Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3.34 Mb.
Pdf просмотр
səhifə1/72
tarix31.01.2017
ölçüsü3.34 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   72

 

1

www.kitabxana.net 



 

Milli Virtual Kitabxana 

 

 

 

 

Maqsud İbrahimbəyov 

 

 

 

 

 

 

 

"Seçilmiş əsərlər" 

 

 

 

 

Povest və dram əsərləri 

 

(Azərbaycan dilində) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2

POVESTLƏR 



 

 

Dənizdə Qasırğa 

 

Birinci Kitab 



 

Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub. 

 

Təkcə sahilin lap yaxınlığındakı təpənin üstündə xudmani bir evin pəncərəsindən işıq gəlir. 



İyirmi yeddi yaşlı neft kimyaçısı Kamil Məmmədəliyev köhnə “Reminqton”unda nə isə çap edir; 

hərdənbir ara verərək, lazımi kimyəvi formulaları makina mətninə əllə yazır. İşini qurtarıb ayağa 

qalxır, otaqdan, sonra da evdən çıxır. 

 

Bura adi Bakı bağlarından birinin həyətidir – qumun üstünə sərilmiş üzüm tənəkləri, su quyusu, 



ilin bu fəslində hələ çılpaq olan bir necə əncir və nar ağacı gözə dəyir. Ağarmaqda olan dan 

yerinin alatoranında bağın əlli-altmış metrliyindən başlanan dənizin hamar, dalğasız səthi, 

kimsəsiz qumlu sahillər zorla sezilir. Kamil artıq evə dönməyə hazırlaşır, ancaq həmin anda elə 

bir hadisə baş verir ki, yorğunluğu bir göz qırpımında yox olur: sahilin lap kənarında suyu 

yüngülcə sıçradaraq, demək olar ki, səssiz-səmirsiz, bir sualtı qayıq dəniz səthində peyda olur. 

Ondan içərisinə hava doldurulmuş bir avarlı qayıq aralanır. Qayıqda bir neçə sərnişin, o 

cümlədən iki qadın var. 

 

Kamil binokl götürmək üçün evə qayıdır, sonra tələsik geri dönüb, qayığı bir müddət maraqla 



müşahidə edir. Qayıq sahil boyu üzərək, mayakın uçuqları görünən qayalıq burun istiqamətində 

uzaqlaşır və döngəni burulub gözdən itir. Soyuqdan büzüşmüş Kamil evə qayıdır. 

 

Həmin gün sübh tezdən sovet hərbi gəmisi açıq dənizdə adi patrul xidmətinin yerinə yetirir. 



Onun lap yaxınlığında, paralel kursla yaraşıqlı bir yaxta üzür. Üzərində İran bayrağı dalğalanan 

yaxta elə bil “sərhədçi”ni addım-addım izləyir. 

 

– Düz altı saatdır dalımızca gəlir, – deyə sərhədçi zabit dillənir. 



 

O, kapitanın yanında, körpücükdə dayanıb, binoklla “qonşu”nu seyr edir. Yaxtadan kim isə əl 

edib onları salamlayır. – Ötən həftə seyner bizi qarabaqara izləyirdi, indi də bu. Lap ovçuları 

azdırıb, öz yuvasından uzaqlaşdırmağa çalışan tülküyə oxşayır. 

 

– Şübhəsiz, nəsə bir məqsədi var, – deyə kapitan qaşqabaqlı halda razılaşır. – Buralarda heç kəs 



boş-boşuna dolaşmaz. Nə mənzərəsi bir şeydir, nə də havası. – O, danışıq borusuna sarı əyilir: 

 

– Dəstənin bütün gəmilərindən təkrar soruşun: qonşu kvadratlarda şübhəli bir şey görməyiblər 



ki? 

 

– Oldu, kapitan! Dəstənin bütün gəmilərinə təkrar sorğu göndərilsin! 



 

Səhər tezdən yuxudan qalxan kimi Kamil kiçik qardaşı Poladı oyatmaq üçün onun otağına keçir. 

Bir divar başdan-başa atletik bədən quruluşuna malik otaq sahibinin sərbəst güləş karyerasının 

ən xoş məqamlarında lentə alınmış şəkillərlə doludur. Rəflərin birindən kitablar yığışdırılıb, 

oraya hələ yuxuda olan gəncin idman zəfərlərini əks etdirən bir neçə kubok düzülüb. Kamil 

qardaşını oyadır. 

 

...Səhər yeməyini masanın üzərinə düzən Kamil narahatlıqla qardaşına baxır: 



 

3

 



– Gecikirik! 

 

– Əcəb havadır, gərək eyvanda oturaydıq, – deyə Polad əlini süfrəyə uzadaraq dillənir. – Duzunu 



bir yarımca kilo az töksəydin, lap dadlı qayğanaq alınardı. 

 

– Bu gecə sualtı qayıq görmüşəm. – Kamil xəbər verir. 



 

– Sonra? 

 

– Heç, eləcə sualtı qayıq gördüm. 



 

– Sonra nə oldu e? Onu de görək! 

 

– Əvvəl suyun səthinə qalxdı, sonra sahilə bir neçə adam düşürdü, sonra da təzədən suyun 



altında qeyb oldu. Vəssalam. 

 

Kamillə Polad sahil boyunca irəliləyir. Qayığın yan aldığı yerə çatırlar. Polad diqqətlə izlərə 



baxır. 

 

– Bəlkə yuxuda görmüsən? 



 

– Yuxu-zad deyil, şübhən olmasın. 

 

– Onlar sahillə elektrik qatarı stansiyasına sarı gedirlər. 



 

– Sən mənim böyük qardaşımsan, dediklərinin hamısına inanmaq mənim borcumdur, hətta Xəzər 

dənizində səkkizayaqlı ilbiz və köpək balıqları kimi, sualtı qayıqların da olmadığını dəqiq bilsəm 

belə... Sərnişin daşıyan sualtı qayıqlar isə, mən bilən, ümumiyyətlə olmur. 

 

– Qadın sərnişinlərdən biri isə lap Meri Pikforda oxşayırdı. 



 

Binoklla açıq-aydın görürdüm. 

 

8 – Yaxşı, tutaq ki, sualtı qayıq qayıtdı suyun dibinə. Bəs sərnişinləri aparan o biri qayıq necə 



oldu? Avarlı qayıqla şəhərə azı iki günlük yoldur. Elə isə, onda sənin gözəlçələrin görəsən hara 

qeyb olublar? 

 

Kamil fikirli-fikirli: 



 

– Qayıq mayaka tərəf üzürdü... – deyir və dərhal da əlavə edir, – yeyin gəl, mən hələ evə çatıb 

paltarımı dəyişməliyəm. 

 

– Atama salam de. Sabah şəhərə gələndə onun iş yerinə dəyəcəyəm. 



 

Nahara ləngimə. Nərə balığı qızardacağam, sənsə çörək, bir də göyərti alarsan. 

 

Onlar stansiyaya elektrik qatarı ilə eyni vaxtda çatırlar. Tək qalan Polad dönüb evlərinə qayıtmaq 



istəyir, ancaq bir-iki addım atdıqdan sonra fikrini dəyişib, yarıuçulmuş tənha mayaka sarı 

yönəlir. 

 

Kamil fikirli halda elektrik qatarının pəncərəsindən baxır. 



 

4

 



Dənizin mavi suları sonuncu dəfə görünüb yox olur. İndi qatar ta üfüqədək hər tərəfi bürümüş 

sıx buruqlar meşəsinin içi ilə şütüyür. 

 

Ən güclü təxəyyül belə bu əzəmətli, hansısa məşum bir qüvvə tərəfindən yaradılmış mənzərəni 



canlandırmaqda, bəlkə də acizdir. 

 

Şəbəkəli, qara buruqlardan ibarət qalın bir meşə və həmin buruqlardan hər birinin içərisində 



ahəngdar surətdə enib-qalxan qara şatunlar... Onların hərəkəti elə təəssürat yaradır ki, guya bu 

cansız, bu ölü meşədə hansısa bədheybət varlıqlar yaşayır. Və bunun nəticəsində neft hopmuş 

qapqara torpaqda “bitən” həmin meşə təsadüfi yolçuya ikrahoyadıcı, vahiməli görünür. Buruq 

“ağac”lardan minlərlə kiçicik neft arxı ayrılır, sonra onlar qovuşaraq, nisbətən iri çaylar əmələ 

gətirir. Və bu neft çaylarından hər biri öz alov doğuran möhtəviyyatını mədənlər ərazisindən 

keçirərək magistral vaylara çatdırır, onlar isə coşqun, qara nəhrlərə – neft şəlalərinə çevrilib 

yeraltı göllərə – rezervuarlara tökülür. 

 

Polad qayaların arası ilə irəliləyir. Mayak yerləşən təpənin zirvəsinə, qaya parçalarının örtüb 



görünməz etdiyi, güclə görünən bir cığır qalxır. İliklərə işləyən şiddətli külək başlayır. Polad 

şərfini boynuna bir az da möhkəm dolayıb, idman gödəkçəsinin başlığını qaldırır. Əynində 

köhnə balıqçı plaşı olan bir nəfər külək tutmayan tərəfdən mayakın divarına qısılaraq çömbəlib 

oturub. O nə vaxtsa mayakın qapısı olmuş oyuqdan içəri keçən Poladı arxadan görür. 

 

Pilləkənlə ikinci mərtəbəyə qalxan Polad yarıqaranlıqda boş yeşiyə 9 toxunub büdrəyir. Yeşik 



gurultu ilə aşağı diyirlənir. Polad meydançadakı yeganə qapını açır. Bu geniş, dairəvi otaq yəqin 

vaxtilə mayak baxıcısının yaşayış yeri imiş. Otaqdakı adamlar dərhal yerlərindən sıçrayıb 

qalxırlar. Poladın baxışları qadınlardan birinin gözləri ilə bir anlığa qarşılaşır. Bu qadın diqqəti 

cəlb edən parlaq gözəlliyi ilə seçilir. Polad sövq-təbii arxaya çevrilir: onun ardınca yuxarı 

gəlmiş, əynində balıqçı plaşı olan kişi bıçağı endirməyə hazırlaşır. 

 

Polad sağ əli ilə rəqibinin biləyini qamarlayır. O, artıq Poladı yaralamağa macal tapsa da, 



idmançı özünü itirmir, məşqdə imiş kimi asanlıqla sərbəst güləşdə “dəyirman” deyilən fəndi 

işlədir. Rəqibi onun çiyni üstündən uçub, təpəsi üstdə zərblə daş döşəməyə çırpılır. 

 

Ani çaşqınlıqdan özlərinə gələn kimi otaqdakılar Poladın üstünə cumurlar. Polad sıldırım 



qayanın kəlləsindən özünü dənizə tullayır. 

 

Timsah kimi burunlarını irəli uzatmış qayalara sanki bir möcüzə nəticəsində çırpılmayan Polad 



suyun altında gözdən itir. 

 

– Vasif onun üstünə atılmasaydı, hər şey yaxşı qurtarardı, – deyə təqibçilərdən biri – yerdə qalan 



kişilərin hamısı kimi əynində qaba brezent plaş olan kişi qayanın zirvəsindən dəniz sularına 

diqqətlə baxdıqdan bir xeyli sonra dillənir. 

 

– Vaxta hələ yarım saat qalır, ümid edək ki, dalımızca maşını təyin olunmuş vaxtda 



göndərəcəklər. 

 

Elə həmin mayakdan bir az aralıda, dəniz sahilində birmərtəbəli ev. Kamillə Poladın xudmani 



evciyindən fərqli olaraq, bu, geniş aynabənd eyvanlı möhkəm daş binadır. Ev sahibi – sabiq 

milyonçu, neft sənayeçisi Əbiyev kresloda əyləşib demi çəkir. Evə bir fayton yaxınlaşır. Əlində 

kiçik həkim çamadanı olan cavan bir adam faytondan düşür. Keçmiş faytonçu, indi isə bağban, 

həm də eyni zamanda aşpaz, təsərrüfat müdiri, eşikağası, bir də qulaq yoldaşı vəzifələrini icra 

edən Məmməd aralı qapıdan başını içəri salır: 


 

5

 



– Bəy, doktor gəlib! Qəbul edək?! – deyə o, qocalara xas olan bir tərzdə kəlmələri fışıltı ilə 

tələffüz edərək soruşur. 

 

– Lap ağlın çaşıb, Məmməd, – Əbiyev gülümsünür. – Bu çöllübiyabanda məni yoxlayan yeganə 



adam, doktordur, sən də hələ bir soruşursan ki, onu buraxım evə, ya yox. 

 

– Salam-əleyküm, bəy! Gözümə bir az narahat dəyirsiz. Yoxsa mənə elə gəlir? 



 

10 – Əyləş, əyləş. Narahat-zad deyiləm. Qocalıqdır da... oturub özümçün fikrə dalmışam. Bir 

vaxtlar sahibi olduğum bu kəndə baxıb düşünürəm ki, siz bolşeviklər hər halda qəribə 

adamlarsınız. 

 

– Bəy! – Həkim tənə ilə onun sözünü kəsir. 



 

– Canına vicvicə düşməsin. Əgər mən nəsə deyirəmsə, deməli, onu deməyə haqqım var. Bəlkə 

də sən bilmirsən, inqilab olanda mənim imkanım vardı ki, bütün əmlakımı satıb, kapitalımı 

xaricə ötürüm. Hara desən, çıxıb gedə bilərdim – Parisə, Amerikaya, Avstraliyaya. Ancaq mən 

getmədim. Öz-özümə dedim ki, sənin bütün xatirələrin bura ilə bağlıdır, ən əziz adamlarının 

məzarları buradadır. Bu torpağı tərk edib hara gedə bilərdim? Bankdakı pullarımı, mədənlərimi, 

münbit torpaqlarımı təzə hökumətə bağışladım. 

 

O zaman qərara aldım ki, hamı kimi yaşayacağam – indi də heyfsilənmirəm. Ancaq bu gün 



səhərdən sahilə baxıb düşünürəm ki, görəsən buralar niyə belə bərbad haldadır? Axı bu cür 

mənzərəli sahildə gözəl evlər, restoranlar tikmək olar. Hələ Aralıq dənizini demirəm, heç olmasa 

Qara dəniz sahillərindəki kimi çimərliklər salmaq olar, həm camaatın ürəyincədir, həm də dövlət 

varlanar. 

 

– Üzr istəyirəm, bəy, – həkim xəfif təbəssümlə sözə başlayır. 



 

– Axı elə indicə özünüz buyurdunuz ki, bu torpaqlar əvvəllər sizə məxsus olub... 

 

– Elə gözləyirdim ki, bunu mənə xatırladacaqsan; – Əbiyev qalibanə əda ilə dillənir. – Boynuma 



alıram, biz kapitalistlər camaat üçün çimərlik-filan qayğısına qalmırıq. Düzdür! Ancaq bəs onda 

aramızda nə fərq olur? Mən kiməm – kapitalist, istismarçı, hər şeydə mənfəət güdən bir şəxs. 

Axı siz inqilabçıların ki bütün dərdisəri xalqın qayğısını çəkməkdir. 

 

– Hər şeyçün vaxt gərəkdir, əzizim bəy! Respublika hələ gəncdir, kurortlardan daha vacib 



problemlərimiz var. Məsələn, elə götürək səhiyyəni. Heç bilirsiniz son illər... 

 

– Qəzetləri mən elə özüm də hər gün oxuyuram, – Əbiyev onun sözünü kəsərək əlini yelləyir. 



 

Həkim həftəlik müayinəsinə başlayır, bəyin hərarətini ölçür. 

 

– Nə deyə bilərəm? Öz yaşınıza görə siz tamamilə sağlam adamsınız. Heç bir məxsusi müalicəyə 



ehtiyacınız yoxdur. Əgər yaxşı yemək, təmiz hava və qulluq təmin edilsə, hər şey yaxşı olar. 

 

Dediyim məsələlər nə yerdədir? Nəyə ehtiyacınız var? 



 

11 – Sovet hakimiyyəti mənimçün yetərincə çox şey saxlayıb: bu evim, şəhərdəki mənzil, 

pensiya, hətta hər həftə həkim də göndərirlər. 

 


 

6

Yaxşı yeməklə bolluca təmin edilmişəm. – Əbiyev bir az fikirləşib, vəziyyəti daha ətraflı təsvir 



edir. – Təmiz hava? Burada əla dəniz havası uduram. Deməli, hava sarıdan da bəxtim gətirib. 

 

Qalır bir şey; o da ki... Doktor, onlar gedən deyillər. 



 

– Bəy, rica edirəm, mənim yanımda belə zarafatlar etməyin, – deyə həkim etirazını bildirir. – Elə 

keçən dəfə də fikrimi yayındırdınız, Sizə deməyə hazırlaşırdım ki, il uzunu şəhərdən uzaqda 

yaşamağınız heç ürəyimcə deyil. 

 

– Şəhərdə yaşamaq mənimçün çətindir, şəhər evləri, ələlxüsus da ümumi mənzilləri olan binalar 



əsl işgəncədir. Birdən qanın qara olur, heç kəslə kəlmə kəsmək istəmirsən, ancaq məcbursan ki, 

qonşularla danışasan. Öz komamda tənha yaşamaq o cür mənzildə qalmaqdan yaxşıdır. Onsuz da 

divarın o üzündə yad adamlar yaşayır. 

 

– Axı qışda buralarda heç kəs qalmır. Hamı bağlardan şəhərə köçür. Olmadı belə, oldu elə... 



 

– Buralar çox sakit yerdir. Heç vaxt heç bir hadisə-filan olmur. 

 

Son 50 ildə üçcə dəfə dava olub – üçü də qısqanclıq üstdə özü də hər üçü yazda. 



 

Əbiyev həkimin baxışlarını izləyərək, onun diqqətlə nəyə isə fikir verdiyini görür. Üst-başı qan 

içində, paltarlarından su süzülən bir adam evə yaxınlaşır. Bu, Poladdır, səndələyə-səndələyə 

çətinliklə pillələri qalxır. 

 

Məmməd başını qapıdan içəri salır: 



 

– Bəy, gələn var. Buraxım? 

 

– Tez onu tut, yıxılmasın. Gəlirik, – Əbiyev çətinliklə yerindən qalxır. 



 

Huşunu itirən Polada ilk yardım göstərdikdən sonra bəyin isti xalatına bürüyür və köməkləşib 

onu faytonun oturacağına yerləşdirirlər ki, şəhərə aparsınlar. 

 

– Özünə gəlincə qoy hələ burada qalsın, – deyə Əbiyev təklif edir. 



 

– Vəziyyəti təhlükəlidir. Onu təcili xəstəxanaya çatdırmaq lazımdır, – həkim qəti etirazını 

bildirir. 

 

Yaralı ilə həkimi aparan fayton uzaqlaşır. Əbiyev fikirli halda keçib masa arxasında əyləşir, 



sonra da radioqəbuledicini – ortada işıqlanan gözcüyü olan iri taxta qutunu – o dövrdə geniş 

yayılmış 12 “ÇRL-8” markalı radionu qurur. Efir maneələri və alqış sədaları səngiyəndə Hitlerin 

uca səslə söylədiyi nitqi eşidilir. Əlində məcməyi içəri girən Məmməd maraqlanır: 

 

– Bu adam kimdir? Niyə belə hirslidir? 



 

– Adolf Hitlerdir. Özü də hirsli-zad deyil, əksinə, kefi kökdür. 

 

O, böyük uğur qazanıb, Məmməd. Avropanın yarısını tutub, – radioya qulaq verib, eşitdiklərini 



tərcümə edir: – Deyir, guya Allah onu yer üzünə bir məqsədlə göndərib: alman xalqını xoşbəxt 

etmək. Və o həmin məqsədə çatmaq yolunda heç bir maneə qarşısında dayanmayacaq, – 

radioqəbuledicinin səsi kəsilir. – Onu heç nə dayandıra bilməz! 

 


 

7

– Mən belə adamlar görmüşəm. Beləsi heç vaxt yaxşı şey vəd etməz. Yox, əgər haranısa 



yandırmağa, kimi isə öldürməyə söz verirsə, sözünün üstündə duracaq. Bu da ciddi danışır, 

səsindən bilinir. 

 

Əbiyev səbirsizliklə əlini yelləyir: 



 

– Sən o yaralıdan danış, bizim qonşudan. Anlaşılmaz əhvalatdır. 

 

– Kim isə əvvəl onu bıçaqlayıb, sonra da hər ehtimala qarşı suda batırmaq istəyib. Belə bir adət 



var, bəy. 

 

– Get, Məmməd, get. 



 

Şəhər vağzalının binası qarşısında fayton və taksilərdən ibarət qarışıq cərgələr düzülüb. 

 

Kamil dənizkənarı küçədə evlərinin qabağında taksidən düşür. 



 

Bu, müharibədən əvvəlki tipik arxitektura üslubunda ağ daşdan tikilmiş, hündür Venetsiya 

pəncərələri və iri açıq küçə eyvanları olan binadır. Atası evdədir, Kamilin dayısı Əbülfəzlə 

söhbət edir. 

 

– Dayını təbrik elə, – anası utancaq halda başını aşağı dikmiş Əbülfəzə işarə edərək Kamilə 



deyir. – Dünən uşağı olub. 

 

– Səkkizincisi? Pah atonnan! Bu qədər uşağı neynirsən, a kişi? 



 

– deyə Kamil heyrətlənir. Təbrik edirəm, təbrik edirəm. 

 

– Səkkizinci olanda nə olar? – Əbülfəz möhkəm inciyir. – Narahat olma, birtəhər dolandırarıq. 



Qorxma, səndən çörək-su istəyən deyiləm. 

 

Kamil onu axıradək dinləmədən qonşu otağa keçib, tələsik paltarını dəyişməyə başlayır. 



 

– Adam da belə şey eləyər? – Anası tənə ilə dillənir. – Təbrik əvəzinə... 

 

1 3– Yaxşı, yaxşı, bağışla. Zarafat elədim, qoy özləri üçün törəyib çoxalsınlar. 



 

Anası cavab verməyə macal tapmamış, telefon zəng çalır. Dəstəyi götürüb qulaq asır və sonra 

yerinə qoyub deyir: 

 

– Bağırovun qəbul otağındandı. Dedilər ki, on birə on beş dəqiqə qalmış sənin dalınca maşın 



göndərəcəklər. 

 

– Lap yaxşı. Deməli, birlikdə səhər yeməyinə hələ vaxtımız var, – atası öz fikrini bildirir. 



 

– Kimi çağırıblar Bağırovun yanına? Guya səni? Ola bilməz! 

 

Əbülfəz bic-bic gülür. 



 

– Çağırıblar, çağırıblar, – stol arxasına keçən Kamil dillənir. 

 

– Ancaq sən əsəbiləşmə. 



 

8

 



– Söhbətə adam qəhətdir? – Əbülfəz hələ də heyrətlənir. 

 

– Səninlə danışmaq heç mənimçün maraqlı deyil, o da ola... yəqin səni eyni familiyalı başqa 



adamın yanına çağırıblar. Xüsusi belə adamlar saxlayırlar ki, sənin kimilərlə onlar söhbət 

eləsinlər. 

 

Atası söhbətin mövzusunu dəyişməyə cəhd göstərir: 



 

– Gələn bazar mən də bağa gedəcəyəm. Təsəvvür edirəm, indi oralar necə gözəldir. 

 

– A kişi, sən ayaq üstə zorla durursan, – deyə anası söhbətə qoşulur. – Mayın ortalarınacan heç 



yerə getdi yoxdur! Bəs Polad şəhərə gəlməyəcək? 

 

– Həftənin axırında gələcək. Bu nədir belə? – Kamil atasının ona uzatdığı açıq kitabı alıb 



maraqla baxır. 

 

– Şagirdlərim üçün hazırlamışam – neft tarixinə dair faktlardır. 



 

Bax, bunlar Roma imperiyası dövrünə aiddir, daha dəqiq 624-cü ilə. Həmin il qədim Roma 

imperatoru Bakıya soxulmuş, atəşpərəstlərin bir neçə məbədini dağıtmışdı. Ancaq romalılar bu 

diyarı qul edə bilməmişdilər. Bizim əcdadlarımız o zaman görünməmiş silahdan – içərisinə 

yanıcı maye doldurulmuş gil qablardan istifadə etmişdilər. Bu qabları hara tullasan, hədəfə dəyən 

kimi hər şeyi yandırırmış, onun alovunu söndürmək qeyri-mümkün imiş – nə su, nə də qum 

kömək edirmiş. Qoşunda xüsusi “neffatinlər” – “neft atanlar” olarmış, onlar katapultalardan 

həmin maye doldurulmuş bardaqlarla “atəş açarmışlar”. Tarixçilərin təsvirinə görə, həmin maye 

yanarkən özündən oksigen ayırır. Odur ki, həmin alovu söndürmək əslində mümkün deyilmiş. 

Özün bilirsən, yalançı vətən- 14 pərvərlik duyğusu mənə yaddır, ancaq bütün faktları diqqətlə 

araşdırandan sonra inamla deyə bilərəm: Bakıda işlədilmiş həmin silah o vaxtadək tarixdə 

olmayıb. 

 

– “Yunan alovu”na bənzər bir şeymiş, – Kamil xəfif təbəssümlə dillənir. 



 

– Bəli, bəli. Məhz “bənzər” bir silahmış. Konstantinopolda yaşayan memar Kallinik Bakıdan 

gətirilmiş neft əsasında artıq 650-ci ildə həmin dəhşətli silahı təkmilləşdirir. Onun reseptinə 

əsasən, çoxavarlı gəmilərin burnunda quraşdırılan xüsusi nasoslardan düşmən üzərinə yanar 

maye şırnağı tuşlayırmışlar. Bu silaha “yunan alovu” adını da məhz o verib. Bir neçə yüz il 

ərzində – ta 1189-cu ildə İkinci Lüteran kilsəsi “canlı qüvvə arasında həddən artıq və lüzumsuz 

insan tələfatına səbəb olduğu” üçün “yunan alovu” nun Avropada tətbiqini qadağan edənədək 

bəşər övladı həmin silahdan istifadə etmişdi.* Hə, necədir? Maraqlıdır? 

 

– Gör a, sən demə, benzini lap qədimlərdə ixtira ediblərmiş, – Əbülfəz heyrətlə başını yırğalayır. 



 

– Bəs sənin üçün maraqlı deyil, hər şeyi alovlara qərq edən bu qatışıq nədən və necə 

hazırlanırmış? – deyə atası Kamildən soruşur. 

 

– Maraqlı olmağına maraqlıdır. Bəs səninçün? 



 

– Mənim bura nə dəxlim? – deyə atası qımışır. – Mən orta məktəbdə kimya müəllimiyəm, sənsə 

alim. İkimiz də kimyaçıyıq, ancaq hərənin öz vəzifəsi var. 

 


 

9

– İki ildir aspiranturanı bitirmişəm, amma hələ heç dissertasiya da müdafiə eləməmişəm, – 



Kamil gülümsünür. – Məndən nə alim?! 

 

Bu sözlər elə bil Əbülfəzin ürəyindən xəbər verir: 



 

– Düz deyirsən, sən alim sayılsan, onda mən gərək yanıcı maye sayılam ki... hi-hi-hi... özü də 

“yunan alovu”. 

 

– Maşın gəldi, – deyə anası xəbər verir. 



 

Əbülfəz getməyə hazırlaşan Kamilə ani bir nəzər salıb, cəld eyvana yüyürür. 

 

Doğrudan da eyvanın altında qara “hökumət” maşını dayanıb. 



 

Əbülfəz təzədən içəri cumur, cəld qapıya doğru qaçıb, pilləkəndə özünü Kamilə yetirir: 

 

– Bura bax, doğrudan Bağırovla görüşəcəksən? 



 

Tarixi fakt – Mənim səndən bir xahişim var, – Əbülfəz pillələri enə-enə tələsik dillənir. – 

Eşidirsən? Belə fürsəti əldən buraxmaq olmaz. 

 

Məqam tap, ona mənim barəmdə danış. De ki, bir yaxşı dayım var, ağıllı, vicdanlı, bacarıqlı 



təşkilatçıdır. Deyərsən? 

 

– Tutaq ki, dedim. Sonra? 



 

– Sonra da nəzakətlə əlavə edərsən: “Əziz yoldaş Bağırov, əgər bu kristal kimi təmiz insanı 

harayasa rəhbər təyin etsəniz, bütün xalqımız üçün çox faydalı olar. Lap böyük yer olmasa da, 

eybi yoxdur, təki rəhbər olsun”. 

 

– İmkan olsa deyərəm, – Kamil əlini küçə qapısının dəstəyinə uzadaraq vəd edir. 


Каталог: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   72


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə