AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
İNŞAAT MATERİALLARI KAFEDRASI
İNŞAAT MATERIALLAR VƏ MƏMULATLARI FƏNNİNDƏN
FƏNN PROQRAMI (SİLLABUS)
Qrup: № 673a
BAKI─2015
AZƏRBAYCAN RESPUBLİKASITƏHSİLNAZİRLİYİ
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:
Kafedra müdiri_____________
İ.N.Şirinzadə
“13” yanvar 2015-ci il
Fənn proqramı (sillabusu)
Kafedra: İnşaat Materialları
Fənnin adı: İnşaat materialları və məmulatları
1. Fənn haqqında məlumat:
Kodu ____________
Tədris ili: 2014/2015. Semestr: yaz
Fakültə: İnşaat texnologiya
Qrup: 673a
Tədris yükü: mühazirə 60 saat, laboratoriya 30 saat.
Cəmi: 90saat.
Kredit: 6
Auditoriya: № 908
Saat: Mühazirə, çərşənbə axşamı - 1600- 1920; Laboratoriya, bazar ertəsi – 1745-1920
2. Müəllim haqqında məlumat:
Adı, atasının adı, soyadı və elmi dərəcəsi: Xəlilov Elxan Veys oğlu, baş müəllim.
Kafedranın ünvanı: AzMİU-nun I korpusu, 9-cu mərtəbə
Məsləhət saatları:
E-mail ünvanı:
İş telefonu: 050 520 99 66
3. Tələb olunan dərslik və dərs vəsaitləri:
1. Ağabəyli N.M. İnşaat materialları və məmulatları, Bakı. 2008.
2. Ağabəyli N.M. İnşaat materialları fənnindən laboratoriya işləri, Bakı. 2013.
4. Fənnin təsviri və məqsədi:
İnşaat materialları və məmulatları fənni inşaatda istifadə olunan material və məmulatların istehsal texnologiyası, onların fiziki və mexaniki xassələri, sınaq üsulları, daşınma və saxlanılma qaydaları, tətbiq sahələri haqqında ətraflı məlumat verir. Təbii daş materialların, inşaat keramikası, yapışdırıcı maddələrin, betonların, polimer inşaat materialları və məmulatlarının və digər inşaat materiallarının istehsal texnologiyasının nəzəri əsasları şərh edilir.
İnşaat konstruksiyalarının: dəmir-beton, metal, ağac və plastik kütlə konstruksiyalarının hesablanmasında inşaat materialları və məmulatlarının fiziki və mexaniki xassələrini bilmək mühüm əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |