114
şaxta-borandan qorunmaq, istirahət etmək və s.) ödəməyə xidmət edən ən mühüm məişət vasitəsi
olmuşdur. İnsanın əməli fəaliyyətinin ilk məhsullarından olan yaşayış evləri və onların müxtəlif
tipoloji növləri məhsuldar qüvvələrin inkişaf səviyyəsi, təbii-coğrafi şərait, ictimai münasibətlər,
ailə formaları, təsərrüfat məişəti və cəmiyyətin, ümumən, sosial quruluşu ilə üzvi surətdə bağlı
olmuşdur.
Tarixi-etnoqrafik anlamda ev təbii və süni surətdə düzəldilmiş məişət sahəsi, sığınacaq
yeri olub, məhsuldar qüvvələrin sonrakı inkişafı nəticəsində çox böyük və mürəkkəb təkamül
yolu keçmişdir. Yerli inşaat materiallarından səmərəli istifadə etmək yolu ilə düzəldilmiş süni
tikililərdən ibarət olan müxtəlif ev tipləri təkcə insanları namünasib hava şəraitindən (soyuq,
şaxta, boran, qar, yağış, külək, qızmar günəş şüası və s.) mühafizə etmək və onların
təhlükəsizliyini qorumaq məqsədi güdməyib, həm də onların ən zəruri həyati ehtiyaclarını (qida
məhsulları ehtiyatını qoruyub saxlamaq, onları emal edib yeməli hala salmaq, yemək bişirmək,
çay-çörək yemək, yatmaq, dincəlmək və s.) təmin etmək məqsədi daşımışdır.
Məhsuldar qüvvələrin inkişafı ilə üzvi surətdə bağlı olan yaşayış evi cəmiyyətdə əmlak
bərabərsizliyinin yaranması və sosial təbəqələşmənin dərinləşməsindən sonra həm də sosial
göstəriciyə, özünün mükəmməl memarlıq görkəmi ilə nüfuz, şöhrət rəmzinə çevrilmişdir.
Azərbaycanda daş dövrü insanları yaşayış məqsədilə uzun müddət təbii
mağara, qayaaltı
oyuq və
qayalararası yarıqları özlərinə sığınacaq etmişlər. Yağmur və soyuq küləklərdən
qorunmaq üçün onlar daş, ağac şaxı, heyvan dərisi və vasitələrlə qayaarası yarıq və qayaaltı
oyuqların açıq sahələrini tutmaqla, sığınacaq yerində özlərinə məişət rahatlığı düzəltmişlər. Bütün
bu səylərin sayəsində ilk inşaat vərdişləri yaranmış, tikinti mədəniyyətinin ilk bəsit rüşeymləri
təşəkkül tapmağa başlamışdır. Sonralar ibtidai insan məskənləri çay vadiləri və yaşayış üçün
əlverişli digər münbit sahələrə yayıldıqca
daşqura, çim, möhrə ev, koma, dəyə və s.-dən ibarət ilk
bəsit ev tipləri meydana çıxmışdır.
Azıx mağarasının aşel dövrü mədəni təbəqəsindən aşkar edilmiş daşqura
divar qalığı
Azərbaycanda hörgü texnikasının çox qədim tarixə malik olduğunu göstərir. Daşqura hörgü
texnikasının meydana gəlməsi inşaat tarixində irəliyə doğru ilk mütərəqqi addım olub, hörgülü
divarın yaranmasına təkan vermişdir.
Dostları ilə paylaş: