128
milli burjuaziyası özünün mövcud ənənəvi geyim dəbini heç də tezliklə dəyişdirib Avropa libası
ilə əvəz etməmişdir. Məhz bu səbəbdən də milli geyim dəbi ilə Avropa libası arasındakı
üstüörtülü rəqabət XX əsrin əvvəllərinədək kəskin şəkildə davam etmişdir. Lakin burjua
saraylarında bərqərar olmuş labüd geyim dəbləri tədricən məğrur milli libasın tərk olunmasını və
Avropa geyim dəbini qəbul etməyi təkidlə tələb edirdi.
4
Əvvəllər olduğu kimi, XIX əsrdə də geyim dəbi xalqın sosial-mənəvi həyatı ilə üzvi
surətdə bağlı olub, köhnə geyim və bəzək ənənələrinin xeyli hissəsini qoruyub saxlamışdı. Bu
cəhət özünü
bayram və
mərasim geyimlərində daha aydın büruzə verirdi.
Ümumşərq və Ümumqafqaz geyim ənənələrini xeyli dərəcədə mühafizə edib saxlamaqla
yanaşı, XIX əsr Azərbaycan milli geyim mədəniyyəti özünə məxsus bir sıra məhəlli
xüsusiyyətlərə də malik olmuşdur. Belə ki, XIX əsr Azərbaycan geyim dəstində əhalinin
müxtəlif zümrə və ictimai qruplarına xas olan libas növləri, o cümlədən peşə mənsubiyyəti ilə
bağlı geyim dəbləri yaranıb sabitləşmişdi.
XIX əsrin geyim dəblərində habelə o dövrün şəriətlə bağlı qəbul olunmuş etik normalarına
da ciddi əməl olunduğu nəzərə çarpır. Məlum olduğu kimi, moda insanların
daim təzələnən
məişət və estetik ehtiyaclarına müvafiq olaraq, ev əşyalarının, o cümlədən geyim formalarının
qısa müddətli zahiri dəyişməsindən ibarətdir. Geyim dəbləri sahəsində zövqlərin dəyişkənliyi isə
hər bir tarixi dövrün sosial-iqtisadi həyat səviyyəsi və dini-etik normaları ilə ölçülür. Bu mənada
XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda sənaye istehsalının inkişaf etməsi təkcə
əhalinin həyat tərzinə deyil, habelə fabrik üsulu ilə hazırlanan geyim materiallarının növünə və
keyfiyyətinə, buradan da mövcud geyim dəblərinə əsaslı təsir göstərmişdir.
XIX əsr geyim dəsti
biçim üsuluna və
tikiş texnikasına görə özündən əvvəlki tarixi
dövrlərdə təşəkkül tapmış geyim tiplərinin davamı olsa da, yeni dövrün
tələblərinə uyğun olaraq
bəzi dəyişikliyə məruz qalmışdır. Bu cəhət özünü daha çox şəhərlərdə kübar geyim dəstində və
peşə geyimlərində təzahür etdirirdi. Azərbaycan şəhərlərində kapitalist istehçsal müəssisələrinin
yaranması, əmək bölgüsünün artması, peşə və zümrə fərqlərinin dərinləşməsi müxtəlif növ peşə
geyimlərinin yaranmasını zəruri etmişdir.
5
XIX əsr Azərbaycan geyimlərində baş verən mühüm dəyişikliklərdən biri də ənənəvi
hərbi
geyim ünsürlərinin (
cövşən, dəbilqə, qolçaq) və onunla bağlı olan
yaraq növlərinin
(qılınc,
qalxan, nizə, mizraq, əmud, şeşpər, ox, kaman) tədricən gərəksizləşməsi və aradan çıxması
olmuşdur. Təkcə kəmərdən asılan xəncər və çuxanın yaxasına düzülmüş, patrondaşı əvəz edən
«vəznə» hələ də kişi libasının tamamlayıcı bəzək elementi kimi qalmaqda idi. Odlu silahların
yayılması nəticəsində dəb düşmüş vəznə tədricən özünün əməli əhəmiyyətini itirərək, daha çox
dekorativ bəzək elementinə çevrilmişdir.
Müasir dövr geyim mədəniyyətində bu vaxtdan etibarən
alt və
üst paltarının
bir-birindən
qəti surətdə ayrıldığı nəzərə çarpır. Fabrik üsulu ilə yüksək keyfiyyətli pambıq parça (ağ, çit,
sətin) istehsalının artması əhalinin bütün ictimai zümrələri arasında alt paltarının geniş
yayılmasına əlverişli zəmin yaratmışdır.
XIX əsr Azərbaycan geyimləri tipoloji cəhətdən əvvəlki yüzilliyin geyimlərindən o qədər
də fərqlənmirdi. XIX əsrin sonu və XX əsrin əvvəllərində milli səciyyə kəsb etmiş Azərbaycan
geyim dəstinin tipoloji nümunələri əslində feodalizm dövründə, xüsusilə də son orta əsrlərdə
təşəkkül tapmış və xanlıqlar dövründə xeyli dərəcə məhəlli xüsusiyyət kəsb etmiş olan ənənəvi
libas növlərinin bir növ davamı idi. Lakin bu dövrün geyim tiplərində biçim üsulu və tikiş
texnikası baxımından müəyyən dəyişiklik, təkmilləşmə baş verdiyi nəzərə çarpır.
6
Dostları ilə paylaş: