133
Naxçıvan geyim dəstində üst tumanı xeyli qısa olduğundan buna müvafiq olaraq, «şəltə»
adlanan alt tumanı da nisbətən qısa biçilib tikilirmiş. Gen balaqlı olmasına baxmayaraq, şəltənin
paçasına əlavə «miyança» tikilirdi.
Ermənistan azərbaycanlıları arasında da alt tumanı «şəltə» adı ilə bəlli olmuşdur. Lakin
İrəvanda geyinilən «şəltə» Naxçıvan şəltəsinə nisbətən, xeyli uzun olmuşdur. Burada şəltə, bir
qayda olaraq, üst tumanından, təxminən dörd barmaq enində qısa tikilərmiş.
Muğan qadınlarının alt bel geyimi Şirvan bölgəsində olduğu kimi, «dizlik» adlanırdı.
49
Maraqlı haldır ki, İrəvan və Naxçıvan bölgəsində, habelə Şimal-Şərqi Azərbaycanda dizlik
«işdan» adı ilə qeydə alınmışdır. Bu sözün etimoloji mənası mənşə etibarı qədim türkcə «iç
don», «iş ton» sözlərindən olub, rusların «ştanı» sözü ilə oxşarlıq təşkil edir.
50
Ara tumanı.
İlin fəsillərindən asılı olaraq, müxtəlif bölgələrdə sayı artıb birdən ona qədər
çatan ara tumanı biçim üsulu və tikilişinə görə üst tumanından o qədər də fərqlənmirdi. Üst
tumanına nisbətən o, qısa biçilir və az bəzəkli olurdu. Digər tərəfdən ortabab və kasıb ailəlidə
çox vaxt köhnəlmiş üst tumanı ara tumanı yerinə geyilirdi.
Şalvar. Əməli əhəmiyyət kəsb edən və rahat geyim növü olan şalvar mütəhərrik elat
məişətinə müvafiq həyati ehtiyacdan yaranmışdır. Köçəbə məişət tərzinin minik nəqliyyatı ilə
bağlı olması bu geyim tipini zəruri etmişdi. Bu mənada qadın şalvarı köçəri məişət tərzinə
məxsus geyim növü sayılır.
51
Elat qadınları ənənə olaraq, darbalaq şalvarın üstündən mütləq
tuman geyərmişlər.
Tumanın uzun ətəyi hərəkətə mane olmasın deyə, elat qadınları, adətən, onun dal ətəyini
paçanın arasından yuxarı çəkib nifənin qabaq tərəfinə sancırdılar. Beləliklə, gen tuman iki balaq
şəklinə düşürdü.
52
Keçmişdə Şirvan qadınları, xüsusilə padarlar «cütbalaq» adlanan və hər balağı
beş-altı taxtadan ibarət biçilmiş bu cür şalvar geyinərmişlər.
53
Muğanda da cütbalağı ən çox elat qadınları geyərmişlər. Bu da onların yenə minik
vasitələrindən çox istifadə etməsi ilə əlaqədar olmuşdur.
Azərbaycan Dövlət Tarix Muzeyində bir neçə dəst qadın alt geyimi mühafizə
edilməkdədir.
54
Qarabağ bölgəsinə aid olan alt köynəyin uzunluğu 54 sm, qolunun (e.f.3231) uzunluğu 62
sm olub gövdəsi «qatlama» üsulu ilə biçildiyindən çiyinləri tikişsizdir. Qollarının üstündə bəzək
məqsədi güdən xırda qırçınlar vardır. Qoltuq altına əlavə «xişdək» qoyulmuşdur. Köynəyin
yanlarında 8 sm hündürlüyündə «peş» adlanan çapıq vardır. Qollarının ağzı və yaxa kəsiyi
boyunca bafta tikilmişdir. Bütün bu ünsürləri tipoloji cəhətdən onu üst köynəyinə yaxınlaşdırır.
Çox güman ki, onu ara köynəyi kimi geymişlər.
Gəncə bölgəsinə aid olan digər bir alt köynəyi (e.f.7979) qanovuzdan tikilmişdir. Onun
gövdəsinin uzunluğu 70 sm, qolunun uzunluğu 65 sm-dir. Qolları düz biçilib, çiyni tikişsizdir.
Qollarının altına «xişdək» tikilib. Boynu bafta ilə bəzədilmişdir.
Şəki qadınlarına aid olan başqa bir alt köynəyi /e.f.5891/ isə yenə də qanovuzdan
tikilmişdir. Biçim etibarı ilə o, Gəncə köynəyini xatırladır. Qatlama üsulu ilə biçildiyindən çiyini
tikişsiz olub, qol altına yenə də «xişdək» tikilmişdir. Alt köynəyinin bahalı ipək parçadan
tikilməsi faktı bir daha onun varlı kübar qadınlara məxsus olduğunu xəbər verir.
Dostları ilə paylaş: