Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə72/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   64   65   66   67   68   69   70   71   72

 

            SEYMUR. Bəli. İcazənizlə almaq istərdim. 



 

            GÖMRÜKÇÜLƏR. Sizin yerinizə çox sevindik. Şahənə və dəbdəbəli bir şeydir! Böyük 

gəminin dalğası da böyük olar. Mübarəkdir! 

 

            Böyük gömrükçü öz iş masasının arxasında əyləşib. Seymuru görəndə gülərüzlə 



salamlayır. 

 

SEYMUR. Gəlmişəm avtomobili götürüm. 



 

            BÖYÜK GÖMRÜKÇÜ. Əyləşin. 

 

            SEYMUR. Əvvəla, sizə demək istəyirəm ki, bizim ilk görüşümüz barədə qəzetlərdə 



yazılanlara mənim heç bir aidiyyətim yoxdur. 

 

            BÖYÜK GÖMRÜKÇÜ. Əbəs yerə narahat olursunuz. Abırlı adamlar bu sarı 



qəzetlərdəki bircə sözə belə inanmırlar. Onlar başdan-başa yalan yazırlar. Bunu hamı çoxdan 

bilir. İstəyirlər qoy yazsınlar – it hürər, karvan keçər... Gəlin ürəkaçan mövzulardan danışaq. Elə 

bu gün sizi yada salmışdıq. 

 

            SEYMUR. Məni? Nə münasibətlə? 



 

            BÖYÜK GÖMRÜKÇÜ. Dünən limanda idik, yaxtanı qəbul etdik. Əzəmətli görkəmi var. 

Ağappaq nəhəng qu quşuna oxşayır. İki göyərtə, altı kayut. Yelkənlə də üzür, motoru da var. 

Sağlığınıza qismət. 

 

            SEYMUR. Mənim niyə? 



 

            BÖYÜK GÖMRÜKÇÜ. Məgər hələ xəbəriniz yoxdur? Axı dünən sizə bildiriş 

göndərmişdik ki, Tərlan Salamov sizə yaxta göndərib. Bu da yükün salamat çatdırılması barədə 

akt. Buyura bilərsiniz!  

 

            SEYMUR (çaşqın halda). Yaxta! Mənə? Yox, heç nədən xəbərim yoxdur. Deməli, indi 



də yaxta üçün gömrük haqqı ödəməliyəm? Yəqin "rolls-roys"a görə tələb olunandan xeyli 

çoxdur, eləmi?  

 

            BÖYÜK GÖMRÜKÇÜ. Əlbəttə, çoxdur. Rüsumun dəqiq məbləğini kompyuterdə 



hesablayıb sizə verərlər. Təxmini deyə bilərəm ki, avtomobil üçün ödəniləndən on iki-on beş 

dəfə çoxdur. Hər necə olsa, dəbdəbəli bir yaxtadır. Hətta demək olar ki, gəmidir. Zənnimcə

gömrük rüsumu, təxminən, yüz səksən – iki yüz min civarında olar.... 

 

            Rüsumun məbləğini eşidəndə Seymur özünü itirir. Dinməz-söyləməz gözlərini 



gömrükçünün üzünə dikir. 

 

BÖYÜK GÖMRÜKÇÜ. Yaxta ilə bağlı sənədlərinizi bu dəfə başqa əməkdaş tərtib edəcək. 



Rəhbərlik məni pensiyaya çıxmağım münasibətilə artıq təbrik edib. Sabahdan pensiyaçıyam. 

 

            SEYMUR. Heç pensiya yaşında olana oxşamırsınız. Cavan görünürsünüz. 



 

 

534


            BÖYÜK GÖMRÜKÇÜ. Elədir ki, var. Məsələ ondadır ki, gömrükçülər də hərbçilər 

kimi, digər vətəndaşlardan xeyli tez pensiyaya çıxmaq hüququna malikdirlər. Mən də ərizəmi 

yazdım. İndi bu gün mənim ixtiyarım var, xidməti mövzulardan kənar söhbətlər də edim. Etiraz 

etmirsiniz? 

 

            SEYMUR. Düzünü desəm, ödəməli olduğum rüsumun məbləğini sizdən eşitdikdən sonra 



fikirlərimi yayındırmaqdan ötrü mən də sırf kənar mövzulardan danışmaq istəyirəm.  

 

            BÖYÜK GÖMRÜKÇÜ. Məndə belə bir təəssürat yarandı ki, siz bizdən nə yaxtanı, nə də 



maşını götürməyə hazırlaşmırsınız. (Seymur başı ilə təsdiq edir). Qəribədir, siz onları baha 

qiymətə satıb çox böyük pul qazana bilərdiniz. 

 

            SEYMUR. Yəqin ki, bu ən ağıllı çıxış yolu olardı, ancaq mənim üçün bu yol bağlıdır. 



Bu, qeyri-mümkündür. Mən heç nəyi satan deyiləm. Axı məsələ təkcə pulda deyil. Məsələ 

ondadır ki, mənə nə "rolls-roys" lazımdır, nə də yaxta. Heç bilmirəm onları neyləyim. 

 

            BÖYÜK GÖMRÜKÇÜ. Kaş sizin yerinizdə mən olaydım. Onları neyləmək lazım 



gəldiyini bilərdim. 

 

            SEYMUR. Yəqin, siz texnikanı sevirsiniz. 



 

            BÖYÜK GÖMRÜKÇÜ. Yanılmırsınız. Mən texnikanı sevirəm, ancaq "kaş sizin 

yerinizdə mən olaydım" deyəndə, bunu nəzərdə tutmurdum. Sizin yerinizdə olsaydım, çoxdan 

arzusunda olduğum işləri görərdim. Bilmirəm xəbəriniz var, yoxsa yox, Bakıda yetim uşaqlar 

üçün "Şəfəq" adlı uşaq evi fəaliyyət göstərir. Dövlət onların yeməyini, geyimini verir, ancaq 

onlar yenə də bədbəxtdirlər. Mən bunu görürəm, çünki oraya tez-tez baş çəkirəm. Burada – 

gömrükxanada işlədiyim uzun illər ərzində çox varlı adamlar görmüşəm, ancaq onlardan heç biri 

bircə dəfə də olsa bu binəsib uşaqları yada salmayıb. Bəs axı onlar bizim balalarımızdır, onlar 

barəsində düşünməyə borcluyuq. Bağışlayın ki, özümə aid olmayan məsələdən danışıram, amma 

güman edirəm, sözlərimdən inciməzsiniz. Adam qocalanda çoxdanışan olur.  

 

            SEYMUR. Əla ideyadır. Əzizim, yadınızda saxlayın ki, bundan sonra nə vaxt 



ürəyinizdən keçsə, mən sizinlə belə kənar mövzularda sizin üçün əlverişli olan istənilən vaxt 

söhbət etməyə həmişə hazıram... İndi isə deyin görüm, yaxta ilə maşını yetimlər evinə vermək 

üçün mənim hansısa qanuni imkanım varmı? 

 

            BÖYÜK GÖMRÜKÇÜ. Təsəvvür edə bilməzsiniz ki, uşaqlar üçün necə böyük sevinc 



olar. Hətta deyərdim ki, bu, onları xoşbəxt edər. Ömürləri boyu yadlarından çıxmaz ki, "rolls-

roys"da gəzirdilər, yaxtaları vardı. 

 

            SEYMUR. Axı hər halda rüsumu ödəmək lazımdır.  



 

            BÖYÜK GÖMRÜKÇÜ. Xeyr, yetim uşaqlardan bizdə rüsum tutulmur. Hələ o həddə 

çatmamışıq.  

 

            SEYMUR. Lap yaxşı. Amma heç demədiniz, bu mümkündür, ya yox.  



 

            BÖYÜK GÖMRÜKÇÜ. Yaxtanı uşaq evinə hədiyyə etmək barədə ərizə yazmağınız 

kifayətdir. İstəyirsiniz, elə indi yazın, mən notarius çağıraram, elə bizim binada oturur.  

 

            SEYMUR (kağız vərəqini qarşısına çəkib yazır). Çağırın notariusu. Bilsəniz, bu 



məsləhətinizə görə sizə necə minnətdaram. 

 

535


 

            BÖYÜK GÖMRÜKÇÜ. Çoxdan arzu edirdim ki, bu uşaqlar üçün nə isə bir əhəmiyyətli 

iş görüm. Ancaq imkanım çatmırdı. Onlara aparıb verdiklərim isə xırda-para şeylər idi. Mənim 

arzumu gerçəkləşdirməyi Allah sizə həvalə etdi. Siz xoşbəxt insansınız. Bilirsiniz bunu? 

 

            Seymur yazmaqda davam edərək, başını tərpədir. 



 

BÖYÜK GÖMRÜKÇÜ. Mən gömrükxanada dövlətimə namusla qulluq etmişəm, ancaq indi 

pensiyaya çıxarkən sevdiyim işlə məşğul olmağı qərara almışam. (Seymurun ərizəsini götürüb 

oxuyur). Hər şey düzgün və inandırıcıdır. Siz alicənab insansınız! Pensiyaya çıxandan sonra, 

nəhayət, mənim də arzum yerinə yetəcək. Bu, bir qismətdir. Razılaşın ki, belə təsadüf ola bilməz. 

Bu gün mənim pensiyaya çıxmaq məsələm bəlli olan kimi, təklif etdilər ki, yetimlər evinin 

direktoru olum. Mən də razılaşdım. Bu işdə işləmək üçün qayğıkeş, vicdanlı bir adam lazımdır. 

Fikirləşiblər ki, əsl mənim yerimdir. Əgər bu işin öhdəsindən gələcəyimə əmin olmasaydım, 

inanın, heç vaxt razılaşmazdım. Uşaqların qayğısını çəkmək mənim amalımdır. 

 

            SEYMUR. Razıyam, bu, həqiqətən, təsadüfə oxşamır, bəs o dediyiniz uşaq evi təsadüfən 



"Şəfəq" adlanmır ki? 

 

            BÖYÜK GÖMRÜKÇÜ. Məhz "Şəfəq" adlanır –  ərizənizdə göstərdiyiniz kimi. 



 

            SEYMUR. Əgər sizi düz başa düşdümsə, deməli, yaxta ilə maşın bundan sonra sizin 

sərəncamınızda olacaq. 

 

            BÖYÜK GÖMRÜKÇÜ. Əlbəttə! Çünki mən sabahdan oranın direktoruyam. 



 

            SEYMUR. Axı yaxtanı hər adam sürə bilməz. Yəqin ki, dənizçi-mütəxəssis tapmalı 

olacaqsınız. 

 

            BÖYÜK GÖMRÜKÇÜ. Problem yoxdur. Mən özüm beş il dəniz sərhədində – gömrük 



bölməsində xidmət etmişəm. Və orada kiçik tonnajlı gəmiləri idarə etmək üçün şkiper vəsiqəsi 

almışam. Bunun üçün narahat olmaya bilərsiniz. Yaxta etibarlı əllərdə olacaq. 

 

            SEYMUR. Görürsünüzmü, daha bir təsadüf. Amma mən hər halda ümidvaram ki, heç 



olmasa, hərdənbir uşaqları da mindirəcəksiniz. 

 

            BÖYÜK GÖMRÜKÇÜ. Hərdənbir nədir? Mən müntəzəm dəniz gəzintiləri təşkil etməyə 



hazırlaşıram. Uşaqların hamısının iştirakı ilə. Deyəsən, sizdə müəyyən şübhələr oyandı, yoxsa 

mənə belə gəlir? Şübhəniz olmasın, mən əlimdən gələn hər şeyi edəcəyəm ki, "Şəfəq"də 

uşaqların güzəranını yaxşılaşdırım. Çalışacağam ki, onlar özlərini bəxtəvər hiss etsinlər. Özünüz 

gəlib görərsiniz.  

 

SEYMUR. Nə deyim! Balalarımızın gələcəyinə böyük ümidlər bəsləyirəm. 



 

 CAVAN GÖMRÜKÇÜ. Yəni nə mənada? 

 

 SEYMUR. O mənada ki, Azərbaycanın gələcəkdə necə olacağı ilk növbədə həmin uşaqlardan 



asılı olacaq.  

 

 CAVAN GÖMRÜKÇÜ. Bugünkü Azərbaycanın nəyi pisdir ki? Nə xoşunuza gəlmir? 



 

 

536


 SEYMUR. Sizdən nə gizlədim, bəzi şeylər xoşuma gəlmir. Özü də qətiyyən xoşuma gəlmir və 

məni narahat edir. Bir tərəfdən, ölkəmiz bütün tarixi ərzində bu cür uğurlar qazanmamış, indiki 

qədər zəngin olmamışdır, nailiyyətlərimiz möhtəşəmdir – bunu danmaq olmaz. İnsanların rifahı 

yaxşılaşıb, çoxları bu gün elə firavan yaşayır ki, keçmişdə bunu heç yuxusunda da görə 

bilməzdilər. Burada işlədiyiniz müddətdə yaxşı bilməlisiniz ki, son illərdə çoxsaylı zəngin 

insanlar peyda olub. Xüsusi evlər, şəhər kənarında imarətlər, şəxsi zavodlar, dükanlar... 

 

CAVAN GÖMRÜKÇÜ (səbirsiz halda). Məgər bu pisdir?  



 

 BÖYÜK GÖMRÜKÇÜ. Sözünü kəsmə. Qoy Seymur müəllim söyləsin ki, onun xoşuna 

gəlməyən nədir. Mənim üçün bu, çox maraqlıdır. 

 

            SEYMUR. Sadaladıqlarım hamının ürəyincədir, o cümlədən mənim də. İndi isə başqa 



şeydən danışıram. Mən də belə gəlir ki, öz əvvəlki həyatını yoxsulluq içində keçirmiş bəzi 

insanlar son illərdə ölkəmizdə baş verən möhtəşəm dəyişikliklərdən başlarını itiriblər. Bu gün 

insanların bir çoxu varlanmaq azarına mübtəla olub, çoxları da istədiklərinə nail olmağın 

yollarını tapıblar. 

 

CAVAN GÖMRÜKÇÜ. Aydın oldu. Xoşunuza gəlməyən budur? 



 

 SEYMUR. Bu mənim xoşuma gələrdi, əgər varlanmaq, özü də mümkün qədər çox qazanmaq 

arzusu ilə mənəviyyat arasındakı təbii balans pozulmasaydı. Bu tarazlığı, balansı gözləmək 

normal insanın zəruri məziyyətidir. (Cavan gömrükçüyə müraciətlə). Dediyimbalansın təsirini 

siz öz üzərinizdə hiss edirsinizmi? 

 

CAVAN GÖMRÜKÇÜ. Bəs necə! Şükr Allaha, burada bizim hamımızda balans məsələsi 



qaydasındadır. 

 

SEYMUR. Çox şadam. Əgər balans qaydasındadırsa, hesab edə bilərsiniz ki, sizin hamınız 



cəmiyyətlə həmahəng yaşayırsınız. Amma bizim müasirlərimizin bəzilərində bu balans itmişdir. 

Onları tək bircə fikir məşğul edir – pul! Həm də onların çoxu pul naminə dövləti, işgüzar 

tərəfdaşı aldatmağa, oğurluq etməyə, özgə malını öz cənginə keçirməyə belə hazırdır. Hər gün 

bu cür hadisələrin şahidi oluruq. Ciddi ədəbiyyata maraq göstərən çox azdır. Kitab oxumaq 

istəyənlər isə, əsasən, ucuz detektivlərə qaçırlar. İncəsənətlə maraqlanmırlar. Əqidə, prinsipləri 

keçib arxa plana. Məsələ şəxsən onların özlərinə aid deyilsə, ölkədə baş verən hər şeyə biganə 

yanaşırlar. Təki onlara dəyib-toxunan olmasın. Dövlətin aqibəti onları maraqlandırmır. Pul, pul, 

yalnız pul! Nə veclərinə, pul varsa, xaricdə də kefin istəyən kimi yaşamaq olar.  

 

BÖYÜK GÖMRÜKÇÜ. Hər şey bu qədər bəsit deyil. Əzizim Seymur müəllim, mən sizinlə 



razılaşa bilmərəm. Daha doğrusu, məhkəmənin qərarı ilə təqsirli bilinib cəza alanlardan söhbət 

gedirsə, razılaşa bilərəm. Lakin əgər söhbət təqsiri sübuta yetirilməmiş adamlardan gedirsə, 

məgər onları müqəssir saymaq olarmı? Hüququn əsas prinsipi budur: cinayət başında 

yaxalanmayan oğru deyil! Unutmayın, biz demokratiya şəraitində yaşayırıq. Siz deyirsiniz ki, 

adamlar incəsənətlə maraqlanmır, az mütaliə edirlər, bununla da razılaşmaq çətindir. Burada 

bizdə bir yoldaş işləyirdi, bütün günü fasiləsiz olaraq iş yerində oturub kitab oxuyurdu.  

 

CAVAN GÖMRÜKÇÜ. Alfons Dodeni oxuyurdu, öz gözümlə görmüşəm. 



 

 BÖYÜK GÖMRÜKÇÜ. Onu da, başqalarını da mütaliə edirdi. Girirdin kabinetinə – görürdün 

kitab oxuyur. Nə olsun? Başqasına məxsus qaimələri saxtalaşdırmaq üstündə iki il iş verdilər. 

İndi həbsxanada da fasiləsiz olaraq kitab oxumaqdadır. Odur ki, necə deyərlər, malı mala 

qatmayaq. Burda bizə elə adamlar işləyir ki, operada bircə dəfə də olmayıblar. Nə olsun? Kristal 


 

537


təmiz insanlardır! Uşaqlar barədə söylədiklərinizlə razıyam, onlar bizim gələcəyimizdir. Əlbəttə 

ki, buna qədər hələ böyüməlidirlər. İndi isə biz onların qayğısına qalmalıyıq. Özünüz 

görəcəksiniz mənim uşaqlara olan münasibətimi. 

 

     SEYMUR. Mən də, dostlarım da müntəzəm olaraq çox tez-tez sizə baş çəkəcəyik. Əlbəttə, 



əgər etiraz etməsəniz. 

 

  BÖYÜK GÖMRÜKÇÜ. Nə etiraz, canım, bu mənim üçün şərəfdir. Uşaqlar istəyəndə onlarla 



bərabər hərdən yaxtada gəzərik, hərdən də maşında. 

 

  CAVAN GÖMRÜKÇÜ. Bilirsiniz nə fikirləşirəm? O uşaqlar hələ həyatda heç bir faydalı iş 



görməyiblər, siz isə onları hər gün yaxtada, "rolls-roys"da gəzdirəcəksiniz. Axı buna alışa 

bilərlər. Sonra hazırlaşmazlar məgər?  

 

  BÖYÜK GÖMRÜKÇÜ. Narahat olma. Biz bütün bunları nəzərə alıb tənzimləyəcəyik. Uşaqları 



sevmək lazımdır, ancaq onları ərköyün böyütmək olmaz. Bu, onların özlərinə ziyandır. 

 

 SEYMUR. Xülasə, biz birlikdə uşaqların qayğısına qalacağıq. Heç kəsi qoymarıq onlara "gözün 



üstdə qaşın var" desin. 

 

  BÖYÜK GÖMRÜKÇÜ. Uşaqlar naminə biz hər şeyə hazırıq, qoymarıq onların xatirinə dəyən 



olsun. 

 

  



 

  Otağa əməkdaşlar daxil olurlar. Onlar öz həmkarlarını pensiyaya çıxması və yeni vəzifəyə təyin 

edilməsi münasibətilə təbrik etməyə gəliblər. Qədəhlərə şampan şərabı süzürlər. 

 

  



 

BÖYÜK GÖMRÜKÇÜ. İlk badəni uşaqların sağlığına qaldırmaq istəyirəm. Uşaqlar bizim 

gələcəyimizdir! (Hamı badələri toqquşdurur). 

 

 "Cücələrim" mahnısı səslənir. 



 

 

E-mənbə / link: http://maksudibragimbekov.com/az_kateqoriya_nesrler.html 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin