Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə123/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   119   120   121   122   123   124   125   126   ...   194
 
 Geyim və bəzək materialları 
XIX  əsrin ilk qərinəsində Azərbaycanın siyasi və sosial-iqtisadi həyatında ciddi 
dəyişikliklər baş verməsinə baxmayaraq, geyim məqsədi ilə  həm yerli, həm də  kənardan 
gətirilmə parça və dəri mallarından istifadə olunurdu. İşğaldan bir qədər keçəndən sonra vəziyyət 
dəyişməyə başlamış, yerli parça istehsalı tənəzzülə uğrayıb Rusiya və Avropa ölkələrinin ucuz 
manufaktura malları ilə  əvəz olunmuşdur. Azərbaycanın Rusiya tərəfindən iqtisadi işğalı XIX 
əsrin 30-cu illərindən etibarən başlanmışdır.  
Rusiya sənayesinin, xüsusilə toxuculuq manufakturalarının xammala olan tələbatını 
ödəmək üçün çar Rusiyasının hakim dairələri əsas diqqəti Zaqafqaziyanın xammal ehtiyatlarının 
mənimsənilməsinə yönəltmişdilər. Bu məqsədlə  də xüsusi olaraq «Zaqafqaziya ölkəsində 
ipəkçiliyi və ticarət sənayesini inkişaf etdirən kompaniya» təşkil olunmuşdur.  Şirkət 
müstəmləkələrdə yetişdirilən xammal ehtiyatları: ipək, yun, pambıq, qızılboya məhsullarının 
istehsalını təşkil edib, inkişaf etdirməyə və beləliklə də Zaqafqaziyanı özunün xammal bazasına 
çevirməyə çalışırdı. Layihədə deyilirdi ki, Zaqafqaziya ölkəsinin təbii sərvətləri o qədər 
rəngarəng və zəngindir ki, onları yalnız seçmək və emal etməklə fayda əldə etmək sərfəli olar. 
Bunlardan ən başlıcaları olan ipək, pambıq, qızılboya, qırmız və s. inkişaf etdirilməsi daha çox 
fayda verə bilər.  İpək (barama), xüsusən cənub  əyalətlərində daha çox istehsal olunur. Onun 
istehsalının genişləndirilməsi daha faydalı olardı.
24
 
Azərbaycanda ənənəvi parça istehsalının vəziyyəti 1836-cı ildə çapdan çıxmış «Rusiyanın 
Qafqaz arxasındakı  əyalətlərinin statistik, etnoqrafik, topoqrafik və maliyyə baxımından 
icmalı»nda ətraflı əks olunmuşdur.
25
 
İcmallardan bəlli olur ki, Rusiya tərəfindən işğal olunana qədər Azərbaycanın bir sıra 
bölgələrində yerli karxana toxuculuğu hələ də qalmaqda idi. «İcmallar»ın Yelizavetpol (Gəncə-
red.) dairəsindən bəhs edən hissəsində deyilir: «Yelizavetpolda manufaktura istehsalının mühüm 


 
 
130
istiqamətini ipəkdən parça və yaylıq hazırlanması təşkil edir. İndi burada toxucu dəzgahlarının 
sayı 200-ə qədər azaldığı halda, Cavad xanın dövründə onların miqdarı 375-ə çatırdı»
26
. Başqa 
sözlə desək, Gəncə şəhərində toxucu dəzgahlarının sayı işğalın ilk vaxtlarındakından iki dəfə çox 
idi. Daha sonra həmin mənbədə deyilir: Şəhərdə ipək karxanalarından əlavə, ağ və qırmızı bez 
(şilə), habelə «cəlamayi» adlanan nazik pambıq parça istehsal edən 30 dəzgah vardı. 
Ümumiyyətlə, şəhərin toxucu müəssisələrində hər il 10.000 ədəd parça, müxtəlif çeşidli 15.000 
yaylıq, 2000 ədəd ağ, 200 tikə qırmızı rəngli bez (şilə), 400 ədəd cəlamayi hazırlanır. Dairədə 
həmçinin, şalvar üçün parça, yundan çul, şal, palaz, xalça toxunurdu.
27
 
Həmin mənbədə, həmçinin, parça toxuculuğu işlərində şəhərin ətraf mahalları arasında ən 
çox Samux sakinlərinin seçilib fərqləndiyi və onların  əla növ parçalar, xüsusilə ipəkqarışıq 
parçalar və «cecim» adlanan pambıq parça hazırladıqları xəbər verilirdi.
28
 
XIX yüzillikdə ipəkçilik Azərbaycan  əhalisinin mühüm məşğuliyyət növlərindən biri 
olaraq qalırdı. O dövrdə  Şəki  əyaləti təkcə Azərbaycanda deyil, ümumən Zaqafqaziyada 
ipəkçiliyin başlıca mərkəzi sayılırdı. Şəki şəhər əhalisinin iqtisadi həyatında ipəkçiliyin başlıca 
yer tutması  şərbaflıq  və onunla bağlı bir sıra köməkçi sənət sahələrinin-boyaqçılıq,  şəridçilik 
(qaytançılıq)  təkəlduz tikmə  və s.-nin geniş miqyas almasına səbəb olmuşdur. XIX yüzilliyin 
ortalarında Şəkidə 14 minə yaxın ailə kümdarlıqla məşğul olurdu. Şəki kümdarları il ərzində 15 
min puda qədər xam ipək hasil edirdilər. Bu bütün Zaqafqaziyada istehsal edilən ipəyin yarısına 
bərabər idi. Şəki ipəyinin bir qismi ölkə hüdudlarından kənara ixrac edilir, qalan hissəsi yerli 
şərbafxanalara sərf olunurdu. Rusiya və Qərbi Avropanın fabrik məhsulları tərəfindən tənəzzülə 
uğradılan kustar ipək parça toxuculuğundan fərqli olaraq, milli kaloritə malik ornamental bəzəkli 
kəlağayı istehsalı Şəkidə uzun müddət davam etmişdir.
29
 
Bu dövrdə Azərbaycanın qərb bölgəsi  əhalisinin  əsas geyim materialları yerli ustalar 
tərəfindən üfiqi toxucu dəzgahında kustar üsulla toxunmuş «qılıcı» şaldan, müxtəlif rəngli ipək 
və pambıq parçalardan, həmçinin, aşılanmış gön və dəridən ibarət olmuşdur.
30
 
Muğan  əhalisinin  əsas geyim materiallarını  əldətoxunma yun və pambıq parçalar təşkil 
edirdi. Muğan qadınları  cəhrə  və  əl iyində  əyrilmiş ipdən yer hanasında  şal toxuyardılar. 
Muğanlılar ipək parçaları (tafta, darayı, qanovuz, atlaz və s.) satınalma yolla əldə edirdilər.
31
 
Şirvanda geyim materialları (dəri, gön, ipək, yun və s.) hər bir ailənin özündə hazırlanırdı. 
Azərbaycanın başqa bölgələrindən fərqli olaraq, burada yun parça (şal) çox vaxt yer hanasında 
deyil, xüsusi mütəhərrik  şal dəzgahında toxunurdu. Hər bir ailə  şal dəzgahında öz ehtiyacını 
ödəməkdən əlavə, «bazar şalı» adlanan yun parça istehsal edirdi.  
Şal bir qayda olaraq, küzəm yundan toxunurdu. Göyçay qəzası  kəndləri küzəmi  Şirvan 
düzündən yaylağa qalxan elatlardan, Şamaxı  kəndliləri isə Qobustan tərəkəmələrindən satın 
alırdılar. Şirvanda şal istehsalını zəruri edən amillərdən biri də burada küzəm ehtiyatının bolluğu 
olmuşdur. Yun parça «yalınqat», «əmələ», «ikiqat» olmaqla, müxtəlif növlərdə toxunulurdu.
32
 
«İkiqat» toxunmuş şal sıx və zərif olub çox vaxt «dügürd» adlanırdı. 
Bir qayda olaraq, xam şal isti suda «bişirilib» sıxlaşdırılırdı. Bu əməliyyat təpmə üsulu ilə 
görüldüyündən  şalın bu növünə el arasında «təpmə  şal» deyilirdı. Bundan fərqli olaraq, yer 
hanasında taxta «qılınc» vasitəsilə toxunmuş şal Azərbaycanın qərb bölgəsində «qılıcı şal» adı 
ilə tanınırdı. Bundan əlavə, keçmişdə şal parça dəvə yunundan da toxunur və «dügürd» adlanırdı. 
Şal başlıca olaraq kişi üst geyimlərinin (çuxa, bürmə, başlıq,  şalvar, dolaq və s.) 
hazırlanmasına sərf edilirdi. 
Parça toxumaq üçün təkcə qoyun yunu deyil, dəvə yunu və keçi qəzilindən də istifadə 
edilirdi. Dəvə yunundan əla növ mahud  toxunurdu. Azərbaycanda mahud istehsalının mühüm 
mərkəzlərindən biri Şirvan olmuşdur.  Şamaxıda 1865-cı ildə  hələ  də 19 mahud karxanası 
işləyirdi
33

Şirvanda yerli ipək parça istehsalı xüsusilə geniş yayılmışdı. Burada ipək istehsalının  ev 
peşəsi  və  karxana toxuculuğu olmaqla, iki formasına təsadüf edilirdi. Şirvanda karxana 
şərbaflığının  əsas mərkəzləri  Şamaxı  şəhəri, Basqal və Mücü kəndləri idi. Onlar xam ipəyi 
Şamaxı  kəndlərindən  əlavə,  Şəki, Qaraməryəm, Bığır, Vəndam, Qəbələ,  İsmayıllı, Ordubad, 
Kutaisi və Səmərqənddən gətirirdilər.
34
 


 
 
131
Rusiyada ipək toxuculuğunun inkişafı ilə  əlaqədar olaraq, Azərbaycanda xam ipək 
hasilatının sürətlə art- ması  nəzərə çarpır. XIX əsrin 30-cu illərində Zaqafqaziyada illik ipək 
hasilatı 15.000 pud olduğu halda, həmin əsrin ortalarında onun miqdarı iki dəfəyə yaxın artaraq, 
24-32 min puda çatmışdı.
35
 
Zaqafqaziyada istehsal olunan ipəyin əsas hissəsi diyarın başlıca ipəkçilik rayonları sayılan 
Azərbaycan  əyalətlərinin payına düşürdü. «Qafqaz» qəzetinin 1854-cü il saylarının birində 
verilən məlumata görə, Zaqafqaziya ipəyinin böyük hissəsini Şamaxı quberniyası, xüsusilə onun 
üç qəzası:  Şamaxı,  Şuşa və Nuxa qəzaları verirdi.
36
 Bu dövrdə bütün Zaqafqaziya ərazisindən 
hasil edilən xam ipəyin yarıya qədəri, yəni 15.000 pudu təkcə Nuxa qəzasının payına düşürdü.
37
 
Azərbaycanın  ənənəvi ipəkçilik təsərrüfatı XIX əsrin ikinci yarısına uğurla qədəm 
qoymuşdu. 60-cı illərin  əvvəllərində o, öz inkişafının  ən yüksək mərhələsinə çatmışdı.
38
 Bu 
dövrdə ipəkçilik mərkəzinə çevrilmiş Nuxa (Şəki) şəhəri Rusiyanın cənubunda ən qızğın istehsal 
fəaliyyətinə malik şəhərlərdən biri olmuşdu. Burada hər il 50.000 pud xam ipək emal edilirdi.
39
 
XIX əsrin sonlarında Azərbaycanın ipəkçilik təsərrüfatları yenə də özünün köhnə, ənənəvi 
mərkəzlərində: Nuxa, Ərəş, Cəbrayıl, Cavanşir,  Şuşa, Göyçay, Şamaxı, Quba, Naxçıvan 
qəzalarında və Zaqatala dairəsində cəmləşmişdi.
40
 
XIX  əsrdə  Cənubi Azərbaycan  şəhərlərində  də toxuculuq, boyaqçılıq geniş yayılmışdı.
41
 
Təbrizdə pambıq emalı üzrə xeyli karxana fəaliyyət göstərirdi. Lakin bu dövrdə  bəsit  əl 
dəzgahlarında toxunmuş pambıq, yun, ipək və s.parçalar Avropanın müasir texnika əsasında 
işləyən fabrik məhsulları ilə rəqabət apara bilmirdi.
42
 
XIX yüzilliyin sonlarına doğru Cənubi Azərbaycan- dan ixrac edilən əmtəə malları xeyli 
azalmağa başlamışdı. Ən başlıcası isə pambıq, yun, barama, gön və s. kimi məhsullar ölkədən 
xaricə, əsasən, xammal şəklində aparılırdı.
43
 
 Azərbaycanda parça istehsalı  əvvəllər olduğu kimi, yenə  də  boyaqçılıq  sənəti ilə üzvi 
surətdə bağlı olmuşdur. Yerli boyaqçılar təbii boyaq əldə etmək üçün, adətən, boyaq verən 
bitkilərin kök, yarpaq, qabıq, oduncaq və meyvələrindən istifadə edirdilər. Bu işlə peşəkar boyaq 
ustaları məşğul olurdular. 
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin