144
tamamlanırdı. Onların beldə saxlanma tərzi də eyni olmuşdur. Onların hər ikisi nifəyə keçirilmiş
tumanbağı (belbağı, şalabənd, xoncar) vasitəsilə beldən bağlanırdı. Dizlik yalnız parça
materialının növünə və rənginə görə şalvardan fərqlənirdi.
Dizlik, adətən, hər kəsin imkanından asılı olaraq ağ, bez, bəzən çit, sətin, şilə, qədək və s.
kimi pambıq parça növlərindən tikilirdi. Onun balaqlarının arası «paça»
yerinə qədər müstəqil
tikildikdən sonra baş hissədə bir-birinə bitişdirilirdi.
Dizliyin balaqları trapez formada olub aşağı getdikcə nazilirdi. Bu səbəbdən də onun
balaqlarının ayağında iç tərəfdən 10-15 sm ölçüdə «yarıq» qoyulurdu. Əməli məqsəd daşıyan
həmin yarıqlar həm dizliyin geyinib-soyunmasını asanlaşdırır, həm də soyuq havanın bədənə
daxil olmasına mane olurdu. Bu məqsədlə yarıqların hər iki qulağına qaytan tikir və həmin
qaytanlar vasitəsilə onu baldıra kip bağlayırdılar.
Dizliyin paçasına, bir qayda olaraq, əlavə
miyança qoyulurdu. Bəzi bölgələrdə buna
«kəlööz», «ağ», yaxud «narvan» da deyilirdi.
Azərbaycanın ayrı-ayrı etnoqrafik bölgələrində miyançanın müxtəlif formalarına təsadüf
olunur. Bunların arasında kvadrat və romb şəkilli miyança növü çoxluq təşkil edirdi. Bəzi
etnoqrafik bölgələrdə miyança nifəyə çatacaq qədər böyük ölçüdə biçilirdi. Bu halda miyançanı
iki qatlayıb trapez formasında biçirdilər.
Dizliyin «boy yeri» adlanan baş hissəsi yarıqsız (bütöv) tikildiyindən onu hər iki tərəfinə
geyə bilirdilər. Bu hal dizliyin istifadə müddətinin uzanmasına imkan verirdi.
Dizliyi beldə saxlamaq üçün onun başına 10-15 sm enində ayrıca
nifə tikilirdi. Onun həm
qabaq, həm də arxa tərəfində xüsusi «bağ yeri» qoyulurdu.
Dostları ilə paylaş: