122
anbarın oturacağı qurulurdu. Bunun sayəsində onun yerini dəyişdirmək mümkün olurdu.
Yarmaçaların üzərinə 10 sm qalınlığında ağac mıx ilə 3 ədəd palıd zabagı bərkidilirdi.
Zabaqların kənarı «kankeş» adlanan rəndə ilə rəndələnib bir-birinə kip otuzdurulurdu. Sonra
oturacağın kənarı boyunca bir-birindən 10-15 sm aralı olmaqla, deşiklər açıb oraya fındıq
çubuqları keçirirdilər. Anbarın ortası xaşal olsun deyə, deşiklər bir qədər çölə doğru maili
vəziyyətdə bərkidilirdi. Nisbətən yoğun olan qabırğa çubuqlarının araları nazik fındıq şüvülləri
ilə hörülür, yarıya çatanda anbarın ağzı tədricən yığılıb daraldılırdı. Anbarın başı açılmasın deyə,
bir cüt çubuğu bir-birinə dolayandan sonra qabırğa çubuqlarının belinə fırladırdılar. Sonra anbar
sarı torpaqdan tutulmuş samanqatışıq palçıq mala ilə suvanırdı. Suvağa, adətən, sünbül qılçığı və
ya saman püfəsi qatırdılar. Suvaq quruyandan sonra «singir» adlanan ağ gillə anbarı şirləyirdilər.
Yerli əhalinin nəzərincə, singirdən hazırlanmış ağ şir bərəkət rəmzi sayılaraq «pak»
hesab
edilirdi.
Hörmə anbara çəltikdən başqa digər dənli bitkilərin hamısı, o cümlədən, un yığılırdı. Qalın
yığıldıqda hərarət nəticəsində qıcqırma verdiyindən çəltiyi anbara və ya başqa dərin qaba tökmək
olmurdu. Məlum olduğu kimi, çəltik payızda yığıldığından kifayət qədər qurumayıb nəm qalırdı.
Azərbaycanın əksər bölgələrində geniş yayılmış taxta anbar Şəki-Zaqatala bölgəsində
«saqan» adı ilə tanınırdı.
Taxta anbar (saqan), bir qayda olaraq, tam verməyən qovaq, söyüd və ya qarağacdan
hazırlanmış əldəyonulma taxtalardan düzəldilirdi. Onun uzunu 2-3 m, eni 1 m, dərinliyi 1,2-1,5
m-ə çatırdı. Üstü düz olub baca ilə tamamlanan
taxta anbardan fərqli olaraq, saqana açılıb-
örtülən maili qapaq düzəldilirdi. Saqanın taxtaları onun dayaqlarına əvvəllər çiv vasitəsi ilə
deşib-keçirtmə üsulu ilə, sonralar isə papaqlı mismarla bərkidilirdi. Saqandan fərqli olaraq taxta
anbarın aşağı hissəsində siyirmə qapağa malik «dənlik» düzəldilirdi.
God tipoloji cəhətdən anbarın xüsusi növü olub meşə qovağının gövdəsinin kökə yaxın
hissəsindən içaçan xüsusi isgənə ilə yonulub düzəldilirdi. Godun bir başına qovaq, palıd və ya
narrat ağacından yonulmuş taxta qapaq vurulurdu. Onun ağzına, həmçinin, taxta qapaq
düzəldilirdi. Ərzaq məhsullarını daha yaxşı saxladığından tumluq buğda, mərci, noxud və s. çox
vaxt godda saxlanılırdı. Godun aşağı hissəsində dəni çıxartmaq üçün qapaqlı «dənlik»
düzəldirdilər.
Kəndi mal peyini qatılmış gildən hazırlanırdı.
Onu hissə-hissə, hər dəfə bir qarış
hündürlüyündə hörüb qaldırırdılar. Bir qayda olaraq, kəndini qadınlar düzəldirdi. Onun
hündürlüyü orta boylu adama boy verə biləcək qədər olurdu. Ölçüsündən (böyük-kiçikliyindən)
asılı olaraq, kəndinin diametri 60-70 sm-dən 1m-ə qədr olurdu. Kəndi düzbucaqlı (oval) və girdə
olmaqla iki formada hazırlanırdı. Əksər hallarda o, təndirsayağı girdə düzəldilirdi. Kəndinin ağzı
dibinə nisbətən bir qədər daralırdı. Onun divarı 7-8 sm qalınlığında olurdu. Bu məqsədlə kül
səpilmiş sahədə mal peyini qatılmış gil kütləsini «bad» və ya «zobalaq» adlanan loğana halına
salandan sonra onları bir-birinin üzərinə yapışdırırdılar.
Bir qayda olaraq, kəndi nəm tutmayan quraq yerdə düzəldilirdi. Kəndi hissə-hissə
hazırlanıb başa çatandan sonra bir ay müddətində öz dəmində qurudulurdu.
Kəndi tamam
quruyandan sonra onun içəri və çöl üzü, əvvəlcə narın saman qatılmış sarı gil ilə, sonra isə ağ gil
(singir) ilə şirlənirdi. Bununla da, mal peyini qatışığı hazırlanmış kəndi paklanmış olur və onda
bərəkət rəmzi sayılan taxıl, yarma, un saxlanılırdı. Kəndidə, adətən, buğda, arpa və darıdan
əlavə, həm də noxud, mərci, un saxlayırdılar. Un kəndisi hər il şirlənirdi.
Keçmişdə hər bir kəndli ailəsi müəyyən qədər ev quşları: toyuq, hindquşu, qaz, ördək
saxlayırdı. Buna münasib də fərdi həyətlərdə «hin» adlanan kiçik damça düzəldilirdi.
«Alma». Alma-armudu uzun
müddət salamat saxlamaq üçün, adətən, həyətin «eşiyə»
bitişik sahəsində xüsusi meyvə çalası düzəldilirdi. Meyvəni həmin çalaya yığıb üzərini hərarət
verməyən qıjı ilə örtür və üstünü torpaqlayırdılar. El arasında,xüsusilə, bağçılığın inkişaf etdiyi
bölgələrdə bu «alma» adlanırdı.
Dostları ilə paylaş: