Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə136/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   132   133   134   135   136   137   138   139   ...   194
Ayaq geyimləri.  XIX  əsr kişi ayaq geyimləri  əvvəllər olduğu kimi, yenə  də yun corab, 
badış, dolaq, patava, onun üstündən geyinilən çarıq, başmaq, nəleyin, uzunboğaz çəkmə, çust, 
məst və s.-dən ibarət idi. 
Ənənəvi ayaq geyimləri materialına və hazırlanma üsuluna görə, gön və  dəridən tikilmiş 
ayaqqabı və hörmə-toxuma məmulatı (corab, badış, dolaq, patava, ayaq şalı) olmaqla, tipoloji 
cəhətdən iki qismə bölünür. Keçmişdə Azərbaycanın bütün bölgələrində bunların hər birinə 
təsadüf olunurdu. 
Corab. Hörmə ayaq geyimlərinin ən kütləvi növü olmaq etibarı ilə corab həm şəhər, həm 
kənd, həm də elat əhalisi arasında geniş yayılmışdı. Onu hər bir ailədə qadınlar özləri 
toxuyurdular. Corab, adətən, müxtəlif rənglərə boyanmış yun iplə, bəzən isə keci və ya ipliklə, 
«mil» adlanan 5 ədəd xüsusi corab iynəsi ilə hörülürdü.  
Kasıblar çox vaxt onu öz təbii rəngində, boyaqsız ip və ya iplikdən hörərdilər.  Əhalinin 
tavanalı hissəsi həm gündəlikdə, həm də toy-düyündə naxışlı corab geyinərdi. 
 Corablar  naxışların səciyyəsinə, burun və daban çıxıntısının formasına,  ən nəhayət, 
boğazının uzun, yaxud qısa, boğmalı və ya boğmasız toxunmasına görə bir-birindən fərqlənirdi. 
Adətən, corab naxışları al-əlvan boyalı iplərdən hörülməklə, çox vaxt hər bir bölgənin xalça 
naxışlarının bəzək elementlərini təkrar edirdi. Bu cəhətdən kişi corabları qadın corablarından o 
qədər də seçilmirdi. Kişilər, xüsusilə kənd yerlərində təsərrüfat işləri ilə məşğul olanlar şalvarın 
balağını bir qayda olaraq, corabın boğazının altına salıb, üstündən «dolama» üsulu ilə xüsusi 
corab ipi bağlayıb bərkidirdilər. 
Badış. Keçmişdə çöl-təsərrüfat işləri ilə məşğul olan kişilər soyuq vaxtlarda, xüsusilə qış 
aylarında corabdan əlavə, baldırlarına topuqdan yuxarı olmaqla, «badış» adlanan, al-əlvan rəngli 
iplərlə hörülmüş boğazlıq geyərdilər. Corabın boğaz hissəsini xatırladan badış «ayaqsız» olub 
nisbətən gen hörülürdü. Elat kişiləri çox vaxt onu patavanın üstündən geyirdilər. Bu məqsədlə 
ayağa dolanmış patavanın ucunu topuqdan yuxarı baldıra sarıyandan sonra, açılmamaq üçün 
onun üstündən badış geyirdilər. Şalvarın balağı, yaxud patavanın dolağı badışın altına salınandan 
sonra onun üstündən «badış bağı» dolayıb bağlayırdılar. 
Dolaq. Çox vaxt keci sapdan, bəzən isə yalınqat nazik yun ipdən toxunan dolaq (eni 10 sm, 
uzunu 1,5 m) topuqdan yuxarı baldıra dolanmaqla, badış  əvəzinə  şalvarın balağını bükülü 
vəziyyətdə sabit saxlayırdı. Dolağın sarğısı açılmamaq üçün onun ucuna bənd edilmiş uzun 
«dolaq bağı» ilə üstü sarınırdı. 
Patava. Maldarlıqla məşğul olan elat əhalisi üçün səciyyəvi ayaq geyimi sayılan patava bir 
çərək (15-18 sm) eni və 2 m-ə qədər uzunu olan yun parça (şal) zolağından ibarət olurdu. Onu 
qadınlar yer hanasında, çox vaxt isə ipin təbii öz rəngində (boz, qonur, qara) toxuyurdular. 
Patava corabı  əvəz etdiyindən onu ayağın ucundan başlayıb baldıradək xüsusi qaydada 
dolayandan sonra üzərindən «patava bağı» ilə bağlayırdılar. 
Dolaq kimi, patava da kənd əhalisi arasında daha geniş yayılmışdı. Ayağa və baldıra kip 
sarınmaları səbəbindən çöl təsərrüfat işləri üçün onların rolu xüsusilə böyük idi. 
Ayaq  şalı.  Hazırlanma üsulu, forma və ölçülərinə görə, tipoloji cəhətdən patavanı 
xatırladan ayaq şalı yenə  də yer hanasında, lakin ondan bir qədər enli (20 sm) və qalın 
toxunurdu. Patavadan fərqli olaraq, ayaq şalı ikiqat, hətta bəzən üçqat bükdərilmiş ipdən 
toxunmaqla, sırf mövsümi səciyyə daşıyan kişi ayaq geyimi sayılırdı. Bilavasitə ayağa dolanan 
patavadan fərqli olaraq, onu ayaqqabının üstündən dolayırdılar. Şaxtalı havalarda çöl-təsərrüfat 


 
 
149
işlərini görmək üçün evdən bayıra çıxan zaman ayağa su keçib soyuq olmasın deyə, çarığın 
üstündən mütləq ayaq şalı sarıyırdılar. 
Şətəl.  Şəhər məişəti üçün daha səciyyəvi ayaq geyimi olan şətəl bir qayda olaraq, evdə 
geyinilirdi.  Şətəl boğazsız hörülmüş corabı xatırladırdı. Lakin corabdan fərqli olaraq, onun alt 
hissəsi xeyli qalın hörülürdü. Bəzən  şətəlin istifadə müddətini uzatmaq üçün onun altına 
tumacdan əlavə «altlıq» tikilirdi. 
Məlum olduğu kimi, keçmişdə Azərbaycanın bir sıra bölgələrində, o cümlədən  şəhər 
məişətində evə ayaqqabı ilə daxil olmaq qəbahət sayılırdı. Hətta bu məqsədlə eyvanda, yaxud 
evin kandarında «başmaq çıxan» adlanan xüsusi yer düzəldilirdi. Ailə üzvləri, yaxud qonaq evə 
daxil olmaq üçün toz-torpaq bulaşmış ayaqqabını soyunub şətəl geyinirdi. Yalnız bundan sonra 
onlar xalça-palaz döşənmiş təmiz otağa keçə bilirdi. Azərbaycanda bu adət indi də qalmaqdadır. 
Bundan  əlavə, Alazan vadisində  şətəlin uzun boğazlı yun corabı xatırladan  əlahiddə bir 
növünə  də  təsadüf edilmişdir. Altlıqlı keçi qəzilindən hörülən  şətəli çox vaxt çəkmə  əvəzinə 
geyirdilər. 
ÇarıqKişi ayaq geyimlərinin ən qədim və geniş yayılmış kütləvi növü olmaq etibarı ilə 
çarıq daha çox kənd, xüsusilə  də elat əhalisi üçün səciyyəvi ayaq geyimi sayılırdı.  Əvvəllər 
olduğu kimi, XIX əsrdə  də çarıq həm  xam,  həm də  aşılı göndən tikilirdi. Kasıblar bir qayda 
olaraq, onu xam göndən tikib geyinərdilər. 
Çarıq,  əsasən, iribuynuzlu heyvanların,  ən çox isə  sığır gönündən tikilirdi. Sığır gönü 
camış gönündən nazik olsa da, ona nisbətən daha qaim, möhkəm və bu səbəbdən də davamlı 
olurdu. Yeri gəldikdə camış, at, dəvə, hətta uzunqulaq gönündən də çarıq tikənlər olurdu. At 
gönü ən çox aşılanmış halda istifadə olunurdu. Aşılı gönün keyfiyyət etibarı ilə ən yüksək növü 
sayılan sağrı məhz at gönündən, xüsusilə onun «sağrı» hissəsindən hazırlanırdı. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin