Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə124/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   120   121   122   123   124   125   126   127   ...   194
Qadın geyim dəsti 
XIX əsr qadın geyim dəsti tipoloji cəhətdən Ümumazərbaycan səciyyəsi daşısa da, bir çox 
cəhətdən məhəlli xüsusiyyətləri ilə seçilib fərqlənirdi. 
XIX  əsr qadın geyim dəsti yenə  də  əyin (alt  və  üst  paltarı),  baş  və  ayaq geyimlərindən 
ibarət olmaqla, tipoloji cəhətdən inkişaf etmiş daxili bölgüyə malik idi. Elmi ədəbiyyata «əyin 
libası» adı ilə daxil olan alt və üst paltarı öz növbəsində çiyindən və beldən geyilmə olmaqla iki 
qismə bölünürdü. Çiyindən geyinilən libas növləri bəzi bölgələrdə «çiyindirikli», bel geyimləri 
isə «kəmərbəstə» adı ilə təqsim olunurdu. 
Ənənəvi qadın geyimlərinin alt və üst libas növlərinə ayrılması geyim mədəniyyəti 
tarixində mühüm irəliləyiş baş verdiyini göstərən etnomədəni dəyərlərdən biri kimi diqqəti cəlb 
edir. 
Beldən bağlanan alt paltarı «dəyişəcək» adlanmaqla tarixən «iç don», «ara tumanı», 
«dizlik», «şəltə», «alt tumanı», «darbalaq», «ikibalaq», «cütbalaq» və s. adlarla bəlli olmuşdur. 
Çiyindirikli alt geyim növü isə isə «alt köynəyi», «bulaşa», «can köynəyi», yaxud «ara köynəyi» 
adlanmışdır.  
Talışlar və tatlar arasında «şai», udinlərdə «qurat», ingiloylarda «peranqi», ləzgilərdə 
«perəm» adlanan köynək sabiq Qazax qəzasında «pirəən» formasında qeydə alınmışdır. «Perəm» 
və ya «pirəən» istilahlarının fars dilindən keçmiş «pirəhən» sözünün təhrif olunması nəticəsində 
yarandığı  və  Cənubi Azərbaycandan miqrasiya etmiş  əhali qruplarına məxsus olduğu güman 
edilir. 
Yuxarı zümrədən olan imkanlı qadınların alt geyimləri çox vaxt müxtəlif növ ipək parça 
material- larından tikilsə də, biçim üsulu və tikiş texnikasına görə kasıb geyimlərindən o qədər 
də fərqlənmirdi. 
Alt köynəyi.  Azərbaycanın etnoqrafik bölgələrində geniş yayılmış alt köynəyi biçim 


 
 
132
üsuluna görə bir-birindən o qədər də  fərqlənmirdi. XIX əsrdə  Şirvan qadınlarının alt köynəyi 
həm  əldətoxunma, həm də satınalma pambıq parçalardan tikilirdi. Bu məqsədlə,  əsasən, culfa 
dəzgahında toxunmuş  bez, qismən isə  midqal,  şilə, qədək  və s. kimi satınalma pambıq 
parçalardan istifadə olunmuşdur. 
Qadın alt köynəyinin  ətəyi uzun və  qısa olmaqla iki biçimdə hazırlandığı  nəzərə çarpır. 
Çox vaxt uzun ətəkli köynəyin yanlarından çapıq qoyulurdu. Etnoqrafik çöl materiallarından 
göründüyü kimi, uzun ətəkli qadın köynəyi Quba bölgəsində «bulaşa» adı ilə məlum olmuşdur. 
Həm də burada «bulaşa» istilahı həm alt, həm də üst köynəyini bildirirdi. Kasıb ailələrdə alt və 
ya ara köynəyi bəzən rəngli parçalardan da tikilirdi. Belə halda o, eyni zamanda üst köynəyini də 
əvəz edirdi.
44
 
Alt köynəyi, adətən, «qatlama» üsulu ilə biçildiyindən onun çiyinləri tikişsiz olurdu. 
Köynəyin bu növünün qol oyuğu və qolları düz biçildiyindən onun qoltuğunun altına  əlavə 
«xişdək» qoyulmurdu. Alt köynəyinin qolağzı bir sıra bölgələrdə «məcəli», yəni bilərzikli biçilib 
tikildiyindən onun arası azca yarıq olub, bir yerdən düymələnərmiş. Alt köynəyinin qolunun 
məcə ilə tamamlanması soyuqdan qorunmaq üçün əməli məqsəd daşamışdır. Bununla belə, alt 
köynəyinin qolağzı çox vaxt açıq qalarmış.  
Gürcüstan Dövlət Muzeyində saxlanılan kolleksiyalardan bəlli olur ki, üst köynəyi kimi, 
alt köynəyinin də boynuna 3 sm hündürlüyündə dik «boyunluq» tikilərmiş.  
Üst köynəyi kimi, onun da yaxası yarıq olub boğazın altından düymələnirdi. Köynəyin 
yaxası, adətən 3 ədəd düymə ilə, həm də sağdan-sola düymələnərmiş. Dözümlü olmaq üçün 
köynəyin yaxasına öz parçasından əlavə olaraq ikinci «qat» tikilərmiş.
45
 
Gürcüstan Dövlət Muzeyində saxlanılan sabiq Gəncə quberniyasının Bucaq kəndinə 
məxsus digər alt köynəyi yenə də qısa ətəkli olub əl ilə tikilmişdir. Gövdəsinin uzunluğu 63 sm-ə 
qədər olan bu köynəyin yaxa kəsiyinin  ətrafı ensiz zolaq şəklində qara rəngli sapla tikmələnib 
bəzədilmişdir. Bunun sayəsində köynəyin yaxa yarığının davamlı olmasını təmin etmək mümkün 
olmuşdur.  
Köynəyin boynuna yenə  də 3 sm enində dik boyunluq tikilmişdir.  Şirvan qadınlarının 
köynəyindən fərqli olaraq, onun yaxası iki ədəd düymə ilə düymələnmiş, qolunun altına isə əlavə 
«xişdək» qoyulmuşdur. Qısa ətəkli digər köynəklər kimi, onun qolağzı məcəli tikilmişdir.
46
  
İmkanlı ailələrdə  bəzən alt köynəyi qanovuzdan da tikilirdi. Bir qayda olaraq, əyinə 
geyinilərkən alt köynəyinin ətəyi tumanın altına salınırdı. Qanovuzdan tikildə o, çox vaxt «ara 
köynəyi» kimi geyilərmiş. Kasıb qadınların alt köynəyinin düz biçilmiş yaxa kəsiyi nisbətən qısa 
olub, çox vaxt açıq qalırdı. Bəzən alt köynəyinin yaxa yarığı üçbucaq formada biçilir və açıq 
qalırdı.  
Naxçıvan və  İrəvan bölgələrində qadın köynəyinin  ətəyi bir qədər uzun tikilirdi. İrəvan 
qadınlarının alt köynəyi dizdən bir qədər yuxarı olub, qolu uzun, düz və «xişdək»li tikilərmiş. 
Davamlı olmaq üçün alt köynəyinin yaxasına bir qarış enində ikinci «qat»ın qoyulması  dəb 
halını almışdır. Bəzən xişdək uzun biçildiyindən qol altından başlayıb  ətəyədək uzanır və 
bununla köynəyin gövdəsini genişləndirməyə imkan verirdi. İrəvan qadınlarının alt köynəyi çox 
vaxt ağdan, bəzən də güllü çit və ya kətandan tikilərmiş. 
Muğan qadınlarının «uzunluq» adlanan alt köynəyi qolsuz, yaxası üçbucaq şəklində açıq 
olub, yerlilər arasında «sosi» adlanan ağdan tikilərdi. Qollu tikilən üst köynəyindən fərqli olaraq, 
onun ətəyi xeyli uzun olurdu.
47
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin