə Azərbaycan kəndləri deyil, həm də şəhərlər patronimik
məhəllələrə bölünmüşdü. Belə bir digər bölgü keçmişdə şəhərlərin idarə olunmasını da nisbətən
asanlaşdırırdı. Bakı, Gəncə, Şamaxı, Şuşa, Naxçıvan və digər iri şəhərlərin məhəllə bölgüsünü
xatırladan patronimik adlar indi də qalmaqdadır.
Əhalinin müxtəlif ictimai təbəqə və sosial qruplarının ayrı-ayrı məhəllələrdə
məskunlaşması, nəinki Azərbaycan, həmçinin, Ümumşərq səciyyəsi daşımışdır. Şəhər əhalisinin
məşğuliyyət növü, etnik və ya etnoqrafik qrup mənsubiyyəti, habelə onların məskunlaşma
mövqeyi və s. nəzərə alınaraq şəhər məhəllələri müxtəlif adlar daşımışdır. Məsələn, keçmişdə
Şamaxı şəhəri Ərəblər, Ərdəbilli, Dərəməhlə, Cilaməhlə, İmamlı, Ağçılar, Şeyxzahirli, Şeyxna-
mazlı, Sarı torpaqlı, Şapırlı, Yuxarı qala və b. adlar ilə on beş məhəlləyə bölünürdü.
46
Gəncə
şəhərində Ozanlar, Bağbanlar, Şərbaflar, Zərrabi, Toyuqçular və s. Nuxada (indiki Şəkidə)
Şərbaflar, Dabbaqlar, Duluzlar, Əfqanlar və s. məhəllələr mövcud olmuşdur.
47
Hər məhəllədə çox
vaxt ayrıca məhlə məscidi, hamam, mədrəsə və bu kimi ictimai və dini səciyyə daşıyan binalar
olurdu. Adətən, ictimai binalar, ya kompleks halında məhəllənin mərkəzi hissəsində, ya da onun
müxtəlif yerlərində ayrı-ayrılıqda yerləşirdi. Məhəllə məscidləri yalnız dini ayinlərin icra olunması
üçün deyil, eyni zamanda, bir sıra ictimai və mədəni tədbirlərin həyata keçirilməsi məqsədilə də
istifadə olunurdu. Buna uyğun olaraq, adətən, məscid məhəllənin hər tərəfi ilə əlaqəsi olan sahədə
yerləşir və onun qarşısında kiçik meydança olurdu. Meydança ətrafında məsciddən başqa bulaq,
hovuz, kölgəli ağaclar, bəzi hallarda isə mədrəsə binası yerləşirdi.
Məhəllə məscidləri, adətən, bu və ya digər məhəllənin adı ilə adlandırılırdı. Bu isə həmin
dini binaların təkcə şəhərin memarlıq simasının formalaşmasında deyil, həm də ümumən, ayrı-
ayrı məhəllələrin təşəkkülündə onların mühüm rol oynadığını göstərir. Məsələn, köhnə Bakının
«İçəri şəhər» adlanan hissəsində məhəllələrin, demək olar ki, hamısı bu və ya digər məscidin adı
ilə adlandırılırdı: Cümə məscidi məhəlləsi, Şah məscidi məhəlləsi, Məhəmmədyar məscidi
112
məhəlləsi, Hacı Qayib məscidi məhəlləsi, Hamamçılar məscidi məhəlləsi, Sınıqqala məscidi
məhəlləsi, Qasım bəy məscidi məhəlləsi, Böyük Qasım bəy məscidi məhəlləsi, Şıx İbrahim
məscidi məhəlləsi.
48
Bakının «Bayır şəhər» adlanan şəhristan hissəsində məhəllələrin meydana gəlməsində
yuxarıda göstərilən amillərin mühüm rol oynaması barədə H.Sarabski xüsusi olaraq bəhs edir. O,
Təzəpir məscidi məhəlləsinin burada ziyarətgahın meydana çıxması ilə, Hüseynqulu bulağı
məhəlləsini burada şirin (şit) sulu quyunun aşkar edilməsi ilə, Məhəmmədli məhəlləsinin
Bakının eyniadlı kəndindən maldar əhalinin burada məskunlaşması ilə, Palçıqlı məhəlləsinin bu-
radakı çökək çuxurda küçə sularının axıb lil-palçıq yaratması ilə, Kərpicbasan məhəlləsinin bu-
rada çiy kərpic kəsilməsi ilə bağlı adlandırıldığını xəbər verir.
49
Məhəllələrə çəkilən və bəzi hallarda yüksək memarlıq görkəmi ilə fərqlənən bulaqlar,
küçələrin yaşıllıq sahələri, daşdöşənməsi və başqa abadlıq tədbirləri şəhərlərin ümumi görkəmini
xeyli gözəlləşdirirdi. XIX əsrin sonlarında Şamaxının təsvirinə həsr edilmiş bir ədəbiyyatda
göstərilirdi ki, şəhər küçələri üzü hamarlanmış tavadaşlarla döşən- mişdir.
50