Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə134/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   130   131   132   133   134   135   136   137   ...   194
Hörmə köynəkQışda kişilər bəzən canlıq əvəzinə «hörmə köynək» adlanan və metal mil 
vasitəsilə hazırlanmış yun köynək geyirdilər. Keçmişdə nişanlı  qızlar çox vaxt toyqabağı öz 
adaxlılarına yun köynək hörərdilər. 
Qurşaq – XIX əsr kişi geyim komplektində mühüm yer tutan qurşaq imkandan asılı olaraq, 
müxtəlif növ parça materialından düzəldilirdi. İrəvan azərbaycanlıla- rının geyim dəstində eni 62 
sm, uzunu 242 sm olan qırmızı  rəngli, ağ-qara çiçəkli çitdən qatlanmış qurşaq mühüm yer 
tutmuşdur.
74
 Qurşağın qatlarından, adətən, cib kimi istifadə olunurdu. Keçmişdə  ağ  və digər 
yekrəng qurşaqlar daha geniş yayılmışdı. Lazım gələndə ondan süfrə, örtük, kəfən kimi də 
istifadə edərmişlər.  
Bir qayda olaraq, arxalıq sərbəst halda geyildikdə onun belinə, adətən, qurşaq bağlanardı. 
Keçmiş  məişətdə xüsusilə ipək və ya keci qurşaq dəb olmuşdur. Abşeron kəndlərində  və Bakı 
şəhərində varlı kişilər belləkinə  dəvə yunundan toxunma «dügürd» parçadan qurşaq 
bağlayarmışlar. «Dügürd qurşaq» həm də  ənənəvi geyim dəstində sosial zümrə  fərqlərinin 
mühüm göstəricilərindən biri idi. Əyninə mahud paltar (şalvar, köynək, arxalıq, çuxa) geyən, 
başına sür papaq qoyan, ayaqlarına sağrı başmaq, yaxud «qunclu» uzunboğaz çəkmə geyən 
kişilər bellərinə, adətən, dügürd qurşaq bağlayardılar. 
Qurşaq, xüsusilə ruhani şəxslər, tacir, baqqal, arşınmalçı və b. arasında geniş yayılmışdı. 
Kəmər (təkbənd, toqqa, qayış). Kasıblar, adətən, təkbənd əvəzinə arxalığın belinə toqqa və 
ya qayış, varlı kişilər isə qızıl və ya gümüş təkbənd bağlayardılar. Bu mənada təkbənd bir növ 
ictimai zümrələr arasında sosial fərqin göstəricisinə çevrilmişdir. Kəmər çox vaxt arxalığın 
bəzən də çuxanın belinə bağlanar, qılınc və ya xəncəri asmaq üçün əməli məqsəd güdərmiş. 
Şalvar (nifəli şalvar) kəmərbəstə üst geyimi olmaqla, forma və biçim etibarı ilə dizlikdən o 
qədər də fərqlənmirdi. Dizlik kimi o, da iki balaqdan, miyança və nifədən ibarət biçilib tikilirdi. 
Bunların arasında  əsas fərq parça materialında nəzərə çarpırdı. Bu məqsədlə mahud, birrəng 
ipək,  şal parçalardan istifadə edilirdi. Şalvarın başı, bir qayda olaraq, başqa parçadan nifəli 
tikilirdi. Nifənin arxa və qabaq tərəfindən «bağ yeri» qoyulurdu. Ona görə də «nifə»li şalvarı hər 
iki tərəfinə geymək olurdu. Bu isə onun tez dağılıb korlanmasının qarşısını almaqla istifadə 
müddətini uzatmağa imkan verirdi. 
Fiziki işlə  məşğul olanlar şalvarın balağını corabın boğazına salır və üstündən  dolaq  ilə 
sarıyırdılar. Başmaq geyən kişilərin şalvarının balaqları sərbəst buraxılırdı. 
Çuxa.  Soyuq havalarda arxalığın üstündən, adətən, çuxa geyinilirdi. Çuxa çox vaxt evdə 
toxunma «əl  şalı»ndan və ya mahuddan tikilirdi. Çuxanın mənşə etibarilə orta əsrlərdə türk 
xalqları arasında geniş yayılmış «cübbə» və ya «bürmə»dən törədiyi güman olunur.  Biçim 


 
 
146
üsuluna görə, çuxanın üç tipoloji növü zəmanəmizə gəlib çatmışdır. 
Birinci qrup çuxaların qabaq «taxta»ları birbaşa bütöv biçilir, kürək və yanları «kəsmə» 
ətəklə tamamlanırdı. Bu qəbildən olan çuxaların ətəyinin yan və arxa tayları bir neçə «kah»dan 
biçilib sıx büzmələnirdi. Kahlı çuxanın yaxasının sağ  və sol tayları bir-birinə çatmayıb aralı 
qalırdı. Bu tip çuxaların qolu oyma formada gövdəyə birləşməklə, çox uzun, həm də altı yarıq 
olurdu. Bu səbəbdən də, el arasında o, çox vaxt «atmaqol çuxa» adlanırdı.  
İkinci tip çuxaların gövdəsi biçim etibarı ilə «atmaqol» çuxalardan seçilmirdi. Qolunun 
enli, düz və biləyə qədər uzanması və yarıqsız olması ilə fərqlənirdi. Bu tipdən olan çuxaların 
bəzilərinin döşünün hər iki tayında vəznələr qoyulurdu. Ona görə  də el arasında o, «vəznəli 
çuxa» adlanırdı. Vəznəsiz çuxaların «düz» biçilmiş yaxası açıq qalırdı. 
Üçüncü tip çuxalar əvvəlkilərdən kürək biçimi, qolunun aşağıya doğru genəlməsi və dik 
boyunluğa malik olması ilə fərqlənirdi. Bu qəbildən olan çuxaların digər fərqli xüsusiyyəti qabaq 
tərəfdə beldən çəkilib bağlanması idi. Çox vaxt bu çuxaların da sinəsinə vəznə tikilirdi. 
Ənənəvi çuxa növlərinin müqayisəsi göstərir ki, biçim üsuluna görə onlar bir-birinə yaxın 
olmuşlar  
«Atmaqol» çuxaların hamısının gövdəsinin qabaq qanadları  ətəklə birlikdə, boyvəboy 
bütöv biçilirdi. Arxada və yanlarda ona xırda və  sıx qırçınlanmış  əlavə  «ətək» birləşdirilirdi. 
Bakı, Şuşa, Quba çuxalarında qolların forması eyni olub, əlavə «qolçaq» ilə bitirdi. «Qolçaqlı» 
çuxaların qolağzı demək olar ki, əlin üstünü bütünlüklə örtürdü.  
Qazax çuxalarının qol kəsiyi düz və ya oval formada olub biləyə doğru xeyli genişlənirdi. 
Ön tərəfdə çuxa beş ədəd düymə ilə düymələnirdi. Bu çuxaların gövdəsinin yaxa kəsiyi üçbucaq 
şəkilli olub, sinəsi vəznə ilə bəzədilirdi. 
Gəncə çuxası digər çuxalardan yaxa kəsiyinə görə  fərqlənirdi. Onun boyun hissəsi 3 sm 
hündürlüyündə dik boyunluqla əhatə olunurdu. Çuxanın bel kəsiyinə qədər yaxasının kənarına 2 
sm enində  əlavə «köbə» tikilirdi. Təzətoylu gənclərin «bəy çuxası», adətən, ağ  rəngdə olurdu. 
Qız evindən oğlan evinə göndərilən hədiyyələr arasında mütləq bu cür ağ çuxa olması ənənəyə 
çevrilmişdi. 
Ruhani  şəxslər  əyinlərinə çuxa əvəzinə  «əba», «qəba», dərvişlər isə «xirqə» geyərdilər. 
Orta əsrlərdə «bürmə» adlanan və monqol işğalları dövrünün xələtini xatırladan uzun ətəkli üst 
geyimi də xeyli müddət dəbdə olmuşdur.  
Kürk. Kişi üst geyimi sayılan kürk isti libas növü olub soyuq vaxtlarda geyilirdi. Aşılanmış 
qoyun dərisindən tikilən kürk xüsusilə maldar elatların məişətində mühüm yer tutulmuşdur. 
Biçim üsuluna görə, kürkün «kaval» və «geymə» olmaqla, iki tipoloji növünə təsadüf olunur.  
9-10 qoyun dərisindən biçilib tikilən kaval kürkün dekorativ qolları topuğa qədər uzun 
olub əməli məqsəd güdmürdü. Zəvvar və çarvadarlar səfər zamanı ondan həm də yatacaq kimi 
istifadə edirdilər. 
Kaval kurk, əsasən, çiyinə alınırdı. Keçmişdə Xorasan və  Ərdəbildə hazırlanan kürklər 
geniş şöhrət qazanmışdı.
75
 Azərbaycanın qərb bölgələrində ona «sallama», yaxud «salma» kürk 
də deyilirdi. Keçmişdə imkanlı ailələrdə kürk əvəzinə isti libas növü kimi bəzən  «xəz-əzəmi» 
geyənlər də olurdu.  
XIX əsrin sonunda təkcə Salyanda kürk istehsalı ilə 35 nəfər sənətkar məşğul olurdu.
76
  
Bəzəkli görünmək üçün imkanlı kişilərin kürkü müxtəlif tikmə növləri ilə  bəzədilərmiş. 
Keçmişdə kürk ən qiymətli hədiyyə kimi görkəmli  şəxslərə bağışlanar, yaxud hədiyyə 
göndərilərmiş. 
Yapıncı peşə səciyyəli geyim növü olub, maldarlıqla məşğul olan elat əhalisi arasında geniş 
yayılmışdı. Yapıncı  təpmə (basma) üsulu ilə «həllac» adlanan peşəkar sənətkarlar tərəfindən 
hazırlanırdı. Yapıncının «saçaqlı» və «saçaqsız» olmaqla, iki tipoloji növü dəbdə olmuşdur. 
Saçaqlı yapıncı satınalma yolu ilə əldə olunur, saçaqsız yapıncı isə sifarişlə kəndbəkənd gəzən 
həllaclara düzəltdirilərmiş. 
Qədim dövrlərdən bəlli olan yapıncıya əvvəllər «kəpənək» də deyilirdi. Muğan bölgəsində 
yapıncının geyilmə tərzi nəzərə alınaraq o, «bürünmə» adlanırdı.
77
 Yapıncının qola geyilən növü 
Naxçıvan və Dərələyəzdə «xıllıx» adlanırdı. 


 
 
147
Çopoz. Azərbaycanın şimal-qərb bölgəsində geniş yayılmış və kürkü əvəz edən isti geyim 
növü olmaq etibari ilə çopoz saya keçədən düzəldilirdi. Yarım qollu çopozu kasıblar qışda əyinə 
geyirdilər. Çiyinə atılan yapıncıdan fərqli olaraq çopoz xıllıx sayağı əyinə geyilirdi. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin