Vəliyeva İradə I e. n., AdiU “Ticarət” kafedrasının dosenti



Yüklə 57,72 Kb.
səhifə3/6
tarix13.12.2023
ölçüsü57,72 Kb.
#175518
növüXülasə
1   2   3   4   5   6
SOSIALBKLRDREKLAMINSASXSUSIYYTLRIVONUNINKIAFISTIQAMTLRI (1)

Banner reklam bu gün də internetdə ən populyar reklam forması olaraq qalır, və onun online reklam bazarınıda payı 50%-dir. 2010-cu ildə reklamın bu növünün ümumi büdcəsi 4.5mlrd ABŞ dolları ötüb keçmişdir
İnternet reklamın ikinci populyar növü kontekst reklamdır. Kontekst Reklam – hədəfə alinan kütlənin sayta cəlb edilməsinin ən qısa yoludur. Yəni arama motorlarında (поисковики) sorğu zamanı saytın ön sirada görüntülənir. Ilk dəfə reklamın bu növü 1997-ci ildə meydana çıxdı. Onun təsisçisi, Bill Qross “ İdealab “ şirkətinin sahibi, ilk axtarış sorğu nəticələri ilə göstərilmiş linklərin satışı fikrini irəli sürmüşdü. Bu fikir sonradan adı Overture adlanaraq, Goto.com layihənsinin başlanması ilə nəticələndi.
Sosial şəbəkələrdə reklam yerləşdirmənin üstün cəhətlərindən biri TV və digər reklam daşıyıcılarından fərqli olaraq qiymətlərin son dərəcə münasib olmasıdır. Bəzən ödənişsiz reklam yerləşdirməyin mümkün olduğu sosial şəbəkələrdən əldə edilən məlumatlara istehlakçıların inam faizi son dərəcə yüksəkdir. Təsadüfi deyil ki, PG kimi dünyanın ən iri reklam verən şirkətinin marketinq direktoru Mark Pritçardınin sözlərinə görə, “reklam sənayesi özünü bötüvlükdə sosial-medianın üzərində qurmalıdır, çünki insanlar artıq adi televiziya və küçə reklamlarından beziblər7
Eyni tendensiya Azərbaycanda da davam edir. Era Marketing şirkətinin araşdırmalarına görə, Azərbaycan əhalisinin yalnız 18%-i TV və radio reklamlarına inanır. Ölkədə əhalinin böyük əksəriyyəti üçüncü şəxslərə və keçmiş təcrübəsinə daha çox etibar edirlər ki, bu da sosial medianın hal-hazırda nə qədər əhəmiyyətli ola biləcəyini sübut edir8.
Sosial şəbəkələrdə reklamın yerləşdirilməsi qısa vaxt ərzində və daha az vəsait sərf etməklə geniş əhatə dairəsinə sahib olmağa, həmçinin hədəf kütləsinə birbaşa və dəqiq müraciət etməyə və ani olaraq geriyə əlaqə almağa unikal imkan verir. Hal hazırda sosial şəbəkələrdən əlavə bu qədər rahat reklam meydanını təsəvvür belə etmək çətindir. Müasir sosial şəbəkələrin digər saytlarla müqayisədə bütün bu üstünlükləri onları reklamçılar üçün ideal meydana çevirir.



Yüklə 57,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin