Sosial şəbəkədə reklam yerləşdirən sahibkarların uğur əldə etməsi ehtimalları daha çoxdur çünki sosial şəbəkədə reklam aşağıdakı xüsusiyyətlərinə görə daha effektiv nəticə göstərə bilir:
Məqsədyönlülük- bu internet reklamın əsas xüsusiyyətidir. Televiziyada qətiyyən maraqlı olmayan reklam adətən insanlari əsəbləşdirir, əksinə onlari maraqlandıran əşyalar haqqında reklam isə normal təsir göstərir. İnternetdə isə məqsədyönlülük prinsipini tətbiq etməyə daha geniş imkan yaranır. Hər hansı bir əşyanı məqsədli auditoriya qarşısında reklam etmək mümkün olur. Məsələn film portallarına daxil olduqda kino yenilikləri haqqında məlumatlar insanları əsəbləşdirmir, əksinə daha da maraqlandırır. Əlbəttə ki, əgər bu reklam saytın səhifələrində onların rahat seyrinə mane olmursa4.
Məlumatlılıq- İnternet saytlarında maraqlı reklam seyircilər tərəfindən gördündukdə bir iki klik etmək kifayət edir ki həmin mal və ya xidmət haqqında ətraflı məlumat alsin. Lakin digər reklam növlərində müəyyən həcmdə reklam təklif olunduğu halda həmin xidmət və ya mal haqqında tam təsəvvür almaq çətin olur
Reaksiya dərəcəsi - internet reklamın əsas xüsusiyyətlərindən biridir. Seyircilər reklam blokunda lazımi reklamı gördükdə dərhal ona reaksiya verə bilirlər. Onlara vaxt itirərək şəhərin digər tərəfində ofis və ya mağazaya getmək lazım gəlmir, xidmətləri sifariş etmək üçün bütün zəruri addımlar, elektron ticarət vasitəsilə evdən çıxmadan dərhal edilə bilir.
Nəzarət. İnternet real zaman rejimində reklam şirkətinin işinin keyfiyyətini qiymətləndirməyə imkan yaradır.Burada hər hansı reklam platformasında olmadığı kimi burada reklama baxanların sayını bir nəfərə qədər izləmək mümkün olur, və onu təhlil etməklə parametrlərini dəyişmək olur.
Mobillilik. Digər informasiya vasitələrindən fərqli olaraq, online reklam çox çevik ola bilər. Əyər TV reklamında hər hansı dəyişiklik əhəmiyyətli maliyyə resursları, həm də uzun vaxt tələb edirsə, şəbəkə reklam informasiya qısa müddət ərzində dəyişə bilər. Burada reklam verəmlər reklam şüarını və informasiyanın dəyişdirməyi qısa zaman kəsiyində edə bilirlər
Sosial-mediada və sosial şəbəkələrdə məhsulu (və ya xidməti) reklam etmək üçün bir neçə üsuldan istifadə edilir və məhsulun məzmunu və aidiyyatından asılı olaraq müxtəlif üsullar bu və ya digər hallarda uğurlu hesab oluna bilər5.
Sosial şəbəkələrdə reklam fəaliyyəti banner reklamları və tanıtıcı səhifələr vasitəsilə aparılır. Banner reklamları iri şirkətlər üçün daha effektivdir, çünki bu reklamlar digər reklam ünsürləri istifadə edilmədiyi halda daha çox effekt verir6.
İnternetdə reklamın ən erkən forması məhz banner reklamı hesab edilir. Reklamın bu növünün yaranma tarixini 25 oktyabr 1994-cü il hesab etmək olar. Məhz bu tarixdə amerikanın texnologiyalar haqqında məşhur “Wired “ jurnalına məxsus hotwired.wired.com saytında dünyada ilk baner nəşr edilib. O zaman baner dəhşətlı görünsə də internet sahəsində bir yenilik idi və beləliklə xeyli ziyarətçi diqqətini cəlb etmişdi.[4]