Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə139/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   135   136   137   138   139   140   141   142   ...   194
Zinətlər.  Ənənəvi bəzəklər arasında peşəkar zərgər və gümüşbənd ustalar tərəfindən 
hazırlanan zinət əşyaları başlıca yer tutmuşdur.  
Azərbaycanda zinət istehsalının tarixi çox qədim zamanlara gedib çıxır.  
Arxeoloji abidələrdən (Mingəçevir, Yaloylutəpə, Xocalı, Qəbələ, Xınıslı,  İsmayıllı, 
Qaratəpə və s.) aşkar edilmiş qiymətli bəzək məmulatları Azərbaycan ərazisində zinət istehsalına 
çox qədim zamanlarda başlandığını söyləməyə  əsas verir. Mingəçevir və Xosalıdan tapılmış 3 
min il bundan əvvələ aid bəzəkli tunc kəmər, Ziviyə mahalından aşkar edimis e.ə. YII əsrə aid 
qızıl döşlük ənənəvi zərgərlik sənətinin nadir nümunələri olub ölkəmizdə zinət istehsalının incə 
zövq və yüksək bədii səviyyəyə çatmış məhəlli mərkəzlərindən soraq verir. 
Antik dövrdə ellinizm ənənələrinə söykənən Azərbaycan zərgərliyi uğurla davam 
etdirilmişdir. Erkən orta əsrlərdə feodal münasibətlərinin inkişafı, qızıl və gümüş sikkələrin 
ticarət dövriyyəsinə geniş surətdə daxil edilməsi zinət istehsalının sonrakı inkişafına  əlverişli 
zəmin yaratmışdır. 
Yurdumuzun qədim sakinləri mədəni tərəqqinin ilk çağlarından etibarən rəngbərəng xırda 
daş, diş, sümük, balıqqulağı  və s. əşyalardan bəzək məqsədi ilə istifadə etməyə başlamışlar. 
Onlar bu xoşa gəlimli təbii materiallardan muncuq düzümləri hazırlayıb boyun, qulaq, bilək, 


 
 
152
topuqlarını bəzəmiş, yaraşıqlı görünməyə çalışmışlar. Azərbaycan  ərazisində aparılan arxeoloji 
qazıntılar zamanı müxtəlif materifllardan düzəldilmiş xeyli muncuq aşkar edilmişdir. 
Erkən metal dövrü abidələrindən başlayaraq muncuq və pilək (pərək) tipli bəzək növlərinin 
mis və tuncdan düzəldildiyi nəzərə çarpır. Qızıl və gümüşün istehsal xüsusiyyətlərinin 
mənimsənilməsindən sonra bəzək  əşyalarının hazırlanması zinət istehsalı  səciyyəsi kəsb 
etmişdir. Bununla da spesifik istehsal texnologiyasına malik olan zərgərlik sənətinin tarixi 
başlanmışdır. Arxeoloji abidələrdən aşkar olunmuş qızıl və gümüş sırğa, üzük, bilərzik, qolbağ, 
çələng, tac, sancaq, boyunbağı, silsilə, düymə, toqqa, müxtəlif növ asma və  bəndləmə  bəzək 
növləri (pilək, pərək) əsrlər boyu insan məişətini bəzəyib süsləmişdir.  
Zəmanəmizədək  ənənəvi zinət istehsalının  döymə, çaxmaqəlib (qəlibkarlıq),  qarasavad, 
minalama  (minasazlıq),  aynalama  (pardaxlama),  çaxma (xatəmkarlıq),  şəbəkə  (torlama, 
həddələmə) və s. olmaqla olduqca zəngin texnoloji üsulları  gəlib çatmışdır. Adları  çəkilən 
texniki üsulların hər birinin özünəməxsus tətbiq sahəsi və məmulat növü yaranmışdır. Qarasavad 
ən çox gümüşkarlıqda tətbiq olunurdu. Soyuq silahların (qılınc, xəncər, qəmə, behbud və s.) qını, 
yaxud dəstəyi, odlu silahların qundağının gümüş bəzəkləri çox vaxt qarasavad üsulu ilə işlənib 
yaraşıqlı hala salınırdı. Yaxud sırğa, bilərzik, üzük, kəmər toqqası  və s. zinət növlərinin 
hazırlanmasında çox vaxt şəbəkə üsulundan istifadə olunurdu. Xatəmkarlıq üsulu ilə  xəncər, 
qılınc qını, onların ağac və ya sümük dəstəyi, habelə müxtəlif növ ev avadanlıqları bəzədilirdi. 
Minasazlıq üsulu ilə  qızıl və ya gümüş zinətlərin üzərində oyulmuş  rəsm və ya naxışların içi 
mina maddəsi ilə doldurulandan sonra bişirilib bərkidilirdi. Bu texniki üsul ən çox xəncər və 
qılınc qınının, sırğa, bilərzik və s. zinət növlərinin bəzədilməsində tətbiq olunurdu. 
Bütün bunlardan əlavə, bir sıra  ənənəvi zinət növlərinin bəzədilib yaraşıqlı hala 
salınmasında ləl-cəvahiratdan (inci, mirvari, kəhraba, sədəf, almaz, yaqut, əqiq, brilyant və s.-
dən) istifadə edilmişdir. Ona görə də ənənəvi zərgərlik sənətində cavahirsazlıq çox vaxt müstəqil 
peşə növü kimi fəaliyyət göstərirdi. 
Zinət istehsalı sahəsində orta əsrlərdən başlanan sənətdaxili ixtisaslaşma XIX əsrdə də davam 
etmişdir. Məhz bunun sayəsində zinət istehsalı  zərgərlik, gümüşbəndlik    cəvahirsazlıq olmaqla, 
müxtəlif ixtisas sahələrinə ayrılmışdır. Hətta zərgərlər arasında  minasaz,  şəbəkəçi  (toplamaçı), 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin