Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə140/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   136   137   138   139   140   141   142   143   ...   194
qəlibkar  və aynalama məmulatı hazırlayan  rəngkar ustaların işi texnoloji cəhətdən bir-birindən 
fərqlənirdi.  
XX  əsrdə zinət isthesalı, yenə  də,  əsasən,  şəhərlərdə  cəmləşmişdi. Bakı,  Şamaxı,  Şəki, 
Gəncə,  Şuşa, Quba, Lənkəran, Salyan, Naxçıvan, Ordubad və b. şəhərlər ölkənin başlıca 
zərgərlik mərkəzləri sayılırdı. Bu dövrdə sürətlə böyüyüb neft səltənətinə çevrilən kapitalist 
Bakısı XIX əsrin sonlarına doğru Azərbaycan zərgərliyinin  ən böyük mərkəzinə çevrilmişdi. 
1900-cü ildə burada 130 nəfər qeydiyyatdan keçmiş zinət ustası  və 89 nəfər  şagird çalışırdı. 
Zərgərlərin sayına görə sonrakı yerləri tutan Gəncə  şəhərində 33, Şamaxıda 25, Şəkidə 22, 
Salyanda 13, Şuşa və Quba şəhərlərinin hər birində 12 nəfər zərgər işləyirdi.
85
  
Statistik materiallardan göründüyü kimi, Bakı  şəhəri ilə  əlaqələrin güclənməsi sayəsində 
əyalət şəhərlərində zinət ustalarının sayı xeyli azalmışdı. Buna əmin olmaq üçün təkcə belə bir 
faktı xatırlatmaq kifayətdir ki, 1832-ci ildə  Şamaxı  şəhərində 40 nəfər yalnız gümüşbənd 
çalışırdı.
86
  
Orta əsr şəhərlərində zinət məmulatına tələbatın böyük olması səbəbindən çoxsaylı zərgər 
dükanları  şəhərin mərkəzi küçələrində  əlahiddə  cərgə (çarşı) təşkil edirdi. Vaxtı ilə  Təbriz və 
Ərdəbil şəhərlərindəki qeysəriyyələrdə zərgər dükanlarının əmələ gətirdiyi tağlı cərgələrdə (çaraş 
və ya çarşılarda) istehsal olunub satılan zinət mallarının zəngin çeşidi Avropa səyyahlarını 
(Qemelli Karyeri, Adam Oleari, Korneli de Bryuin, Şarden, Tavernye və b, heyran qoymuşdur.
87
 
Zərgər dükanlarında zinət istehsalı bir sıra kimyəvi proses və texniki əməliyyatlardan 
ibarət olduğundan əsas xammal növləri (qızıl, gümüş, ləl-cavahirat) ilə yanaşı, bir sıra yardımçı 
vasitələrdən (mis, şora, naşatır, tənəkar, göydaş, bürünc, qurğuşun, sarı gil, qızıl yağı  və s.) 
istifadə olunmuşdur. Bunların bir qismi aşqar məqsədi ilə işlənmişdir. Məlum olduğu kimi, zinət 
istehsalında qızıl və gümüş xalis halda işlənə bilmirdi. Ona görə də onları yumşaldıb elastik hala 
salmaq lazım gəlirdi. Bunun üçün əvvəlcə qızıl və gümüşün liqatur tərkibdə ərintisi hazırlanırdı. 


 
 
153
Bununla da onların istehsal xassəsi gücləndirilir, beləliklə, döyülüb yaymalanarkən parçalanıb 
zaya getməsinin qarşısı alınırdı. Bir qayda olaraq, ərinti qatışığı yüksək əyarlı qızıl və ya gümüşə 
əlavə olunurdu. Çünki aşağı  əyarlı  qızıla mis və ya gümüş qatdıqda onun əyarı daha da aşağı 
düşür, beləliklə  də  məmulat özünün dəfinə  dəyərini itirirdi. Elə bu səbəbdən də zinət ustaları 
ərintinin liqatur tərkibini hazırlayarkən ata-babadan müəyyən olunmuş qatışıq nisbətlərinə ciddi 
əməl edirdilər. Məsələn, Şuşa zərgərləri 82 əyarlı qızılı 56 əyara endirib ərinti hazırlamaq üçün 
qızılın hər bir misqalına 9 noxud ağırlığında mis, 3 noxud gümüş qatırdılar.
88
 
Zinət istehsalı, bir qayda olaraq, xammalın əridilib müvafiq qəliblərə bölünməsi, ərintinin 
zindan üzərində döyülüb yastılanması, onun doğranıb zolaqlanması, həddələmə, burma, eşmə, 
deşmə, oyma, cızma, lehimləmə, taraşlama (aynalama) və s. kimi mürəkkəb proseslərlə bağlı 
olduğundan zərgər dükanlarında olduqca geniş çeşiddə  əmək aləti və istehsal ləvazimatından 
istifadə olunurdu. Bunların arasında zərgər kürəsi, zərgər körüyüzindan, çəkic, kəlbətin, qayçı, 
məngənə, tutacaq, girə, həddə, simkeş, zərrədin, zərrəbin, qələm, biz, sünbə, bıçaq, matqab, 
maqqaş, buta, qəlib, rəcə, hövnə, pufkə, yeyə, sürtgəc, lək ağacı, asma tərəzi, çəki daşları, 
məhəkdaşı və s. mühüm yer tuturdu. Göründüyü kimi, Azərbaycanın ənənəvi zinət istehsalının 
digər sahələrinin heç birisində bu qədər sayda müxtəlif növ əmək alətlərindən istifadə edildiyi 
qeydə alınmamışdır. 
Bu fakt özlüyündə yüksək istehsal mədəniyyətindən soraq verən olduqca dəyərli etnoqrafik 
göstərici idi. Belə dəyərləri yaradan el sənətkarlarının istedad və sənət məharəti qibtə doğurmaya 
bilmir. 
İstifadə  məqamına, başqa sözlə, gəzdirilmə  tərzinə görə,  ənənəvi zinətlər  baş-qulaq, 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin