115
«kətil» adlanan antiseysmik
qurşaq kimi də işlənmişdir. Bütün bunlardan əlavə keçmişdə
ağacdan, xüsusilə palıdın qara özəyindən çatma damlarda «taxtapuş» adlanan örtük materialı
kimi istifadə olunmuşdur.
Ənənəvi inşaat materialları arasında
gil, qum, habelə
mineral süxurlar mühüm yer
tutmuşdur. Gildən həm divar hörgü materialı (
möhrə, kərpic), həm bəzək tərtibatı (
kaşı, kəc,
gilabı, suvaq), həm də yapışdırıcı məhlul
mala kimi istifadə olunmuşdur. Hətta qədim tikililərdə
gildən
döşəmə örtüyü də düzəldilmişdir.
Tikinti təcrübəsində gildən səmərəli istifadənin ən qədim və bəsit vasitəsi
möhrə
olmuşdur. Azərbaycanda möhrə texnikası Naxçıvan, Muğan, Mil-Qarabağ və Gəncə-Qazax
düzənliyində arxeoloji qazıntılar zamanı hələ neolit və eneolit dövrünə aid abidələrindən aşkar
edilmiş yaşayış və təsərrüfat tikililərində tətbiq edilmişdir. Ucuz və asan başa gəldiyi üçün
Azərbaycanın düzənlik bölgələrində, xüsusilə, cənub əyalətlərində möhrə texnikası yaxın
keçmişə qədər özünün əməli əhəmiyyətini itirməmişdir.
Eneolit dövründən etibarən gildən
kərpic düzəldilməyə başlanmışdır. Azərbaycanın
eneolit abidələrində çiy kərpicin, əsasən, düzbucaqlı
formada, həm də ən çox 35-40x17-20x9-10,
bəzən isə 50-55x22-25x9 sm ölçülərdə hazırlandığı qeydə alınmışdır. Əlikömək təpəsində
aparılan arxeoloji qazıntılar zamanı abidənin eneolit təbəqəsindən aşkar olunmuş kərpiclər
düzbucaqlı formadadır.
Çiy kərpic, əsasən, samanqatışıq palçıqdan hazırlanırdı. Bəzi abidələrdə onun palçığına
qum qatıldığı müşahidə olunur. Kültəpə, Şomutəpə, Qaratəpə, Töyrətəpə, Qarğalar təpəsi,
Çalağantəpə, İlanlıtəpə və b. abidələrdən bu cür düzbucaqlı kərpiclə tikilmiş divar qalıqları aşkar
olunmuşdur. Sonralar, xüsusilə, Azərbaycanın orta tunc dövrü arxeoloji abidələrində
(Üzərliktəpə, Kültəpə) kvadrat
formalı kərpiclərin dəb düşdüyü müşahidə olunur.
Antik dövrdən etibarən Azərbaycanın inşaat sənətində
bişmiş kərpic və
kirəmit (sufal)
tətbiq olunmağa başladığı nəzərə çarpır. Mütəxəssislərin fikrincə qədim Albaniyada kirəmit
istehsalına ellinizm dövründə başlanmışdır.
54
Qəbələdən 2300 il bundan əvvələ aid uzunu 75 sm
olan yastı, novşəkilli və ikiçatılı kirəmit növləri, e.ə. I əsrə aid kvadrat (39x39x5 sm) və
düzbucaqlı (39x19x5 sm) formalı bişmiş kərpic aşkar olunmuşdur.
55
Antik dövrün kvadrat
kərpiclərinin ölçüləri ilk orta əsrlərdə və ondan sonrakı dövrlərdə də davam etmişdir. Lakin bu
tip kərpiclərə ilk dəfə Sasani dövrü abidələrində təsadüf edildiyindən elmi ədəbiyyata o, «Sasani
kərpici» adı ilə daxil olmuşdur. Orta əsrlərin sonrakı mərhələrində bişmiş kərpicin ölçüləri (19-
22x19-22x4,5-5 sm) xeyli kiçilmişdir.
56
Bununla belə, orta əsr tikililərində böyük ölçülü kvadrat
kərpiclərdən istifadə olunması ənənəsi xeyli müddət davam etmişdir.
Kaşı, inşaat materialı kimi, ilk dəfə Azərbaycanın orta əsr memarlıq abidələrində təsadüf
olunur.
Şüşə, həmçinin, professional memarlıqla bağlı olub, tikinti işində çox sonralar, son orta
əsrlərdə tətbiq olunmuşdur. Əsilzadə zadəgan zümrəsinə məxsus olan şəbəkəli evlərdə, əsasən,
rəngli mikro şüşələrdən istifadə olunduğu nəzərə çarpır.
Gəc, əhəng, kirənc yapışdırıcı (bərkidici) vasitə olmaq etibarı ilə
mala və
suvaq materialı
məqsədi ilə nisbətən sonralar, əsasən, bişmiş kərpic və daş hörgüsündə tətbiq olunmağa
başlanmışdır. Azərbaycanın eneolit dövrü inşaat təcrübəsində əhəng ilk vaxtlar boyaq-bəzək
məqsədilə işlənmişdir. Ondan mala
məqsədi ilə istifadə olunması xeyli sonrakı dövrlərə təsadüf
edir. Azərbaycanda əhəng məhlulundan hazırlanmış ən qədim mala qalığı hələlik antik
Qəbələdən (e.ə. I əsr) aşkar olunmuşdur.
57
Dostları ilə paylaş: