Microsoft Word Murdar et en son variantda doc



Yüklə 106,74 Kb.
Pdf görüntüsü
tarix02.01.2022
ölçüsü106,74 Kb.
#2645


Azərbaycanın murdar ət bazarı 

Mehriban Əliyeva, “Şəki - Region” qəzeti 

Son bir ildə Azərbaycan əhalisinin öz qida rasionunda daha çox üstünlük verdiyi  məhsul-ət və 

südən yoluxan xəstəliklərin sayı artıb. 1 Saylı Şəhər xəstəxanasının Yolxucu Xəstəliklər Şöbəsinə 

müraciət edən pasiyentlər arasında Brüsülyoz və Batulizmdən Şikayət edən xəstələrin sayı daha çox 

olub.   


Yoluxucu Xəstəliklər Şöbəsinin  müdiri Arif Fərəcovun sözlərinə görə, 2008-ci ildə Brüsülyoza 

yolxan xəstələrin sayı 34 nəfər olduğu halda, 2009-cu ilin 8 ayı ərzində bu göstərici 54 nəfər olub ki, 

onlardan da 31 nəfəri kəskin Brüsülyoza yoluxub. Batulizmə yoluxan xəstələrin sayı isə 2008-ci ildə 

12 nəfər təşkil edib. 2009-cu ilin 8 ayı ərzində isə bu rəqəm 8 nəfər olub. Qara yara xəstələrinin sayı 

isə azalıb. 2008-ci ildə şöbədə bu xəstəlikdən 3 nəfər müalicə alunubsa da, bu ilin 8 ayı ərzində 

şöbədə qara yara xəsətələrinin  sayı cəmi bir nəfər təşkil edib. 

Arif Fərəcov Brüsülyozun xəstə hevanın ət və südündən alınan məhsullardan keçdiyini deyir. 

Batulizim isə kolbasa və ev şəratində konservləşdirilən məhsullardan yoluxur. Şöbə müdirinin 

sözlərinə görə, batulizm brüsülyozdan fərqli olaraq öldürücü xarakterə malikdir. Və xəstəliyin 

öldürüclük dərəcəsi onun gizlilik dövrü ilə ölçülür. Yəni xəstəliyə yoluxan adam özündə xəstəliyin 

əlamətlərin nə qədər tez hiss edərsə, bu ölümə bir o qədər tez gətirib çıxara bilər. “Mədə bulanması, 

qusma, gözün torlanması, hava çatışmazlığı,nitqin pozulması və sair kimi əlamətləri olur bu 

xəstəliyin. Bizim şöbədəd bu xəstəlikdən ölənlər olamyıb. Amma ağır vəziyyətdə gələn xəstələr 

reanimasiya şöbəsinə qəbul olunur və aparata qoşulur. Və orda bu günədək bu xəstəlikdən ölənlərin 

sayı çox olub”,-Arif Fərəcov belə deyir. 

Xatırladaq ki, bir neçə il öncə Şəki rayonunda at və eşşək əti satan obyektlər dövlət qurumları 

tərəfindən aşkarlanaraq bu işdə əlaqəsi olan şəxslərə qarşı cinayət işi başladılıb. Astarada isə bir 

ailənin dörd üzvü batulizmə yoluxaraq dünyasını dəyişib.  

Peşəcə dənizçi olan  25 yaşlı Şəki sakini Elşad Məmmədov bu yaxınlarda  Kolbasa yedikdən sonra 

özünü pis hiss etməyə başlayıb. Özünün dediyinə görə, yaxınlarının köməyi ilə təcili olaraq 

paytxatda yerləşən özəl tibb klinikalarından birinə çatdırılıb. Kilinikada iki gün yatdıqdan sonra evə 

buraxılan  Elşada Həkimlər zəhrələnmənin məhz kolbasadan baş verdiyini təsdiqləyiblər.  

Azad İstehlakçılar Birliyi qeyri hökümət təşkilatı olaraq 10 ildən çoxdur ki, Ölkənin Əmtəə 

bazarlarındakı vəziyyəti öyrənərək insanları təhlükəli mallardan qorumaq məqsədi ilə 

maarifləndirmə işləri aparaır. Təşkilatın Rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, paytaxt 

bazarlarının bir neçəsində ölü və xəstə heyvanların satılması faktı indi də mövcuddur. Onun 

bildirdiyinə görə, hazırda bu işlə məşğul olan iki əsas ət bazarı var. “Uzun müddətdir ki,vağzalüstü 

adlanan ərazidə, o cümlədən Təzə bazarın alt qapısında gecələr ət bazarı fəaliyyət göstərir. Bazar 

gecələr saat 23:00-dan səhər saatlarına qədər işləyir. Ölkənin hər yerindən bu bazarlara mənşəyi 

məlum olmayan murdar ət gətirilir.orda ətin kiloqramını hətta 1 manata da satın almaq mümkündür” 




Eyyub Hüseynov deyir ki, belə növ ətləri  əsasən  ictimai iaşə müəssisələri, farş hazırlayan 

müəssisələr, dönərxanalar, kolbasa və sosiska sexləri alaraq ondan hazırlanan məhsulları son 

nəticədə  istehlakçılara satırlar. Ekspertin fikrincə, belə vəziyyətin hökm sürməsinə əsas 

səbəblərindən biri  şəhər bazarlarında satılan ətin təhlükəsizliyini nəzarətin zəif olmasıdır. 

“Bazarlarda adları olub, özləri olmayan laboratoriyalar var. Səhər saatlarında  bazarlara getsək

yüzlərlə cəmdəyin üzərinə möhür vurulduğunun şahidi olarıq. Bütün bunlar yalançı ekspertiza  

rəyləridir”. 

Eyyub Hüseynov ölkəmizdə ətdən kütləvi zəhərlənmə hallarına rast gəlinməməsini isə Azərbaycan 

mətbəxinin uğuru kimi qeyd edir. Onun sözlərinə görə Azərbaycan ailələri əti aldıqdan sonra onu 

çoxlu qaynadır ki, bu da zəhərlənmə və yolxucu xəstəliklərin qarşısını almış olur. 

Paytaxt əhalisinin üstünlük verdiyi bazarlar sırasında Təzə bazar və 8 kilometr kimi tanınan 

bazarların öz çəkisi var. Məhz  bu bazarlara Azərbaycanın müxtəlif bölgələrindən kəsilmiş heyvan 

ətləri gətirilərək əhaliyə satılır. Bazardakı satıcılar iddia edir ki, piştaxtalarda satdıqları ətlər sağlam 

heyvan ətləridir. Onların dediyinə görə, adi müştəriyə  xəstə və ya murdar ətin satmağın çətin 

olduğunu anlayaraq onlar çox vaxt bu işə qol qoymurlar. Amma söhbətləşdiyim bir neçə ət satıcısı 

ölü və xəstə ətlərin  rayonlardan bazarlara gətirilməsi faktını da təsdiqlədi. Onların sözlərinə görə, 

xəstə və ölü heyvan ətlərinin öz alıcıları var. Bunlar  farş düzəldən sexlər,restoranlar, əsas da  

Kolbasa və sosika istehsalı ilə məşğul olan sexlərdir. Satıcılar deyir ki, məhz belə obyekt sahibləri 

onlara müraciət edərək ucuz ət sifariş edirlər ki, onlar da rayonlardan ölmüş, keyfiyyətsiz  və ya 

xəstə heyvan ətləri ilə onları təmin edilər.  

Sabirabad rayonundan olan Murad adlı şəxs artıq bir neçə ildir ki, rayon ərazisindən ucuz, yəni 

xəstəxal və ya artıq canını tapşırmı heyvan ətlərini alaraq onu paytaxtdakı sifarişçilərinə  çatdırır. 

onunla əlaqə saxlamaq da məhz Təzə bazardakı satıcılardan birinin  verdiyi mobil nömrə əsasında 

mümkün oldu. Özümü şəhərdəki Kolbasa sexlərindən birinin sahibi kimi təqdim etdiyimdən onunla 

ünsiyyətim baş tudu. Muradın dediyinə görə, bu aralar şəhərdən  sifarişlərin çox olması ilə əaqədər  

hələlik  bizi lazım olan miqdarda ucuz ətlə təmin edə bilməz. Murad Ancaq bir neçə həftədən sonra 

bizim “sex”  üçün də ət tapa biləcəyini vəd etdi. Yığıcağı ətin kiloqramını bizə neçiyə satacağına 

gəlincə isə, Murad yalnız onu bildirdi ki, elə özü rayonda ucuz əti, yəni canını tapşırmış və ya  xəstə 

heyvan ətini  1manat 50 qəpik- 2 manatdan yığır.  Ona görə də hələlik bizə əti neçiyə verəcəyini 

deməkdə çətinlik çəkdi.   

Murad ucuz ət tapmaqda Bərdəli həmkarı Leş Əli ləqəbi ilə tanınan bir şəxsin də bizə kömək ola 

biləciyini bildirdi. Leş Əli isə Bərdədə xəstə və murdar olmuş heyvan ətlərininin hər kiloqramı üçün 

2 manat pul saydığını dedi. Şəhərdən olan müştərilərinə isə bu növ əti 2 manat 50 qəpikdən ucuz 

satmadığını da əlavə etdi. Leş Əlinin sözlərinə görə, rayon ərazisindən yığdığı ölü heyvan ətlərinin 

əsas alıcısı paytaxtdakı Kolbasa və sosiska sexləridir.   

Qeyd edək ki, hazırda ölkə ərazisində dörd qurum, Standartlaşdırma , Metrologiya və  Patent üzrə 

Dövlət Agentliyi, Gigiyena  və Epidemiologiya Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq  

qurumları və İqtisadi İnkişaf Nazirliyinin İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əmtəə 




bazarlarında  saxta və keyfiyyətsiz məhsulların satışının qarşısını almaq üçün tədbirlər həyata 

keçirir.  

 Xatırladaq ki,elə  bu yaxınlarda  standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 

keçirdiyi monitorinq və apardığı araşdırmalardan sonra istehsalına və satışına qadağa qoyduğu 

Kolbasa məmulatlarının adını açıqlayıb. Komitənin tərtib elədiyi siyahıda 6  müəssisə və fiziki 

şəxslərin istehsal etdiyi  30 da çox adda kolbasa, sosika və və digər ət məhsullarının standartlara 

cavab verməməsi səbəbindən onların fəaliyyətinə  eləcəcə də satışına qadağa qoyulub.  

İqtisadi İnkişaf Nazirliyi yanında istehlak bazarına Nəzarət dövlət xidmətindən isə bildirilər ki,bu 

günədək aparılan monitorinqlər nəticəsində xidmət paytaxın bir neçə rayonunda  yararsız ət və ət 

məhsullarının  satışı ilə məşğul olan obyektlər aşkarlayıb. Və Həmin obyekt sahiblərinə qarşı 

Xidmət tərəfindən Bakı Şəhər Prokurorluğunda  Cinayət məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda  

ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.  

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin kolbasa sexlərində  apardığı Yoxlamaların  

nəticəsi isə burdakı vəziyyətin ürək açan olmamasından xəbər verib. Beləki, qurumun ötən il 

Bakının bütün rayonlarını əhatə edən  yoxlamaları  zamanı 6 müəssisədə istehsal olunan  kolbasa 

məhsullarında  bağırsaq çöpü aşkarlanıb. Sanitar və Gigiyenik qaydalara əməl olunmadığı üçün 6 

müəssisənin fəaliyyəti dayandırılıb. Həmin qaydalara əməl etməyən 10 yaxın müəssisəyə isə sanitar 

vəziyyətin normal hala gətirilməsi üçün vaxt verilib.Respublika Gigiyena və Epidemiologiya 

Mərkəzinin Şöbə müdiri İmran Abdullayev isə deyir ki, ölkədə 21-22 şirkət kolbasa və kolbasa 

məmulatları stehsal edir. Onlar içərisində keyfiyyətsiz ətdən istifadə edənlər var. Hətta ölü heyvanın 

ətindən yararlanma halları da istisna deyil.  

Bu il ölkənin 6 ən böyük kolbasa və kolbasa məmulatı istehsalçıları bir araya gələrək Azərbaycan Ət 

və Ət məhsulları istehsalçılarının Assosasiyasını təsis edib. 15 üzvü olan Assosasiyanın əsas 

məqsədi  Kolbasa və Kolbasa məmulatı istehsalçıları rastlaşdığı problemin həlli yolunu tapmaqdır.  

Assosiasiyanın sədri Fuad Qulubəyov deyir ki, bu sahə üzrə işləyən şirkətlər son bir neçə ayda iflic 

olub. Buna əsasən “donuz qripi”nin yayılması səbəb olub. Bu səbəbdən şirkətlər istehsal gücünü 50-

60 faiz azaltmalı olublar. 

“Səhliyalı” firmasının sahibi İlham Bəşirov isə deyir ki, ölkədə kolbasının keyfiyyətsiz ətdən 

hazırlanması ilə bağlı təssürat  yanlışdır. Onun sözlərinə görə, şirkətlər əti həm yerli, həm də dünya 

bazarından birbaşa dövlət nəzarəti altında alırlar.  

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bəzi kolbasa 

məmulatlarının istehsalına və satışına qadağa qoyulmuşdur. Bizə verilən məlumata görə, 

vətəndaşların bu sahəyə həssaslıqla münasibət göstərdiyini nəzərə alaraq və yaranmış fikir 

ayrılıqlarına son qoymaq məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 

tərəfindən aşağıdakı kolbasa və sosiska məmulatlarının satışına qadağa qoyulub:  

“İlahə-96” müəssisəsi müəssisəsi tərəfindən istehsal edilən əla növ yarım hisə verilmiş “Halal 

Prima”, “Halal Bon Appetite”, “Tallinskaya”, “Slavyanskaya”, “Halal” sosiskası, “Orxan-SS” 



tərəfindən istehsal edilən “Kristal kopçennaya” sosiskaları, “Halal” sosiskaları, “Halal Kristal” 

sordelkaları, bişmiş “Halal” kolbasaları, bişmiş “Halal Prima doktorskaya” kolbasaları, bişmiş 

“Kopçennaya” kolbasaları, “Moskovskaya servelat” kolbasaları, “Kristal” kolbasaları, “Azərdad” 

MMC tərəfindən istehsal edlən “Halal” sosiskaları, “Halal” sardelkaları, “Halal həvəskar” 

kolbasaları, “Halal pəhriz” kolbasaları,  “Koral-F” MMC tərəfindən istehsal edilən “Halal həvəskar” 

kolbasaları, hisə verilmiş “Ukraynskaya” kolbasaları, “Halal pəhriz” kolbasaları, “Kurinaya” 

kolbasaları, “Halal” sosiskaları, hisə verilmiş əla növ “Prima” kolbasaları, hisə verilmiş əla növ 

“Delikatesnaya” kolbasaları; “Əli-Əkbəroğlu” firması tərəfindən istehsal edilən bişmiş 

“Doktorskaya” sosiskaları, “Servelat Prima”, “Servelat Moskovskaya”, “Delikatesnaya Servelat” 

kobasaları, “Prima Halal” kolbasaları, hisə verilmiş “Prima” və “Verskaya” kolbasaları, bişmiş 

“Qovyajaya” kolbasaları  

Hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları dövlət 

nəzarəti planına əsasən kolbasa məmulatları istehsalı ilə məşğul olan “Omeqa-Z” MMC və 

“Abşeron-2000” firmasında monitorinqlərini davam etdirirlər. Nəticələr yaxın günlərdə 



açıqlanacaqdır. 

Yüklə 106,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin