Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə6/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   2   3   4   5   6   7   8   9   ...   72

iyi gəlir, – deyə Karpov nədənsə məyus olubmuş kimi dillənir və onun bu hərəkəti ümumi gülüş 

doğurur. 

 

Bağırov üzü lalə kimi pörtmüş ixtiraçıya baxıb, hamı ilə birlikdə gülür. Bir papiros götürüb, 



kibriti çaxır. Həmin saniyə Kamil üfürüb kibriti söndürür. 

 

– Üzr istəyirəm, papiros çəkmək olmaz! 



 

Gülüş dodaqlarda donur. Otağa ölü bir sükut çökür. 

 

– Kimə olmaz? – deyə açıq-aşkar pərt olmuş Bağırov ani sükutdan sonra soruşur. 



 

– Heç kimə! Axı mən bu mayenin xassələrindən danışdım, – deyə Kamil izahat verir. 

 

– Yadına salmaq istəyirəm ki, bu mənim kabinetimdir və mən burada özümü necə... – Bağırov 



sözünü yarıda kəsib, qaşqabaqlı halda Kamilə: 

 

– Afərin! – deyir. Sonra hamıya müraciətlə əlavə edir: – deyəsən, biz bu... butulka məsələsini 



yaman uzatdıq. Fikriniz nədir? 

 

– Hər halda sınaqdan çıxarmaq lazımdır, – deyə hərbçilərdən biri dillənir. 



 

– Razıyam. – Gəlin sınaqdan keçirək! – Bağırov başını tərpətməklə razılığını bildirir. 

 

– Yoldaş Bağırov, siz yalnız vaxtını təyin edin... – direktor sözə başlayır, lakin Bağırov onun 



sözünü yarıda kəsir: 

 

– Buna daha əlavə vaxt sərf edə bilmərik. – Zəngin düyməsini basıb, katibə deyir: – 



Yanğınsöndürənə çatdırın, bir vedrə su, bir vedrə də qum gətirsin. – Şüşəni əlinə götürüb, 

kabinetin bir küncündəki mislə işlədilmiş iri mərmər buxarıya yaxınlaşır. – Sınağı bax elə bu saat 

buradaca keçirin! Bununla da məsələni qurtaraq! 

 

– Buxarı heyfdir, – deyə Kamili fikrini bildirir. – Tüstü borusu da yana bilər. 



 

Direktor ona gözünü ağardıb, stoldan uzaqlaşır, şüşədəki mayeni buxarıya tökür. Kibrit çəkir. 



 

42

 



– Temperatur nə qədərdir, bilmirəm, ancaq yaxşı yanır! – Bağırov şahə qalxan alov dillərinə 

baxaraq heyrətlə deyir. 

 

Otaqdakıların hamısı buxarının başını yığışır. Karpov Kamilə rəğbətlə baxaraq soruşur: 



 

– İndi sönəcək? 

 

Ancaq Kamil o qədər həyəcanlıdır ki, bu sözləri eşitmir. 



 

– Yuxarıda yaşayan var? – deyə o heç kəsə müraciət etmədən soruşur. 

 

– Üst mərtəbədə konfrans zalıdır. – Bağırov gözlərini buxarıdan çəkmədən cavab verir. – Sən 



narahat olma. Bizim yanğınsöndürən alim deyil, ancaq belə şeylərdən başı çıxır. Yaxşı, şərti 

olaraq hələlik belə hesab edək ki, sınağın birinci hissəsi uğurlu keçdi. 

 

İndi daha söndürmək olar. Başlayın! 



 

Yanğınsöndürən alovun üstünə qum tökür, lakin alov əvvəlki tək şiddətlə yanmaqda davam edir. 

Daha iki nəfər ona qoşulur. Bir neçə vedrə qum gətirirlər. Odu söndürmək mümkün olmur. 

Buxarıdan qalxan hərarət hamını kənara çəkilməyə məcbur edir. 

 

– Məsələ ondadır ki, bu qatışıq yanan zaman ondan oksigen ayrılır, – otağa çökmüş sükut 



içərisində Kamilin səsi eşidilir. – Onu qum və su ilə söndürmək olmaz. 

 

Fayton şəhərin küçələri ilə irəliləyir. 



 

– Saxla, saxla! – deyə Əbiyev xahiş edir. – Axı bunların hamısını mən tikdirmişəm. Bax, bu, kişi 

gimnaziyasının binasıdır. O yandakı qadın gimnaziyasıdır. Heç bilirsən burada nə qədər gənc 

pulsuz təhsil alıb?! Buraya ən yoxsul ailələrin balalarını qəbul edirdilər. Təhsil, yemək, paltar – 

hamısının pulunu mən verirdim. Yaxşı oxuyanlara təqaüd də ödəyirdim. Beş yüz nəfəri 

Peterburqa, Moskvaya, Parisə 55 oxumağa göndərmişdim... Mən onları oxutdururdum, çünki öz 

xalqıma xeyir arzulayırdım. Gör heç indi bunu yada salan var? 

 

– Yaxşılıq itməz. Balıq bilməsə də, xalıq bilər, – deyə Məmməd dillənir. 



 

– Yaxşılığı da gərək ağılla eləyəsən, – Əbiyev ah çəkir. – Heyf ki, mən bunu gec başa düşdüm. 

Özü də Nərimanovun sayəsində, Nərimanov yadındadır? 

 

– Budey! – Məmməd binalardan birinin divarına vurulmuş portreti göstərir. – O da Peterburqda 



sənin pulunla oxuyub. Bakıda onu tanımayan vardı məgər?! 

 

– Universiteti mənim pulumla qurtardı. Sonra da pullarımın hamısını geri qaytardı. Axırıncı 



qəpiyinədək. Hər ay öz məvacibindən az-az qaytarırdı – aramızda mübahisə düşəndən sonra... O 

mənə başa salmağa çalışırdı ki, yaxşılığı necə eləmək lazımdır, mən isə onunla razılaşmırdım. 

Allah ona rəhmət eləsin! Məndən nə inqilabçı, ay Məmməd? 

 

– Atlar yorulub, bəy, – Məmməd qürub edən günəşə narahatlıqla baxaraq deyir. – Axşam düşür. 



Biz isə çatınca şər qarışacaq. 

 

Yolda saxlayıb-eləyən olar. 



 

 

43

– Bax, o binanın yanına sür. Görürsən, keşikçi dayanıb qabağında. 



 

Bağırovun kabinetində, qübbəsi uçmuş buxarıda od hələ yansa da alovun şiddəti bir az səngiyib. 

 

– Bəlkə başqa kabinetə keçək, yoldaş Bağırov, – deyə katib təklif edir. 



 

– Mən buxarının yanından tərpənmək istəmirəm, – Bağırov uçub tökülmüş tağtavana işarə edir. – 

Bütün bu həngamədən görünür ki, temperatur da çox yüksəkdir. 

 

– Hələ onu iki yüz dərəcə də artırmağa imkan var, – Kamil dərhal təklif verir. 



 

Bağırov qımışır: 

 

– Hələlik saxla. – İndi isə əyləş görək! Hansı yolla bu mayeni... 



 

Sən onu necə adlandırırsan? 

 

– Yanıcı qatışıq... 



 

– Hə, bu yanıcı qatışıqdan döyüş şəraitində necə istifadə etmək olar? Tutaq ki, tanka qarşı... 

 

– Butulkalarda. Birlitrlik də olar, yarımlitrlik də. Məncə, yarımlitrlik şüşələr yaxşıdır, onları 



uzağa tullamaq daha rahatdır. 

 

Atmazdan qabaq, bu qatışıq hopmuş fitili alışdırmaq lazımdır. 



 

– Bu cür qatışıqla neçə qabı doldurmaq olar? – Dərhal gözləri işıldayan generallardan biri 

soruşur. 

 

– Lap milyon dənəsini! Əsas butulka problemidir! – Kamil cavab verir. – Bu qatışığı qeyri-



məhdud miqdarda hazırlamaq olar. 

 

Heç bilirsən, sən nə ixtira eləmisən? – Bu suala Kamildən cavab almayan Bağırov o birilərə 



müraciət edir. – Bu yeni və bəlkə də çox qüvvətli bir silahdır! Nə ad qoyursan ona? 

 

– Yandırıcı qatışıq şüşəsi! 



 

– Heç silah adına oxşamır. Ancaq eybi yox, ad əsas məsələ deyil. Afərin! Afərin sənə! Bu silahın 

istehsalı üçün təcili zavod yaratmalıyıq. Bir aydan sonra ilk on min şüşə cəbhəyə yola 

salınmalıdır. 

 

ETİ direktoru bükülü vatman kağızını açır. Nəhayət, onun da dillənmək vaxtı yetişir. 



 

– Gənc kimyaçı Məmmədəliyevin təklif etdiyi yandırıcı maye qatışığının sənaye istehsalı üçün 

biz belə bir texnologiya işləyib hazırlamışıq: məhlulun komponentləri bizim sərəncamımızda 

olan rezervuarlara tökülüb qarışdırılır. Bu məqsədlə, hesabdan silinmiş təyyarələrin 

propellərindən istifadə etmək olar. İstehsala dərhal başlaya bilərik. Əlbəttə, əgər butulkalar olsa. 

 

Bağırov diqqətlə Kamili süzür: 



 

– Yaxşı, de görüm, bu ideya sənin beyninə haradan düşüb? 

 


 

44

Necə oldu ki, sən təkbaşına belə bir şeyi fikirləşib tapdın? 



 

– Mən hər dəfə izah edirəm ki, heç nə fikirləşib tapmamışam. 

 

Atam mənə qədim xalqların istifadə etdiyi silahlar barədə danışmışdı. 



 

Mən də həmin silahın – yanıcı qatışığın necə olduğunu müəyyənləşdirməyə çalışdım. Sən demə, 

çox asan imiş! 

 

– Çox asan məsələ olduğunu biz gördük, – nə vaxtsa buxarının yerləşdiyi yerdə hələ də yanıb 



qurtarmamış alova baxan Bağırov dillənir. – Tezliklə bunu başqaları da görəcəklər. Daha 

doğrusu hiss edəcəklər. 

 

Əbiyev faytondan düşüb, keşikçiyə yaxınlaşır. Salam verir. 



 

– Zəhmət olmasa, get Bağırova de ki, mən onu görmək istəyirəm. 

 

– Bağırovun yanına olmaz, ay yoldaş. 



 

– Heç soruşmursan ki, onu görmək istəyən kimdir, nəçidir? 

 

O saat deyirsən “olmaz”. Yeri, get de ki, Əbiyev gəlib. Qorxma, sənə ziyan olmaz. 



 

– Ay yoldaş, çəkil burdan. Mənə əmr olunub ki, heç kəsi buraxmayım. 

 

Tini burulun, qeydiyyat şöbəsinə müraciət edin. 



 

– Bura bax, oğul, sənin hərəkətin məni yaman narahat eləyir: 

 

bundan sonra da özünü belə aparsan, səndən çətin ki, dövlət adamı çıxar. Ömrünün sonuna kimi 



keşikdə durmaqdan isə tez bezəcəksən. 

 

Buraxmamağa nə var ki... Qapıya pələng bağlasan, o da heç kəsi içəri buraxmaz. Sən isə savadlı 



adamsan, əvvəlcə bir öyrən gör, gələn kimdir, niyə gəlib? 

 

Binanın qarşısında bir maşın dayanır. Əmiraslanov düşüb, giriş qapısına yaxınlaşır, Əbiyevlə 



yanaşı durub, onun nə vaxt sözünə xitam verəcəyini gözləyir. Qapıdakı növbətçi onu görən kimi 

əsgəri salam verir. Əmiraslanov Əbiyevə müraciətlə: 

 

– Hər halda o öz rəisini çağırdı. Eşidirəm sizi. Nə istəyirsiniz? 



 

– İstəyirəm Bağırova xəbər versinlər ki, neft sahibkarı Əbiyev gəlib, dövlət işləri barədə 

danışmaq istəyir! Başqa heç kəsdən heç bir təmənnam yoxdur. 

 

– Bunu mən ona çatdıra bilərəm, – Əmiraslanov qocanı özündən irəli buraxaraq deyir, – ancaq 



bilmirəm, sizi qəbul edə biləcəkmi? 

 

O indi bərk məşğuldur. 



 

Qəbul otağının qapısında katibi görür, nəsə soruşur. Əbiyevə sarı dönür: 

 


 

45

– Yanında adamlar var. Bəlkə kiminləsə xəbər... – Əbiyevin sərt baxışlarını görüb susur. – 



Yaxşı! – Kabinetin qapısını açıb, içəri girir və astanadaca donub qalır. Parket yaş qumla örtülüb, 

pərdələr hisin içindədir, kabinetin sahibi və onun qonaqları hisə batmış üzlərini çertyojun üstünə 

əyib, nəyi isə qızğın müzakirə edirlər. 

 

Bağırov başını qaldırıb, şən halda Əmiraslanova baxır: 



 

– Hə, necədir səninçün? 

 

– İçəri girəndə elə bildim ki, yandırıcı bombaların söndürülməsi üzrə təlim keçirilib. Nə 



məsələdir? 

 

– Yandırıcı bombalardan qat-qat maraqlı məsələdir! Sən heç bilirsən kefim necə kökdür?! Heç 



bilirsən necə gözəl insanlarımız var? Nə xəbərlə gəlmisən? Ancaq bəd xəbər olmasın: 

 

– Sizinlə Əbiyev görüşmək istəyir: 



 

– Həmin o Əbiyev? – Bağırov təəccüblənir. – Nə istəyir görəsən? 

 

İyirmi ildir onu görməmişəm. Nə isə... Deyərsən ki, ürəyi istəyən vaxt gəlsin. 



 

– O burdadır. 

 

Əbiyev içəri girib hamıya salam verir. Bağırov onu özü ilə üzbəüz əyləşməyə dəvət edir. 



 

– Sən heç dəyişməmisən, – Əbiyev sözə başlayır. – Elə belə də olmalıdır. Mən fikir vermişəm: 

hakimiyyət, bir də iş insanı yaxşı saxlayır. Yalnız bu iki şey insanı qocalmağa qoymur. Biləndə 

ki, camaat sənin dalınca gedir... Bağışla, sənin yanında adamlar var, mən isə təklikdə danışmaq 

istərdim. 

 

Bağırov məcburən gülümsünüb, əlacsız halda əllərini yana açır. 



 

Otaqdakılar yerlərindən qalxır. 

 

– Siz də məni bağışlayın, çox vacib məsələdir, qətiyyən təxirə salmaq olmaz, – deyə Əbiyev 



onlara müraciət edir. Son sözləri söyləyərkən Kamili tanıyır: 

 

– A-a! Qonşu! Qardaşına məktub göndərəndə Əbiyevdən də salam yazarsan. 



 

Bağırov susub, Əbiyevin ona nə deyəcəyini gözləyir. 

 

– Bilirsən mənim babamla atam dünyasını necə dəyişiblər? 



 

Heç biri xəstəlikdən ölməyib. Atam qoca olsa da, hələ canı sulu idi. Günlərin birində dedi ki, 

daha mənim ölmək vaxtım çatıb. 

 

Bütün qohum-əqraba ilə görüşüb halallaşdı, iki gün keçməmiş yatdı, bir də yuxudan qalxmadı. 



Bizim nəsildə kişilər hamısı bu cür ölüb. Əvvəllər anlamırdım ki, bu necə olur. Ancaq indi, 

deyəsən başa düşürəm. Daha doğrusu, hiss edirəm ki, o nə təhər yaxınlaşır. 

 

Odur ki, sənin yanına gəlməyi lazım bildim. Mənim atam ömrü boyu kasıb olub. Ancaq 



ölümündən sonra heç kəs deyə bilməz ki o, kiməsə borclu qalıb. Mən də borclu qalmaq 

 

46

istəmirəm, buna görə də sənin yanına gəlmişəm! – O, Bağırovun təəccüblə baxdığını görüb 



gülümsünür. – Xeyr-xeyr, şəxsən sənə borcum yoxdur! Öz borcumu nə vaxt idi vermirdim, çünki 

özümü borclu saymırdım. İndi isə hətta sevinirəm ki, belə etmişəm. Çünki bu borcu xalqım üçün 

ən çətin zamanda qaytaracağam. İndi başa düşəcəksən nədən danışıram. Mərdəkandan bir az 

aralıda mənim torpağım vardı. Sizin bütün reyestrlərdə bu torpaq qeyri-məhsuldar kimi 

göstərilir. Bir-iki gün əvvəl ora getmişdim, hamısı yerindədir – beş quyu. İyirmi il əvvəl onları 

doldurub torpaqlamışdım. 

 

Mənimlə ora gedə bilərsən? 



 

Dəniz sahili. Dizəcən çatan yamyaşıl yaz otları arasında bir dəstə adamın əhatəsində Bağırov və 

Kamil dayanıb, qazma qurğusunun işinə tamaşa edirlər. Bir az aralıda Əbiyev durub. O, dimdik, 

hərəkətsiz dayanıb, dodaqlarını bərk-bərk sıxıb, fikirli baxışlarını uzaqlara dikib. Bu görünüşü ilə 

o, ibadət edən adamı xatırladır. 

 

Torpağın altından qəfil gurultu eşidilir. Qazma qurğusunu zərbə dalğası yüngül talaşa kimi bir 



kənara vurub atır və adamların sevinc nidaları altında qatı neft fantanı göyə millənir. 

 

Neftayırma zavodlarındakı rezervuarlardan neft dolu ağır qatarlar aralanır. Sisternlər üzərində 



şüarlar gözə dəyir: “Hər şey cəbhə üçün!” “Faşist işğalçılarına ölüm!” Bakı yük limanının 

yanalma körpüləri. Burada qeyri-adi bir əməliyyat keçirilir: möhkəm, elastik yedəklə bərkidilmiş 

gəmi karvanındakı tankerlərə növbə ilə yanacaq doldurulur. Kiçik bir yedək sualtı tanker 

karvanını öz arxasınca çəkib aparır. 

 

– Görəsən, doğrudan Dərbəndəcən apara biləcək? – deyə gənc fəhlə təəccüblənir. – Birdən fırtına 



qopsa? 

 

– Hələlik yola saldığımız 38 karvanın hamısı sağ-salamat çatıb. 



 

Suyun altında onların nə fırtına vecinədir, nə isti, nə də yağış, – sualtı karvanların ixtiraçısı 

Əsgərov gülümsünür. Bu vaxtilə Əbiyevin mədənində fəhləlik etmiş adamdır. 

 

– Özün fikirləşib tapmısan, yoxsa hardasa görüb eşitmisən? 



 

– Özüm, – deyə ixtiraçı fəxrlə cavab verir. – Üçüncü səmərələşdirici təklifimdir. Üçü də qəbul 

olunub, istehsalata tətbiq edilib. 

 

– Bəs mükafatı sənə necə verirlər? Məvacib kimi, yoxsa hər karvan üçün? 



 

– Birdəfəlik də, hər karvan üçün də! – Əsgərov ağızucu cavab verib uzaqlaşır. O, növbəti 

tankerin anbarının qapağını örtməyə tələsir. 

 

– Onunçün fərqi yoxdur, – aldığı pulların hamısını tank düzəltmək üçün göndərib, – nisbətən 



yaşlı fəhlələrdən biri təqdir edib-etmədiyi bilinməyən bir tərzdə qımışır. – Hə, nə oldu? Daha 

paxıllığın tutmur ki? 

 

Cavan oğlan başını bulayır: 



 

– Hələ təzə-təzə başlayıram paxıllıq eləməyə. 

 


 

47

Bremen. Almaniyada kömürün hidrogenizasiyası zavodu. Xırdalanmış kömürü fasiləsiz axınla 



konvektorların ağzına ötürən transportyorun yanında Hitler zavod müdiriyyətinin müşayiəti ilə 

maşından düşür. 

 

Bu nəhəng zavod kiçik şəhərin ərazisinin xeyli hissəsini tutur. 



 

Dəmir yollarında ağzınadək yüklənmiş platformalardan kömür transportyorlar vasitəsilə nəhəng 

ağızlarını nərilti ilə açmış dəyirmanlara verilir. Maşın karvanı yaxınlaşır. Lap qabaqda Hitlerin 

üstüaçıq “Mersedes”i dayanır. İkinci maşından zavod direktoru cəld düşüb fürerin maşınının 

yanına qaçır, qapını açır. Orkestr çalır. 

 

Fürer lenti kəsir. 



 

Direktor işləməkdə davam edən, əyinlərində uniforma olan adamları göstərərək izahat verir: 

 

– Burada kömürün ilkin emalı aparılır. Kömür xırdalanır, toz halına salınır, sonra əsas sexlərə 



ötürülür. Orada üç mərhələdə hidrogenizasiya prosesi gedir. Fiziki əmək sərfi tələb edən bütün 

sahələrdə işləyənlər yalnız və yalnız işğal edilmiş ölkələrdən köçürülmüş şəxslərdir. 

 

– Artıq Böyük Almaniya ərazisində yaşayan işçilər, – deyə Hitlerlə yanaşı arxa oturacaqda 



əyləşən Himmler düzəliş verir: 

 

– Tamamilə düz buyurursunuz, cənab reyxsnazir! Üzr istəyirəm, mən adətim üzrə, köhnəlmiş 



terminologiyadan istifadə edirəm. 

 

Həmin işçilərin əməyindən istifadə edilməsi istehsalı xeyli ucuzlaşdırır. 



 

Əgər fürer lütfən texnoloji proseslə tanış olmaq istəyirsə... 

 

Hitler etiraz əlaməti olaraq başını bulayır: 



 

– Bu, çox vaxt aparır, – o, cib dəsmalı ilə alnını silib, gözucu dəsmala baxır, kömür tozunun qara 

ləkələri görünür. – Mən hazır məhsulu görmək istərdim. 

 

Dəmiryol qatarının açıq sarımtıl boya ilə rənglənmiş sisternlərinə yoğun şırnaqla dupduru, şəffaf 



maye axır. 

 

Hitler və onun məiyyəti maşından düşüb, bu möcüzəli mənzərəni heyranlıqla seyr edirlər. 



 

Ətrafdakı mənzərə – əsas magistrala çıxan, ətrafında gül-çiçək əkilmiş kiçik dəmir yolları, səliqə 

ilə rənglənmiş qatar mavi səma və yaşıl təpəliklər fonunda oyuncaq uşaq dəmir yolunu xatırladır. 

 

– Bu benzindir? 



 

– Bəli, mənim fürerim! – direktor Hitlerin bu açıq-aşkar ritorik sualına dərhal cavab verir. – Bu, 

yüksək oktan ədədli hidrogenizasiyalı benzindir. Hazırda Almaniyada altı belə zavod var. 

Bundan başqa, bizdən nümunə götürən müttəfiqlərimiz – İtaliya və Yaponiya da eynilə bu cür 

zavodlar tikib. 

 

Hitler direktorun əlini sıxır. 



 

 

48

– Alman xalqı adından mən sizə və sizin əməkdaşlarınıza təşəkkürümü bildirirəm. Bu gözəl 



zavodun layihəsini verən, onu inşa edən şəxslərin siyahısını sənaye nazirinə təqdim edin. – O, 

sənaye nazirinə müraciət edir: – Siz mənim avtomobilimdə gedəcəksiniz. 

 

Maşında Hitlerin üzündən təbəssüm silinir. 



 

– Bu hidro... süni benzinin dəyəri adi benzindən nə qədər yüksəkdir? 

 

– Beş dəfə, – deyə sənaye naziri cavab verir. – Ancaq bu, yeni zavodun tikintisinə çəkilmiş 



xərclər ödənildikdən sonra belədir. 

 

– Yəni belə çıxır ki, bu gün bu benzinin bir litri qızıldan bahadır? 



 

– Hitler təsdiqləyici tərzdə verdiyi bu suala cavab gözləmədən sözünə davam edir və dəyərinin 

bu qədər yüksək olmasına baxmayaraq, biz onu lazımi miqdarda istehsal edə bilmirik, eləmi: 

 

– Hidrogenizasiya edilmiş kömür bizim yanacağa olan tələbatımızın təxminən doqquz faizini 



təmin edir, – deyə nazir əzbərçi şagirdtək cavab verir. 

 

– Bu kütbeyin homoseksualistlər Brauxiçlə Qalder anlamırlar ki, hal-hazırda bizim üçün ən 



başlıcası neftdir. – Hitler qəzəblə dillənir. 

 

Himmler gözləri ilə qabaq oturacaqda əyləşən sürücüyə və nazirə işarə edir, sonra astadan 



xatırladır: 

 

– Bizim əlimizdə hələ Rumıniya nefti, potensial kimi isə İran nefti var. 



 

Nazir cəld hesablayır: 

 

– Rumıniyanın hesabına otuz faiz əlavə olunur. Yenə kəskin neft qıtlığı qalır ki, qışda bu özünü 



daha aydın büruzə verəcək. 

 

Gələcəkdə bütün ümidlər İran neftinədir. Ancaq bu, gələcək üçün nəzərdə tutulub. 



 

Himmler nifrət oxunan baxışlarını sənaye nazirinin peysərinə dikir. 

 

Bakı vağzalı. Hərbçilərlə dolu eşalonlar yola düşməyə hazırdır. 



 

Qohum-əqraba cəbhəyə yollanan əsgərlərlə vidalaşır. Vaqonlardan birinin yanında əyninə kiçik 

leytenant forması geymiş Polad daya- 62 nıb. Valideynləri, qardaşı və Sevda onu ötürməyə 

gəliblər. Əbülfəz qaranəfəs özünü yetirir. Əlində kiçik bir bağlama var: 

 

– Şprotdur! Səninçün iki qutu şprot tapmışam, – deyə o, uca səslə elan edərək, Polada sarı 



cumur, lakin yarı yolda Kamil onun qarşısını kəsir. Əbülfəz onun əlindən çıxmağa çalışır – 

burax! Növbəsiz hara soxulursan?! – Qoy bir Poladla vidalaşım, sonra səninçün də bir-iki dəqiqə 

vaxt taparam. 

 

– Müharibə başlanandan bəri ilk dəfədir ki, sənin əlinə kimsə fayda vermək imkanı düşüb, – 



Kamili asta səslə, təntənəli tərzdə onun qulağına pıçıldayır. Öhdəsindən gələrsən! 

 

– Neyləməliyəm ki? – Əbülfəz şprotu unudub, qulaqlarını şəkləyir. 



 

 

49

– Üçcə dəqiqəlik ağzını yum. Məgər görmürsən nişanlısı ilə vidalaşır? 



 

– Bu nə sözdür mənə deyirsən? – Əbülfəz özündən çıxır. Ancaq sözünü bitirməyə macal 

tapmamış fit səsi eşidilir. Qatar tərpənir. 

 

Polad doğmalarının ağuşundan qopub, hərəkət edən qatarın pilləkəninə sıçrayır. 



 

Elə bu andaca sirenanın uğultusu eşidilir. Hava həyəcanı siqnalı verilir. Reproduktorla hamıya 

perronları tərk etmək təklif olunur. 

 

Ancaq heç kəs buna əhəmiyyət vermir. Hamı başını yuxarı qaldırıb, gözlərini aerostatlarla dolu 



səmaya – təyyarə uğultusu eşidilən göylərə zilləyir. Zenit topları atəş açır. 

 

Bir neçə nəfər növbətçi – əyinlərində mülki patrulun qəribə yarımhərbi geyimi olan ahıl kişilər 



camaatı sığınacağa enmək üçün dilə tutur. Lakin demək olar ki, heç kəs onları saya salmır. 

 

– Bir təyyarəyə görə elə hay-küy qaldırıblar ki, guya lap Hitler özü gəlib onunla! Onsuz da 



günümüz bir gün deyil, sən də bir tərəfdən arvad-uşağı qorxudursan, – Əbülfəz diqqəti cəlb 

etmək üçün uca səslə növbətçiyə irad tutur. O, iki qadını zorla perrondan çəkib aparmaq istəyir, 

lakin Əbülfəzin sözünü eşidən kimi qadınlardan əl çəkib, ondan yapışır. 

 

– Mənimlə gedəcəksiniz, vətəndaş! – O bir əli ilə Əbülfəzin kəmərindən bərk-bərk yapışıb, o biri 



əlindəki fiti dodaqlarına yaxınlaşdırır. İki nəfər başqa növbətçi qaçıb gəlir. Əməllicə sarısını 

udmuş Əbülfəz qorxa-qorxa soruşur: 

 

– Mən sənə nə dedim ey? 



 

– Özün bilirsən! 

 

– Nə deyib? – O biri növbətçi soruşur.- İntizam əleyhinə təbliğat aparır. Deyir almanlar heç vaxt 



Bakını bombalamazlar! 

 

– Sənədlərinizi göstərin! – Böyük növbətçi ciddi tərzdə tələb edir. 



 

– Evdə qalıb. 

 

– Necə yəni evdə qalıb? Bu saat sənədlərin ver. Yoxsa pis olar! 



 

– Bu kişi mənim dayımdır, – deyə Kamil yaxınlaşıb sanballı əda ilə məlumat verir. Vəsiqəsini və 

hərbi biletini təqdim edir. – Bu adam sizə lazım olsa, mənim vəsiqəmlə tapa bilərsiniz. 

 

Artıq zenit topları susur, faşist təyyarəsinin gurultusu da eşidilməz olur. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin