Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə127/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   123   124   125   126   127   128   129   130   ...   194
Arxalıq (don). Astarlı çiyin geyimi olub, əsasən, tirmə, tafta, məxmər, atlaz, xara, zərxara 


 
 
136
kimi bahalı parçalardan tikilirdi. Lakin kasıb qadınların arxalığı ucuz pambıq parçalardan da 
tikilərmiş. 
Kübar qadınların arxalıqlarının yaxasına, bir qayda olaraq, qızıl və ya gümüşdən çaxma-
qəlib üsulu ilə düzəltdirilmiş «qoza» düymələr tikilirdi. Arxalığın yaxasına düzülmüş bu böyük 
ölçülü düymə düzümü daha çox dekorativ bəzək məqsədi güdürdü. 
Azərbaycanın şərq bölgələrində qadın arxalığı «don» adı ilə bəlli olmuşdur. Bel kəsiyinin 
formasına, yaxa və ətəyinin səciyyəsinə görə, qadın arxalıqları bir-birindən ayrılırdı. 
Şəki, Bakı qadınları «qolçaq»lı arxalıq (don) geyərdilər. Bu qrupa məxsus arxalıqların qolu 
çox vaxt dirsəyə  qədər düz biçilib tikilir, dirsəkdən başlayaraq ona qondarma qolçaq əlavə 
olunurdu. Qondarma qolçaq əməli əhəmiyyət kəsb etməyib bəzək məqsədi daşıyırdı. Bir qayda 
olaraq, qolçaq lazım gələndə «baharı» adlanan yarımqol arxalığa əlavə edilirdi. 
Qarabağ və Gəncə qadınlarının arxalığı «nilufər» və ya «yelpazə» adlanan xüsusi qollara 
malik olması ilə seçilirdi. Arxalığın bu tipi Şirvanda «yerpazə arxalıq» adlanırdı.
56
 
Yaxa kəsiyinin formasına görə qadın arxalıqlarının müxtəlif variantları qeydə alınmışdır. 
Naxçıvan, İrəvan, Şəki, Lənkəran və Qazax qadınlarının arxalıqlarının yaxası xeyli dərəcədə bir-
birinə bənzəyirdi. 
Keçmişdə Azərbaycanın  əksər bölgələrində düzbucaqlı  və ya oval formada biçilmiş 
«açıq», yaxud «meydan yaxa»lı arxalıqlar daha geniş yayılmışdı. Bununla belə, Azərbaycanın 
ayrı-ayrı bölgələrində biçim etibarı ilə bir-birindən seçilən və müxtəlif adlarla bəlli olan arxalıq 
variantları da mövcud olmuşdur. 
Baharı.  Əsasən, sərin havalarda geyinilən, sırıqlı  və astarlı çiyin geyimi olmuşdur. Belə 
qədər bədənə kip tikilən baharıya, adətən, beldən aşağı zərif qırçınlı uzun «ətək» əlavə olunurdu. 
Baharının qolu dirsəkdən yuxarı olub, yaxası «açıq» biçilirdi. Baharı ən çox Qarabağ, Bakı və 
Lənkəranda geniş yayılmışdı. Lənkəran qadınlarının baharısı biçim etibarı ilə Bakı qadınlarına 
məxsus «don»u xatırladırdı. 
Küləcə. Naxçıvan bölgəsində geniş yayılmış mövsümi səciyyə daşıyan çiyindirikli geyim 
növü olan küləcə bahalı parçalardan (xara, zərxara, məxmər və s.), uzun ətəkli və astarlı biçilib 
tikilirdi. Küləcənin qolu düz və dirsəkdən azca aşağı, yaxası boyvəboy «açıq» biçilirdi. Onun 
yaxa və ətəyinin kənarları boyunca tikiş xətlərinin üzəri məxmər və ya tafta parçadan kəsilmiş 
haşiyə ilə örtülürdü. Küləcəni bəzəmək məqsədi ilə, adətən, güləbətin tikmə, məlilə, bafta, 
zəncirə, qaragöz, sərmə, muncuqlu tikmə, piləkli doldurma və s. dekorativ vasitələrdən istifadə 
edilirdi. 
Küləcə qadın geyim tipii kimi sabitləşsə də, keçmişdə onu kübar ailələrdə kişilər, xüsusilə 
gənc oğlanlar da geyərmişlər. 
Küləcənin biçim elementləri və forma xüsusiyyətləri Dədə Qorqud dastanlarında adı 
çəkilən «cübbə» və ya «cübbə-don»u xatırladırdı. Hər iki geyim növünün kübar qadınlara 
məxsus olması faktı da onların vahid mənşəyə malik olub, birinin digərindən törədiyini 
söyləməyə  əsas verir. Həm cübbə, həm də küləcə biçim etibarı ilə  Dədə Qorqud dastanlarında 
«qaftan» və ya «ton» adı ilə təqdim edilən üst geyim növünü xatırladırdı. 
Qaftan yeni eranın  əvvəllərində geniş yayılmış üst geyim tipi olub, genbalaq şalvar ilə 
birlikdə  qədim türklərin dünya geyim mədəniyyətinə verdikləri töhfələrdən biridir. Romalılar, 
çinlilər və bizanslar həmin geyim tiplərini ilk dəfə onlardan  əxz etmişlər.
57
 
Kürdü.  Aşılanmış  xəzdən tikilən kürdü çiyindirikli geyim növü olub, daha çox varlı 
qadınlar arasında dəbdə olmuşdur. Tüklü tərəfi içəri düşməklə, qolsuz biçilən və üzərinə qalın 
parçadan «üz» çəkilən kürdü mövsümi səciyyəli isti geyim növü sayılırdı. Bir qayda olaraq onun 
qol yeri, yaxasının hər iki kənarı,  ətək və yan çapıqları boyunca ensiz xəz zolağı tikilərək 
bəzədilirdi. Dövrələmə  xəz zolağı  bəzək olmaqdan əlavə, həm də soyuğu buraxmadığı üçün 
əməli məqsəd daşıyırdı. Bəzən kürdünü qalın parçadan biçir və astarı ilə üzü arasına yun qoyub 
sırıyırdılar. Bu halda, yenə  də onun qol yeri, yaxa və  ətəyinin kənarlarına xəz haşiyə tikilirdi. 
Xəz haşiyəyə paralel olaraq üzlüyün kənar tikişlərinin üstünə çox vaxt bafta bənd edilirdi. 
Kürdünün üzərinə, adətən, tirmə, xara, məxmər və s. kimi qalın parçalardan üzlük çəkilirdi. 
İmkansız ailələr xəz əvəzinə kürdünün yaxa və qol oyuqlarının kənarlarına bafta tikərmişlər.  


 
 
137
Kürdü bədənin ölçüsünə müvafiq kip tikildiyindən onun yanlarında 10-12 sm uzunluğunda 
«çapıq» və «çıxıntı» qoyulardı.  
Eşmək.  Aşılanmış  xəzdən biçilmiş  və üstünə parça üzlük çəkilmiş, eşmək mövsümi 
səciyyəli isti geyim növü sayılırdı. Dağ  kəndlərində  eşməyin üzü ilə astarı arasına yun qoyub 
sırıyarmışlar. Bu səbəbdən də  bəzi bölgələrdə o, «sırıqlı» adlanırdı. Eşmək biçim etibarı ilə 
kürdüyə çox yaxın olub yalnız yarım qollu tikilməsi ilə ondan fərqlənirdi. 
Eşməyin qolu dirsəyə çatacaq qədər qısa biçilib tikilirdi. Onun qolağzı, yaxa və ətəyinin 
kənarları kürdüsayağı  xəz haşiyə ilə  bəzədilirdi. Qolların sərbəstliyini təmin etmək üçün onun 
qoltuqaltında iri «çapıq» qoyulurdu. Eşməyin xəz haşiyəsinin  ətrafları çox vaxt bafta ilə 
bəzədilirdi. 
Eşməyin qabağı açıq qaldığından ilgə-düyməsiz tikilirdi. Soyuq vaxtlarda arxalığın 
altından geyilən eşmək, əsasən, varlı qadınların geyim dəstinə daxil idi. 
Canlıq  (içlik)  mövsümi səciyyəli qadın geyimi olub, xüsusilə imkansız, kasıb ailələr 
arasında geniş yayılmışdı. Biçim etibarı ilə kürdü və  eşməkdən o qədər də seçilmirdi. Lakin 
onlardan fərqli olaraq, canlığın həm üzü, həm də astarı parçadan biçilir və arasına yun qoyulub 
sırınırdı. Eşməkdən fərqli olaraq, onun boyvəboy açıq yaxasına ilgə-düymə tikilirdi. Canlığı 
qışda həm qadınlar, həm də kişilər geyinirdilər. Qərbi Azərbaycanda «içlik» («işdik») adı ilə 
bəlli olan bu geyim növü Muğan qadınları arasında «yəl» adlanırdı. Yəl çox vaxt qırmızı və ya 
yaşıl məxmərdən tikilirdi. İmkanlı qadınların yəli qoza düymələrlə düymələnərmiş.
58
 
Bir qayda olaraq, üst paltarının altından geyilən canlığın üzü ilə astarı arasına yun qoyulub 
sırındığı üçün «sırıqlı» da adlanırdı. 
Tipoloji cəhətdən çox yaxın olan kürdü, eşmək və canlıq (içlik) eyni mənşədən, çox güman 
ki, qədim dövrün ilk geyim tiplərindən olan dəri bürüncəkdən törəmişdir. Bu geyim növlərinin 
hər üçü düzyaxa olur və ön qanadlarının açıq qalması ilə fərqlənirdi. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin