Jurnalımızın növbəti buraxılışı səhiyyə



Yüklə 0.6 Mb.
PDF просмотр
səhifə2/8
tarix07.12.2016
ölçüsü0.6 Mb.
1   2   3   4   5   6   7   8

18  sentyabr  2015-ci

 ildə Azərbaycan 

Türkiyə  İşadamları  Birliyi  ilə  Azərbaycan 

Dövlət İqtisad Universiteti arasında əmək-

daşlıq  davamlı  olaraq  genişləndirilir  və 

tələbələrin  təcrübi  bilik  əldə  etməsində 

davamlı səylər göstərilir.

Əldə olunan razılaşmaya əsasən, tədri-

sində fərqlənən universitetin iki müəllimi 

və ən yüksək nəticə göstərən iki tələbəsi 

ATİB tərəfindən Türkiyəyə istirahət paketi 

ilə mükafatlandırılıb.

Azərbaycan  Dövlət  İqtisad  Universi-

tetinin  (ADİU)  Türk  dünyası  işlətmə  fa-

kültəsinin  (TÜDİFAK)  dekanı  dr.  Ferruh 

Tuzcuoğlu  ATİB  ofisini  ziyarət  edib.  Qo-

naqları salamlayan ATİB sədri Cemal Yan-

gın TÜDİFAK-ın belə gənc və təcrübəli bir 

dekanla daha gözəl xidmətlərə imza ata-

cağına inandığını söyləyib. Əvvəllər oldu-

ğu kimi, bundan sonra da universitetlə və 

fakültə ilə əməkdaşlığın ən gözəl şəkildə 

davam edəcəyini bildirib.

Səmimi qəbula görə ATİB sədrinə təşək-

kür  edən  dekan  ATİB-in  fəaliyyətini  daim 

yüksək qiymətləndirdiyini vurğulayib.

ATİB xəbərləri

15

say 25 | 



EcoVision

ATİB nümayəndə 

heyəti İdarə 

heyətinin üzvü 

Kaya Karslını 

ziyarət edib

Türkiyənin 

müstəqilliyinin 92-

ci ili münasibətilə 

rəsmi qəbul verildi

“Türk Hava Yolları”nın Bakı ofisinin 

rəhbəri ATİB ofisini ziyarət etdi

Türkiyənin Azərbaycandakı səfirliyinin 

müşavirləri ATİB-in ofisində oldular

Mehmet Sami 

Acarözmen ATİB 

ofisini ziyarət etdi



6  oktyabr  2015-ci 

ildə  ATİB  İdarə 

heyətinin  üzvləri  və  ATİB  Katibliyinin 

əməkdaşları  ATİB  İdarə  heyətinin  üzvü 

Kaya  Karslını  ziyarət  ediblər.  Ziyarət  əs-

nasında  ATİB-lə  “İstanbul  Reklam”  ara-

sındakı  əməkdaşlıq  məsələləri  müzakirə 

edilib.


Oktyabrın  29-da

  Türkiyənin  Azərbay-

candakı  səfirliyi  Cümhuriyyətin  elan  edil-

məsinin 92-ci ili münasibətilə rəsmi qəbul 

təşkil edib.

Qəbulda  ATİB  İdarə  heyətinin  üzvləri, 

ATİB üzvləri və ATİB Katibliyinin əməkdaş-

ları iştirak edib.

Səfir  Alper  Coşqun  ulu  öndər  Mustafa 

Kamal Atatürkün rəhbərliyi ilə Türkiyənin 

istiqlal mübarizəsindən və ölkəsinin keçdi-

yi inkişaf yolundan danışıb.

O, qeyd edib ki, Türkiyə öz dinamik in-

kişaf yolunda siyasi, hərbi, iqtisadi, eləcə də 

demokratiya  və  insan  haqları  sahələrində 

böyük addımlar ataraq regionda və dünya-

da mövqeyini möhkəmləndirib.

Oktyabrın  20-də

  “Türk  Hava  Yolları” 

(THY)  Bakı  ofisinin  rəhbəri  Seyfullah  İl-

yas ATİB ofisini ziyarət etdi.

ATİB sədri Cemal Yangın ziyarətə görə 

təşəkkür  edərək  THY-ni  güclü,  dinamik, 

hər  zaman  irəli  addımlayan  bir  qurum 

kimi gördüyünü bildirdi.

THY-nin ATİB-lə əməkdaşlığını bundan 

sonra  da  ən  yüksək  səviyyədə  davam  et-

dirəcəyini bildirən Seyfullah İlyas daim bu 

əməkdaşlığa xüsusi yer verəcəyini söylədi.



21  oktyabr  2015-ci 

ildə  Türkiyənin 

Azərbaycandakı  səfirliyinin  əmək  və  so-

sial  müdafiə  məsələləri  üzrə  müşaviri 

Namık Ata, gömrük müşaviri Arsan Gün-

ler,  mətbuat  müşaviri  Hamit  Karadeniz 

və  din  xidmətləri  müşaviri  Kamil  Günes 

Azərbaycan  Türkiyə  İş  Adamları  Birliyi-

nin ofisində qonaq oldular. 

Qonaqları  salamlayan  ATİB  sədri  Ce-

mal Yangın ziyarət üçün təşəkkürünü bil-

dirdi.


Səmimi qarşılanmaya görə minnətdar-

lıqlarını  bildirən  müşavirlər  Türkiyənin 

Azərbaycandakı  səfirliyi  ilə  ATİB  arasın-

da  bütün  istiqamətlər  üzrə  əməkdaşlı-

ğın  inkişafından  məmnunluqlarını  ifadə 

edib,  bu  əməkdaşlığın  daha  da  inkişaf 

etməsi üçün öz fəaliyyətləri dövründə səy 

göstərəcəklərini vurğuladılar. 

Görüşdə  Türkiyənin  Azərbaycandakı 

səfirliyi  ilə  ATİB  arasında  əməkdaşlığın 

gücləndirilməsi  sahəsində  görülən  işlər-

dən bəhs olunaraq, gələcək əməkdaşlığın 

perspektivləri ilə bağlı fikir mübadiləsi də 

aparıldı.



14 oktyabr 2015-ci 

ildə Mehmet Sami 

Acarözmen ATİB ofisini ziyarət etdi. O, ATİB 

Baş  katibi  Pərvanə  Hacıyeva  ilə  görüşərək 

qurumun  fəaliyyəti  ilə  bağlı  söhbət  etdi. 

Sami bəy ATİB-in hər gün daha da inkişaf 

etdiyini  və  daim  zirvələrə  doğru  getdiyini 

bildirdi. 

ATİB Baş katibi Pərvanə Hacıyeva ziyarət 

üçün Mehmet Sami Acarözmənə təşəkkürü-

nü bildirdi.

ATİB xəbərləri

16

say 25 | 



EcoVision

ATİB xəbərləri

ATİB İdarə heyəti Türkiyənin Azərbaycandakı hərbi attaşesi 

general-mayor İhsan Başbozkurtu ziyarət etdi

ATİB sədri ANFAS 

nümayəndələrini 

qəbul edib

Xanım millət vəkili ATİB ofisində

Oktyabrın 23-də 

Azərbaycan Türkiyə 

İş  Adamları  Birliyinin  İdarə  heyəti  Tür-

kiyənin  Azərbaycandakı  hərbi  attaşesi 

general-mayor İhsan Başbozkurtu ziyarət 

etdi. 


ATİB  sədri  Cemal  Yangın  hərbi  atta-

şeni  Azərbaycanda  fəaliyyətə  başlaması 

münasibətilə təbrik edərək ölkələrimizin 

Silahlı  Qüvvələri  arasında  əməkdaşlığın 

genişləndirilməsi  istiqamətində  gələcək 

fəaliyyətində ona uğurlar arzuladı.



22 oktyabr 2015-ci 

ildə Antalya Fuar-

cılık  İşlətmə  və  Yatırım  A.Ş.-nin  (ANFAS) 

nümayəndə heyəti ATİB ofisini ziyarət etdi. 

ATİB sədri Cemal Yangınla görüşdə qonaq-

lar Türkiyədə keçiriləcək 27-ci Beynəlxalq 

Qonaqlama və Qarşılama Sərgisinini təşki-

latçılığını ATİB-lə birlikdə etmək istədiklə-

rini bildirdilər.

Cemal  Yangın  ATİB-in  bacardığı  hər 

cürə dəstəyi verəcəyini bildirdi.

12  noyabr  2015-ci

  ildə  millət  vəkili 

Qənirə  Paşayeva  Azərbaycan  Türkiyə  İş 

Adamları Birliyini ziyarət etdi.

ATİB sədri Cemal Yangın ziyarət üçün Qə-

nirə xanıma təşəkkür edərək yenidən millət 

vəkili seçilməyi münasibətilə təbrik etdi.

Millət  vəkili  Qənirə  Paşayeva  isti  mü-

nasibətə  görə  minnətdarlıq  bildirərək 

daim ATİB-ə diqqət və qayğı göstərəcəyi-

ni vurğuladı.

17

say 25 | 



EcoVision

ATİB sədri Cemal Yangın və ATİB Baş katibi Pərvanə Hacıyeva 

ŞKTC-nin müstəqilliyinin 32-ci ildönümündə iştirak ediblər

Qurban bayramı ilə bağlı ATİB üzvü olan “Park INN” hotelində 

bayramlaşma



18  noyabr  2015-ci 

ildə  Bakıda  Şi-

mali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) 

müstəqilliyinin 32-ci ildönümü qeyd olu-

nub.  Tədbirdə  ATİB  sədri  Cemal  Yangın, 

Baş katib Pərvanə Hacıyeva, İdarə heyəti-

nin üzvləri və ATİB üzvləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın millət vəkillə-

ri, xarici dövlətlərin ölkəmizdəki səfirləri, 

türk iş adamları, siyasət və mədəniyyət 

xadimləri, ziyalılar və jurnalistlər iştirak 

ediblər.  Şimali  Kipr  Türk  Respublikası-

nın Azərbaycandakı nümayəndəsi Sadət-

tin Topukçu çıxış edərək Kipr türklərinin 

tarixdə  üzləşdiyi  zülmlərdən  bəhs  edib. 

Aparılan mübarizənin sonunda 1983-cü  

ildə  müstəqilliklərini  əldə  etdiklərini 

vurğulayıb.  Kiprin  günümüzdə  əldə  et-

diyi nailiyyətlərdən də danışan Sadəttin 

Topukçu  bunu  Türkiyə  Cümhuriyyətinə, 

ölkəni quran Rauf Denktaşa və şəhidlərə 

borclu olduğunu deyib.

Daha  sonra  digər  çıxış  edənlər  bü-

tün  türk  dünyasını  Kipr  Türk  Cümhu-

riyyətinin  müstəqilliyi  münasibətilə 

təbrik  edib.  Türkiyənin  və  Kiprin  acı-

sının Azərbaycanın acısı, sevincinin isə 

Azərbaycanın  sevinci  olduğunu  vurğu-

layıb.  Şimali  Kipr  Türk  Cümhuriyyə-

tinin  müstəqilliyinin  heç  də  asan  əldə 

edilmədiyini  qeyd  edib.  Azərbaycanın 

ermənilərin  apardığı  işğalçılıq  siyasə-

tindən  əziyyət  çəkən  bir  ölkə  olaraq 

Şimali Kipr Türk Cümhuriyyətini yaxşı 

başa  düşdüyünü  ifadə  edib.  Barışdan 

yana  olan  hər  iki  ölkənin  gələcəkdə 

uğurlarının  daha  da  artmasını  arzula-

yıb.


Qeyd edək ki, tədbirin sonunda qonaq-

lar üçün ziyafət verilib.

ATİB xəbərləri

18

say 25 | 



EcoVision

Cemal Yangın DEİK/

Türk-Azerbaycan 

İş Konseyinin 

iclasında İdarə 

heyətinə üzv seçilib

ATİB sədri Cemal Yangın və ATİB Baş 

katibi Pərvanə Hacıyeva Turan Yazganın 

anım günü mərasimində iştirak ediblər

Türk-Azərbaycan  İş  Konseyi  3  noyabr 

1991-ci  ildə  Türk-Avrasya  İş  Konseylerinin 

əhatəsi  altında  fəaliyyət  göstərməyə  başla-

yıb. Bu konsey Türkiyə və Azərbaycan böl-

gələri arasındakı iqtisadi və sosial iş əlaqələ-

rini daha da inkişaf etdirmək üçün qardaş 

ölkələrə dəstək vermək məqsədilə yaradılıb. 

Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) 

məqsədi xarici ticarət, beynəlxalq investisi-

yalar, xidmətlər başda olmaqla, Türkiyənin 

ixracatını artırmağı təmin və iş imkanlarını 

inkişaf  etdirməyi  koordinasiya  etməkdən 

ibarətdir. Qeyd edək ki, ATİB İdarə heyəti-

nin  sədri  Cemal  Yangın  DEİK/Türk-Azer-

baycan İş Konseyinin iclasında İdarə heyə-

tinə üzv seçilib.



Noyabrın  23-də

 Azərbaycan Dövlət İqti-

sad  Universitetinin  Türk  dünyası  işlətmə  fa-

kültəsində (TÜDİFAK) Türk Dünyası Araşdır-

maları Vəqfinin (TDAV) qurucusu professor 

Turan Yazganın anım günü keçirilib.

Azərbaycan Türkiyə İş Adamları Birliyi-

nin sədri Cemal Yangının və Baş katib Pər-

vanə Hacıyevanın iştirak etdiyi tədbirin əv-

vəlində Turan Yazgana həsr olunan sənədli 

film nümayiş olundu.

Sonra fakültə dekanı Fərruh Tuzcuoğlu 

iştirakçılara Turan Yazganın həyat və fəaliy-

yəti haqqında ətraflı məlumat verdi. Onun 

əsasını  qoyduğu  və  rəhbərlik  etdiyi  TDAV 

ilə  həyata  keçirilən  mühüm  layihələrdən 

danışdı.

Çıxış  edən  qonaqlar  Turan  Yazganın 

daim  türk  millətinin  tərəqqisi  üçün  çalış-

dığını,  türk  dövlətlərinin  zəngin  mədəniy-

yəti, böyük tarixi keçmişi ilə həmişə qürur 

duyduğunu  qeyd  etdilər,  onun  təhsilin  in-

kişafına və türk xalqlarının birliyinə önəm 

verdiyini və bu gün yad edilməsindən məm-

nunluq duyduqlarını bildirdilər.

ATİB xəbərləri

ATİB sədri THY 

ofisində qonaq oldu



26  noyabr  2015-ci 

ildə  ATİB  sədri 

Cemal Yangın Türk Hava Yollarının Bakı 

ofisinin  rəhbəri  Seyfullah  İlyası  ziyarət 

etdi.

Ziyarət  üçün  Cemal  Yangına  təşək-



kürünü  bildirən  Seyfullah  İlyas  Azər-

baycanda  xidməti  işə    başlamaqdan  və 

ATİB-ə üzv olmaqdan böyuk iftixar hissi 

keçirdiyini bildirdi.

20

say 25 | 



EcoVision

ATİB xəbərləri

ATİB Baş katibi üzvləri ziyarət edib

21

say 25 | 



EcoVision

işgüzar nahar

Azərbaycan Türkiyə İş Adamları Birliyi iqtisadi və sosial 

sahədəki fəaliyyətini genişləndirmək məqsədilə işgüzar 

nahar keçirməyə başlayıb

30.09.15

22

say 25 | 



EcoVision

işgüzar nahar

23

say 25 | 



EcoVision

işgüzar nahar

Azərbaycan Türkiyə İş Adamları Birliyi iqtisadi və sosial 

sahədəki fəaliyyətini genişləndirmək məqsədilə işgüzar 

nahar keçirməyə başlayıb

11.11.15

24

say 25 | 



EcoVision

işgüzar nahar

25

say 25 | 



EcoVision

ECOVİSİON təəssürat

İşgüzar nahar – iş tərəfdaşı ilə qeyri-rəs-

mi şəraitdə tanış olmağa imkan verən gö-

rüşdür. Heç bir müqavilə imzalanmasa belə, 

işgüzar şam yeməyinin vəzifəsi və qaydaları 

biznes tərəfdaşını psixoloji cəhətdən məh-

suldar  əlaqəyə  yönəltməkdir.  Bütün  dün-

yada  biznes  tərəfdaşı  tərəfindən  işgüzar 

nahara  dəvət  hörmət  əlaməti  hesab  edilir 

və  qeyri-rəsmi  şəraitdə  aktual  mövzuları 

müzakirə  etmək  arzusudur.  İşgüzar  nahar 

həm də bir-biri ilə tanış olmaq və yaxından 

tanımaq üçün yaxşı səbəbdir. 

Mənim çox xoşuma gəldi ki, sahibkarlığın 

müxtəlif profilləri üzrə məşğul olan bir çox 

iş  adamı  dəvəti  qəbul  etdi,  iqtisadiyyatın, 

demək olar ki, bütün məsələləri üzrə müza-

kirə xarakterli fikir mübadiləsi aparıldı. Mə-

nim diqqətimi həm də təşkilatçıların burada 

edilən çıxışların tematikasını rəngarəng et-

mək cəhdləri və hər dəfə işgüzar şam yemə-

yinin  sonunda  Azərbaycan  Respublikasının 

dövlət strategiyası barədə çıxışların təqdim 

olunması cəlb etdi.



Dilara Zamanova 

“AtaHolding” ASC  Korporativ  

kommunikasiya şöbəsinin rəisi  

ATİB  yönetiminin  katıldığım  2.ci 

yemeğinde  organizasyon yine çok ba-

şarılıydı.  Yemek  başlamadan  önceki 

ayaküstü sohbetler, iş adamlarının kay-

naşması ve birlik olabilmek için hoş bir 

ortam  yaratıyor.  Yemek  esnasındaki 

konuşmacıların  kısa  ve  can  sıkmayan 

anlatım şekli zamanın çabuk geçmesini 

sağladı. Her yemekte ayrı bir konu se-

çilip, bu konu hakkında detaylı anlatım 

yapılması  yemek  organizasyonunu  di-

ğer  yemeklerden  farklı  kılıyor.  Emegi-

nize saglik  . . .



Selim Akbay

AGT-nin direktor müavini

İşgüzar nahardan son dərəcə məmnun 

olduğumu diqqətinizə çatdırmaq istəyirəm.

Yüksək səviyyədə təşkil olunmuş təd-

birə görə Sizə öz təşəkkürümü bildirirəm. 

Bu cür tədbirlər yeni işgüzar əlaqələr 

qurmaq  və  təmsil  etdiyimiz  şirkətlər  və 

onların fəaliyyəti barədə məlumat vermək 

imkanı yaradır. 

Sizə bir daha öz minnətdarlığımı bildi-

rir və fəaliyyətinizdə uğurlar arzulayıram. 

Osman Nemli

NORM-un Baş əməliyyatlar üzrə 

direktoru

26

say 25 | 



EcoVision

Biz  “PAŞA  Bank”  olaraq  Azərbaycan 

Türk  İş  Adamları  Birliyinin  yeni  üzvləri 

olsaq da, qısa zamanda təşkilatın təklif et-

diyi tədbir və təşəbbüslərdən faydalanmı-

şıq. ATİB tərəfindən peşəkarcasına təşkil 

olunan aylıq işguzar naharlarda biz həm 

biznes  əlaqələri  qurmaq,  həm  də  fərqli 

sektorlarda çalışan həmkarlarımızla fikir 

mübadiləsi  aparmaq  imkanı  qazanırıq. 

Gələcəkdə də böyük məmnuniyyətlə ATİB 

və onun üzvləri ilə əməkdaşlıq etmək niy-

yətindəyik. 



 Melih Mengü

Biznes inkişafı departamentinin direktoru

Dünya ölkələri saymaqla çətin bitirə-

cəyimiz  qədər  iqtisadi  təlatümlər  gör-

müşdür.  Lakin  heç  biri  qalıcı  olmamış 

və başladığı kimi, bir gün də bitmişdir. 

Zənn edirəm ki, biz iş adamlarının və zi-

yalıların  öhdəliyinə  düşən  bu  təlatüm-

lərdən hansı yollarla çıxışların mümkün 

olduğunu  araşdırıb  tapmaq  və  bunları 

tətbiq etməkdir. Azərbaycan Türkiyə İş 

Adamları  Birliyinin  məhz  belə  bir  qu-

rum  olduğunun  şahidi  olmaq  qürurve-

ricidir.  ATİB-in  iqtisadi  inkişafın  rəhni 

olan  gənc,  arzulu  və  zəkalı  gənclərə, 

eləcə də gənc iş adamlarına dəstək ver-

məsi bir ayrıcalıqdır.



Xəyal Rəhimov

“Real Cleaning” şirkətinin rəhbəri

ECOVİSİON təəssürat

27

say 25 | 



EcoVision

ATİB İdarə heyətinin üzvü 

Rafiq Qarayev “İlin Qızıl adamı” 

mükafatına layiq görüldü

İpəkyolu Strateji Araşdırmalar Mərkə-

zi (IPAR) və “Beynəlxalq İpəkyolu” jurnalı 

“İlin Qızıl Adamı” adlı mükafata Azərbay-

can  Türkiyə  İşadamları  Birliyinin    İdarə 

heyətinin  üzvü  Rafiq  Qarayevi  layiq  gö-

rüb.  Mükafat  İstanbulda  10  ölkədən  qa-

tılan yüksək səviyyəli insanların iştirakı 

ilə möhtəşəm bir mərasimlə sahiblərinə 

təqdim olunub. 

İlin Qızıl adamı

28

say 25 | 



EcoVision

İlk öncə bir rəhbər kimi “Farmetik” 

MMC-ni  oxucularımıza  tanıtmanızı 

istərdik.

İ.B.:

  “Farmetik”  MMC  Azərbaycanda 

2004-cü ildən  dərman satışı və paylaş-

dırma  deposu  olaraq  fəaliyyətə  başla-

yıb. O gündən bugünə kimi depo olaraq 

fəaliyyətini  davam  etdirir  və  dərman 

bazarında özünü təsdiq etməkdədir.

2009-cu  ilin  noyabr  ayından  Babək 

prospektindeki  öz  yerimizə  köçdük. 

Yeni  ünvanımızdakı  məkan  təxminən 

2000  kvadratmetr  ərazidə  yerləşir  və 

onun  yarısı  qapalıdır.  Depomuz  (dər-

man saxladığımız yer) 800 kvadratmetr 

sahəni  əhatə  edir.  Depo  bütün  qoyulan 

sağlamlıq  standartlarına  uyğun  olaraq 

düzəldilib. Burada temperatur, təzyiq və 

saxlanma qaydalarına tam riayət edilir.

Məkanımızda  ofis  hissə  də  var.  Ofis-

də  apteklər  və  digər  depolar  tərəfindən 

verilən  sifarişlər  qəbul  olunur,  depoya 

verilir, depo həmin sifarişləri yığır və ap-

teklərə  servis  ekspeditorları  tərəfindən 

çatdırılır. Kollektivimiz bir ailə olaraq ça-

lışır. Biz   müştərilərlə hər zaman  mehri-

ban və yaxşı münasibət qurmağa çalışırıq.

Depomuz,  digər  depolardan  fərqli 

olaraq,  sadəcə  “Asfarma”  dərmanlarının 

satışı  ilə  məşğul  olur.  “Asfarma”  marke-

tinq ilə məşğul olan bir şirkətdir. Bu fir-

ma Azərbaycanda 1997–ci ildən fəaliyyət 

göstərir  və  hal-hazırda  inkişaf  edərək 

Rusiya,  Özbəkistan  Moldova,  Latviya, 

Qazaxıstan və Gürcüstan kimi  ölkələrdə 

fəaliyyətini davam etdirir. 

İrfan Başkurt: “Dərmanların 

qiyməti orta hesabla 2-3 

dəfə aşağı salınıb”

30

say 25 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə

biznes təhsili 

Azərbaycanın  hansı  regionlarında 

fəaliyyət göstərirsiniz?

İ.B.:

  Bakıdan  başqa  Gəncə,  Göyçay, 

Lənkəran, Quba və Şirvan şəhərlərində də 

satış nöqtələrimiz var. Oradan respublika-

nın  bütün rayonlarına dərman vasitələri-

nin çatdırılması xidməti göstərilir. 



Şirkətiniz  əsasən  hansı  ölkələr-

lə  əməkdaşlıq  edir?  Daha  çox  hansı 

ölkələrdən  dərman  vasitələri  idxal 

edirsiniz?

İ.B.:

  Şirkətimiz  əsasən  Türkiyə,  İn-

giltərə  və  Avropanın  qabaqcıl  ölkələri 

ilə əməkdaşlıq edir. Bu firmaların hamısı 

GMP standartlarında istehsal edir. Həmçi-

nin biz də  GDP standartlarına uyğun ola-

raq satış edirik.

Bildiyiniz  kimi,  “Dövlət  qeydiyyatı-

na  alınmış  dərman  vasitələrinin  qiy-

mətlərinin  tənzimlənməsi  və  həmin 

qiymətlərə  nəzarətin  həyata  keçiril-

məsi Qaydası” təsdiq edilib. Bu qərar-

dan  sonra  şirkətiniz  tərəfindən  idxal 

olunan dərman vasitələrinin qiymətin-

də və həcmində hər hansı bir dəyişik-

lik baş verməyib ki? Ümumiyyətlə, bu 

qərarı necə dəyərləndirərdiniz?

İ.B.:

  “Dövlət  qeydiyyatına  alınmış 

dərman  vasitələrinin  qiymətlərinin 

tənzimlənməsi  Qaydası”  təsdiq  edilən-

dən  sonra  proses  başladı.  Sıra  ilə  siya-

hılar çıxır və onlara uyğun olaraq bütün 

dərmanların  qiymətləri  tənzimlənir. 

Hal-hazırda  proses  davam  etdiyinə 

görə  bir  keçid  dövrü  yaşanır.  Bu  gün 

dərmanların  çoxunun  qiyməti  2-3  dəfə 

aşağı düşüb. Proses bitdiyi zaman, mən 

elə düşünürəm ki, bu dəyişiklik əhaliyə 

çox müsbət təsir edəcək və alıcılıq qabi-

liyyəti artacaq. Son olaraq bu proseslər 

bizə sosial sığorta sisteminin də inkişaf 

edəcəyini düşündürür.



“Farmetik”  MMC  olaraq,  yəqin  ki, 

marketinq  araşdırması  aparırsınız. 

Maraqlıdır,  alıcılar  daha  çox  qiymətə, 

yoxsa keyfiyyətə üstünlük verir?

İ.B.:

 Ümumiyyətlə iki çeşid dərman var: 

reseptlə və reseptsiz alınanlar. Dərmanla-

rın əsas hissəsi ancaq reseptlə alına bilər. 

Bunun üçün həkim resept yazmalıdır. Hə-

kim resepti yazanda xəstənin ayrı bir əvəz-

edici almaq ixtiyarı və ya istəyi ola bilməz. 

Həkimlər isə öz seçimlərini inandıqları və 

təcrübə etdikləri dərmanlara verir və on-

ları  reseptə yazırlar. Reseptsiz dərmanlar 

apteklərdən problemsiz alına bilər. Bu dər-

manların alınması alıcılıq qabiliyyətindən 

və  keçmiş  təcrübə  nəticəsində  yaranan 

inamdan asılı olan bir faktordur. Elə alıcılar 

var ki markaya, eləsi var ki qiymətə üstün-

lük verir. 



Cəmiyyətdə  belə  bir  fikir  var  ki, 

dərman  vasitələrinin  qiymətlərinin 

tənzimlənməsindən sonra qiymətlərin 

aşağı düşməsi keyfiyyətə də öz təsirini 

göstərə  bilər.  Bu  fikrə  münasibətinizi 

bilmək istərdik.

İ.B.:

  Azərbaycan Respublikasına daxil 

olan hər bir dərman vasitəsi Analitik Eks-

pertiza  Laboratoriyasında  standartlara 

uyğun  olaraq  yoxlanılır  və  qeydiyyatdan 

keçəndən  sonra  bazara  buraxılır.  Bu  o 

deməktir ki, dərman bazarında keyfiyyət-

siz derman vasitəsi ola bilməz. 


1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə