Ağıl. Az miqdarda qoyunu olanlar həyətdə ağıl tikirdilər. Ağılın dam örtüyü tövləyə
nisbətən alçaq və mafraq olurdu. Ənənəvi təsərrüfat tikililərinin bu növü Xəzəryanı düzənliyin
əhalisi arasında «paraq» adlanırdı. Azərbaycanın qərb bölgəsində isə yay mövsümündə heyvan
salınan və «xalxal» adlanan çəpərlənmiş sahəyə «paraq» deyilirdi. Quba bölgəsinin bir sıra
124
kəndlərində isə ağıl və ya paraq əvəzinə «məgəl» istilahı işlənirdi. Qarabağda buna «kərəskə»,
Qazaxda «kəriksə», Borçalıda «kərəksə» deyilirdi.
Xalxal- ətrafı kol çəpər və ya çaxçax vasitəsi ilə hasarlanmış dairəvi formalı, üstü açıq
tikili olub isti mövsümdə mal, qoyun və ya at ilxısı salmaq üçün tikilirdi. Xalxalın qapısı
doqqazla tamamlanırdı.
Xalxalın ətrafı daşqura hasarla tutulduqda o, «qalaq» adlanırdı. Qalaq ən çox yaylaqlarda,
qismən isə yazdaq və küzdəklərdə tikilərdi. Qalaq gecələr ev heyvanlarını mühafizə edib
saxlamaq məqsədi güdürdü.
Vana qoyunçuluq təsərrüfatı ilə baglı olub daha çox dağətəyi kəndlərdə yayılmışdı.
Vananın divarları çitəmə üsulu ilə qarğı və qamışdan, bəzən isə daşdan tikilirdi. Onun damı
nisbətən hündür olub orta dirəklərin başına uzadılmış mil üzərində qurulurdu. Dam hər iki tərəfə
doğru maili görkəm kəsb edirdi. Bunun üçün vananın nisbətən qısa olan yan haçalarının üstünə
uzadılmış pərdilər orta milə nisbətən xeyli aşağıda dayanırdı. Mil ilə pərdilərin arasına sıx
vəziyyətdə sallama düzüləndən sonra onların üstünə şax döşəyib üzərinə küləş, ot-alaf tökür və
torpaqlayırdılar. Yağmuru keçirməsin deyə, çox vaxt onun torpaq damı həm də suvanıb
şirlənirdi.
Düz qazma. Qışlaqlar üçün səciyyəvi təsərrüfat tikilisi olan bu qazma növünü el yaylağa
qalxan zaman ev-məişət müxəlləfatını, təsərrüfat alətlərini, ehtiyat ərzaq məhsullarını gizləyib
saxlamaq məqsədi ilə tikirdilər. Oba qışlağı tərk edib yaylağa qalxan zaman artıq qalmış barxana
(xalça-palaz, yorğan-döşək, qab-qacaq və s.) düz qazmaya yığılıb gizlədilirdi.
Düz qazmanı tikmək üçün 1,5 dərinliyində düzbucaqlı formada çala qazıb üstünü pərdi,
laş, şax, küləşlə örtüb torpaqlayırdılar. Qazmanın bu növünün yastı damı yer səthi ilə bərabər
olduğundan onun mövcudluğu bilinmirdi. Onun yolağı «quyu-lağım» üsulu ilə düzəldilir və gizli
saxlanılırdı. Hava keçməsin deyə, quyunun ağzı taxta qapaq və ya hörmə qapsaqla möhkəm
bağlanıb, üstünə kandalaş, ot-alaf, bəzən isə torpaq tökülürdü. Qazmada «xəlvəti mal» saxlamaq
üçün, adətən, onun yolağının qovuşduğu quyunun üstündə araba, çəllək, yəhər, navar və s.
saxlayırdılar.
Yataq (qoyun yatağı). Qışlaqlar üçün səciyyəvi olan qoyun yatağı selab tutmayan hündür
sahədə tikilirdi. Bunun üçün yataq yerinin orta xətti boyunca, araları 3-4 m məsafədə olmaqla,
yoğun haçalar basdırıb üzərinə «sün» adlanan tir (mil) atandan sonra onun yanlarına bir ucu yerə
söykənən 4-5 m uzununda pərdilər düzürdülər. Pərdi düzümünün üstünə şax, ləmbə, lığ, bəlim
atırdılar. Bəzən isə yatağın damı qamışla örtülürdü. Bunun üçün qamış dərzlərini açıb yatağın
balıqbeli damının üstünə sərirdilər. Yağış suyunu axıtmaq üçün yatağın yanlarına «qarım»
çəkilirdi. Yatağın arxa kəlləsi maili formada olub, çubuq tərəcə və ya qamış qomu ilə örtülür,
qabaq kəlləsi isə bir cüt qapsaqla bağlanırdı. Yatağın qabaq tərəfində qapsaqdan kənarda qalan
boşluqları yenə də çubuqla hörülüb tutulurdu.
Küz. Qoyunçuluqla məşğul olan oba və kəndlərdə, adətən, quzu salmaq üçün xüsusi küz
tikilirdi. Bunun üçün həyətin mal məhləsi bölməsində müəyyən bir sahəni dövrələmə
çəpərləməklə bir tərəfində giriş-çıxış yolu qoyulurdu.
Küz müxtəlif adlarla Azərbaycanın bütün bölgələrində geniş yayılmışdı. Şəkidə «küzmək»,
Bərdədə «küzlük», Qazax-Gəncə bölgəsində «quzuluq» adı ilə bəlli olan küzün bala, orta və
böyük olmaqla, müxtəlif ölçüdə tikilmiş üç növü qeydə alınmışdır. Ölçülərindən asılı olmayaraq
küzün inşaat texnikası eyni idi. Qarabağda küzün divarı qarğı və ya qamışdan «tanan» üsulu ilə
düzəldilirdi. Bunun üçün küzün həndəvəri boyunca 30-35 sm dərinlikdə «xarım» adlanan xəndək
qazandan sonra onun uzunu boyunca 15-20 sm dərinlikdə çalalar qazıb qarğı qomlarını onlara
basdırırdılar. Daha sonra qarğı qomlarının araları xəndək boyunca qamış düzümü ilə tutulurlu.
Sonra qom və qamış düzünlərinin arxası çöl tərəfdən xəndək torpağı ilə doldurulub tapdalanırdı.
Bu qayda ilə küzün yan və arxa divarları əmələ gətirilirdi. Divarların möhkəm dayanması üçün
onları qarğı qomları vasitəsi ilə iki yerdən qurşaqlayıb bağlayırdılar. Sonra küzün maili damı
tikilirdi. Bunun üçün küz çalasının tən orta xətti boyunca başı haça dirəklər basdırıb başlarına
«hambala» adlanan uzun mil uzadandan sonra hər iki yana doğru maili vəziyyətdə qarğı
qomlarından ibarət sallamalar uzadırdılar. Qomlar milin üstündən aşırılandan sonra onların ucları
bir-birinin içərisinə keçirilir və sallamaların üstündən ağac «burğu» vasitəsi ilə burulub
125
bərkidilirdi. Bəzən ağac əvəzinə sallama qarğı qomundan ibarət qurşaqlar bağlayandan sonra
onların üzərinə şax döşəyir, onun üstünə isə qamış, lığ və ya cəyən tökürdülər.
62
Dostları ilə paylaş: |