– Nə deyəcəksən, təkrar elə görüm, – Əbülfəz xahiş edir. – Hər bir kəlmənin əhəmiyyəti var.
– Əsas məsələni deyərəm də... Deyərəm ki, doqquz nəfərdən ibarət bir gənclər təşkilatının
rəhbəri olmaq lap sənin boyuna biçilib.
– O hansı təşkilatlar elə? – Əbülfəz çaşqın halda xəbər alır.
– Sənin ailən – arvadın, bir də səkkiz uşağın!
– Köpək oğlu! – deyə Əbülfəz yoldan ötənlərə əhəmiyyət vermədən, uzaqlaşan maşının
arxasınca çağırır. – Bu gündən mənim sən adda bacım oğlu yoxdur. Başdanxarab, üfləmə...
Fayton xəstəxananın həyətinə girir. Poladı cərrahiyyə korpusuna aparırlar. Növbətçi həkim
qayğılı halda başını bulayır.
– Xəstəni əməliyyata hazırlayın, – deyə o, baş tibb bacısına tapşırıq verib, dəstəyi qaldırır: –
professor Mahmudbəyovu!.. Professor, zəhmət olmasa, qəbul otağına düşün. – Dəstəyi yerinə
qoyub, dərhal da başqa bir nömrə yığır. – Milisdir? Semaşko adına xəstəxananın cərrahiyyə
şöbəsindən növbətçi həkim Topçiyev sizi narahat edir. Beş dəqiqə əvvəl bizə döş qəfəsi
nahiyəsindən ağır bıçaq yarası almış bir cavan oğlan gətiriblər. Xəstə huşsuz haldadır.
10
Polad cərrahiyyə stolundadır. Əməliyyata son hazırlıq işləri gedir. Yaraşıqlı şəfqət bacısı –
praktikant Zərifə qan analizinin nəticələri yazılmış kağızları Mahmudbəyova gətirir.
– Hemoqlobin... aha... Lap buğa kimidir, – deyə o, burnunun altında mızıldanıb, sonra Zərifəyə
müraciət edir: – Sizin diaqnozunuz?
– Yaralanıb, qan itirib... Ağzından da qan açılıb!
– Elədir ki, var! Çox güman, plevrası zədələnib... Üstəlik də suda bədəni həddən artıq soyuq
çəkib. Dediklərimlə razısınız?
16 – Professor, o ölməyəcək ki?
– Necə yəni ölməyəcək?! – Mahmudbəyov qımışır. – Qırx beş, bəlkə də əlli ildən sonra mütləq
öləcək... Narkoz verin!
Polad gözlərini açır. Nəzərləri Zərifənin ona zillənmiş baxışları ilə toqquşur.
Bağırovun kabineti. Pəncərələrindən buxta və dəniz kənarının mənzərəsi görünən çox böyük
kabinetdə cəmi bir neçə nəfər var.
Bütün divar boyu dayaqlar üzərində dəniz neft mədəninin eskizi vurulub. Layihə müəlliflərindən
biri – Əlövsət Rəhimov göstərici çubuğu eskiz üzərində gəzdirərək, son izahatları verir. Kamil
çox diqqətlə qulaq asır.
– Neft tankerlərlə sahildəki ən yaxın məntəqəyə – bax buraya daşınacaq. Burada neft emalı
zavodu olacaq.
– Bəs niyə sualtı neft kəməri ilə yox, məhz tankerlərlə? – deyə Bağırov Rəhimovun sözünü kəsir.
– Biz bu barədə düşünmüşük, yoldaş Bağırov. Lakin gələcək dəniz mədəninin layihələndirildiyi
yataq sahildən yüz kilometr aralıda yerləşir. Biz belə nəticəyə gəldik ki, nefti tankerlərlə daşımaq
daha sərfəli olar.
– Bəs hava pis olanda necə? Tankerlərin hərəkəti dayananda çıxarılan neft harada saxlanılacaq?
Deməli, elə burada – açıq dənizdəcə neft anbarları tikməli olacağıq?.. Belə qənaətcillik bizə baha
oturar. Neft kəməri mütləq nəzərdə tutulmalıdır. Sən mənimlə razısan, Rəhimov?
– Bəli, yoldaş Bağırov.
– İndi qalır ən ciddi məsələ: Xəzər dənizində, xüsusilə də qış mövsümündə elə günlər, bəzən elə
həftələr də olur ki, fırtına çox şiddətli qasırğa həddinə çatır. Siz, yəni sən və sənin qrupun
təminat verə bilərsiniz ki, bu qurğu küləyin şiddətinə davam gətirəcək?
Cavab verməzdən əvvəl yaxşı-yaxşı fikirləş.
– Biz qurğunun ümumi möhkəmliyini və bütün qovşaqların davamlılığını, 12 bal da daxil
olmaqla, güclü küləyi nəzərə alaraq layihələndirmişik, – Rəhimov ləngimədən cavab verdi.
– Bəs əgər külək daha şiddətli olsa? – Kamillə üzbəüz əyləşən şəxs, görünür, Bağırovun
səsindəki şübhə intonasiyasını sezib sual verir.
11
– 12 baldan da güclü külək? – Kamil gülür. – Görəsən bu nə ola bilər?.. Parovoz. Düzmü
tapdım?
17 Bağırov zəhmli baxışlarını Kamilə zilləyib, qiymət verirmiş kimi baxır.
– Məmmədəliyev? Sən çox faydalı krekinq qurğusu işləyib hazırlamısan, bu, pis deyil. Bəs
sonra?.. Deməli, sən təklif edirsən ki, dəniz neftinin sahildə emalı üçün bu təbii liman yerində iki
zavod tikək? Orada yüksək keyfiyyətli benzin, sürtkü yağları, həmçinin mazut istehsal edilsin.
Bu da pis deyil. Ancaq bəs necə olub ki, sən layihədə aşqarlar istehsalı sexini nəzərdən
qaçırıbsan? Axı nə vaxtadək biz sürtkü yağları üçün aşqarları dünyanın bu neft paytaxtına
xaricdən gətirəcəyik? Sənin mənliyin var?
– Vaxt az idi, – deyə Kamil cavab verir.
– O, təklif etmişdi, – Rəhimov dillənir.
– Təklif etmişdinsə, yenə dərd yarıdır. Əlimizdən gələni etməliyik ki, heç kəsdən asılı olmayaq.
Məlum deyil sabah bizi nə gözləyir.
Beynəlxalq vəziyyət çox ciddidir. – O, sözünə ara verir. Çünki gözü alır ki, mülki geyimli bir
nəfər kabinetinin yan qapısından səssiz-səmirsiz keçərək, kandardaca hərəkətsiz durur. – Nə var?
Nə olub?- deyə Bağırov masa arxasında oturmuş Rəşid Əmiraslanova müraciətlə soruşur, – yəni
bir saat yarım sənsiz qala bilmirlər?
– Üzr istəyirəm, yoldaş Bağırov, – o, hərbçilərə xas olan cəldliklə yerindən sıçrayıb dillənir.
– Get, get, – Bağırov əlini yelləyib deyir. – Qozbeli qəbir düzəldər... Deməli, harda qaldım? Hə.
Avropa üzərində qara buludlar getdikcə sıxlaşır.
Xəstəxana palatası. Zərifə Poladın qoluna iynə vurur. Baş həkimin və professor
Mahmudbəyovun müşayiəti ilə Əmiraslanov içəri girir. Nədənsə adamların gəlişindən Zərifə pərt
olur, Əmiraslanov bunu sezir.
– Hə, çempion, bu gün işlər necədir? Bir az söhbət edəkmi?
Baş həkim otağı tərk etməzdən qabaq Zərifəyə də işarə edir ki, çıxsın.
– Yox-yox, – Əmiraslanov mehribanlıqla gülümsünür, – qoy tibb bacısı qalsın. Mən həkim
deyiləm, ancaq fikrimcə, bu, xəstəmizin sağalmasını tezləşdirər. Axı biz iş barədə danışmağa
hazırlaşmırıq.
Eləcə söhbət edəcəyik.
– On beş-iyirmi dəqiqədən artıq olmaz, – Mahmudbəyov xəbərdarlıq edir.
18 – Oldu, – deyə Əmiraslanov razılaşır. Baş həkimlə Mahmudbəyov dəhlizə çıxırlar.
– Siz qətiyyən ehtiyatlı deyilsiniz, – baş həkim tənə ilə sözə başlayır. – Çox yaxşı bilirsiniz ki,
Əmiraslanov hörmətli adamdır, xalq komissarıdır.
12
– E-eh, əzizim, – Mahmudbəyov gülümsünür. – Mənim “Gekuba” ilə, “Gekuba”nın mənimlə nə
işi?! Xalq komissarının əsas məqsədi bütün vətəndaşların təhlükəsizliyini təmin etməkdir, mənim
vəzifəm isə bir insan həyatının. Hər kəs ilk növbədə öz vəzifəsini yerinə yetirməlidir.
Kamil yüyürə-yüyürə xəstəxanaya girir. Mülki geyimli yekəpərin birisi dərhal onun qarşısını
kəsir.
– Qardaşımın yanına gedirəm. Yaralıdır.
– Çox yaxşı. Üstünüzdə bir sənədiniz-zadınız var?
Kamil ciblərini axtarır. Vəsiqəni tapıb, keşikçiyə təqdim edir.
Bu vaxt haradansa başqa bir keşikçi də peyda olub, ikinciyə yanaşır.
Hər ikisi diqqətlə vəsiqəni gözdən keçirir. Keşikçi təəssüflə deyir:
– Əmr olunub ki, qardaşınızın yanına heç kimi buraxmayaq. Siz narahat olmayın, tezliklə
sağalar.
– Onda məndən vəsiqə niyə istəyirdin, hə? Oyun çıxarırsan?
– Onsuz da narahatlıq içində olan Kamil əsəbiləşir. O, irəliyə bir addım atır, ancaq kişi yolunu
kəsir.
– Əmr olunub ki, heç kəsi buraxmayaq.
Əmiraslanov tələsik pillələri enir.
– Bu adam nə vaxt gəlsə, onu buraxın, – deyə keşikçiyə göstəriş verir. – Qardaşınızın vəziyyəti
yaxşıdır. Səhv etmirəmsə, adınız Kamildir. Hardan bildiz qardaşınız burdadır? Onun yaralı
olduğunu kim dedi?
– Bütün şəhər bu barədə danışır. Evə çatana kimi azı beş nəfər mənə xəbər verdi, – Kamil çiynini
çəkir.
– Hər halda, Bakı qəribə şəhərdir, – Əmiraslanov kədərlə başını bulayır.
Kamil birdən nəyi isə xatırlayır:
– Bağışlayın, deyəsən, biz haradasa görüşmüşük?
– Əlbəttə, bu gün səhər. Mən sizi o saat tanıdım! Əminəm ki, aşqarlar və sürtkü yağları məsələsi
bundan sonra daha sürətlə həll ediləcək.
19 Küləksiz dənizdə üzərində İran bayrağı dalğalanan yaraşıqlı yaxta gəzintiyə çıxıbmış kimi,
asta sürətlə üzür. Qarşıdan suları köpükləndirə-köpükləndirə esminets şütüyür. Yaxtaya çatmağa
yarım kilometr qalmış kəskin hərəkətlə dönərək onu haqlayır. Artıq yaxta ilə yan-yana, paralel
kursla irəliləyir. Esminetsdən əmr eşidilir:
– Xahiş edirik, dayanıb, sərnişinləri qəbul edəsiniz.
13
– Bitərəf sulardayıq. Sizin tələbiniz qanunsuzdur, – yaxtanın kapitanı meqafona çağırır. O, mina
gəmisinin yaxtaya tuşlanmış topunun üzərindən örtüyün götürülməsini gərgin həyəcanla izləyir.
Esminetsdən təkrar əmr eşidilir.
– Xahiş olunur, dayanıb sərnişinləri qəbul edəsiniz.
Gəmi dayanır. İçərisində sərhədçilər olan kater yaxtaya yaxınlaşır.
Mülki geyimli yeganə şəxs – Əmiraslanov səmimiyyətlə gülümsünərək, iki zabitin müşayiəti ilə
endirilmiş trapla göyərtəyə qalxır. Qonaqları kapitan qarşılayır. Bu, ucaboy, dolu bədənli bir
kişidir. Qalın qaşlı və saqqallı bu adamın simasından son dərəcə qəzəbləndiyi oxunur.
– Siz beynəlxalq gəmiçilik qanunlarını pozursunuz, – deyə o, qaşqabaqlı halda Əmiraslanova
müraciət edir. – Mənim gəmim bitərəf sulardadır!
– Elə bizim gəmimiz də bu saat bitərəf sulardadır. Nə olsun?
– Əmiraslanov gülərüzlə cavab verir. – Yəni doğrudanmı bitərəf sularda kiməsə qonaq getmək
arzusu beynəlxalq gəmiçilik qanunlarının bu dərəcədə kobud pozulmasıdır? Axı sizinlə biz iki
dost dövlətin təmsilçiləriyik, əzizim kapitan!.. Bəlkə örtülü bir yerə keçək? Bura nə isə soyuqdur.
– Siz kimsiniz və məndən nə istəyirsiniz? – Kapitan hələ də kinli-kinli soruşur.
– Biz kimik? Gəlin tanış olaq, – Əmiraslanov növbə ilə yoldaşlarını təqdim edir: – Mayor
Çiçanidze, kapitan Salamov. Mən isə bunların rəisi Rəşid Əmiraslanovam.
– Bəşir Əfrandi, – deyə kapitan özünü candərdi təqdim edir.
– İndi öyrənə bilərəmmi ki...
Əmiraslanov hamıya, əsasən də kapitana müraciətlə şikayətlənir:
– Deyəsən, mənim yaddaşım zəifləyib. Mən əmin idim ki, şanşövkətli Pəhləvidən olan cəsur
ağayi Fərzani ilə söhbət edirəm, ancaq məlum olur ki, qarşımdakı Bəşir Əfrandidir.
20 – Keçin! – Kapitan çağırılmamış qonaqları zövqlə bəzədilmiş kayut-kompaniyaya dəvət edir.
Əmiraslanov yumşaq divanda dinməzcə əyləşib, kölgə kimi o tərəf-bu tərəfə vurnuxan nökərləri
seyr edir.
– İndi öyrənə bilərəmmi mənim gəmimdə sizə nə lazımdır?
– deyə kapitan hövsələsiz halda soruşur.
– Deyirsiniz, Sizi necə adlandıraq? – Əmiraslanov alnını qırışdırıb sual verir.
– Sizə necə xoşdursa, elə, – kapitan çiyni çəkir. – Adını dəyişməklə insan özü dəyişilmir. Sizə
nəsə bir şey lazımdır?
– Ağayi Fərzaninin yüksək şərəfinə xələl gətirə bilən, yaxud əmlakına ziyan vura bilən heç bir
şey, – Əmiraslanov səmimi tərzdə sözə başlayır. – Sizdən kiçik bir xahişim var. Bir saat-saat
14
yarımdan sonra siz nəzərdə tutulan yerdə, lap sərhəddə sualtı qayıqla görüşməlisiniz (o qayıq
gecə Abşeron sahillərində olub).
Sonra da həmin qayığı müxtəlif sulardan keçirməlisiniz. Siz həmişəki kimi, suyun səthində,
qayıq da həmişəki kimi, suyun altında olacaq. Mənim dənizçilikdən başım çıxmır, ancaq
mütəxəssislər mənə izah etdilər ki, yaxta motorunun səsi ilə siz sərhədçilərin diqqətini sualtı
qayıqdan yayındırırsınız. Mühərrik uğultusu eşidirlər – baxırlar, sizin yaxtanızdan başqa heç nə
görmürlər. Nə isə, bunlar heç. İndi sizdən kiçik bir xahişim var, ağayi Fərzani, xahiş edin, qayıq
suyun üzünə qalxsın ki, mən onun kapitanı ilə görüşübsöhbət etmək imkanı qazanım.
– Yəni indi mənimlə söhbət etdiyiniz kimi? – Fərzani istehza ilə gülümsünür.
– Məhz bu masa arxasında olmasa da, keçər, – deyə Əmiraslanov ciddi tərzdə cavab verir, – axı
siz sərhəddi səhvən pozmusunuz və mən sizinlə sadəcə, qonaq ev sahibi ilə danışan kimi söhbət
edirəm.
Onu isə dindirmək istəyirəm. Əlbəttə, bundan ötrü mən əvvəllərdə onu görməli, sonra da həbs
etməliyəm... Xülasə, işimiz çoxdur. Hə, nə deyirsiz, mənə kömək edəcəksiniz?
Fərzani cavabında gülür:
“ – Tutalım, dövrümüzün həzrəti-Musası mənəm, sən deyən möcüzəni mən necə icad eləyim?!”
– deyən şair min dəfə haqlıymış.
Ətrafınıza nəzər salın, möhtərəm cənab, hər tərəf Xəzər dənizinin sularıdır! Siz məndən
soruşacaqsınız, sualtı qayıq görmüşəmmi?
21 Mən də deyəcəyəm görmüşəm – kinoda; məgər İranın sualtı qayığı var? Siz isə istəyirsiniz ki,
mən onun kapitanı ilə rabitəyə girim!
– Adamlara yazığım gəlir, – Əmiraslanov çiyinlərini çəkir.
– Əgər bir saatdan sonra onlar suyun altında həlak olsalar, mən ürəkdən onların halına
yanacağam. Bəs sizi necə, ağayi Fərzani, onların taleyi narahat etmir?
– Lap həmin qayıq həqiqətən burada suyun altında olsaydı belə, mən onunla rabitəyə necə girə
bilərdim? Bəlkə radio ilə? Mənim ki, radioötürücüm yoxdur.
– Xəzər dənizi sualtı qayıqlar üçün o qədər də əlverişli yer deyil. Düz sahilədək su o dərəcədə
şəffafdır ki, dənizin dibi də aydın görünür. Xüsusən də təyyarədən, – o, artıq bir neçə dəqiqədən
bəri havada uçuşan iki hidrotəyyarə işarə edir.
Saatına baxır:
– Vaxtdır! Qoy başlasınlar hücuma! – deyə Əmiraslanov təəssüflə yoldaşlarına tapşırıq verir.
Ancaq onları bircə saniyə ləngidərik, Fərzaniyə müraciət edir: – Bəlkə, hər halda, onları suyun
səthinə çağırmaqçün bir üsul var?
Bənizi kətan kimi ağarmış kapitan başını bulayır.
Dərinlik bombalarının partlayışından su fəvvarələri yüksəlir.
15
Təyyarələr qanad çalıb, bomba atılan yerdən bir anlığa uzaqlaşır, sonra təzədən qayıdıb lap
alçaqdan yaxtanın üzərində hərlənir. Bu isə kapitanı açıq-aşkar narahat edir.
Fərzani dəniz səthinə yayılmış qara iri ləkədən gözlərini ayıra bilmir.
– Yaxşı, mən daha gedim. Qonaqpərvərliyinizə görə çox sağ olun. Yeri gəlmişkən, siz haqlı
çıxdınız. Hər halda Xəzərin bu hissəsində heç bir sualtı qayıq yoxdur.
Təyyarələr gurultu ilə göyərtə üzərindən uçur. Adama elə gəlir ki, dor ağacına toxunacaqlar.
Kapitan başını çiyinlərinə qısır.
– Narahat olmayın, – trapa yaxınlaşan Əmiraslanov onu arxayınlaşdırır.
– Mən bunlarla tanışam, hörmətimi saxlayırlar. Nə qədər ki, məni burada görürlər, yaxtanıza heç
bir xətər toxunmaz...
Yox, əgər (bu barədə düşünmək nə qədər dəhşətli görünsə də) nəsə olub-eləsə, təsadüfən bomba
düşsə, ya da kater sizinlə toqquşsa, biz o saat akt tərtib edərik, dəyən ziyanı qanuni qaydada
ölkənizə ödəyərik – həm gəmiyə görə, həm də adamlara. Ancaq mən güman edirəm ki, heç bir
xoşagəlməz hadisə baş verməz.
22 – Səhv etmirəmsə, siz nə barədəsə danışmaq istəyirdiniz?
– deyə kapitan istehzalı bir təbəssümlə xatırladır.
– Eh, əzizim Fərzani, əzizim Fərzani, heç ağlınıza da gəlməz kompaniyada əvvəlki yerində
əyləşib, kapitanla təkbətək söhbətə başlayır. – Siz isə mənimlə lap yad adam kimi davranırsınız.
– Əfv edin, ancaq mənə həqiqətən elə gəlir ki, sizinlə ilk dəfədir görüşürəm, – Fərzani karıxır. –
Yəqin mənim barəmdə nəsə eşitmisiniz.
– Bir-iki xırda-para məsələni nəzərə almasaq, ancaq yaxşı şeylər.
Məsələn, bilirəm ki, həyatda hər şeyi öz əlinizin zəhməti ilə qazanmısınız. Birdorlu yelkənli
balıqçı qayığından başlamısınız.
İndi – on ildən sonra isə beş iri seyneriniz, Pəhləvidə xüsusi mülkünüz, Tehran bankındakı şəxsi
hesabınızda otuz min dollarınız var.
Əlbəttə, hər şey asan olmayıb, yeddi il əvvəlki uğursuzluğunuz yadımdadır, az qala müflis
olacaqdınız. Ancaq xoşbəxtlikdən dostlarınız dar ayaqda əlinizdən tutdular. Yaxşı dostlardır:
həm iranlılar, həm də almanlar. Siz də onlara borclu qalmır, yaxşılığı unutmursunuz.
Buna görə də dostlarınızdan biri olan mənə bugünkü münasibətiniz xətrimə dəydi. Minnətdarlıq
eşidəcəyimi gözləməsəm də, səmimi qarşılanacağıma, hər halda, ümid edirdim.
– Qoy mənim alimənsəb dostum əmin olsun ki, bizim bundan sonrakı görüşümüzün şirinliyi bu
görüşün acı təəssüratını onun qəlbindən siləcək, – deyə kapitan dillənir. – Öyrənə bilərəmmi
möhtərəm dostuma nəyə görə minnətdar olmalıyam? Sualıma cavab gözləyirəm, axı əbəs yerə
demirlər ki, insançün ən böyük qüsur nankorluqdur.
– Minnətdarlıq barədə daha bircə kəlmə də danışmayın!
16
– Əmiraslanov etirazını bildirir. – Söhbət övladını çox sevən bir ataya cüzi yaxşılıqdan gedir.
Möhtərəm Fərzani isə, hamıya bəllidr ki, məhz bu cür atadır. Məsələ belə olmuşdu: Tehranda
sovet mütəxəssislərinin yaşadığı qəsəbəyə gecə yarısı hücum etmiş bir dəstə quldur həbs
edilmişdi. Həmin dəstəyə təsadüfən düşmüş bir cavanla söhbət aparası oldum. Ondan vəd aldım
ki, bir də pis adamlara qoşulmayacaq, sonra da buraxdım. Yerdə qalanların hamısı qətl və yanğın
törətməklə ittiham edilirdi. İttiham məhkəmə zamanı təsdiq olundu. Həmin xoşagəlimli cavanın
adı Tevfiq Fərzani idi.
Məgər bunu sizə danışmayıb?
2 3– O mənə demişdi ki, özü qaçıb! – Xeyli susduqdan sonra Fərzani qurumuş dodaqlarını
yalayaraq cavab verir.
– Tevfiq yaxşı oğuldur, əziz atasını sevindirmək istəyib.
Gərəksiz fikirlərlə qanını qaraltmağa lazım bilməyib. Axı əbəs yerə deməyiblər ki, valideynlərə
qayğı övladın yaraşığıdır.
– İndi onunla tez-tezmi görüşürsünüz?
– O vaxtdan bəri bircə dəfə də görüşməmişik. Hərçənd etiraf etməliyəm ki, o tərbiyəli cavanla
görüşsəm, məmnun olardım. Eyib etməz, hər halda məktublaşırıq. Yadıma düşdü, deyəsən
Tevfiqin son məktublarından biri cibimdədir. Orada bəzi məlumatlar çatdırır, – Əmiraslanov
cibini qurdalayıb, məktubu çıxarır və sifətinin qanı qaçmış Fərzaniyə uzadır. Fərzani yazılanları
oxumağa başlayanda isə deyir: – Əhvalınızı pozmayın, əziz ağayi Fərzani, bu sizinlə məndən
başqa heç kəsə əyan olmayacaq.
– Məndən nə istəyirsiniz?
– Əzizim ağaye Fərzani, lütf edib çatdırmaq istəyəcəyiniz məlumatı mən sizdən vaxtaşırı olaraq
bircə şərtlə qəbul etməyə razıyam: istərdim ki, bu sizin üçün xoş və sərfəli olsun. Yox əgər
təklifim ürəyinizcə deyilsə, dərhal unudun. Nə sizin özünüz üçün, nə də mənim dostum – sizin
oğlunuz üçün bu söhbətin heç bir pis nəticəsi olmayacaq. Axı mən sizə, Allah eləməmiş,
vətəniniz İranı sağmağı, ya da şəxsən özünüzə və ya var-dövlətinizə ziyan vura bilən iş görməyi
təklif etmirəm... Söhbət almanlardan gedir.
Onlarla sizin çox gözəl münasibətləriniz var, sizə etibar edirlər.
Yeganə istəyim budur ki, mənimlə də arada bu cür dostluq münasibətləri yaransın. Bunu ürəkdən
arzu edirsinizmi?
– Bəli, – deyə Fərzani cavab verir.
– Bir neçə ay əvvəl Berlindən imperiya coğrafiya cəmiyyətinin üzvləri təşrif gətirmişdilər. Hər
şeylə maraqlanan adamlardı. Səhv etmirəmsə, indi onlardan biri yüksək vəzifə sahibidir.
– İrandakı alman kəşfiyyatına rəhbərlik edir. Bu da onun şəkli.
– Şəkildə iradəli sifəti olan orta yaşlı bir nəfər təsvir olunub.
Əmiraslanov şəklə baxaraq, yaxın zamanlarda baş verən bir əhvalatı xatırlayır.
17
Əmiraslanovun maşını, sahili süni özüllər üzərindəki dəniz mədəni ilə birləşdirən estakadanın
üstü ilə şütüyür. Açıq havada, dənizin qoynunda neft buruqları ilə əhatə olunmuş nəhəng 24
meydançada bayramsayağı bəzədilmiş masaların uzun cərgələri düzülüb. Orkestr çox ucadan
“Muleyli” çalır. Əmiraslanov maşından düşüb, iti addımlarla Bağırova tərəf yönəlir. Lakin ona
yaxınlaşmağa macal tapmır; bu anda orkestr susur, əlində badə tutmuş Bağırov ayağa qalxaraq,
toplaşanları salamlayır. Gen-bol bayram süfrəsi arxasında azı üç min-üç min beş yüz nəfər
yığışıb. Onlar da ayaq üstdə durub dinləyirlər.
– Yoldaş inşaatçılar, neftçilər, əziz dostlar! Bu gün bizim hamımız üçün böyük bayramdır. Biz
yeni dəniz mədənin istismara verilməsini bayram edirik. Bu mədən, hər il respublikamızda
çıxarılan 12 milyon ton neftə daha on minlərcə ton qara qızıl əlavə edəcək.
Vətənə fayda verməyi bacarmaq insan üçün əsl xoşbəxtlikdir.
Məhz bunun nəticəsində hər bir kəs əsl insan olduğunu hiss edir, başa düşür ki, dünyada əbəs
yerə ömür sürmür. Belə insan öz şəxsiyyətinə hörmətlə yanaşmağa, ətrafdakılardan da hörmət
gözləməyə haqlıdır. Bugünkü tədbiri mən bir də ona görə “böyük bayram” adlandırıram ki, siz –
burada iştirak edənlər dənizdəki sualtı yataqda kəşfiyyat işini də məhz özünüz aparıbsınız. Bu
mədənin layihəsini siz hazırlamısınız. Bu süni yarımadanı siz, məhz siz yaratmısınız. Və siz bu
gün quyular qazaraq, dənizin dibindən neft çıxaracaqsınız. Bütün bunlar sizin ağlınız, əməliniz,
zəhmətiniz sayəsində mümkün olmuşdur. Əvvəllər olduğu kimi kənardan mütəxəssislər dəvət
etmədik. Bu bayramı həm də ona görə “böyük bayram” adlandırmaq olar ki, siz –
azərbaycanlılar, ruslar, yəhudilər, bütün Qafqaz xalqlarının nümayəndələri millətçiliyin nə
demək olduğunu Bakıda çoxdan unudubsunuz. Siz bir-birinizlə qardaş, dost, həmfikirsiniz! Bu
Dostları ilə paylaş: |