Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti


Təsərrüfat tikililəri və məişət qurğuları



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə116/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   112   113   114   115   116   117   118   119   ...   194
Təsərrüfat tikililəri və məişət qurğuları 
Azərbaycan  əhalisinin çoxsahəli təsərrüfat məşğuliyyəti (əkinçilik, bağçılıq, bostançılıq, 
maldarlıq, quşçuluq, ovçuluq, balıqçılıq, ev peşəsi və  sənət istehsalı) tarixən burada bir sıra 
təsərrüfat binaları  və  məişət qurğularının yaranmasını labüd etmişdir. Böyük əksəriyyəti 
zəmanəmizədək gəlib çatmış  həmin tikililər  əhalinin məşğuliyyət sahələrinə müvafiq olaraq 
müxtəlif səciyyə daşımışdır. Ona görə də həmin tikililəri tipoloji cəhətdən təsnif etmək üçün ilk 
növbədə onları  məşğuliyyət növləri üzrə qruplaşdırmaq tələb olunur. Bu baxımdan  əkinçilik, 
maldarlıq  sənət istehsalı ilə bağlı tikililərin zəngin tipoloji növləri yaranmışdır.. 
Əkinçilik və bağçılıq məşğuliyyəti ilə bağlı yaranmış yardımçı  təsərrüfat tikililərinin bir 
qismi (anbar, quraqlıq, taxtaban, təndirxana, kümxana və s.) universal səciyyə daşımaqla həm 
kənd, həm də şəhər əhalisinin ev məişəti üçün səciyyəvi tikililər sayılır. 
Bu qəbildən olan təsərrüfat və məişət tikililərinin bir qismi sırf məhəlli səciyyə daşımışdır. 
Məsələn, Naxçıvan diyarında geniş yayılmış «təndirəsər», «qəfəxana», «yandamı», yaxud 
Lənkəran və Muğan bölgələri üçün səciyyəvi olmuş «ləmə» (talvar) yardımçı  məişət 
tikililərindən sayılırdı.  
Bu cür məhəlli səciyyə daşıyan məişət qurğularından biri də Alazan vadisində «daqqa», 
Quba-Xaçmazda «god» adı ilə  bəlli olan yoğun kötükdən düzəldilən  taxıl çəlləyi olmuşdur. 
Azərbaycanın bəzi bölgələrində buna «dəbbə» də deyilirdi. Çəlləyin bu növü başlıca olaraq 
meşəiçi və meşəətrafı  kəndlərdə geniş yayılmışdır. Vaxtılə taxıl saxlamaq məqsədi ilə istifadə 
olunan «səbət anbar» da məhəlli səciyyə daşımaqla, meşəətrafı  kəndlərdə geniş yayılmışdır. 
Bunun əksinə olaraq, taxıl, un saxlamaq məqsədi ilə düzəldilən «kəndi» (gil anbar), əsasən, ağac 
materiallarından korluq çəkən aran kəndlərində  təsadüf edilirdi. Bütün bu faktlar göstərir ki, 
Azərbaycan əhalisi ayrı-ayrı məskunlaşma bölgələrində mövcud olan əlaltı xammal növlərindən 
bacarıqla istifadə edərək, özlərinə müvafiq məişət vasitələri düzəltmişdir. Elə  ənənəvi maddi 
mədəniyyət örnəklərinin tipoloji zənginliyini şərtləndirən ümdə amillərdən biri də məhz buradan 
irəli gəlmişdir. 
Azərbaycanın bəzi bölgələrində yaşayış evlərində kiçik otaqlardan birini mətbəx kimi 
ayırmaq  ənənə halını almışdı. Xörək-çörək bişirilən mətbəxin yaşayış otağından ayrılması 
ənənəvi inşaat mədəniyyəti tarixində mühüm mədəni irəliləyiş sayılırdı. Xörək və digər 
bişmişlərin qoxusunu mənzilin digər yerləşgələrindən təcrid etməyə imkan verən mətbəx 
Abşeronda «suaxan», Naxçıvan bölgəsində isə «qəfəxana» adlanırdı. 
Keçmişdə yaşayış evlərinin bir sıra bölmələrindən (dəhliz, çardaq, dərəncə, pilləkan 
qəfəsəsi, balaxana  və s.) yardımçı  məişət və  təsərrüfat yerləşgəsi kimi istifadə olunurdu. Bu 
cəhətdən xüsusilə çatma çardaqlı damlar mühüm təsərrüfat əhəmiyyəti kəsb etmişdir. Həyətyanı 
sahədə ayrıca  kümxana tikmək imkanı olmayanlar evin çardağından kümxana kimi istifadə 
edirdilər. Görünür, dəkkəlüstü çardaq növünün yaranması da məhz bu zərurətdən irəli gəlmişdir. 
Çatma çardağları damın kənarları boyunca quraşdırılmış dəkkələr üzərində qurmaqla, onun maili 
ətəklərinin tutumlu hala salınmasına və beləliklə də ondan səmərəli şəkildə istifadə edilməsinə 
şərait yaradılmışdır. Yeri gəlmişkən qeyd edək ki, evin banından  ərzaq saxlamaq və ya orada 
barama becərmək məqsədi ilə istifadə etmək üçün ikisinəli («şilvərli») çardaqlar daha sərfəli 
sayılırdı. Şilvərli çardağın kəllələri çox vaxt «şeşxana» adlanan daş və ya kərpic  hörgülü divar
yaxud çubuqdan hörülmə  çəpərə ilə tutulub tutumlu hala salınırdı. Hətta bu məqsədlə,  şilvərli 
çardaqların  ətəyini qapalı hala salmaq lazım gəlirdi. Bunun üçün dəkkəl və ya daqqaların 
aralarında qalmış «cinik» adlanan boşluqlar elastik çubuqla hörülüb tutulurdu. Bəzən isə şilvərli 
çardaq dəkkəl (daqqa) üzərində deyil, evin yastı dam örtüyündən sonra onun yan (arxa və ön) 
divarları üzərində boyvəboy hörülüb qaldırılmış «yanxana» adlanan daş  və ya kərpic bari 
üstündə qurulurdu. Bu halda şilvərli bana işıq düşmək üçün hər 1,5-2 m-dən bir olmaqla, 
yanxana divarlarında «gözmək» adlanan bacasayağı balaca pəncərələr qoyulurdu. Bütün bunlar 
şilvərli banın təsərrüfat və məişət əhəmiyyətini artırırdı.  
Naxçıvan və Abşeron bölgələrində yastı damlı evlərin üstündə məişət və təsərrüfat bölməsi 
kimi işlənən balaxana tikilirdi. Bundan fərqli olaraq, Muganda həmin məqsədlə yaşayış binasının 


 
121
arxasında tikilmiş kiçik artırma, həmçinin, eyni adla «balaxana» adlanırdı. Muğan kəndlərində 
təsərrüfat məqsədi ilə yaşayış evinin yan tərəfində «qulaban» adlanan artırma, evin qənşərində 
isə «qulangəriş» adı ilə bəlli olan eyvan düzəldilməsi ənənə halını almışdı. 
Quba bölgəsində ikimərtəbəli evlərin üst mərtəbəsinin döşəmə millərinin divardan kənara 
çıxan uclarının köməyi ilə tikilmiş «papaq» adlanan quraqlıq yenə  də  təsərrüfat məqsədi 
daşıyırdı. Buraya odun, kömür, ağac materialı yığır, minik atı bağlayır, araba saxlayırdılar. 
Yaşayış evlərinin daxilində  səliqə-sahman yaratmaq, paltar-palaz, yorğan-döşək, qab-
qacaq, saxlanc boxça, mücrü və s. kimi ev ləvazimatını yığıb saxlamaq üçün müxtəlif növ divar 
açrımları: (camaxatan, taxça, dolab (xaxra), rəf (ləmə), çıraqdan, sərdan və s. düzəldilməsi 
ənənəyə çevrilmişdi. 
Arxaik ev tipləri olan kühül, qaradam (xaçkəran), qazma (gəmrə) üçün səciyyəvi təsərrüfat 
qurğularından biri də taxıl quyusu idi. Taxıl quyusu sucar olmayan dağətəyi kəndlərdə daha 
geniş yayılmışdır.  
Ehtiyat taxıl tədarükü üçün bəzi kəndlərdə «xum» adlanan böyük küplərdən də istifadə 
edənlər olmuşdur. Vaxtilə belə küplərdə ölkənin xristian əhalisi  şərab saxlamışdır. Qax 
rayonunda məskunlaşmış xristian ingiloyların həyətlərində basdırılmış bu cür böyük şərab 
küplərinə indi də təsadüf edilməkdədir. 
Əkinçilik və bağçılıq məşğuliyyəti ilə bağlı bir sıra  əlavə  təsərrüfat tikililəri də 
yaranmışdır. Çox vaxt yaşayış evindən bir qədər aralıda tikilən bu tip tikililərin bir qismi 
(quraqlıq, anbar, tağtaban, təndirxana, əl damı, «alma» və s.) zəmanəmizədək qalmaqdadır.  
Əkinçilik və bağçılıqla bağlı tikililər ayrıca tikilməkdən  əlavə, həm də onlara yaşayış 
evinin tərkib hissəsi kimi təsadüf edirdi. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin