– Mən sənə nə demişdim? – deyə Kamil sözə başlayır, ancaq Əbülfəz onun sözünü ağzında
qoyur.
– O nə söz idi bayaq işlətdin? “Ağzını yum”. Olmayaydın mənim bacım oğlu, bilirsən
neylərdim? – Artıq özünə gəlmiş Əbülfəz deyir. – Bir də o sözü təkrar eləsən, daha sən adda
qohumum yoxdur.
– Xox, qorxdum!.. Yaxşı, bir də demərəm... Ancaq sən heç bilirsən səsini kəsəndə necə yaxşı
adam olursan.
50
– İndicə Poladı cəbhəyə yola saldıq, sən isə heç nə olmayıbmış kimi gəzib, gic-gic çərənləyirsən,
– Əbülfəz tənə ilə başını bulayır.
– Çox istəyirsən Poladı?
– Hər halda səndən az istəmirəm! Heç olmasa, sənin kimi lağlağı eləmirəm, ürəkdən dərd
çəkirəm.
– Bu saat sənin dərdini dağıdaram: mənim bir hörmətli tanışım var – generaldır. Söz verib ki, bir
həftədən sonra məni də Poladın xidmət etdiyi yerə göndərəcək. Döyüş şəraitində daha bir sınaq
keçirəcəyik. Xahiş eləsəm, səni də göndərər, gedərik?
– Birinci dəfədir belə şey eşidirəm: dost-doğma dayısını müharibəyə dəvət eləyir! – Gözlənilməz
təklifdən çaşmış Əbülfəz dillənir.
– Bu gün ağır gündür, ancaq Poladla nişanlısına baxanda hər halda ürəyim açıldı. Bir-birlərinə
necə də yaraşırlar. Sən bir qızın üzünə bax, qədd-qamətinə bax! Bundan əvvəl də Polad çox
qızlarla görüşüb, biri o birindən yaraşıqlı olurdu. Bura bax, heç ömründə bir cananla qol-qola
gəzmisən, düzünü de? Bizim nəslin kişiləri isə 64 həmişə gəzəyənlikdə ad çıxarıblar. Bunu bütün
Bakı bilir. Bax, elə sənin baban: toya üçcə gün qalmış şəhər prokurorunun gözünün qabağında
nişanlısını qaçırtmışdı! Atan da cavanlığında fürsəti fövtə verən deyildi. Götürək lap elə mənim
özümü. Heç bilirsən birinci dəfə qadına elani-eşq edəndə mənim neçə yaşım vardı?
– Əlbəttə, bilirəm – on dörd. Bütün Bakı bilir ki, yeddinci sinifdə oxuyanda dərsdən sonra nəğmə
müəlliməsinin üstünə necə atılmısan. Ancaq bağışla, yadımdan çıxıb səni onda kim yaxşıca
əzişdirmişdi: onun əri, yoxsa sənin atan?
– Bunu sənə hansı it oğlu danışıb? – Əbülfəz dərhal özündən çıxıb çığırır. – O köpək oğlunun
adını de. Tez ol!
– Baş üstə! Bunu mənə, bir də Polada sənin əmin oğlu, yəni mənim atam danışıb. İnanmırsan,
özündən soruş.
Onlardan qabaqda gedən Sevda və Kamilin valideynləri səsə geri çevrilir.
– Nəyi bölə bilmirsiniz? – deyə Kamilin atası soruşur. – Niyə qışqırırsan, ay Əbülfəz?
– Söhbət eləyirik, – Əbülfəz cavab verir. – Siyasətdən danışırıq!
London. Axşam hava hücumu başa çatır. Təhlükənin sovuşduğunu bildirən sirenalar susur.
Royal Deç Şell neft şirkətinin binası önündə bir-birinin ardınca dörd iri qara maşın dayanır.
Şirkət prezidentinin kabinetində müşavirəyə dəvət edilmiş idarə heyəti üzvləri maşınlardan
düşür.
Şirkətin prezidenti altmış beş yaşlarında ucaboy, arğaz adamdır.
– İdarə heyətinə məlumat verməyi özümə borc bilirəm ki, yarım saat əvvəl baş nazir heç izahat
vermədən, sabahkı rəsmi görüşü qeyri-müəyyən müddətədək təxirə salmışdır. Məndən başqa, bu
barədə o biri iki iştirakçıya da xəbər verilmişdir: – Bunlardan biri sabahkı görüş üçün həyatını
risq qarşısında qoyaraq okeanın bu tayına gəlmiş Standart Oylun prezidenti, o biri isə
İngiltərəİran şirkətinin prezidentidir. Bu məsələ ilə bağlı heç bir izahat verilməsə də, məndə elə
51
bir təəssürat yaranıb ki, çoxdan bəri gözlənilən həmin görüşün qəflətən təxirə salınmasının
səbəbi, bizim hələ haqqında heç bir məlumata malik olmadığımız daha gözlənilməz hadisələrlə
əlaqədardır. – Detertinq susub, narahat simaları bir-bir süzür və yenə tələsmədən, inamlı tərzdə
sözə başlayır.
Onun nitqində zorla sezilən bir kinayə duyulur. – Daha bir söhbət olmuşdur ki, fikrimcə, bu
söhbətin də təxirə salınmış görüşlə müəyyən əlaqəsi vardır. Sizin gəlişinizdən bir az əvvəl
Brendan Braken – ser Uinstonun katibi, müşaviri, bəzi məlumatlara görə isə həm də kamerdineri
mənə zəng vurub onun adından şam yeməyinə dəvət etdi. Bəlkə də bu, məhz elə bir imkandır ki,
müzakirəsini yekdilliklə mənə həvalə etdiyiniz problemlərin mühümlüyünə baş naziri
inandırmağa müvəffəq oldum.
Detertinq artıq iki yüz ildən bəri imperiya baş nazirlərinin yaşadığı əzəmətli qədimi binanın
qarşısında maşından düşür. Pəncərə şüşələrinin çoxu qırılıb. Axşamdan xeyli keçməsinə
baxmayaraq, fəhlələr təmir işləri görür. Giriş qapısında Detertinqi baş nazirin “Cümə”si Brendan
Braken qarşılayır.
– Son ay yarımda üçüncü dəfədir ki, şüşələri dəyişirik, – Braken əsəbi hərəkətlə dodaqlarını
yallayaraq deyir. – Lakin hərbçilərin təkidli tələblərinə baxmayaraq, ser Uinston yerini
dəyişməyə razılıq vermir. Güc-bəla ilə onu üzbəüz binanın lap alt qatında gecələməyə razı
salmışıq. Mən əminəm ki, bircə dənə yaxşı bomba düşsə, bizim bu binanın kitabı bağlanar.
– Bütün yaxşı bombalar bizdədir. – Detertinq təsəlliverici tərzdə sözə başlayır. – Almanlarda
ancaq pisləridir. Böyük Britaniya baş nazirinin iqamətgahına belə bir bombanın düşməsi də
doktor Gebbelsin Bekinhem sarayına səfəri kimi qeyri-mümkün bir şeydir.
– Ser, qorxuram işlərimiz bundan sonra da belə getsə, həmin görüş baş tuta bilər. Buyurun bura,
ser!
Brendan, Detertinqi kiçik yemək otağında əyləşdirib, onun üçün şerri süzür və baş nazirin indi
gələcəyini söyləyir. Qırmızı sifətində təbəssüm oynayan, həlim səsi qəribə təsir bağışlayan
yupyumru bir centlmen görünür. Onun əynində gödək qara pencək və zolaqlı şalvar var.
Şam yeməyini süfrəyə olduqca sadə görünüşlü bir qadın gətirir.
Yəqin ailənin lap çoxdankı qulluqçusudur. Süfrənin soyutma ət, salat, pendir, qəhvə, şərab və
portveyn bəzəyir.
Çörçill qəhvədən imtina edib, xırdaca gümüş qutudan tənbəki iyləyir.
– Günün ikinci yarısında heç vaxt siqaret çəkməyin, – deyə o, Detertinqi siqara qonaq edərək,
xeyirxahcasına məsləhət verir.
– Əgər yaxşı yatıb dincəlmək, səhər tezdən ağzınızda xoşagəlməz tam hiss etməmək
istəyirsinizsə, yatmazdan qabaq mütləq tənbəki iyləyin, özü də yalnız gümüş qabdan. Yeri
gəlmişkən, bu tənbəki qutusundan vaxtilə Hersoq Malboro istifadə edib.
Detertinq nəzakətlə qutunu gözdən keçirir.
– Bu gün şənbədir. Mən böyük məmnuniyyətlə sizi Çekersdə qəbul edərdim, lakin təhlükəsizlik
xidməti ay bədrlənən zaman şəhərkənarı iqamətgaha getməyə icazə vermir. Siz buraya
52
Barklistritdən keçib gəlmisiniz? Elə isə, yəqin Dauninq-stritin başlanğıcındakı bombalanmış
binaları görmüsünüz.
– İqamətgaha bitişik Xəzinədarlıq binasını yarıuçulmuş vəziyyətdə görəndə həmin binalar dərhal
yadımdan çıxdı, – deyə Detertinq cavab verir.
– Sığınacağın tikintisini bu günlərdə başa çatdıracaqlar.
Lap yaxında – Trafalqar-stritdə olacaq. Təsəvvür edirsinizmi, Böyük Britaniya baş naziri üçün
Londonda bomba zərbələrindən qorunmaqdan ötrü sığınacaq! Belə bir söz eşitmisiniz:
“Konventrizasiya”!
Ribbentronun kəlməsidir. Axı o, yeni elmi anlayışlar “ixtira eləməyin” ustasıdır. Koventrizasiya,
ser, İngiltərənin xarabazara çevrilməsi deməkdir. Konventrinin yerində qalmış xarabalıqlar kimi.
Mən həmişə bədən cəzasının əleyhinə olmuşam, lakin Ribbentronun xatirinə öz prinsiplərimə
xəyanət etməyə hazıram.
Hələlik isə dözmək lazım gəlir. Bombardmançı təyyarələrin sayına görə alman aviasiyası hazırda
ingilis aviasiyasını iki dəfə yarım üstələyib. Yeganə təsəllimiz budur ki, gündəlik uçuşlar üçün
onlara benzin çatışmır.
– Lap tezliklə onlar lazım olan qədər benzinlə təmin olunacaqlar, – Detertinq öz fikrini bildirir.
Müsahibi bərkdən asqırır.
– Nə xoş xəbər! Mən bu yeniliyi olduqca ürəkaçan bir axşam xəbəri adlandırardım.
– Əslində bu, lap yaxın gələcək üçün proqnozdur, ser. Bugünkü vəziyyətin, üstəgəl sabaha real
baxışın təhlilinə əsaslanan proqnoz.
Əgər dünən Qərb dünyasında üç inhisarçı bilirik – Amerika Standart- Oyl, həmçinin Britaniyaya
məxsus İngiltərə-İran şirkəti və 67 bəndeyi-həqirinizin rəhbərlik etdiyi Royal Deç Şell hökmran
idisə, bu gün hər şey dəyişmişdir, çünki bizim İran ərazisindəki bütün neft mədənlərimiz faktik
olaraq almanların əlindədir. Şah cismən və ruhən Hitlerə sadiq olan bir adamdır. Bu vaxtadək
Almaniyanın oradan nefti daşımaq imkanı yox idi. Lakin indi – almanların şığıyıcı
bombardmançı təyyarələrinin Aralıq dənizində Böyük Britaniyanın hərbi gəmilərinə hücum edib,
onları suya qərq etdikləri, hətta onun paytaxtına hücuma keçdikləri bir vaxtda isə...
Çörçill onun sözünü kəsir:
– Mən sizə kiçik bir sirr açacağam. Ona görə “kiçik” deyirəm ki, bu cəmi iki sutka sirr olaraq
qalacaq. – Çörçill sevincini gizlətmədən Detertinqə baxır, – məhz iki sutkadan sonra Böyük
Britaniyanın və Sovetlərin qoşunları iki istiqamətdən eyni vaxtda İrana daxil olacaq. Şah 1921-ci
il müqaviləsini pozub və buna görə cəzasını alacaq.
– Ruslar İranın işğalı üçün qoşunu haradan tapacaqlar? – Detertinq həqiqətən təəccüblənir. –
Mənə məlum olduğuna görə onlar son qüvvələrini toplayıb vuruşurlar və artıq çox böyük itkilərə
məruz qalıblar. İranın yaxşı təlim görmüş ordusu var. Xüsusilə də şimalda. Axı orada almanların
Qafqaza soxulmaq üçün nəzərdə tutulmuş bazaları yerləşir! Mən əminəm ki, bir-iki həftədən
sonra almanlar Moskvanı tutacaq... Ruslar var qüvvələrini paytaxtı qorumağa yönəldiblər... Çox
güman ki, belə bir niyyətə düşməkdə onlar lovğalıq edirlər, özü də çox təhlükəli bir lovğalıq!
53
– Güman etmirəm. Hətta əminəm ki, belə deyil. Stalin çox qətiyyətli adamdır və ən mühümü də,
həddən artıq xudbindir. Əgər o öz məktubunda iddia edirsə ki, qoşun yeridiləcək, deməli, bu
niyyətini yetərincə vüqarla gerçəkləşdirməyə çalışacaq. Sovetlərin vəziyyəti həqiqətən çətindir,
onların halı demək olar ki, ümidsizdir. Lakin bütün bunlara baxmayaraq, intuisiyam mənə
pıçıldayır ki, orada əsas hadisələr hələ qarşıdadır, – deyə Çörçill fikirli-fikirli dillənir.
– Ser, deyəsən, Hitlerin sayəsində yaranmış belə bir vəziyyətdə siz Sovetlərə qarşı rəğbətə
bənzər bir hiss duyursunuz.
Çörçill həmsöhbətinə təəccüblə baxır:
– Mən istəyirəm ki, onlar bir-birinin ətini didsinlər. lakin bizim üçün mühümdür ki, bunu birinci
Sovetlər etsin. Özü də bu yolda mümkün qədər çox qan töksünlər. Rəğbət bəsləmək üçün isə 68
mənim başqa obyektlərim var. – Çörçill buxarının üstündən qucağında körpəsi olan gənc bir
qadın şəkli götürüb, Detertinqə uzadır.
– Gəlinimlə nəvəmdir. – Bu zaman “Cümə”nin boğazını arıtlamasını eşidib, geri qanrılır.
– Saat 11-ə general Qardninqi dəvət etmisiniz. O, qəbul otağında gözləyir.
– Qoy gəlsin.
Böyük Britaniya quru qoşunları geyimində qırx yaşlarında bir nəfər daxil olur. Çörçill gülər üzlə
onun qarşısına yeriyib Detertinqə təqdim edir.
– Çox şadam ki, bu tanışlıq mənim evimdə baş tutdu, Çörçill generalı özü ilə üzbəüz
əyləşdirərək, onun üçün şerri süzür. Siqar qutusunu uzadır.
– Təşəkkür edirəm, ser, mən çəkən deyiləm.
– Allahın insana bəxş etdiyi azsaylı ləzzətlərin birindən heç adam da öz xoşu ilə imtina edərmi?
– Çörçill gülümsünüb, Detertinqə müraciət edir. – General Qardner İranda əməliyyatlar keçirmək
üçün nəzərdə tutulmuş üç biri qoşun birləşməsindən birinin komandanı qismində İrana yola
düşür. 10 ordudur. Deyəsən, siz artıq səfərə hazırsınız?
– Bəli, ser. Mən artıq hərbi nazirdən ən müfəssəl təlimatlar almışam.
– Hərbi nazir mənim indi Sizə deyəcəklərimi yəqin ki, deməyib.
10 ordunun başlıca vəzifəsi İranın işğalından daha mühümdür.
Fikrimcə, generallar Mak Leyden və Smit bu vəzifənin öhdəsindən müvəffəqiyyətlə gələcəklər.
Sizin vəzifəniz gözləməkdir, yəni hərbi hazırlıq vəziyyətində olmaq və lazımi məqamda – bu
məqamın seçilməsi isə bütövlükdə sizdən asılıdır, general – Qafqazın neft rayonlarını ələ
keçirmək. Çox güman ki, bunun üçün əlverişli məqam çox tezliklə gələcək. Bəlkə də iki-üç
həftədən sonra. Sovet qoşunlarının geri çəkilməsi barədə informasiyanı diqqətlə təhlil edin.
Kəşfiyyatın əldə etdiyi bütün məlumatlar sizin sərəncamınızda olacaq. Qətiyyət və cəsarətlə
hərəkət edin.
General çaşqın halda Çörçilə baxır. Nəhayət, eşitdiklərini beynində cəld təhlil edib dillənir:
54
– Ser, mən bu barədə yazılı əmr almaq istərdim. Sizin dedikləriniz həqiqətən hərbi nazirin
verdiyi təlimatdan çox fərqlənir.
– Yazılı şəkildə əmr Sizin nəyinizə gərəkdir?!
Qardinq fikirli-fikirli boş qədəhə baxır. Sonra onu stolun üstünə qoyur.
– Ruslar bizim müttəfiqlərimizdir, ser.
– Bundan mənim də xəbərim var, nə olsun ki? Məgər sizə bəlli deyil ki, onlar fasiləsiz geri
çəkilirlər? Yoxsa istəyirsiniz həmin rayonlar hansısa üçüncü bir dövlətə qismət olsun?
– Xeyr, müttəfiq ordunun hərbi uğursuzluğundan xaincəsinə istifadə edən adam təsiri bağışlamaq
istəməzdim.
– Sizin ordunun bütün zabitləri gələcəkdə tarixin onlara verəcəyi qiymətə görə çox narahat
olurlar. Hamısı. Məndən başqa. Yeri gəlmişkən, sizə deməliyəm ki, tarixi qaliblər yazır. Hər
halda, həmişə belə olub! Sizə əmr lazımdır? Nə olar, əgər fikrinizi dəyişməsəniz, vaxtı çatanda
siz o əmri alacaqsınız. Lakin mənə çox xoş olardı ki, siz həmin vaxtadək başa düşəydiniz:
Sovetlərə münasibətdə müttəfiqlik öhdəliklərini kor-koranə yerinə yetirmək lüzumsuz və gülünc
ədabazlıqdır. Bu müharibədə Rusiyanın dəqiq tarixi missiyası var: o, öz varlığı bahasına sivil
dünyanı hunların yürüşündən xilas etməlidir. O, müharibədə qələbə qazana bilməyəcək.
Məhz belə olacağına heç kəsdə, o cümlədən sizdə, general, zərrəcə şübhə olmamalıdır. Lakin biz
yol verə bilmərik ki, Qafqaz kimi zəngin bir diyar, onun tükənməz sərvətləri hansısa üçüncü bir
dünya dövlətinə qismət olsun. Biz bunun qayğısına qabaqcadan, yəni indi qalmalıyıq. Biz böyük
Britaniyanın gələcəyi barədə düşünməyə borcluyuq və mən sizi də öz borcunuzu yerinə
yetirməyə çağırıram.
1920-ci ildə Sovetlər ingilis əsgərlərini günah işlətmiş məktəblilər kimi Bakıdan qovmuşdular.
Bu gün sizin əlinizə imkan düşüb ki, bu qara ləkəni Britaniya bayrağından siləsiniz! Britaniya
bayrağı Qafqaz üzərində dalğalanmalıdır!.. Buna bənzər uğurlu şans bütün ömrü boyu bircə dəfə
ələ düşür, general! Ondan istifadə edin, əks təqdirdə mən elə düşünəcəyəm ki, sizi seçməkdə
yanılmışam.
Üzərində “Bakı 1№li meyvə şirələri və mineral sular zavodu” yazılmış lövhə olan darvazanın
qarşısında dayanan maşından Kamil düşür. Darvazanın önündə, eləcə də hasar boyunca
hərbiləşdirilmiş mühafizə postları düzülüb. Təcili yardım maşınları dayanıb. Sexlərdən birində
nəhəng hovuz yanıcı maddə ilə ağzınadək doldurulub.
Kəhrəba rənginə çalan hamar səth üzərinə iki təyyarə vinti sallanır.
Aralarındakı bir neçə nəfər hərbçi olan kiçik qrupdan – qəbul komissiyasından əlavə, zalda
yanğınsöndürənlər gözə dəyir. Onlar gərgin vəziyyətdə brandspoytların və qumla dolu yeşiklərin
yanında durub, qurğunun işə salınmasını gözləyirlər. Kamil zavod mühafizə dəstəsinin rəisinə
müraciət edir:
– Mənim sizdən böyük bir ricam var. Zəhmət olmasa, xahiş edin, qəbul komissiyasının
üzvlərindən başqa hamı zalı tərk etsin.
– Xahişiniz yerinə yetirilib: bir saat əvvəl bütün işçilər zavod ərazisindən təxliyə edilib.
55
– Hamı çıxsın, – deyə Kamil təkrar edir, – o cümlədən yanğınsöndürənlər də. Mən əminəm ki,
hər şey normal keçəcək. Lakin işdi-şayəd, bu maye alışsa, onu söndürmək qeyri-mümkündür.
– Mən də sizdən üzr istəyirəm, ancaq məhz belə bir vəziyyətdə nə mən, nə də mənim adamlarım
öz postların tərk edə bilər.
Kranlar asta-asta vintləri mayenin içərisinə endirir, iyirmi beş santimetr dərinliyə çatdıqda
kranların hərəkəti dayanır.
– Başlayın, – Kamil komanda verir, lakin propellər hərəkətsizdir.
– Nə olub?
– Bəlkə elektrik açarını özünüz işə salasınız, – deyə həyəcandan tərləmiş alçaqboy kök kişi –
zavodun direktoru Kamilə müraciət edir. O, motoru işə salmağa cəsarət etmir. – Nə gizlədim,
limonadla işləməyə daha çox alışmışam.
Kamil təbəssümünü çətinliklə boğaraq, güc pultuna yaxınlaşır və açarı burur. Vintlər dərhal işə
düşür, asta-asta hərlənərək, mayeni qarışdırmağa başlayır. Hovuzdan maye borularla
qablaşdırma sexinin yarımavtomat xəttinə daxil olur. Orada üzərində hələ də “meyvə şirəsi”
etiketləri qalan şüşələrə doldurulur.
Komissiya üzvləri qəbul aktını imzalayır. Hamının üzündən sevinc yağır.
Kamilin işlədiyi ETİ-nin direktoru ona yaxınlaşır:
– Mən öz vədimi yerinə yetirdim. Sənin üçün çox ağıllı bir köməkçi tapmışam. Kimyaçı, özü də
Kiyev universitetinin diplomu ilə.
– Bizim ETİ-dəndir? – Kamil təəccüblə soruşur. Nəsə Kiyev diplomu olan heç kəsi yadıma sala
bilmirəm.
– Boş yerə özünü yorma. O qız qaçqındır.
– Qız! – Kamil məyus olur. – Kişi daha yaxşı olardı.
– İndi kişilər qıtdır. Və mən bilən, getdikcə daha da qıtlaşacaqlar.
Mən adam tapmaqda mahirəm. İnan mənə, bu qız əsl sənə lazım olan adamdır. Çağırım?
Maşında gözləyir.
Direktor ucaboy, gənc bir qadınla qayıdır.
– Tanış olun, – deyir. – Bu, Kamil Məmmədəliyevdir, “İşartı” layihəsinin rəhbəri. Bu isə
kimyaçı mühəndis Lidiya Mişinadır.
Kamil gənc qadının əlini sıxır. Ona elə gəlir ki, bu qadını haradasa görüb. Yadına salmağa
çalışsa da, bir şey çıxmır. Çünki onun heç ağlına da gəlməz ki, qarşısındakı bu gözəgəlimli
qadını, əynində sadə yay donu olan “Kiyev qaçqını”nı o, ilk dəfə öz bağ evinin pəncərəsindən –
dan yeri təzəcə sökülərkən Şultsun kəşfiyyatçılarından ibarət təxribat qrupu sahilə çıxarılanda
görüb.
56
– Universiteti nə vaxt bitirmisiniz?
– İki il əvvəl. Elə o vaxtdan da turşular laboratoriyasında kiçik elmi işçi işləmişəm.
– Nə olar, mən etiraz etmirəm. Ancaq sizə qabaqcadan xəbərdarlıq etməliyəm ki, burada iş çətin
olmasa da, çox təhlükəlidir.
Əgər bu sizi qane edirsə, sabahdan işə başlaya bilirsiniz.
– Sabahdan çətin ki, baş tutar, – deyə direktor gülümsünür.
– İndiki şəraitdə buraya işə təzə adam götürmək o qədər də asan məsələ deyil. Fikrimcə,
sənədlərin yoxlanılması iki həftə çəkər.
Bunu bizim kadrlar şöbəsinin iş təcrübəsinə əsasən deyirəm. Yaxşısı budur üçümüz birlikdə
gedək 1-ci hissəyə.
Konveyer zalından çıxmazdan əvvəl Lida içərisində yanıcı qatışıq olan şüşələrdən birini əlinə
götürüb çıxışa sarı yönəlir.
– Onu neynirsiniz? – deyə Kamil təəccüblə soruşur. – Axı sizi çıxışda onsuz da saxlayacaqlar.
Bu şüşədə yandırıcı maye var...
– Boş şüşə necə, götürə bilərəm?
Kamil dinməz-söyləməz çiynini çəkir. Direktor da qıza təəccüblə baxır.
Kabinetin olan-qalan müxəlləfatı iki seyfdən, yazı stolundan və bir də “Boşboğaz adam casus
üçün tapıntıdır” plakatından ibarətdir.
Birinci hissənin rəisi Lidanın sənədlərini diqqətlə gözdən keçirir.
Möhür və imzaları işığa tutub baxır. Dodaqlarını tərpədərək, uzun müddət bütün yazıları
ürəyində oxuyur.
– Pasport, iş yerindən arayış, xasiyyətnamə, komsomol bileti, Kiyevin Stalinsk rayonu təxliyə
komitəsinin arayışı, – o, qızın sənədlərinin reyestrini tərtib edə-edə ucadan sadalayır. – Bakıda
harada yaşayırsınız? – Yazır. – Deməli belə. On gündən sonra gəlin. Özünüz başa düşürsünüz,
bizim zavod hərbi obyektdir, özü də, təbii ki, məxfi obyektdir. Odur ki, mən sizin sənədlərinizi
yoxlamaq üçün xüsusi instansiyalara göndərməliyəm.
– Bəs bir az tez olmazmı? – deyə direktor soruşur. – Hal-hazırda biz 2№-li alkokolsuz içkilər
pivə və meyvə şirələri zavodunda yeni istehsalat işə salırıq. Təcili surətdə mütəxəssislər
lazımdır.
Birinci hissənin rəisi cavab verməyə macal tapmır. Çünki bu vaxt Lida yarımlitrlik boş şüşəni
onun qarşısında stolun üstünə qoyur.
– Bu nədir? – Rəis qaşqabaqlı halda Lidaya baxır.
57
Şüşədir. Konveyer sexindən götürmüşəm. Üstündəki yazıya baxın: “1№li Bakı meyvə şirələri
zavodu”. Deməli, hər gün üzərində bu zavodun etiketləri olan beş min şüşə cəbhəyə
göndəriləcək.
Yandırıcı qatışığın Sovet İttifaqının hansı guşəsində istehsal edildiyini öyrənmək üçün faşist
kəşfiyyatı çox şeyindən keçər. Bax, şəxsən sizin diqqətsizliyiniz sayəsində isə bunu heç bir
çətinlik çəkmədən öyrənə bilərlər. Əminəm ki, bunu qəsdən etməmisiniz!
Bənizi kətan kimi ağarmış rəis bir neçə saniyə donub qalmış halda şüşəyə baxır. Sonra dırnağı ilə
etiketi qoparmağa çalışır.
– Əlbəttə, qəsdən etməmişəm! Bu nə sözdür! – rəis həyəcanla dillənir. Sonra tələsə-tələsə əlavə
edir. – Elə günü bu gün şüşələrin qəbuluna ən ciddi nəzarəti təmin edəcəyəm. Hər bir şüşənin
üstündəki kağızları yuyub təmizləməlidirlər! Bundan başqa şəxsən özüm nəzarət edəcəyəm ki,
konveyerə müntəzəm olaraq digər şəhərlərdəki ünvanlar göstərilən kağız yapışdırılmış şüşələr
verilsin.
SSRİ-nin bütün guşələrindən etiketlər görəndə onlar bu məsələdə başlarını tamam itirəcəklər. Dostları ilə paylaş: |