155
«sırğa», «tana» («tənə»), «guşvarə» və s. kimi sinonim istilahlarla geniş yayılmış bu bəzək
növünün tipoloji cəhətdən müxtəlif çeşidləri yaranmışdır. Azərbaycanda ən qədim sırğa
nümunəsi qədim Mingəçevirdən, tunc dövrünə aid kurqandan tapılmışdır.
95
Erkən orta əsr abidəsi olan Dədə-Qorqud dastanlarında sırğa «küpə» («altun küpə») adı ilə
təqdim olunmuşdur.
96
Həm
də dastandan bəlli olduğu kimi, altun küpəni təkcə qadınlar deyil,
adlı-sanlı kişilər də qulaqlarına taxırmışlar. Azərbaycanın bir sıra bölgələrində əziz-xələf oğlan
uşaqlarının qulağının bir tayına «heydəri» sırğa taxmaq adəti yaxın keçmişədək davam etmişdir.
Sırğanın zaman-zaman forma və quruluş etibarı ilə çoxsaylı tipoloji növləri yaranmışdır.
Onların bir qismi zəmanəmizədək gəlib çatmışdır. Bunların arasında «piyalə-zəng», «satıl»,
«şarlı» («lolo»), «minarə», «badamı», «gilası», «üçdüymə», «dörddüymə», «beşdüymə»,
«qırxdüymə» sırğalar, habelə «halqa» və «asmalı» sırğa və s. hələ də dəbdən düşməmişdir.
Bəzən, sırğaların üzərinə qiymətli daş-qaş əlavə etməklə zənginləşdirilir və beləliklə də
məmulatın dəfinə dəyəri artırılırdı. Bunlardan fərqli olaraq, «minarə» sırğanın ətəyi silsiləli
düzəldilməklə, bir növ «piyalə-zəng»i xatırladırdı.
Boyun-sinə (yaxa) bəzəkləri müxtəlif materiallardan (qızıl, gümüş, ləl-cavahirat, şüşə,
mərcan, kəhraba və s.) düzəldilməklə, müxtəlif növ boyunbağılarla təmsil olunurdu.
Azərbaycanın bəzi bölgələrində boyunbağı «xirtdəklik», «boğazlıq», «yaxalıq», «imarət» də
adlanırdı. Bu istilahlar
sinonim kimi işlənsə də, vahid tipoloji qrup təşkil edən həmin bəzək
növləri hazırlandığı materialın səciyyəsinə, quruluş və formasına görə müəyyən qədər fərqli
xüsusiyətlərə malik idi. Bu baxımdan Naxçıvan
bölgəsi üçün səciyyəvi olan çəçik və
qarabatdaq
tipoloji cəhətdən digər boyun bəzəklərindən seçilirdi.
Ənənəvi boyun bəzəklərinin ən qədim növü
muncuq boyunbağı olmuşdur. Müxtəlif
materiallardan (mirvari, inci, mərcan, brilyant,
rəngli şüşə, balıqqulağı və s.) hazırlanan muncuq
düzümləri ilə yanaşı, qızıldan düzəldilmiş «arpa», «hil», yaxud «gülpərək» boyunbağlar da
dəbdə olmuşdur. «Səddə» adlanan mirvari boyunbağı 9-10 cərgə topa muncuq düzümündən
ibarət hazırlanırdı. Çox vaxt şəddə bir cüt «arpa» və ya «hil» muncuq vasitəsilə tamamlanırdı.
İstehsal texnologiyasının spesifik səciyyə daşıması səbəbindən muncuq boyunbağılarının
hazırlanması ilə cavahirsazlar məşğul olurdular.
Zərgər dükanlarında hazırlanan zinət məmulatları arasında qızıl
boyunbağılar tipoloji
zənginliyinə görə xüsusilə fərqlənirdi. Forma, quruluş və nəqş xüsusiyyətlərinə görə seçilən qızıl
boyunbağıların
həmail, heykəl (Quba, Şamaxı, Şəki),
aypərək (Qazax),
hil, arpa (Bakı),
aralıq
(Şuşa, Şəki, Şirvan, Gəncə),
çəçik, qarabatdaq (Naxçıvan),
xirtdəklik (Cəncə, Naxçıvan) və s.
olmaqla müxtəlif tipoloji növləri qeydə alınmışdır.
Həndəsi və astar motivli nəqş ünsürləri ilə zəngin olan aralığın ayrı-ayrı zərgərlik
mərkəzlərində fərqli adlarla bəlli olan «ay-ulduz», «şəms», «qüttə» («qübbə»), «paxlava» və s.
kimi növləri təşəkkül tapmışdır.
Qızıl boyunbağıların
sikkə düzümündən ibarət tərtib olunmuş tipoloji növləri ayrıca bir
qrup təşkil edirdi. Həm də sikkə boyunbağılar müxtəlif ölkələrə məxsus qızıl
və gümüş pullardan
düzəldildiyindən fərqli adlarla tanınırdı. «Bacaqlı», «imperial», «əşrəfi» boyunbağı, yaxud
«məjdiyyə» (məcidiyyə) yaxalıq bu qəbildən olan boyun-yaxa zinətlərinə daxil idi.
Çox vaxt boyun və yaxa (sinə) bəzəkləri bir-birini əvəz edib tamamlayırdı. «Arpa»
boyunbağının arasına bəzən zəngin nəqşlərlə bəzədilmiş dairəvi bəzək ünsürü, yaxud 6 və ya 8
guşəli ulduz, onun altına isə aypara bənd edilirdi.
97
«Həmail» çox vaxt daş-qaşla, xüsusilə də zümrüd və ya zəbərcədlə bəzədilib yaraşıqlı hala
salınırdı.
Zərgərlik sənətində o, çox vaxt «zəbərcəd həmail» aldlanırdı. Yaqut, inci, brilyantla
bəzədilmiş həmaili çox vaxt qızıl qarmaqla arxalıq və ya ləbbadənin çiyinlərinə bənd edirdilər.
Bəzən həmailin ətəyi 4 cərgə qızıl sikkə ilə tərtib olunub tamamlanırdı. Həmailin bu növü
Dostları ilə paylaş: