123
Taxıl quyusu ən çox dağ kəndlərində, qismən də dağətəyi kəndlərdə geniş yayılmışdı.
Taxılı nəmdən qorumaq üçün quyunun döşəməsinə ot-alaf, saman tökməkdən əlavə, bəzən
divarlarına çətən və ya həsir çəkirdilər.
Heyvandarlıqla bağlı tikililər. Ənənəvi təsərrüfat binaları arasında tipoloji zənginliyinə
görə maldarlıq məşğuliyyəti ilə bağlı yaranmış tikililər üstün yer tutmuşdur. Bu, hər şeydən
əvvəl, ənənəvi heyvandarlıq məşğuliyyətinin özünün çoxşaxəli olmasından irəli gəlirdi. Onun
müxtəlif sahələrinin (qaramal, sığır, qoşqu heyvanları, qoyun, qoç, quzu, at, dəvə, ev quşları və
s.) hər biri özünə məxsus təsərrüfat tikilisi tələb etdiyi kimi, onların yem ehtiyatının toplanması
və saxlanması zərurəti ilə bağlı müvafiq tikililərə də ehtiyac duyulurdu. Heyvandarlıqla bağlı
köməkçi təsərrüfat tikililərinin tipoloji zənginliyinin yaranmasında ölkənin müxtəlif bölgələrində
inşaat materiallarının bol olması faktı da mühüm rol oynamışdır. Hər bir məhəlli ərazinin əlaltı
inşaat materialı nəyə imkan verirdisə, maldarlar ondan bacarıqla istifadə edib öz təsərrüfat və
məişətləri üçün gərək olan müvafiq yardımçı tikililər inşa etmişlər. Ənənəvi təsərrüfat tikili və
qurğularının tarixən təşəkkül tapmış tipoloji zənginliyi də məhz buradan yaranmışdır. Bu işdə
otarma üsulu (gəzərgi yem) ilə heyvan sürüləri bəsləyən elat əhalisindən fərqli olaraq yem
tədarükü ilə məşğul olan oturaq maldarlıq məişət tərzi də az rol oynamamışdır.
Yaylaq-qışlaq şəraitində heyvan sürüləri bəsləməklə məşğul olan elat obaları sığırxana»,
«yataq», «binə» və s. adlarla bəlli olan qışlaqlarda qoyun sürüləri bəsləmək üçün
ağıl, vana,
kəriskə, banıstan, küz, göyəbaxan (kora), iribuynuzlu mal-qara saxlamaqdan ötrü
pəyə, tövlə,
sığırxana, at ilxısı və dəvə qatarı üçün
basdaray, qərəb və s. tikilirdi. Bundan əlavə elat obaları
yaylaqda heyvanların gecələməsi üçün
arxac yeri seçir və ya
qalaq düzəldirdilər.
Bundan fərqli olaraq, oturaq maldarlıqla məqğul olan kənd əhalisi
tövlə və ya
pəyə ilə
yanaşı, qış üçün tədarük olunmuş heyvan yemini (ot, kövşən, saman) saxlamaq üçün bir sıra
yardımçı təsərrüfat tikililəri (
mərək, samanlıq, talvar, tayalıq və s.) düzəldirdi. Bunlardan əlavə,
sağmal mal-qaranı sağmaq, yaxud ev heyvanlarına yem, duz, su vermək üçün tövələ və və ya
pəyənin qabağında «baharbənd» və ya «çardaq» adlanan
talvar tikilirdi.
Oturaq maldarlıqla məşğul olan əhali həm də əkinçiliklə məşğul olduğundan onlar xeyli
miqdarda kənd təsərrüfatı alətlərinə(kotan, xış, mala, dırmıx, yığan, vəl, yaba, şana, kürək,
dəryaz və s), habelə bir sıra zəruri qoşqu nəqliyyatı vasitələrinə (araba, təkər, boyunduruq, çalı,
kirşə, çəpə və s.) malik idilər. Bu alətlər çox vaxt quraqlıq, talvar və ya mərəkdə saxlanılırdı.
Ənənəvi təsərrüfat tikililərinin tipoloji növləri şəhər və kənd əhalisinin məişət tərzi, əmək
məşğuliyyəti və iqtisadi tavanası ilə üzvü surətdə bağlı olub müxtəlif amillərin təsiri altında
təşəkkül tapmışdır. Eyni bir həyətdə həm əkinçilik, həm maldarlıq, həm də bağçılıqla bağlı
müxtəlif səciyyəli təsərrüfat tikililəri cəmləşmişdi.
Etnoqrafik çöl tədqiqatları nəticəsində ölkənin əksər kəndlərində maldarlıqla bağlı
təsərrüfat tikililəri üstün yer tutmuşdur. Onların bir qismi Ümumazərbaycan, az bir hissəsi isə
məhəlli səciyyə daşıyırdı.
Tövlə. Ümumazərbaycan səciyyəsi daşıyan bu təsərrüfat tikilisində, əsasən, mal-qara və at
saxlanırdı. Bununla belə, bəzən onu arakəsmə ilə bölüb az miqdarda qoyun da salırdılar. At və
dəvə tövləsi nisbətən hündür tikilməsi və qapısının gen olması ilə seçilirdi. Abşeronda
«basdaray» adlanan dəvə tövlələrinin damı çox vaxt daş tağbəndlə tikilirdi. Ən çox mal damı
(pəyə) kimi istifadə olunan tövlə bir sıra bölgələrdə yaşayış binasının alt mərtəbəsində yerləşirdi.
Bununla yanaşı, onu həyətin mal məhləsində ayrıca da tikirdilər. Tövlənin divarları çox vaxt çiy
kərpicdən, bəzən isə daşdan hörülürdü. Tövlənin yeganə bir qapısı, «gözmək» və ya «külbə»
adlanan balaca bir bacası olurdu. Mala alaf vermək üçün onun arxa divarı boyunca «axur»
düzəldilirdi.
Qışlaqlarda tövlə əvəzinə «sığırxana» və ya «gəmrə» adlanan uzun
mal qazması tikərdilər.
Lakin onun çalası xeyli dayaz (0,5-1 m dərinlikdə) qazılırdı. Mal qazmasının ölçüsü mal-qaranın
sayından asılı olaraq, böyük və ya kiçik olurdu.
Dostları ilə paylaş: