MÖVZU 4. «ÇƏTİN» UŞAQLAR VƏ ONLARLA APARILAN
İŞİN XÜSUSİYYƏTLƏRİ
P L A N:
1. «Çətin» uşaqların psixoloji xüsusiyyətləri
2. «Çətin» uşaqlarla aparılan işin formaları
Psixoloji və Pedaqoji ədəbiyyatda tez-tez «çətin»
uşaqlar sözünə rast
gəlmək olur.Müəllimlər çox vaxt bəzi uşaqların «çətinliyindən» şikayətlənirlər.
Əksər halda «çətin» uşaqların sırasına sözə baxmayan, şıltaq, tərs, intizamsız,
kobud, yalançı, tənbəl və s. uşaqları daxil edir və bunları «assosialuşaqlar» kimi
xarakterizə edirlər. Bu jür uşaqların Pedaqoji baxımsızlığından
irəli gəldiyini
xüsusilə qeyd edirlər.
Adətən «çətin» uşaqların xüsusiyyətləri daha çox yeniyetməlik dövründə
özünü göstərir. Bu dövr uşaqlarda «çətinliyin» yaranmasına təkan verir.
Psixoloji tədqiqatlar «çətin»
yeniyetmələrin dörd qrupunu müəyyən-
ləşdirmək imkanı vermişdir:
1/davranışınıdakı qüsurları onun emosional-iradi
inkişaf səviyyəsi ilə
şərtlənən yeniyetmə;
2/Pedaqoji jəhətdən baxımsız və nətijədə əxlaqi təsəvvürlərə yiyələnməyən
yeniyetmə;
3/ əlverişli olmayan inkişaf şəraiti və ya tərbiyəçinin
düzgün iş apara
bilməməsinin təsiri ilə «çətin»b.öyüyən yeniyetmə;
4/ uyğun gəlməyən münasibətlərlə şərtlənən və yaxud «xüsusi çətin tərbiyə
olunanlar».
Psixoloqlar emosional sahədə problemlərin olması ilə bağlı kiçik məktəb
yaşı dövründə «çətin» uşaqların meydana gəldiyini də qeyd edirlər.
Bununla bağlı olaraq «çətin» uşaqları
3 qrupa ayırırlar: təjavüzkar uşaqlar;
yüksək emosionallığa
malik uşaqlar; hədsiz dərəjədə utanjaq,
hər şeydən tez
təsirlənən, küsəyən, qorxaq, həyəjanlı uşaqlar.
Təjavüzkar uşaqlar. Adətən elə bir uşaq tapmaq olmaz ki, həyatında heç
olmasa bir dəfə təjavüzkar hərəkət etməmiş olsun. Lakin bunların hamısını
«təjavüzkar» adlandırmaq olmaz.Bu qrupa yalnız o uşaqları
aid etmək olar ki,
onların təjavüzkar hərəkətləri, reaksiyaları özünün davamlılığı. Affektiv davranışa
səbəb olma xarakteri ilə fərqlənsinlər.