Jurnalımızın növbəti buraxılışı səhiyyə



Yüklə 13,49 Mb.
Pdf görüntüsü
səhifə4/91
tarix02.01.2022
ölçüsü13,49 Mb.
#1002
1   2   3   4   5   6   7   8   9   ...   91
Prof.  Dr.  Ali  Kutvan: 

Kümelenme  te-

melli  ekonomik  rekabet  ve  kalkınma 

stratejileri



Kaya  Karslı: 

Kendimi  Azerbaycansız 

düşünemiyorum

62

63



Beynəlxalq Sərgilər

Biznes təklifləri

2

say 25 | 



EcoVision


8


idarə heyəti üzvləri

Cemal Yangın

İdarə heyətinin sədri

İstanbul Çarşı İmport Export Ltd.

Rəşad Rəsullu

İdarə heyətinin üzvü

Ata Holdinq ASC

Oktay Vayiç

İdarə heyətinin üzvü

Network Global Logistics MMC

Cem Becel

İdarə heyəti sədrinin 

müavin

“Azərbaycan Koka Kola  



Bottlers Ltd” MMC

Kaya Karslı

İdarə heyətinin üzvü

“İstanbul Reklam Market” MMC

Mürsəl Rüstəmov

İdarə heyəti sədrinin 

müavin

“PAŞA Həyat Sığorta” ASC



İsmail Şahin Bürhan

İdarə heyətinin üzvü

Borusan MAKİNA Servis 

ve Ticaret A.S.



Rafiq Qarayev

İdarə heyətinin 

üzvü

“RR Group of Companies” MMC



Ali Gümüş

İdarə heyətinin üzvü

Adopen Plastik San. AŞ.

Aydın Məmmədov

İdarə heyətinin 

üzvü

Aramex


Fariz Əmirov

İdarə heyətinin üzvü

Biləv İnşaat

ATİB İdarə heyətinin 

2015-2018-ci illərdə tərkibi

4

say 25 | 



EcoVision



ATIB haqqında

Pərvanə Hacıyeva

Baş katib



Sevinc Dostaliyeva

Baş assistent



Eyvaz Qocayev

Mütəxəssis



Gülnar Şirinova

PR Manager



Mətanət Şirinova

Mühasib


Aytən Camalova

Katibə referent



Sevda Məmmədli

Layihə koordinatoru

ATİB Katibliyi

6

say 25 | 



EcoVision



ATİB-in VİZYONU:

ATİB-in MİSSİYASI:

ATİB üzvlərinə faydalı xidmətlər:

ATİB-in üzvlük şərtləri: 

ATİB-ə üzvlük nə verir:

Azərbaycan Türkiyə İş Adamları Birliyi Azərbaycanı regi-

onun qabaqcıl ölkəsi kimi və dünyanın inkişaf etmiş ölkələri 

sırasında görür və bunun üçün öncəliklə Azərbaycan və Türkiyə 

arasında, daha sonra isə Azərbaycan və digər ölkələr arasın-

da iqtisadi, sosial və mədəni əlaqələrin inkişaf etdirilməsinin 

vacibliyinə inanır.

ATİB Azərbaycan iqtisadiyyatını canlandıran yeni inkişaf 

istiqamətində Türkiyə və Azərbaycan iş adamlarını bir yerdə 

toplayaraq, Azərbaycanın sahib olduğu iqtisadi potensialdan 

birlikdə istifadə etmək və bir SİNERJİ yaratmaq üçün qurulub.

•  Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi üçün 

dövlət orqanları və ATİB üzvləri arasında körpü rolu həyata 

keçirilir;

•  ATİB ofisində təqdimat, seminar və treninqlərin keçirilməsi 

xidmətini həyata keçirir; 

•  ATİB üzvləri haqqında məlumatların təşkilatın internet 

səhifəsində yerləşdirilməsi imkanını yaradır;

•  Üzvlər üçün müxtəlif dövlət orqanları təmsilçilərinin iştirak 

etdiyi açıq və qapalı toplantılar keçirir; 

•  Üzvlər arasında əlaqələrin gücləndirilməsi üçün mütəmadi 

olaraq səhər yeməkləri və axşam ziyafətləri təşkil edir;

•  Üzvlərə ictimaiyyətlə və media ilə əlaqələr üzrə dəstək 

xidməti göstərir;

•  Üzvlər arasında səmimiyyətin tam formalasdırılması üçün 

istirahət və əyləncə məqsədli tədbirlər təşkil edir;

•  ATİB-in Nizamnaməsinə əsasən üzv olacaq hüquqi və fiziki 

şəxsin  və ya xarici şirkətin təmsilçiliyinin Azərbaycanda 

fəaliyyət göstərməsi. 

•  Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti və ATİB-ə 

üzvlük blankı (üzvlük blankı əlavə edilir). 

•  Birliyə illik üzvlük haqqı olaraq 1200 manat ödənilməsi. 

Ödəmə hissə-hissə də həyata keçirilə bilər. 

•   Yeni biznes əlaqələrinin formalaşdırılması 

•   Şirkətinizin daha yaxşı tanıdılması 

•  Ən son informasiyanın əldə edilməsi 

•  Hər iki ölkədə biznes etiketi və ənənələri ilə tanışlıq 

•  Müxtəlif layihələrin həyata keçirilməsində iştirak 

ATIB haqqında

8

say 25 | 



EcoVision



üzvlərdən xəbərlər

“PAŞA  Həyat  Sığorta”  şirkətinin  təşəb-

büsü və təşkilati dəstəyi ilə noyabr ayının 

13-də  Azərbaycanda  ilk  dəfə  olaraq  “İn-

san Resursları Forumu – Bakı 2015” adlı 

geniş tədbir keçirilib.

Tədbirdə  Azərbaycan  Türkiyə  İş 

Adamları  Birliyinin  sədri  Cemal  Yangın, 

sədr müavini Cem Becel və ATİB Baş kati-

bi Pərvanə Hacıyeva da iştirak edib.

Forumda  beynəlxalq  təcrübə  və  yer-

li  yanaşmanın  vəhdəti,  eyni  zamanda 

qarşılıqlı fikir mübadiləsi aparmaq üçün 

ölkənin  ən  nüfuzlu  təşkilat  və  şirkətləri-

nin  200-dən  çox  peşəkar  HR  rəhbərləri 

iştirak edib.

Forumda  çıxış  edən  “PAŞA  Həyat  Sı-

ğorta”  ASC  İdarə  heyətinin  sədri  Mürsəl 

Rüstəmov qeyd edib ki, “dövlətimizin baş-

çısı  cənab  İlham  Əliyevin  bildirdiyi  kimi, 

“Biz qara qızıl olan nefti insan kapitalına çe-

virmək siyasətini həyata keçiririk”. Elə bi-

zim də təşəbbüsçü və təşkilatçı olaraq bu 

forumu  keçirməkdə  əsas  məqsədimiz  bu 

siyasətin  icrası  ilə  bağlı  üzərimizə  düşən 

öhdəlikləri layiqincə yerinə yetirməkdir”.

M.Rüstəmov  bu  tədbirin  “PAŞA  Hə-

yat”ın  sosialyönümlü  növbəti  layihələ-

rindən  biri  olduğunu  qeyd  edib:  “Bu  fo-

rumdan  əvvəl  “PAŞA  Həyat”  tərəfindən 

müxtəlif  sahələri  əhatə  edən  bir  neçə 

sosial  layihə,  o  cümlədən  Azərbaycanı 

dünyaya  tanıtmaq,  onun  zəngin  tarixi 

mədəni irsini, həmçinin müasir inkişafını 

dünyaya çatdırmaq istiqamətində bir çox 

layihələr həyata keçirilib”.

Daha  sonra  forumun  əsas  hissəsində 

çıxışlar dinlənilib. Forumda son illər ərzin-

də Azərbaycanda insan resurslarının idarə 

edilməsinə artan maraq, bu sahədəki inki-

şaf, həmçinin xarici təcrübənin yerli bazar-

da tətbiqinin nəticələri müzakirə olunub.

10 sentyabr 2015-ci ildə ATİB üzvü olan 

“Koç Sistem” “Park Inn” hotelində “Koç Sistem 

Texnologiya Workshop” bağlı tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan “Koç Sistem - 

Azərbaycan”ın rəhbəri Ali B.Kutvan şirkətin 

70 illik fəaliyyətindən və bugünə qədər keç-

diyi inkişaf yollarından danışıb. Daha sonra 

“Koç  Sistem  -  Azərbaycan”ın  satış  müdiri 

Görkəm  Göçən  qurum  haqqında  məlumat 

verib.  Onun  sözlərinə  görə,  “Koç  Sistem” 

“Koç Holding”in tərkib hissəsidir. Artıq 3 il-

dir Azərbaycanda fəaliyyət göstərir: “Ümu-

milikdə  isə  70  ildir  bu  şirkət  yaradılıb  və 

fəaliyyət göstərir. Bu illər ərzində çox partn-

yorlarımız olub”. 

Daha  sonra  G.Göçən  “Koç  Sistem  - 

Azərbaycan”ın  xidmət  bölmələrinin  fəa-

liyyətinə  toxunub.  Azərbaycanda  bir  çox 

şirkətlərlə əlaqələr qurduğunu deyən sa-

tış müdiri əlavə edib ki, ən çox “Azərfon”, 

“Inteltek”, “Topaz.az”, “AzərSun”, “Yapı Kre-

di  Bank  Azərbaycan”  və  bu  kimi  başqa 

şirkətlərlə geniş əlaqələr yaradılıb.

Tədbirdə  daha  sonra  şirkətin  rəhbər 

vəzifə sahibləri, Rabitə və Yüksək Texno-

logiyalar  Nazirliyinin,  “Veysəloğlu”  şirkə-

tinin  əməkdaşları  və  başqaları  iştirak 

edib.


ATİB İdarə heyətinin üzvü “PAŞA Həyat 

Sığorta” ASC-nin təşəbbüsü ilə “İnsan 

Resursları Forumu – Bakı 2015” adlı 

geniş tədbir keçirilib

“Koç Sistem 

Texnologiya 

Workshop” adlı 

tədbir keçirilib

10

say 25 | 



EcoVision


Oktyabrın 21-dən 24-dək keçirilmiş “Ba-

kuBuild-2015” 21-ci Azərbaycan Beynəlxalq 

İnşaat Sərgisində ATİB üzvü “NORM Sement” 

zavodu iştirak edib. 

Sərgi  “NORM  Sement”  zavodu  və  onun 

məhsullarının  daha  geniş  tanıdılmasında,  ti-

kinti təşkilatları ilə iş əlaqələrinin qurulmasın-

da, satış imkanlarının artırılmasında, potensi-

al müştərilərin cəlb olunmasında və şirkətin 

gələcək inkişafında əhəmiyyətli rol oynamaq-

la yanaşı, tədbiri ziyarət edən mütəxəssislərlə 

ünsiyyət saxlamaq və uğurlu təşviqat kampa-

niyasını həyata keçirmək imkanı verib.

İnsanların fərdi və kollektiv şəkildə ça-

lışdıqları məkanlara ən münasib mebellər 

təqdim  edən  “Zivella”  “BakuBuild-2015” 

sərgisində öz stendi ilə müştərilərin zövqü-

nü oxşayıb. “Zivella” müştərilərinin istək və 

ehtiyaclarını qarşılayacaq dizaynı, gözəlliyi 

və keyfiyyəti bir araya gətirən gənc, həssas 

və daima öyrənən bir şirkətdir.

Digər ATİB üzvü “SR GROUP CO” MMC-

yə  daxil  olan  “Arçelik”  də  sərgidə  iştirak 

edib.  Xatırladaq  ki,  keyfiyyətli  və  geniş  çe-

şidli  məhsullarıyla  qürur  duyan  “Arçelik” 

avadanlıqların zəmanətli və postzəmanətli 

təmirini təmin edən yüksək səviyyəli infor-

masiya və servis dəstəyi təklif edir.

Azərbaycan  Türkiyə  İş  Adamları  Bir-

liyinin  Baş  katibi  Pərvanə  Hacıyeva  üzv-

lərimizin  stendini  ayrı-ayrılıqda  ziyarət 

edərək onlara uğurlar arzuladı.

ATİB üzvü olan “Business Service Centre” 

MMC  oktyabrın  29-da  ATİB  ofisində  təq-

dimat keçirdi. Təqdimatda ATİB üzvləri və 

ATİB-in Baş katibi Pərvanə Hacıyeva iştirak 

etdi.

“BSC  Group”un  icraçı  direktoru  Təranə 



Mahmudova  şirkət  haqqında  geniş  məlu-

mat verdi. 

Qeyd  edək  ki,  1997-ci  ildən  fəaliyyət 

göstərən  “Business  Service  Centre”  LTD 

(BSC Group) şirkəti hüquq, maliyyə, müha-

sibatlıq və kadr xidmətləri sektorunda apa-

rıcı  mövqeyə  malikdir.  Fəaliyyət  müddəti 

ərzində  təyinat  və  mürəkkəblik  dərəcəsi 

fərqli olan yüzdən artıq şirkətlə əməkdaşlıq 

etmiş  və  qazandığı  etibarlı  tərəfdaşlığı  ha-

zırda da uğurla davam etdirməkdədir.

ATİB  üzvləri  “NORM”  MMC-nin  Baş 

icraçı  direktoru  Hasan  Yalçınkaya,  “Star 

Public Transport” şirkətinin rəhbəri Selim 

Evsen arasında ikili görüşmə olub. Görüş-

də ATİB-in Baş katibi Pərvanə Hacıyeva da 

iştirak edib.

ATİB üzvləri “BAKUBUİLD-2015” 21-ci 

Beynəlxalq İnşaat Sərgisində iştirak etdilər

“Business Service Centre” MMC ATİB ofisində təqdimat keçirdi

ATİB üzvləri 

arasında ikili 

görüşmə 

üzvlərdən xəbərlər

11

say 25 | 




Yüklə 13,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin