145
Quba, Borçalı, Qazax və Şəmşəddin arxalıqları bir-birinə çox bənzəsə də, ətəyinin geniş və
uzun biçimi ilə digər bölgələrə məxsus arxalıqlardan xeyli fərqlənirdi. Bu qrup arxalıqların uzun
ətəyinin ön taylarında çox vaxt yarıq qoyulurdu. Bu da onların qatlanıb qurşağa ilişdirilməsinə
xidmət edirdi. Bu arxalıqların qolları düz və uzun biçilməklə, qolağzı «qolçaq»la tamamlanırdı.
Qolçaqlar biləkdə düymə ilə bağlanırdı. Mülayim havalarda arxalıq üst libası kimi sərbəst
geyilirdi.
Soyuq havalarda çuxanın altından geynilən arxalığın uzun ətəyini iş görən zaman qatlayıb
kəmərə sancarmışlar.
Döşlük (içlik)
yaxası bağlı, qolsuz, əyinə kip tikilmiş geyim növü olub soyuq vaxtlarda
köynəyin üstündən, arxalığın altından geyinilirdi. Döşlüyə ən çox İrəvan azərbaycanlılarının
geyim dəstində rast gəlinir. Çox vaxt qədəkdən tikilən döşlüyün sağ çiyini yarıq olarmış. Rahat
geyinmək və soyuğu buraxmamaq üçün döşlüyün sağ çiynində 3-4 ədəd ilgək-düymə
düzəldilirdi.
Azərbaycanın digər bölgələrində bu geyim növünü «canlıq» («işdik») əvəz edirdi. Bunları,
əsasən,
ara geyimi kimi geyirdilər.
Canlıq. Bəzi bölgələrdə buna «işdik», «içlik», «sırıqlı» da deyilirdi. Astarlı biçilib tikilən
içliyin içərisinə yun döşəməklə, ara qatı ilə birgə sırımışlar. Mövsümi səciyyəli isti geyim növü
olub, qolsuz və qabağı açıq tikilirdi. Kasıb ailələrdə çox vaxt o, kürkü əvəz edirdi. Bu geyim
növündən, əsasən, çöl-bayır libası kimi, həm də üstündən arxalıq geyinməklə istifadə edirdilər.
Dostları ilə paylaş: