Vəliyeva İradə I e. n., AdiU “Ticarət” kafedrasının dosenti



Yüklə 57,72 Kb.
səhifə1/6
tarix13.12.2023
ölçüsü57,72 Kb.
#175518
növüXülasə
  1   2   3   4   5   6
SOSIALBKLRDREKLAMINSASXSUSIYYTLRIVONUNINKIAFISTIQAMTLRI (1)


Vəliyeva İradə
i.e.n., ADİU “Ticarət” kafedrasının dosenti
SOSIAL ŞƏBƏKƏLƏRDƏ REKLAMIN ƏSAS XÜSUSIYYƏTLƏRI VƏ ONUN INKIŞAF ISTIQAMƏTLƏRI
Xülasə
Məqalədə sosial şəbəkələrddən və orada yerləşdirilən reklamın xüsusiyyətlərindən söhbət acılır və Azərbaycanda onun inkişaf etdirilməsinin əsas istiqamətləri göstərilir.
Açar sözlər: sosial şəbəkə,sosial media,internet-reklam

Giriş.
Hazırki dövrdə Sosial şəbəkələr internet istifadəçıləri arasında çox böyük populyarlıq qazanmışlar. İnsanlar bu şəbəkələrdə birləşir, maraq dairələrinə uyğun platformalar yaradır, bir biri ilə fotolar, videogörüntülər və digər materiallarla mübadilə edərək külli miqdarda vaxt sərf edirlər. Sosial şəbəkələr insanlara zaman və ərazi maneələrini keçərək, kompyuterin qarşısında öz iş otagında, evdə, təbiətin qoynunda yolda və s yerlərdə dostları, qohumları, tanışları ilə ünsiyyət yaratmalarına imkan yaradır. Getdikcə həyatımızda daha çox yer tutan sosial şəbəkələr sadəcə əyləncə və söhbət məkanı deyil, artıq bir çoxları üçün iş yeri və iqtisadi proseslərin sürətlə inkişaf etdiyi mərkəz rolunu oynayır.
Bazar iqtisadiyyatının ayrılmaz tərkib hissələriııdən olan, istehsalçılar və istehlakçılar arasında əlaqə forması olan reklamın inkişafı daima güclənir. Reklamı müasir dövrün iqtisadiyyatından, mədəniyyətindən, incəsənətindən ayırmaq qeyri mümkündür.Müasir dövrdə reklamın digər formaları ilə yanaşı sosial şəbəkələrdə reklama da çox böyük əhəmiyyət verilir.

  1. Sosial şəbəkələr və onların təsnifatı

Müxtəlif mənbələr sosial şəbəkəni izah etməyə və bir tərif verməyə çalışıblar Sosial şəbəkə ingilis termini olub (social network) qarşılıqlı sosial münasibətlərin təşkili, qurulması və təqdim olunması üçün nəzərdə tutulan, onlayn xidmət və veb saytlardan ibarət platformadır. Sosial şəbəkə (internetdə) çoxsaylı istifadəçisi olan interaktiv vebsayt kimi başa düşülür. Bura istifadəçilər könüllü və müstəqil surətdə daxil olurlar və hər hansı bir şəxsi məlumatla qeydiyyatdan keçirlər. Bu saytlar virtual sosial mühit yaratmaqla, eyni maraqlara malik bir qrup istifadəçinin vahid forumlarda, çatlarda və platformalarda ünsiyyət qurmaq imkanını yaradır.
Sosial şəbəkənin tərifinə gəlincə onu sosial qarşılıqlı əlaqələr , sosial obyektlər (adamlar və ya təşkilatlar) və kommunikasiyalar arasında sosial struktur düyünlərindən ibarət olan qrup kimi müəyyən etmək olar. Sosial şəbəkələrdə təkcə eyni maraqları olan insanların axtarışı deyil, həmçinin bu insanlara maraqlı olan obyektlərin də axtarışı həyata keçirilir.
İnternet üzərində müvafiq sosial şəbəkə 1995-ci ildə Amerika portalı olan Classmates.com ( Rusiyanın analoji “Odnoklassniki”) dan başlayaraq yaranmaşdir. Bu layihə çox uğurlu olaraq sonrakı illər ərzində onlarla belə xidmətin yaranmasına səbəb olmuşdur. Amma sosial şəbəkələr bumunun önündə 2003-2004-cü illərdə yaradılaraq istifadəyə verilən LinkedIn, MySpace və Facebook sosial şəbəkələri hesab olunur.MDB dövlətlərindən Rusiya və Azərbaycana isə sosial şəbəkələr dəbi 2 il sonra, 2006 –cı ildə “Odnoklassniki” və “ VKontakte” ilə gəldi RİA-novosti- yə isti­nadən hazırda dünya üzrə bütün internet istifadəçilərinin 70% -ə qədəri sosial şəbəkələrdən istifadə edir və hər daxilolmada orta hesabla 37 dəqiqə vaxt sərf edir. Azərbaycanda isə son 10 ildə (2003-2013) internet istifadəçilərinin sayi 14 dəfə artaraq ölkə əhalisinin 70 faizini əhatə edir və ən azı 22 %-i sosial şəbə­kələrə daxil olur1. Təbii olaraq, bu, sahibkarlar üçün son dərəcə əlverişli reklam sahəsi kimi çıxış edə bilər.
Sosial şəbəkələrin geniş axtarış imkanları və segmentlərə uyğun olaraq bazarın təbəqələşməsi onlarda yerləşdirilmiş reklamın daha səmərəli və effektiv olmasına imkan yaradır.Uğurlu reklam kampaniyasının təşkil edilməsi üçün məhsula (və ya xidmətin) təyinatına uyğun olaraq sosial şəbəkəni seçmək lazımdır. Müştərilərinə printer təklif edən sahibkarla, restoran sahibinin sosial şəbəkədə fəaliyyəti bir ola bilməz. Hansı məhsulu, hansı tip sosial şəbəkələrdə reklam etmək lazım olduğunu təyin etmək üçün sosial şəbəkələri 3 qrupa bölmək olar: kütləvi istifadəçilər üçün nəzərdə tutulmuş sosial şəbəkələr, professional sosial şəbəkələr və ümumi maraqlar üzərində qurulan sosial şəbəkələr2.
Мой мир, Однаклассники, Вконтакте, Facebook, Twitter kimi sosial şəbəkələrə aid edilən kütləvi istifadəçilər üçün nəzərdə tutulmuş sosial şəbəkələrdə daha çox kütləvi tələbat malları, məsələn, geyim əşyaları, mebel, avtomobil, restoranlar, xidmət obyektləri və digər məhsulların reklamı daha effektiv olur. Linkedin, Xing, Мой круг və s. şəbəkələr aid edilən professional sosial şəbəkələrdə əsasən xüsusi peşə sahibləri toplanır. Belə saytlarda kütləvi tələbat üçün deyil, müxtəlif peşəkarları maraqlandıran reklamların yerləşdirilməsi daha effektiv hesab edilir. Ümumi maraqlar üzərində qurulan sosial şəbəkələrdə isə istifadəçilər öz maraqlarına görə birləşib müzakirələr aparırlar. (məsələn, dizaynerlər, şahmatçılar və ya hansısa musiqi janrını seçən adamlar.) Buraya, MySpace, MyAnimeList kimi sosial şəbəkələr aid edilə bilər. Qeyd etmək lazımdır ki, bu tip sosial şəbəkələrin Azərbaycanda istifadəçiləri hələlik son dərəcə azdır.
Sosial şəbəkədə reklam bazarının həcmi daima artır. Belə ki, “eMarketer analitik şirkətinin apardığı qiymətləndirməyə əsasən 2012-c-i ildə sosial şəbəkələrdə reklamın həcmi 7,2 milyard dollara çatmışdır. eMarketer şirkətinin ekspertlərinin hesabatında mediya, kontekst və videoreklam da daxil olmaqla sosial şəbəkələrdə yerləşdirilən reklamların bütün növləri nəzərə alınmışdır3.


  1. Yüklə 57,72 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin