Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə14/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   10   11   12   13   14   15   16   17   ...   72

günü yetişib, – deyə Əbülfəz Lidaya müraciətlə deyir. 

 

– Üzr istədim də... Ancaq hər halda, maraqlıdır, bu sabunu neyləyəcəksən? 



 

Əbülfəzin yaxasındakı medala tamaşa edən Lida söhbəti dəyişməyə cəhd göstərir: 

 

– Nə qəşəng medalınız var. Çoxdan eşitmişdim, ancaq indi görürəm. 



 

– Hə, çox qəşəngdir. Ümumiyyətlə, “İgidliyə görə” medalı döyüş mükafatı sayılır. Mən bilən, 

Bakıda mənə qədər hələ bu medalı alan olmayıb. – O, Kamilin istehzalı baxışlarını üzündə hiss 

edib, incik tərzdə dodaqlarını büzür. – Soruşursan ki, sabunu neynirəm? 

 

Bax, – o, bir az aralıda işləyən adamları göstərir, – mənim briqadamdır. Buradakılar şəhərin ən 



məşhur avaraları, şah tənbəlləri idi. Mən gələndə gördüm ki, onların hamısını başqa 

briqadalardan bircə-bircə seçib ayırıblar, özlərini də qovmağa hazırlaşırlar. 

 

İndi isə hörmətli adamlardılar. Kimin zəhmətidir bu? Sənin? Yox, Əbülfəzin. Birinci gün 



gələndə məndə bir parça sabun vardı. Göz qoydum, beli o yan-bu yana hansı çox hərləyirdisə, bir 

tikə sabun verdim ona. Elan da elədim ki, hər gün işin axırında baxacam, kim çox iş görübsə, ilk 

üç yeri tutanlara mükafat verəcəm: üç, iki, bir parça sabun. İndi mənim briqadam hamıdan yaxşı 

işləyir. Kimdən istəyirsən soruş. Mən də zirəkləmişəm, onlardan geri qalmıram. 

 

Elə bilirsən, məsələ təkcə sabundadır? Ötən ay, bircə tikə də gətirmədim, ancaq yenə nər kimi 



işləyirdilər! Əsas məsələ adamlara diqqətdir. Görürsən komissiyadır. Hamıdan əvvəl bura 

gələcəklər. 

 

Əlbəttə. Medalı alandan bəri nə gecəm var, nə gündüzüm, – Əbülfəz forsla əlavə edir. – Dözmək 



lazımdır. 

 

Həqiqətən də komissiya üzvləri yaxınlaşıb, Əbülfəzlə görüşürlər. 



 

Sevincindən onun uçmağa qanadı yoxdur. 

 


 

105


– Bu nə möcüzədir? – Sədr fərəhlə Əbülfəzin briqada üzvlərinə baxır. Onlar torpağı az qala 

elektrik qazma maşınından da sürətlə qazırlar. – Bəlkə bu sirri açasız. 

 

– Heç bir sirr yoxdur, – Əbülfəz qətiyyətlə cavab verir. – Əsas məsələ diqqətdir! – Bir az 



düşünüb əlavə edir: – Bir də nüfuz! 

 

Kryukovo. “Mərkəz” ordu qrupunun qərargahı. Moskvanın iri xəritəsi önündə dayanmış 



feldmarşal fon Bok yüksək rütbəli ordu zabitləri ilə müşavirə keçirir. 

 

– “Tayfun” əməliyyatı son mərhələsinə qədəm qoyub. Qış düşüncə Moskvanı tutmaq 



öhdəliyimizi biz artıq demək olar ki, yerinə yetirmişik. Moskva general-qubernatoru Henrix 

Lozeni sizə təqdim etmək istəyirəm. Bu gün səhər tezdən gəlib. Cənab Loze sizə bu şəhər 

sakinlərinin bəzi spesifik xüsusiyyətlərindən, eləcə də şəhər ərazisinin mənimsənilməsinin ilkin 

mərhələlərində hərbi əsirlər və mülki şəxslərlə davranma metodlarından danışacaq. 

 

Xahiş edirəm, onun tövsiyələrinə son dərəcə ciddi yanaşasız. 



 

Henrix Loze ağzını açmağa macal tapmamış fon Bokun yavəri qapıda görünür. 

 

– Berlindən zəng vurublar. Fürer sizinlə danışmaq istəyir. 



 

Feldmarşal üzündəki narazılıq ifadəsini gizlətməyi belə lazım bilmədən qonşu otağa keçir. 

Qapıda Lozeyə sarı dönüb: 

 

– Mənsiz başlaya bilərsiz, – deyir. 



 

Artıq sifətindən əsəbilik yağan uzundraz, arağaz kişi sədrin yerinə keçir. 

 

Fon Bok qonşu otaqda telefonla danışır. 



 

– Bəli, mənim fürerim! Qoşunların cəmləşdirilməsi başa çatdırılıb. 

 

Həlledici zərbə ərəfəsində bizim sərəncamımızda 77 diviziya var... Bəli, fürer, tam 



komplektləşmişdir. Cəmi 1 milyon yüz min nəfər canlı qüvvə, 1700 tank, 950 təyyarə. Onların 

hücumuna 14 min top və minomyotun atəşi kömək edəcək... Cəsarət edib deyə bilərəm ki, 

fürerin narahatlığı üçün heç bir səbəb yoxdur, – hirslənmiş feldmarşal dəstəyi əli ilə tutub, 

yavərinə sarı dönür: – “Lənətə gəlmiş yefreytor bu gecə pis yuxu görüb”. – Təfsilatları 

nəzərinizə çatdırıram: 

 

narahatlıq üçün qətiyyən əsas yoxdur. Çünki yoxlanılmış, dəqiq məlumata görə, bizim qarşımıza 



95 diviziya çıxarılacaq ki, bu da gücdən düşmüş, ruh düşkünlüyünə qapılmış 200 minə yaxın 

əsgərdən ibarətdir. Sonra, 1400 ağır və orta həcmli tank, 600-ə yaxın təyyarə. Özü də əsas 

etibarilə köhnə nümunəli təyyarələrdir. Buna 500 tanker və 7 min top da əlavə etsək, canlı qüvvə 

və texnika ehtiyatlarının siyahısını bitirmiş olarıq. Gülünc bir təfərrüatı da xəbər verə bilərəm ki, 

mühasirəyə alınmış şəhərdə mülki əhalidən ibarət könüllü alay və diviziyalar yaradılır. Yəqin ov 

tüfəngləri, ya da quşatanla silahlanacaqlar. Hazırda mən öz başlıca vəzifəmi, son mərhələdə 

insan tələfatını minimuma endirməkdə görürəm. 

 

– Hər halda gözlənilməz hadisələrə hazır olmaq lazımdır, – deyə Hitler məsləhət verir. – 



Vyazmanı yadınıza salın! 

 


 

106


– Bəli, fürer! Vyazma yaxınlığında biz qoşunlar qrupunu məngənəyə salaraq məhv etdik, – fon 

Bok meydanoxuyucu tərzdə cavab verir. 

 

– Həmin qrup sizin 26 ən yaxşı diviziyanın hərəkətinin qarşısını düz bir həftə saxladı, – deyə 



Hitler xatırladır. – Başlıca vəzifə, – qış düşənədək Moskvanı tutmaqdır. Nəyin bahasına olursa-

olsun. 


 

Sizin bu cür inamlı danışığınız məni tamam karıxdırır. Axşam zəng vuracağam, yerinizdə olun. – 

Hitler dəstəyi asır. 

 

Onun əynində tiftikli bürüncək var. Daha doğrusu, bu, həm qədim romalıların toqqasını, həm də 



hamam xalatını xatırladan bir şeydir. Mərmər sütunları, pilləli döşəməsi və hovuzu ilə qədim 

Roma hamamlarını xatırladan geniş klinika kabinəsində növbəti prosedura üçün hər şey hazırdır. 

 

– Sizin son analizlərinizin nəticələrinə diqqətlə baxdım, – deyə professor Playner sözə başlayır. 



Təxminən 63 yaşlarında olan bu adam yaşından çox-çox cavan görünür. – Son dərəcə böyük 

irəliləyiş var! Qocalma prosesi tamamilə dayanıb. İndi sizin orqanizminiz 40 yaşlı adamın, özü 

də çox sağlam adamın potensialına malikdir. 

 

Məsələ hələ bununla bitmir. Hazırda biz cavanlaşdırma üçün universal müalicə kompleksi 



işləyib hazırlayırıq. Bu kompleksin müntəzəm təsiri qeyri-məhdud uzunömürlüyü təmin edəcək. 

 

Həmin kompleksə cərrahi yolla bədən üzvlərinin köçürülməsi, kimyəvi və fiziki terapiya, 



qızılkök və jenşen, eləcə də uzaq Şərq və Tibetdən gətirilmiş nadir otlar əsasında hazırlanmış 

hemoopatik vasitələr daxildir. Şübhəsiz, məxsusən fürer üçün işlənib hazırlanmış yeni müalicə 

üsulları, labarotoriya və kliniki sınaqlardan sonra mənim öz üzərimdə yoxlanılacaq. 

 

– Mən sizə şad bir xəbər vermək istəyirəm. Sizin klinikanızın herontoloji mərkəzə çevrilməsi 



barədə dünən sərəncam imzalamışam. 

 

Bu, dünyada ilk və ən böyük cavanlaşdırma mərkəzi olacaq. 



 

Dünyanın bütün ram edilmiş ölkələrindən buraya hər cür qiymətli xammal gətiriləcək. Doktor 

Playner, siz heç təsəvvürünüzə belə gətirə bilməzsiz ki, mən sizin araşdırmalarınıza necə böyük 

əhəmiyyət verirəm! 

 

Fon Bokun zirehli transportyoru tank diviziyalarından birinin mövqeyinə yaxınlaşır. Bok 



Moskva yaxınlığındakı kəndin kilsəsi qarşısında zirehli maşından düşür. Feldmarşal kiçik bir 

dəstənin müşayiəti ilə zəng qülləsinə qalxır. Burada onun üçün stereoboru qoyulub. “Mərkəz” 

ordu qrupunun komandanı apaydın görünən Kreml qülləsini təntənəli sükut içində seyr edir. 

 

Moskva dəmiryol qovşağı. Canlı qüvvə və hərbi texnika daşıyan eşelonlar fasiləsiz olaraq 



yaxınlaşır. Həlledici döyüş qabağı qüvvələrin cəmləşdirilməsi prosesi gedir. 

 

Şaxtalı qış səhərində səmada minlərcə aerostat sallanıb. 



 

Stalinin kabinetində Moskvanın müdafiəsi ilə bağlı müşavirə başa çatır. 

 

– Kimin sualı var? – deyə Stalin soruşur. 



 

Bu sözlərdən sonra ayağa qalxan mülki geyimli, dolu bədənli şəxsə əhəmiyyət vermədən, o, 

diqqətlə hərbçilərin üzlərinə baxır. 


 

107


 

– Deməli, hər şey aydındır? Nəsə demək istəyirsiz, yoldaş Lavrov? 

 

Yoldaş Stalin, mən ümumi fikri bildirmək istəyirəm. Bu fikir nəinki təkcə Moskvanın, eyni 



zamanda bütün ölkənin müdafiəsinin mühüm şərti ilə, eləcə də faşist Almaniyası üzərində 

qələbənin başlıca rəhni ilə bağlıdır. 

 

Stalin təəccübünü gizlətmədən dinməz-söyləməz Lavrova baxır. 



 

– Siz partiya və hökumət idarələrinin bir hissəsini, iri zavodları, elm və mədəniyyət 

müəssisələrini Moskvadan vaxtında təxliyə etmisiniz. Lakin biz hələ indiyədək belə bir 

vəziyyətlə barışırıq ki, şəraitin gündən-günə pisləşməsinə baxmayaraq, Ali Baş Komandan və 

Ali Baş Komandanın Qərargahı Moskvada qalır. Bu, heç nə ilə izah edilə bilməyən təhlükəli 

riskdir. Biz təcili təxliyə üçün tədbirlər kompleksini tamamilə hazırlamışıq. 

 

Stalin bir qədər susduqdan sonra dillənir: 



 

– Düz deyirsiz, yoldaş Lavrov. Hərbi əməliyyatların qızğın çağında Ali Baş Komandanın və 

onun qərargahının məhvi, heç şübhəsiz, faciəli, həm də əksər hallarda həlledici hadisədir. 

Bəşəriyyət tarixindəki bütün müharibələr Lavrov yoldaşın bu baxımdan haqlı olduğunu sübut 

edir. Yəqin ki, Baş Qərargahı ayrı yerə köçürmək düzgün olardı, amma paytaxt müdafiəsi ilə 

bağlı bir məqam var. 

 

Sizə xatırladım ki, çox böyük çətinliklərə baxmayaraq, paytaxtı müdafiə qurğularının inşası 



vaxtından əvvəl başa çatdırılmışdır. 

 

Bunların tikintisi üçün Moskvanın 470 min nəfər sakini səfərbər edilmişdi. O şəxslərin isə 75 



faizi, yəni üçdə bir hissəsi qadınlardan sizinlə bizim ana-bacılarımızdan ibarət idi. Oktyabrda 

təşkil edilmiş 25 batalyondan bu günlərdə üç qeyri-nizami diviziya tam komplektləşdirilmişdir. 

Bu batalyonlar kimlərdən ibarətdir? Bizim qanunlara əsasən, hərbi xidmətdən azad edilmiş 

minlərcə dinc şəhər sakinindən, yəni fəhlələrdən, qulluqçulardan, ziyalıların nümayəndələrindən. 

 

Amansız gerçəklik belə düşünməyə əsas verir ki, onların əksəriyyəti lap bu günlərdə həlak 



olacaq, ya da dəhşətli məhrumiyyətlərə məruz qalacaq. Bunu özləri də bilirlər. Ancaq könüllü 

surətdə bu addımı atırlar. Necə bilirsiz, yoldaş Lavrov, o adamlar eşitsələr ki, həlledici döyüş 

qabağı Ali Baş Komandan və Qərargah Moskvadan daha təhlükəsiz yerə köçüb, onların əhval-

ruhiyyəsi necə olar?.. Özünüz fikirləşin... Daha sualı olan yoxdur ki? Hamınız azadsınız. Jukov 

yoldaşdan xahiş edirəm, bir az ləngisin. 

 

Hərbi şura üzvləri kabineti tərk edirlər. 



 

– Əyləşin, əyləşin, – deyə Stalin yüngülcə Jukovun çiyninə toxunur. Özü ayaq üstə dayanıb, nə 

barədəsə dərin fikrə dalmış halda qəlyanını doldurur. Qəfildən yan qapının qabağında kölgə kimi 

peyda olmuş Poskrebışev onu fikirdən ayırır: 

 

– Məlumat almışıq ki, Çörçillin əmri ilə işlənib hazırlanmış “Velvet” planına müvafiq olaraq, 



general Qardninq ingilis qoşunlarının sovet sərhədində cəmləşdirilməsi üçün fəal iş aparır. Bizə 

kömək bəhanəsilə ingilislər Bakını ələ keçirməyə çalışırlar. XİN təklif edir ki, teleqram 

göndərək. Birini İngiltərə Baş nazirinə – müttəfiq qoşunlarının qəribə hərəkətlərindən 

təəccübləndiyimizi bildirək; ikincisini isə İrandakı sovet korpusunun komandanına – əmr etmək 

lazımdır ki, nəyin bahasına olursa-olsun, əməliyyatın keçirilməsinə mane olsun, Poskrebışev 

Stalinə sualedici nəzərlərlə baxsa da, səsində heç bir intonasiya duyulmadan məlumat verir. 



 

108


 

Stalin çiynini çəkir: 

 

– Bu cür xəbərdarlıqlar, hər şeydən öncə, öz gücsüzlüyünü etiraf etməkdir. Ümid etmək 



sadəlövhlükdür ki, eləcə də bizi dostlara teleqraf, poçt kimi vasitələrin köməyilə təsir göstərmək 

olar. Mən əminəm ki, bizim dostumuz və müttəfiqimiz ser Uniston Çörçill yaxın günlərdə 

Moskva hadisələrinin nə ilə nəticələnəcəyini bilməyinə, Bakını ələ keçirməyə cəhd 

göstərməyəcək. Bizim İrandakı qoşunlarımızın komandanı təcrübəli komandirdir. Teleqramsız 

da özü yaxşı bilir ki, dövlət sərhədini özbaşına keçən hər hansı silahlı dəstənin öhdəsindən necə 

gəlmək lazımdır. Yeri gəlmişkən, yoldaş Poskrebışev, mənə deyə bilərsinzimi, nə üçün bu 

əməliyyata “Velvet” parçasının adı verilib? Nədir, axı bu adın mənası? 

 

Mənim adımdan Lavrov yoldaşa çatdırın ki, onun yerində olsaydım, bununla çoxdan 



maraqlanardım. 

 

Poskrebışev gedəndən sonra Stalin bir müddət dinməz-söyləməz qəlyanını tüstülədir, sonra 



Jukova yaxınlaşır, düz onun gözlərinin içinə baxaraq deyir: 

 

– Georgi Konstantinoviç, qalmağınızı ona görə xahiş etdim ki, son vaxtlar əhval-ruhiyyəniz məni 



narahat edir. Moskvanın müdafiəsinin həlledici mərhələsində cəbhə komandanının əhval-

ruhiyyəsi heç də diviziyaların sayından az əhəmiyyətli amil deyil... Əyləşin, əyləşin. 

 

– Mən bütün vəziyyət barədə ətraflı məruzə etmişəm. Yenə əvvəlkitək narahatam ki, bizim bütün 



ehtiyatlarımızın cəlb edilmə- 135 sinə baxmayaraq, düşmənin canlı qüvvəsi, tank, təyyarələri 

bizdən iki dəfə artıqdır. Volokolmamsk və Mojaysk istiqamətlərində isə bu üstünlük daha 

böyükdür. Onları heç olmazsa... bir azca möhkəmləndirmək pis olmazdı... Ancaq çox təəssüf, 

əldə bir şey yoxdur! 

 

– Əminəm ki, sizinlə mənim kimi iki adam Şurada haqqında danışdığınız yaxşı və faydalı 



cəhətlərdən daha diqqətəlayiq bir şey düşünüb tapa bilər. Gəlin, Volokolmask və Mojaysk 

istiqamətləri barədə birlikdə düşünək. Bu məni də yaman narahat edir. Bir az baş işlət, Georgi 

Konstantinoviç, bəlkə Rokossovski və Qovoruxin yoldaşlara necəsə kömək etmək imkanı tapa 

bilərik? Əlbəttə, digər istiqamətlərə ziyan vurmadan? 

 

Köln. Kənardan məktəbi xatırladan binaya bir maşın yaxınlaşır. 



 

Əynində parad forması olan Şults qapıya yönəlir. Lakin giriş qapısının qarşısında dayanmış 

keşikçi hərbi təzim edərək, tələsmədən və diqqətlə onun vəsiqəsini gözdən keçirir. İçəri 

keçməzdən öncə, Şults daha iki dəfə bu proseduraya məruz qalır. 

 

Polad tirdədir. Avtomat və tapançadan atəş açmaq üzrə təlimatçının nəzarəti altında məşq edir. 



Nəzəri cəlb etmədən içəri girən Şults maraqla ona tamaşa etməyə başlayır. 

 

– Müəllimlərin hamısı müsbət qiymət veriblər, – deyə Şults bir qədər sonra çamadanını 



qablaşdıran Polada bildirir. – Partlayış işindən baş çıxarmaq hər vaxt karınıza gələ bilər. Elə 

ratsiya da. Ancaq alman dilini öyrənmək sahəsindəki uğurlarınız məni xüsusən sevindirir, – o, 

cibindən qatlanmış bir qəzet çıxarır. – Alın, ucadan bir şey oxuyun. 

 

Qapıdan çıxmazdan əvvəl Polad spartalı qaydasınca çox sadə bəzənmiş kiçik otağını bir daha 



gözdən keçirir. 

 


 

109


– Güman edirəm, yazda mən heç olmasa uzaqdan dayınız Əbülfəzi görə biləcəyəm, – deyə Şults 

maşında sözə başlayır. 

 

– Bəs onu necə tanıyacaqsınız? 



 

Cavab vermək əvəzinə Şults gülümsəyir. 

 

– Uzaqdan deyirsiz, özünüz də ümid edirsiz ki, onu sizə mən göstərəcəyəm. Bir-birinə zidd 



fikirlərdir; axı məni orada dərhal tanıyarlar, – deyə Polad beynindən keçənləri ucadan bildirir. 

 

– Düz deyirsiz. – Şults təqdiredici tərzdə dillənir. – Çalışarıq, bu istiqamətdə bir iş görək. 



 

O, maşını hərbi hospitalın qarşısında saxlayır. 

 

– Bu barədə qəzetlərdə yazmırlar. Ancaq nəzərinizə çatdırım ki, alman cərrahları üzdə plastik 



əməliyyatlar aparmaq sahəsində heyrətamiz nailiyyətlər qazanıblar. 

 

– Bizim üçün iki əsas şərt olduqca mühümdür, – deyə Şults cərraha izah edir. – Çalışmaq 



lazımdır ki, o, tanınmaz olsun, eyni zamanda da üzünün yeni cizgiləri ətrafdakılarda rəğbət 

oyatsın. 

 

Cərrah razılıq əlaməti olaraq, dinməzcə başı ilə təsdiq edir. 



 

– İcazənizlə, – deyə Polad cəsarətsiz halda dillənir. – Üçüncü bir cəhət də var, – müharibə 

qurtarandan sonra mən öz normal, yəni indiki görünüşümə qayıtmaq istərdim... 

 

Mümkündür, – deyə cərrah cavab verir. – Bunun üçün sizin indiki üz cizgilərinizin müxtəlif 



rakuslardan çəkilmiş şəkilləri saxlanılmalıdır. 

 

Hə, bir də gips maska. 



 

– Əlbəttə, qalacaq. Yoxsa siz elə bilirsiz, müharibə hələ çox uzun çəkəcək? – deyə Şults soruşur. 

 

– Məni məhz bu qorxudur, – həkim baxışlarını yayındıraraq cavab verir. 



 

Külək əssə də, bərk çovğundur. Axşamın ala-toranında qarğaların qarıltısı insanın qulağını dəlir. 

Döyüş meydanında yanmış tankların, zirehli maşınların “skeletləri” gözə dəyir. Əsgərlərdən 

ibarət meyityığan qruplar asta-asta buraları dolaşır, üstünü qar basmış meyitləri tapıb götürürlər. 

Hansısa teleqramın mətnini ucadan oxuyan gümrah səs ətrafdakı bu mənzərə ilə tam təzad təşkil 

edir. “U.Çörçill İ.V.Stalinə. Ümumi planlarımızı müzakirə etmək üçün prezident Ruzveltlə 

görüşə yola düşürəm. Vaşinqtondan sizə teleqramla müfəssəl informasiya göndərəcəyəm. 

İcazənizlə, fürsətdən istifadə edib sizə bildirim ki, bütün Britaniya xalqı Moskvanın mətin 

müdafiəsini böyük heyranlıqla izləyir. Sizin parlaq zəfəriniz barədə xəbəri necə bir rahatlıq hissi 

ilə qarşıladığımı təsvir etmək qeyri-mümkündür. Müharibənin kimin xeyrinə bitəcəyini heç vaxt 

bu qədər inamla deyə bilməzdim. Sizə minnətdarlıq və təbriklərimi çatdırıram”. 

 

“İ.V.Stalin U.Çörçillə. Sovet ordusunun uğurları ilə bağlı təbriklərinizə görə minnətdarlığımı 



bildirirəm. Çətinliklərə baxmayaraq, bir an belə şübhə etmirəm ki, SSRİ, Böyük Britaniya və 

ABŞ-ın qüdrətli ittifaqı düşməni məğlub edəcək və biz tam qələbə qazanacaq. 

 

Qəti əmin olduğumu bildirirəm ki, 1942-ci il hitlerizmlə mübarizədə həlledici il olacaq!” Dəfn 



qrupu “A” ordu qrupu qərargahının hələ də yerləşdiyi balaca kəndin kənarında nəhəng bir çala 

 

110


qazır. Fon Bok telefonda Berlinlə danışır. Qərargahın bir neçə zabiti onun üzünün ifadəsini 

gərgin intizarla izləyir. 

 

– Siz həddinizi aşırsınız, belə əmrləri mənə yalnız fürer verə bilər! Tez məni onunla calaşdırın, – 



general-feldmarşal hər kəlməni xüsusi vurğu ilə tələffüz edir. Sonra susub çaşqın halda gözlərini 

dəstəyə zilləyir və heç kəsə müraciət etmədən qəzəblə bağırmağa başlayır: 

 

– Rabitə niyə qırıldı?! Lənət şeytana, bu nə hoqqadır?! 



 

Yavər dərhal yerindən qopur və az keçmiş rabitəçi zabitlə geri qayıdır. 

 

– Əlbəttə, normal işləyir, – deyə zabit general feldmarşalın qarşısında “farağat” vəziyyətində 



quruyub qalaraq izahat verir. 

 

– Sizi yenidən qərargahla calaşdırırlar. 



 

Telefon təzədən zəng çalan kimi Fon Bok səbirsiz halda dəstəyi qapır. 

 

– Danışan general-feldmarşal Fon Bokdur. Məni Baş qərargah rəisi ilə calaşdırın... Cəld olun? 



Kimi? – Feldmarşal heyrət içində öz zabitlərinə sarı dönür. – Hansısa polkovnik Krauzedir. 

Dəlidir, nədir? Tələb edir ki, dəstəyi general Steynitsə verim. Siz onunla tanışsınız, Steynits? 

 

O, dəstəyi çaşıb qalmış Steynitsə uzadır. Telefonda eşitdiyi ilk sözlərdən sonra dabanlarını bir-



birinə vuraraq, farağat dayanır. 

 

– Bəli, eşidirəm. Aydındır! Bəli, mənim fürerim əmr dərhal yerinə yetiriləcək! Hayl Hitler! 



 

Dəstəyi qoyub, çaşqın nəzərlərlə toplaşanlara baxır, sonra özünü toplayıb, feldmarşala müraciət 

edir: 

 

Cənab feldmarşal, fürer əmr etdi ki, sizi dərhal təyyarə ilə Berlinə göndərək. Onun əmrinə 



əsasən, bu dəqiqədən mən komandanlığı öz üzərimə götürürəm. 

 

Alman komandanlığının qərargahı. Əyinlərində mülki geyim olan bir neçə nəfər istisna olmaqla, 



toplaşanların hamısı yüksək rütbəli zabitlərdir. Hamı narahatlıq içində Hitlerin gəlişini gözləyir. 

 

Hitler əlində kitab otağa girir. Zabitlərin təziminə cavab verdikdən sonra hamının əyləşməsinə 



icazə verir. Qeyd etdiyi səhifədə kitabı açıb qarşısına qoyur. 

 

– Bok Hanı? Niyə Bok gözümə dəymir? – deyə Hitler quru qoşunları baş qərargahının rəisinə 



ikrahla baxaraq soruşur. 

 

– General-feldmarşal Bok bu gün səhər mədə yarası deşilmiş halda hospitala çatdırılmışdır. İki 



saat əvvəl mənə məlumat verdilər ki, cərrahiyyə əməliyyatı uğurla keçib, – deyə Qalder hesabat 

verir. 


 

Hitler kitabın açıq səhifəsini ucadan oxumağa başlayır: 

 

– “Qeyri-mütəşəkkillik artıq qvardiyanı da bürüyüb. Hər addımda əl-ayağını don vurmuş 



adamları görmək olardı. Onlar yeriyə bilmir, zəiflikdən, taqətsizlikdən huşlarını itirib yıxılırdılar. 

Bu adamlara addım atmağa kömək edəndə, daha doğrusu, zorla irəli sürüyəndə, yalvarırdılar ki, 

bizi rahat buraxın. Mən həmin bədbəxtlərdən bəzilərini xilas etməyə cəhd göstərdim, ancaq nə 


 

111


fayda? Onların Qanı qaçmış dodaqları can verməkdə olduqlarını deyirdi. Yol bu binəvaların 

meyitləri ilə örtülü idi”. Mən əminəm ki, Klyauzevist və Moltkenin pərəstişkarı və sadiq 

davamçısı qraf Kolenkurun gündəlikləri ilə tanış deyil. Fransız ordusunun Moskvadan geri 

çəkilməsini çox doğrucul təsvir edən Kolenkuru oxuyun, Brauxiç. Yəqin edəcəksiz ki, bizim 

əsgərlər də indi eynilə bu vəziyyətdədirlər. Özü də bu, yeganə bənzəyiş deyil. Biz müharibəni 

iyunun 22-də – Napoleondan bircə gün əvvəl başlamışıq və onu eyni nəticə ilə başa vurmaq 

imkanı qazanmışıq. 

 

Həqiqətin gözünün içinə dik baxsanız, Brauxiç, dəhşətə gələrsiz: 



 

Qalderlə sizin inadınız sayəsində Almaniya qoşunları müharibənin bütün tarixi ərzində ilk dəfə 

olaraq ciddi məğlubiyyətə uğramışlar ki, bunun da nəticələri hadisələrin sonrakı gedişinə mühüm 

təsir göstərə bilər. Dediklərimə sübutlar da artıq göz qabağındadır. Türkiyə nəinki bizim 

tərəfimizdə müharibəyə qoşulmaqdan imtina etmişdir, hətta alınan məlumatlara görə, 

düşmənimizlə ittifaqa girmək barədə gizli danışıqlara başlamışdır. İndiki aviasiya əsrində bu, o 

deməkdir ki, Rumıniya neft mədənlərini Aralıq dənizi tərəfdən aviasiya həmlələri nəticəsində 

tüstülənən xarabalıqlara çevirmək mümkündür. General Anteneskunun əhval-ruhiyyəsinə bunun 

necə təsir göstərəcəyini qabaqcadan deməkdə çətinlik çəkirəm. Bizim özümüzün 

mövcudluğumuz isə həmin neft mədənlərindən asılıdır. İqtisadi məsələlər üzrə 139 mənim 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin