119
Orta əsrlərdə Azərbaycan şəhərlərində feodal
sarayları və əyanlara məxsus imarət
tipli
yaşayış binaları geniş yayılmışdı. Xalq memarlıq ənənələrindən bəhrələnən saray tipli binalar,
adətən, peşəkar bənna və memarların köməyi ilə inşa olunurdu. Azərbaycanda bu tip binaların
tikintisi
daş və
kərpic memarlığı
olmaqla, iki istiqamətdə inkişaf etmişdir.
Şirvan-Abşeron memarlıq mərkəzi daş tikililəri ilə səciyyələnirdi. Aran, Təbriz, Marağa
və Naxçıvan inşaat mərkəzləri isə kərpic memarlığı ilə diqqəti cəlb edirdi. Hər iki halda saray
kompleksinin memarlıq görkəminə, onun daxili və zahiri tərtibatına xüsusi diqqət yetirilirdi. Orta
əsrlərdə imarət tipli kərpic binaların
divar hörgüsündə kaşı üzlüklərdən istifadə olunduğu nəzərə
çarpır.
Feodalizm dövrünə xas olan səksəkəli, sərt həyat tərzinin tələblərinə uyğun yeni ev
tiplərindən biri də
qəsr olmuşdur. Qəsrlər, adətən, müdafiə üçün əlverişli ərazilərdə tikilməklə,
özlərinin uca və möhtəşəm müdafiə divarları ilə diqqəti cəlb edirdi. Qəsrlərin ətrafında çox vaxt
xəndək qazılır, bənd atılır, bürclü qala divarları çəkilirdi. Qəsrlər təkcə yaşayış məqsədi
güdməyib, həm də zaman keçdikcə tədricən dini, ictimai, təsərrüfat tikililəri və müdafiə
qurğuları ilə tamamlanaraq mürəkkəb memarlıq kompleksinə çevrilmişdir. Orta əsrlərdə
Azərbaycanda bir sıra qəsrlər: Bayıl qəsri (XIII əsr), Mərdəkan qəsri (XIII əsr),
Ramana qəsri
(XIV əsr) tikilmişdir. Son orta əsrlərdə artileriyanın inkişafı ilə əlaqədar qəsr tipli tikililər
özünün müdafiə əhəmiyyətini itirmiş, onun bir sıra memarlıq elementləri (bürc, mazğallı qala
divarları) dekorativ bəzək ünsürünə çevrilmişdir. Sonralar müdafiə qəsrləri şəhər və şəhərətrafı
möhtəşəm
saray kompleksləri ilə əvəz olunmuşdur.
Planlaşdırma baxımından feodal şəhərlərində yaşayış evlərinin müxtəlif tipləri
yaranmışdır. Bunların arasında islam dininin naməhrəmlik tələblərinə uyğun olan
əndərun-birun
tipli evlər xüsusi yer tuturdu. Belə evlərdə «qonaq otağı» və «məişət» bölmələri dal-qabaq
olmaqla, iki cərgədə planlaşdırılırdı.
Son orta əsrlərdə Azərbaycan şəhərlərində şəbəkəli
ev nümunələrinin
geniş yayılması
əlamətdar hala çevrilmişdir. Hakim zümrələr bu tip evlərin biri-birindən yaraşıqlı, mükəmməl
nümunələrini tikdirir, sanki, bu sahədə bir-biri ilə bəhsə girirdilər. Şəki xan sarayı,
Şəkixanovların evi, Qarabağda Pənahəli xanın sarayı, Əsədbəy və Xan qızı Xurşid banu
Natəvanın evləri xalq memarlarının yüksək bədii düşüncə və inşaat ustalığından soraq verir.
XIX əsrin sonları və XX əsrin əvvəllərindən başlayaraq ölkədə yaranan
mədəni-texniki
tərəqqi ilə əlaqədar olaraq, əhalinin sosial-məişət şəraitində baş verən irəliləyişlər ənənəvi ev
tiplərində bir sıra yeni elementlərin (ləmə, balaxana, tənəbi, eyvan, seyvan, aynabənd, külafirəngi,
mətbəx, dəhliz və b.) yaranmasına, beləliklə də yaşayış binasının kompleks halına düşməsinə
səbəb olmuşdur.
Azərbaycanda kapitalizmin inkişafı ilə əlaqədar olaraq, ev tikintisi sahəsində əlverişli
inşaat bazası yaranmışdır. Şəhər və qəsəbələrin ətrafında daş karxanaları, kərpic zavodları,
kirənc, əhəng, gəc, sement istehsalı müəssisələri yaranmış, dəmir yolu və su nəqliyyatının
inkişafı sayəsində ağac materialı təchizatı kökündən dəyişmişdi. Kapitalist cəmiyyətinin müxtəlif
sinfi təbəqə və sosial zümrələrinə, xüsusilə burjua – mülkədarlara (qolçomaqlara),
fəhlə və
kəndlilərə məxsus evlər təkcə memarlıq-plan quruluşuna və bəzək tərtibatına görə deyil, habelə
daxili sahmanına, avadanlığına, abadlığına, yaraşıqlı və işıqlı olmasına görə bir-birindən kəskin
surətdə fərqlənirdi. Kapitalist münasibətlərinin daha da dərinləşməsi və sosial təbəqələşmənin
güclənməsi yaşayış evlərinin, ümumi mənzərəsinə möhtəşəmlik bəxş etməklə yanaşı, yoxsulluq,
səfalət də gətirmişdir. Evlərin təkcə memarlıq quruluşu deyil, onların daxili sahmanı, avadanlıq
və məişət müxəlləfatı da sosial təbəqələrin iqtisadi tavanasına uyğyn olaraq bir-birindən
fərqlənirdi.
XX əsrin əvvəllində Bakı şəhərinin sürətlə böyüməsi və burada əhalinin artması ilə
əlaqədar olaraq, kirayə yolu ilə gəlir əldə etmək məqsədi ilə fərdi həyətlərdə və satınalma yolla
əldə olunmuş torpaq sahələrində müasir şəhər məişəti tələblərinə uyğun çoxmərtəbəli
mülk evləri
tikdirən sahibkarların sayı artmışdı.
Digər tərəfdən, milyonlar səltənətinə çevrilmiş neft şəhəri
olan Bakıda böyük sənaye sahibləri fəhlələr üçün ayrıca yaşayış qəsəbələri saldırır, «barak
» tipli
evlər tikdirməli olurdular. Normal məişət rahatlığından məhrum olan baraklardan ibarət bu sayaq
qəsəbələr, adətən, neft mədənlərinin yaxınlığında, çox vaxt isə onların aralarındakı neft-qaz