Jurnalımızın
növbəti buraxılışı səhiyyə
məsələlərinə, ölkəmizin
səhiyyə sektorunun ayrılmaz hissəsi olan özəl tibb və əczaçılıq
sektorlarındakı vəziyyətə həsr edilmişdir.
Digər sahələrdə olduğu kimi, səhiyyə sektoru da hər zaman
ölkə rəhbərliyinin diqqət mərkəzində olub. Ona görə də “EcoVi-
sion” jurnalı da, öz növbəsində, son illərdə səhiyyə sektorunda
görülmüş işlərin işıqlandırılmasına biganə qala bilməzdi.
Üzvlərimiz arasında səhiyyə sahəsində çalışan “Albatros Healthcare” MMC, “Alliance Assist”,
“Azər-Türk Med”, “Denta Med” Estetik Klinikası, “Pharmethic” MMC, “Implant ART”, “Medisis” MMC,
“Viola” MMC (Avrasiya Klinikası) kimi fəal üzvlər daxildir. Bu sayımızda səhiyyə sektorunda fəaliyyət
göstərən üzvlərimizin fəaliyyəti ilə yaxından tanış olacaqsınız.
Bununla yanaşı, jurnalımızda yeni “İstedad” rubrikası açılmışdır. 2016-ci il ərzində biz xüsusi
istedada malik olan üzvlərimizin əl işləri, ədəbi əsərləri və sair ilə sizi tanış edəcəyik. İlin sonunda
isə müsabiqə yolu ilə qalib seçiləcək.
Jurnalımızda ənənəvi məlumatlar: ATİB-in son üç aylıq fəaliyyəti, yeni üzvlərimiz haqqında qısa
məlumatlar əks etdirilmişdir. “Azərbaycanı tanıyaq” rubrikasında isə bu dəfə Qusara səyahət edəcə-
yik.
Ümidvarıq ki, fəaliyyətimizi müsbət dəyərləndirəcəksiniz.
Əziz dostlar!
Ümid edirik ki, jurnalımız diqqətinizi cəlb edəcək. Jurnal haqqında təklif və rəylərinizi ATİB Katibliyi
ilə bölüşsəniz, Sizə çox minnətdar olarıq. Təklif və iradlarınızı pr@atib.az elektron ünvanında böyük
məmnuniyyətlə gözləyirik.
Hörmətlə,
Pərvanə HACIYEVA,
Baş redaktor
Tarixə
qovuşmaqda olan 2015-ci il həm Azərbay-
canla Türkiyə arasında dostluq və qardaşlıq
münasibətlərinin daha da möhkəmlənməsi, həm də ikitərəfli
əlaqələrin inkişafına töhfə vermək məqsədilə qurulan Azər-
baycan Türkiyə İş Adamları Birliyinin (ATİB) fəaliyyətinin aktiv
şəkildə genişlənməsi baxımından uğurlu oldu.
ATİB 2015-ci ilin artıq arxada qalan aylarında öz təşkilati
potensialını daha da möhkəmləndirdi, yeni üzvlər qəbul etdi, üzvlərimizin sosiallaşması baxımından
olduqca vacib olan “işgüzar nahar görüşləri” təşkil etdi.
Hörmətli oxucular, ötən dövrlərdə olduğu kimi, qarşıdakı dövrlərdə də ATİB olaraq Azərbaycan–Tür-
kiyə əlaqələrinin inkişafında, ölkədə biznes mühitinin daha effektiv formaya gəlməsində öz səylərimizi
davam etdirəcəyik. ATİB üzvlərinin və əməkdaşlıq etdiyimiz təşkilatların dəstəyi ilə qarşıladığımız 2016-
cı ildə daha böyük uğurlara imza atacağımıza inanıram. Əminəm ki, bu işlərdə Sizlər yaxından iştirak
edəcək, əvəzsiz töhfələrinizi verəcəksiniz.
Hörmətlə,
Cemal YANGIN,
ATİB İdarə heyətinin sədri
“EcoVision” jurnalının
dəyərli oxucuları!
Dəyərli oxucularımız!
Hörmətli ATİB üzvləri!
ön söz