140
bərkidilirdi. Daha sonra onların üstündən əlavə daha bir iri yaylıq örtülürdü.
Belə mürəkkəb quruluşlu bağlama baş geyimlərindən fərqli olaraq, şəhər qadınları arasında
başa iki yaylıq örtmək dəb halını almışdı. Hətta imkanlı ailələrdə alt yaylığını çox vaxt araxçın
əvəz edirdi.
Qaşbənd. Naxçıvanda kasıb qadınlar başlarına «qaşbənd» adlanan
çarqat bağlayandan
sonra onun üstündən kələğayı örtürdülər. Qaşbənd, adətən, hər iki ucunda qarmaq olan
«boğazaltı» vasitəsi ilə başa bərkidilirdi. Qaşbəndin üstündən bağlanan kələğayı və ya saçaqlı
ipək yaylıq (örpək) qıyqacı qatlanıb, ortası başın təpəsinə düşmək şərtilə, ucları qoşalaşdırılırdı.
Kələğayı və ya yaylığın sağ ucu qulaqdan aşağı hissədə kiçik «qat» əmələ gətirməklə, sol çiyinin
üstündən geri aşırılırdı. Bu halda burun altından onun əmələ gətirdiyi «qat»
yaşmaq məqsədi
daşıyırdı. Örpəyin sol ucu geri qayıtmaqla, sağ ucun mövqeyini möhkəmlədir və onu dayanıqlı
edirdi. Bu məqsədlə də örpəyin sol ucu sağ çiyindən geri çəkiləndən sonra yenidən önə
qaytarılırdı.
İmkanlı, kübar ailələrdə bəzəkli
araxçın və ya
başlığın üstündən bağlanan yaylıq xüsusi
baş sancağı vasitəsilə ona bəndlənib bərkidilirdi. Çox vaxt boğaza ayrıca yaylıq dolayırdılar.
Bəzən onu qızıl boğazaltının asma silsilələri ilə əvəz edib örtürdülər. Bu halda başlıq və ya
araxçına bərkidilmiş zərif örpəyin ucları sərbəst halda arxaya tərəf atılırdı.
Şəkidə
tülü üstündən örtülmüş kələğayı sürüşməsin deyə, onun üstündən «baş bağı»
adlanan xüsusi
bağ bağlanırdı.
Dingə. Azərbaycanın qərb bölgəsinə məxsus baş geyimləri (təsək, araxçın, çalma) arasında
dingə xüsusi yer tutmuşdur. Dingə üzüm tənəyi və ya iydə çubuğundan düzəldilmiş «çənbər»
üzərinə xüsusi qaydada şal və ya qalın ipək örpək sarımaqla düzəldilərmiş. Dingədən fərqli
olaraq,
çalma təsəyin (araxçının) üzərinə sarınarmış.
Kiçik ölçülü
örpəklər, o cümlədən
yaylıq, cuna, ləçək, qaşbənd və s. nazik pambıq parça
və ya ipəkdən bəzəkli, yaxud bəzəksiz olmaqla, saçları bir yerə yığıb sabit saxlamaqdan əlavə,
bunların üstündən geyinilən qiymətli baş geyimlərini tərdən qorumaq məqsədi güdürdü.
Dördkünc formalı baş örpəkləri qıyqacı qatlanıb alının qabaq tərəfindən başa dolanır, sonra
ucları arxada, saçın altından keçirilərək çarpaz halında qarşı-qarşıya gətirilir və düyünlənirdi.
Yuxarıda sadalanan baş geyimləri saçı yad nəzərdən, başı isə soyuq və ya istidən mühafizə
edir, yaxud onların sürüşüb düşməsinin qarşısını almaq kimi əməli məqsədlər daşıyırdı.
Şal (baş şalı). Qadın baş geyimləri arasında
yun şal mühüm yer tutmuşdur. Bununla
yanaşı, varlı qadınlar «xara şal», hətta o dövrdə məşhur olan Kəşmirdən gətirilmə «kəşmiri şal»
örtərmişlər.
Şalın bu növü bayatılarımızda da öz əksini tapmışdır:
«Kəşmiri şalın ollam, üzündə xalın ollam»
64
Kənd qadınları baş şalından həm də «bel şalı» kimi istifadə edirdilər. Soyuq vaxtlarda belə
kip dolanmış şalın ara qatları əməli məqsəd daşımaqla onlardan cib kimi istifadə edilirdi.
Ləçək. İmkansız, kasıb ailədən olan qadınlar başlarına güllü
ləçək bağlamaqla
kifayətlənirdilər.
Örpək. Qızlar və gənc qadınlar, adətən, başlarına ağ rəngli
örpək örtərdilər. Örpəyin
müxtəlif rəng çalarları mövcud olmuşdur. Qara rəngli baş örpəyi keçmişdə, əsasən, yas
mərasimlərində örtülərmiş.
65
Dostları ilə paylaş: