Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə113/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   109   110   111   112   113   114   115   116   ...   194
Evlərin tipoloji təsnifatı.  Azərbaycan  ərazisində  qədim zamanlardan başlayaraq  əlaltı 
inşaat materiallarından səmərəli istifadə olunmaqla, öz dövrünün məişət tələblərinə cavab verən 
müxtəlif ev tipləri təşəkkül tapmışdır. Bunların çoxunu mükəmməl inşaat texnikasına malik olan 
və daimi səciyyə daşıyan hörgülü evlər, az bir hissəsini isə səyyar səciyyə daşıyan yüngül çubuq 
konstruksiyalı müvəqqəti ev tipləri təşkil edirdi. 
Mükəmməl memarlıq quruluşuna malik daimi (hörgülü) evlərin tək və çoxotaqlı olmaqla 
tarixən müxtəlif tipoloji növləri yaranmışdır. Bundan əlavə, daimi yaşayış evləri plan 
quruluşuna, yerləşmə  vəziyyətinə  və hündürlük səciyyəsinə görə  də bir-birindən fərqlənmişlər. 
Məhz buna görə  də tarixi təkamül nəticəsində daimi evlərin yeraltı  (kühül, qazma, gəmrə, 


 
116
pəyəbaşı, tövlə-səki, qaradam)  və yerüstü (zirzəmili, səkili, kürsülü, dəkkəlüstü və  mərtəbəli
olmaqla müxtəlif tipoloji növləri formalaşmışdır. 
Azərbaycanın ayrı-ayrı etnoqrafik bölgələrində əhalinin sosial-iqtisadi və mədəni-texniki 
səviyyəsinin müxtəlif olması üzündən ənənəvi ev tiplərinin xeyli qismi XIX əsrin sonu və XX 
əsrin əvvəllərinədək gəlib çatmışdır. 
Arxaik ev tiplərinin böyük qismi (kühül, qazma, daxma, daxal, daşqura, koma, kolux və 
s.) kənd, xüsusilə  də elat  məişəti ilə üzvi surətdə bağlı olub nəsli-qəbilə evləri kimi 
sabitləşmişdır. Bunlardan əlavə köçəbə elat məişəti çubuq-çətən konstruksiyalı  alaçıq  tipli ev 
nümunələrini də mühafizə edib zəmanəmizə çatdırmışdır. 
Kühül   tipli evlər çox qədim dövrdə qazma texnikasının meydana gəlməsi nəticəsində 
yaranmışdır. Böyük torpaq kütləsini çapıb kənara çıxarmaq üçün, ilk növbədə qazma 
texnikasının, xüsusilə də əmək alətlərinin təkmilləşməsi tələb olunurdu. Qədim tarixə malik olan 
kühüllərin bəzi nümunələri özlərinin yaşayış  və  təsərrüfat  əhəmiyyətini yaxın keçmişədək 
saxlamışdır. 
Mənşə etibarilə  təbii mağaralardan törəmiş kühüllər öz forma və quruluşunu da elə 
buradan götürmüşdür. Təbii maqara və suni kühüllərin tipoloji oxşarlığı da məhz buradan irəli 
gəlmişdir. Zaman keçdikcə məişət və təsərrüfat ehtiyaclarına müvafiq olaraq kühüllərin quruluşu 
daha da təkmilləşmişdir. 
Azərbaycanda kühüllərdən ibarət süni tipli yaşayış  və  təsərrüfat tikililəri Qobustan 
yaylasında və Kiçik Qafqazda (Zəngəzur, Laçın, Minkənd, Qaladərəsi, Mişni) zəmanəmizə qədər 
gəlib çatmışdır.
58
 Qobustanda kühüllərin düzbucaqlı  və girdə olmaqla iki forması qeydə 
alınmışdır.
59
 
Oturaq həyata keçilməsi ilə əlaqədar olaraq ev tipləri daha da inkişaf edib təkmilləşmiş və 
onların müxtəlif tipoloji növləri yaranmışdır. Tikinti işində yeni-yeni inşaat materiallarından 
istifadə olunması evlərin yeni tiplərinin yaranması ilə  nəticələnmişdir. Neolit və Eneolit 
dövründə yaşayış evlərində möhrə və daş (çaydaşı, laydaşı, dənizdaşı, kötürdaş) ilə yanaşı, çiy 
kərpic  tətbiq olunmağa başlanmışdır. Evlərin divarına içəridən və çöldən samanqatışıq palçıq 
mala ilə suvaq çəkmək ənənəsi də məhz bu dövrdə meydana çıxmışdır. Azərbaycanda hörgülü 
divarlara malik daş, möhrə, kərpic evlər hələ neolit dövründə meydana gəlsə  də, onların geniş 
yayılması Eneolit dövrünə təsadüf edir. 
Daimi səciyyə daşıyan hörgülü evlər istehsal təsərrüfatının yaranması ilə bağlı olub 
patriarxal ailə icmalarına məxsus idi. Arxeoloji araşdırmalardan anlaşıldığı kimi, Eneolit 
qəbilələri bir-birinin yanında planlaşdırılmış  təkotaqlı, nadir hallarda isə ikibölməli evlərdə 
yaşayırdılar. Qəbilələr tez-tez təcavüzə məruz qaldıqlarından ailə icmalarına məxsus evlərin və 
təsərrüfat tikililərinin bir-birinin yanında və ya yaxınlığında tikilməsi  ənənə halını almışdı. 
Azərbaycan ərazisində Eneolit dövrünə aid aşkar olunmuş çoxtəbəqəli yaşayış yerləri məhz bu 
cür sıx məskunlaşmanın nəticəsində yaranmışdır. Kür və Araz çayları vadilərində məhz bu cür 
dördkünc, yaxud dairəvi planda tikilmiş möhrə və ya kərpic evlər geniş yayılmışdır. Belə evlərin 
ən tipik nümunələrinə Urmiya gölü ətrafında, Naxçıvan, Mil-Muğan, Qarabağ, Gəncə-Qazax 
abidələrində təsadüf olunur.
60
 
Tunc dövründə Azərbaycanın dağlıq rayonlarının təbii ehtiyatlarının təsərrüfat cəhətdən 
mənimsənilməsi sayəsində bu ərazilərdə məskunlaşmanın xeyli sürətləndiyi nəzərə çarpır. Məhz 
bunun nəticəsində maldar əhaliyə aid edilən meqalit (yun. medas – böyük, litos – daş) tikililər: 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin