Baş redaktor :
Dr.Vüsal Musayev
İqtisad Elmləri Doktoru
London Universiteti
www.vusalmusayev.com
info@iqtisadiislahat.org
A Z Ə R B A Y C A N
İ
Q T İ S A D İ
İ S L A H A T L A R
İ C M A L I
M a r t 2 0 1 7
2
MİLLİ İQTİSADİYYAT VƏ
İQTİSADİYYATIN ƏSAS
SEKTORLARI ÜZRƏ
STRATEJİ YOL XƏRİTƏLƏRİ
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə
strateji yol xəritələri Azərbaycanda davamlı iqtisadi
inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini,
inklüzivliyini və sosial rifahın daha da artırılmasını
təmin edəcəkdir. Qlobal çağırışlara cavab verərək
investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış
və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya
iqtisadiyyatında mövqeyinin daha da gücləndirilməsi və
yüksək gəlirli ölkələr qrupuna daxil olması planlaşdırılır.
3
M
illi iqtisadiyyat və iqtisadiyyatın
əsas sektorları üzrə strateji
yol xəritəsinin başlıca istiqamətləri»
Azərbaycan Respublikası Prezidenti
cənab İlham Əliyev tərəfindən 2016-cı il
06 dekabr tarixli fərmanla təsdiqlənmiş
və müvafiq olaraq milli iqtisadiyyat və
iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə
12 strateji yol xəritəsinin icrasının
monitorinq və qiymətləndirilməsi, habelə
kommunikasiyası İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzinə
tapşırılmışdır.
Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol
Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri
əhatə etməklə, 2020-ci ilədək iqtisadi
inkişaf strategiyası və tədbirlər planı, 2025-
ci ilədək olan dövr üçün uzunmüddətli
baxış və 2025-ci ildən sonrakı dövr üçün
hədəf baxışdan ibarətdir. Sənəd təkcə
inkişaf məqsədləri və prinsiplərini deyil,
həm də hər bir istiqamət üzrə qlobal
meyilləri, iqtisadiyyatın 360 dərəcəli
diaqnostikasını və mövcud vəziyyətin
GZİT təhlilini, görüləcək tədbirləri, tələb
olunan investisiya və nəticə indikatorlarını
əhatə edir.
Qısamüddətli dövrdə seçilmiş prioritetlərə
fokuslanmaqla orta və uzunmüddətli
dövrlərdə iqtisadi inkişafın bünövrəsi
qoyulacaqdır. Strateji Yol Xəritəsi iqtisadi
inkişafa töhfə verən bütün faktorları, o
cümlədən yerli və beynəlxalq özəl sektor
nümayəndələrinin
kommunikasiyası
və əməkdaşlığı üçün imkanları təmin
edəcəkdir. Dövlət investisiyaları katalizator
rolunu oynayacaq, iqtisadi inkişafın
lokomotivi isə özəl sektor olacaqdır.
Milli iqtisadiyyat perspektivinin əsas
xüsusiyyətləri
Son 10 ildə Azərbaycan dünyada iqtisadi
artım tempinə görə ön sıralarda qərar
tutmuşdur. Uğurla həyata keçirilən neft
strategiyası əsasında əldə olunmuş gəlirlər
hesabına infrastruktur modernləşdirilmiş,
qeyri–neft iqtisadiyyatı inkişaf etdirilmiş,
sosial rifah yaxşılaşdırılmış, dövlətin
balansında olan aktivlər artmış və ÜDM-
in həcmini aşan səviyyədə strateji valyuta
ehtiyatları yaradılmışdır.
2014-cü
ildən
başlayaraq
neft
qiymətlərnin kəskin azalması və ticarət
tərəfdaşı ölkələrində iqtisadi böhran
nəticəsində
ölkədə
iqtisadi
artım
sürətinin yavaşlaması, institusional və
struktur çağırışlar, tədiyyə balansı və
qeyri–neft büdcə kəsiri, maliyyə–bank
sektorunda baş verən proseslər fonunda
Azərbaycanda yeni iqtisadi inkişaf
yanaşmasına keçid zərurəti yaranmışdır.
Milli
iqtisadiyyatın
strukturunun
yenilənməsi biznes mühitinin daha
da
yaxşılaşdırılması,
ortamüddətli
xərclər strategiyası çərçivəsində yeni
siyasətin tətbiq edilməsi, maliyyə–bank
sisteminin sağlamlaşdırılması və monetar
siyasətin üzən məzənnə rejimi üzərində
təkmilləşdirilməsi, habelə xarici bazarlara
çıxış imkanlarının genişləndirilməsi ilə
mümkün olacaqdır.
Buna görə də milli iqtisadiyyat perspektivi
çərçivəsində
dörd
strateji
hədəf
seçilmişdir. Bu hədəflərin və 11 sektor üzrə
strateji yol xəritələrinin həyata keçirilməsi
nəticəsində real və maliyyə sektorları
arasında tarazlığın təmin edilməsi yolu
ilə davamlı iqtisadi inkişaf mümkün
olacaqdır. İlk strateji hədəfə uyğun
olaraq Azərbaycanda fiskal dayanıqlılıq
təmin ediləcək və monetar siyasət üzən
məzənnə rejimi üzərində qurulacaqdır.
Fiskal
və
monetar
siyasətlərin
uzlaşdırılması makroiqtisadi sabitliyi təmin
edəcəkdir. Milli iqtisadiyyat perspektivində
ikinci hədəf paylarının (səhmlərinin)
nəzarət zərfi dövlətə məxsus olan hüquqi
şəxslərin
fəaliyyətində
səmərəliliyin
artırılması və özəlləşdirmənin həyata
keçirilməsi yolu ilə iqtisadi dinamikliyi təmin
etməkdən ibarətdir. Üçüncü hədəf insan
kapitalının inkişafı ilə bağlıdır ki, bununla
əmək bazarının inkişafı milli iqtisadiyyat
perspektivinə
uyğunlaşdırılacaqdır.
Nəhayət, dördüncü hədəf biznes mühitinin
daha da yaxşılaşdırılmasını nəzərdə tutur.
Milli iqtisadiyyat perspektivində müəyyən
edilmiş 11 sektorun dayanıqlı inkişafını
təmin edəcək ümumi məsələlər əhatə
olunmuşdur.
Azərbaycan
iqtisadiyyatı
orta
və
uzunmüddətli perspektivdə müxtəlif
4
dəyişikliklərin təsirlərinə məruz qalan bir
mühitdə inkişaf edəcəkdir. Belə təsirlərin
müşahidə edilməsi və başa düşülməsi
onların səbəb olduğu çətinliklərin
öhdəsindən gəlmək və verdiyi imkanlardan
faydalanmaq
nöqteyi–nəzərindən
vacibdir. Bu zaman proqnozlaşdırılmayan
proseslərin baş vermə ehtimalı böyük olsa
da, qlobal meyillərin bir neçəsinin növbəti
onilliklər ərzində qlobal iqtisadiyyata
təsirlərinin ilk əlamətləri artıq indidən
görünməkdədir. Bu təsirlərdən dördünün
Azərbaycan üçün vacib olacağı yəqindir:
qlobal iqtisadi güc mərkəzinin Asiyada
yeni yaranmaqda olan bazarlara doğru
yerdəyişməsi, texnoloji innovasiyaların
əhəmiyyətli təsirləri, dəyişən geosiyasi
konfiqurasiya və neft–qaz qiymətləri.
İnkişaf etməkdə olan bazarların iqtisadi
əhəmiyyətinin davamlı artımı
Asiyanın inkişaf etməkdə olan bazarları
hazırda dünyada yaradılan iqtisadi dəyərin
təqribən beşdə birinə sahibdir. 2030-cu
ildə bu pay üçdə birədək yüksələcəkdir.
Asiyanın orta təbəqəsinin ölçüsündə də
müvafiq artım gözlənilir. Proqnozlara
görə, dünyanın orta təbəqəsi hazırkı 3
milyard nəfərdən 2023-cü ildə təqribən 5
milyard nəfərədək artacaq və bu artımın
80 faizi Asiyanın payına düşəcəkdir.
Eyni inkişaf prosesləri həm də şirkət
səviyyəsində özünü büruzə verəcəkdir:
yeni yaranmaqda olan bazarlar hazırda
illik gəlirləri 1 milyard ABŞ dollarından
çox olan dünya şirkətlərinin təqribən
dörddə birini əhatə etdiyi halda, bu payın
2025-ci ilə qədərki dövrdə demək olar
ki, yarıyadək artması gözlənilir. Təkcə
Asiyada ümumi gəlirləri 1 milyard ABŞ
dollarından ibarət təxminən 3 min yeni
şirkətin olması gözlənilir. Bununla yanaşı,
son zamanlar mal və xidmətlər üzrə
qlobal ticarətin həcminin artımı ÜDM-in
artımından iki dəfə yüksək sürətə malik
olmuşdur. Ticarət həcmlərinin getdikcə
artması Avrasiyanın mərkəzində, Şimal–
Cənub və Şərq–Qərb dəhlizlərinin
kəsişməsində yerləşən Azərbaycan kimi
ölkələrin bu artımdan faydalanmasına
şərait yaradır.
Yeni texnologiyaların iqtisadi təsirləri
İnternet və yaxın tarixdə mobil
internetin
geniş
yayılması
qlobal
istehlak mədəniyyətlərində əhəmiyyətli
dəyişikliklərə səbəb olmuşdur. Rabitə
əlaqələri üçün yeni imkanlar təklif
etməklə, internet şirkətlərə istehlakçılarla
onlayn əlaqə qurmağa imkan vermiş və
milli sərhədləri aşan satış kanalları təmin
etmişdir.
Yeni texnologiyalar həm artıq formalaşmış,
həm də yeni formalaşan iqtisadi sahələrin
inkişafına təsir edir. Avtomatlaşdırılmış
bilik yaradılması prosesi, “İnternet
nəzarəti” (dəyər zəncirləri boyu fiziki
aktivlər
arasında
internet
əsaslı
avtomatlaşdırılmış əməkdaşlıq), uzaq
məsafəli idarəetmə texnologiyaları, süni
intellekt və robotlaşdırma mövcud bazar
liderlərini sınağa çəkərək yeni şirkətlərin
qlobal flaqmanlar kimi mövqelərini
möhkəmləndirəcəkdir. Azərbaycanda həm
dövlət, həm də özəl sektorda idarəetmə
bio, nano, informasiya, kommunikasiya,
sənaye, maliyyə və başqa sahələrdə
qabaqcıl texnologiyaların tələblərinə
uyğunlaşacaqdır. Yeni texnologiyaların
inkişafı ilə yanaşı artan kibertəhlükəsizlik
risklərinin idarə edilməsi qlobal çağırış
olaraq Azərbaycan üçün də aktualdır.
Qabaqcıl texnologiyaların idxalı ilə yanaşı,
həm də onu idarə edən insan kapitalının
formalaşdırılması, ümumilikdə təfəkkür
tərzinin yeni qlobal çağırışlar və meyillərə
uyğun inkişafı həyata keçiriləcəkdir. Daha
qabaqcıl texnologiya və insan kapitalı daha
yüksək əlavə dəyər yaradır. Azərbaycanın
elmi potensialı qlobal meyillərə uyğun
şəkildə yeni texnologiyaların inkişafına
töhfə verəcəkdir.
Geosiyasi qeyri–sabitlik
Ötən illər ərzində misli görünməmiş
qlobal siyasi qeyri–sabitlik müşahidə
olunmuşdur. Bunun təsirləri siyasi
rəhbərlərin
tez–tez
dəyişməsi,
müharibə,
terrorçuluq
və
sürətlə
artan qaçqın axınında özünü büruzə
vermişdir. Siyasi qeyri-sabitlik fonunda
təhlükəsizlik problemlərinin olduğu və
ya sanksiyaların tətbiq edildiyi ərazilərdə
ticarət həcmləri kəskin surətdə azaldığı
halda, böhranlı vəziyyətlərin öhdəsindən
5
gəlindiyi, iqtisadiyyatın açıq olduğu və ya
sanksiyaların aradan qaldırıldığı ərazilərdə
bərabər səviyyəli artım müşahidə
olunmuşdur.
Geosiyasi
baxımdan
yenidən formalaşan dünyada risklər
və çağırışlar düzgün qiymətləndirilərək
sabit inkişaf təmin ediləcəkdir. Xüsusilə,
iqtisadi təhlükəsizliyin əsas komponentləri
– enerji, ərzaq, maliyyə və nəqliyyat
təhlükəsizliyinin
davamlı
olması
ölkənin geosiyasi kataklizmlərə qarşı
dayanıqlılığını daha da gücləndirəcəkdir.
Neftin yeni qiymət hədləri
Ötən illər ərzində neftin qiymətləri düşmüş
və qiymətlərdə volatillik artmışdır: neftin
bir bareli 2008-ci ildə 150 ABŞ dollarına
yaxınlaşdığı halda 2016-cı ildə 30 ABŞ
dollarından da aşağı düşmüşdür. Neft
qiymətlərindəki bu cür qlobal azalmanın
Azərbaycan iqtisadiyyatına da təsiri
böyük olmuşdur. Belə ki, Dövlət Statistika
Komitəsinin
məlumatlarına
əsasən,
2010–2014-cü illərdə iqtisadi artım sürəti
yavaşlayaraq ildə orta hesabla 2,7 faiz
olmuşdur. 2015-ci ildə ixracın həcmi və
dövlət büdcəsinin gəlirlərinin azalması
işsizlik səviyyəsinin əvvəlki ilə nisbətən
2 faiz artmasına səbəb olmuşdur. Aşağı
neft qiymətləri səbəbindən cari hesablar
balansında yaranmış gərginlik manatın
məzənnəsinə təzyiqi artırmış və 2015-ci
ildə milli valyuta iki dəfə devalvasiyaya
uğramışdır.
Proqnozlar onu göstərir ki, neft–qaza
qlobal tələbatda artım 2050-ci ilədək
ildə təqribən 0,7 faiz zəifləyəcək (əvvəlki
artım proqnozlarından 30 faiz az) və
ümumi enerji sektorunda üzvi yanacaq
növlərinin payı azalacaqdır. Bu şərtlər
altında neft qiymətlərinin əvvəlki yüksək
səviyyələrinə qayıdışı gözlənilmədiyi
üçün yaxın gələcəkdə neft gəlirləri
hesabına yüksək dayanıqlı artımın
bərpa olunacağı proqnozlaşdırılmır.
Beynəlxalq Valyuta Fondu Azərbaycan
iqtisadiyyatının 2025-ci ilədək illik 2–3 faiz
artacağını proqnozlaşdırır. Bu temp ötən
bir neçə il ərzində müşahidə olunan artım
səviyyəsinə uyğundur. Lakin belə aşağı
artım səviyyəsi iqtisadiyyatın qarşısında
duran məqsədlərə çatmağa, o cümlədən
indiki və gələcək nəsillər üçün lazım
olan sayda iş yerləri yaratmağa kifayət
etmir. Buna görə də Azərbaycanda aşağı
neft qiymətləri şəraitində iqtisadiyyat
yeni təməllər üzərində qurulmaqla daha
yüksək artım tempinə nail olunacaqdır.
Neft–qaz
sektorunun
iqtisadiyyatı
inkişaf etdirmək potensialı zəiflədikcə,
Qazaxıstan, Səudiyyə Ərəbistanı və
Rusiya da daxil olmaqla, dünyanın təbii
ehtiyatlarla zəngin ölkələri çətinliklərlə
üzləşir
və
öz
iqtisadiyyatlarını
şaxələndirməyə təşəbbüs göstərirlər.
Azərbaycanda
da
hazırda
eyni
vəziyyət mövcuddur. Ölkə ötən on il
ərzində yaratdığı baza əsasında qlobal
iqtisadiyyatdakı mövqelərini daha da
gücləndirmək üçün güclü siyasi iradə və
imkanlara malikdir.
Yeni iqtisadi artım yanaşması: strateji
seçim
Ölkənin gələcək iqtisadi artımının
hansı «artım nöqtələri» vasitəsilə təmin
edilməsi mühüm strateji qərardır. Aktiv
şəkildə kapital yığımı modelinin yeni
strateji dövrdə əlavə dəyər formalaşdırma
imkanlarının
daralması
nəticəsində
gələcək artım yanaşması ilə bağlı ölkənin
qarşısında iki seçim vardır:
a. əməktutumlu artım yanaşması
b. məhsuldarlıq-effektivlik əsaslı
artım yanaşması
Qlobal dəyər zəncirinə inteqrasiya,
iqtisadi artımın keyfiyyəti və dayanıqlılığı
baxımından münasib və məntiqli zaman
dövründə
məhsuldarlıq-effektivlik
əsaslı iqtisadi artım yanaşmasına
transformasiya strateji seçim ola bilər.
Lakin yaxın və ortamüddətli dövrdə hər
iki modelin kombinasiyasından istifadə
edilməsi strateji seçim yanaşmasına
keçid müddətinin daha qısa vaxt ərzində
reallaşdırılmasına imkan verə bilərdi.
Xüsusilə də nəzərə almaq lazımdır ki,
Azərbaycanda regionlarda işçi qüvvəsi
Bakı şəhərinə nisbətən əhəmiyyətli
səviyyədə ucuzdur və bu da regionlarda
əməktutumlu klaster inkişafı üçün böyük
potensial formalaşdırır. Bununla belə,
6
strateji seçim – məhsuldarlıq əsaslı
artım yanaşmasının qurulmasıdır. Bunun
üçün yüksək keyfiyyətli institusional
mühit, əlçatan maliyyələşmə mənbələri,
biznesin düzgün seqmentasiyası və
ixtisaslaşması və ən başlıcası, intensiv
şəkildə yüksəkixtisaslı insan kapitalının
hazırlanması tələb olunur.
Biznes
mühitinin
yaxşılaşdırılması.
Biznesin
dövlət
tənzimləmə
mexanizmlərinin effektivliyinin artırılması,
vergi-gömrük idarəetməsinin keyfiyyətinin
daha
da
yüksəldilməsi,
bazara
daxilolma məhdudiyyətlərinin minimuma
endirilməsi, eyni zamanda, azad rəqabət
mühitinin təmin edilməsi biznes mühitinin
yaxşılaşdırılmasına imkan verəcəkdir.
Bununla yanaşı, dövlət sektorunun
kommersiya
fəaliyyətini
(sənaye,
nəqliyyat, rabitə, maliyyə xidmətləri və s.)
məhdudlaşdırmaqla özəl təşəbbüskarlıq
üçün imkanları genişləndirmək mühüm
əhəmiyyət kəsb edir.
Yeni artım yanaşmasının maliyyələşmə
mənbələrinin
genişləndirilməsi
islahatların gündəliyində duran mühüm
məsələlərdəndir. İlk növbədə, dövlət
və özəl maliyyələşmə mənbələrinin
imkanlarının dəqiqləşdirilməsinə, xarici
investisiya qoyuluşlarının ciddi şəkildə
təşviq edilməsinə ehtiyac vardır.
Dövlət
maliyyələşdirməsi.
İlk
növbədə prioritet inkişaf sektorlarının
müəyyənləşdirilməsi lazımdır. Bundan
sonra, həmin sahələrə Sahibkarlığa
Kömək Milli Fondu və digər maliyyə
mənbələrinin vəsaitləri hesabına sahəvi
kreditləşməni reallaşdırmaq mümkündür.
Özəl yığımların investisiyaya yönəldilməsi.
Biznes mühitinin yaxşılaşdırılması biznes
və ev təsərrüfatlarının yığımlarının
investisiya
şəklində
iqtisadiyyatın
inkişafına yönəldilməsinə imkan verə bilər.
Xarici
maliyyələşmə
mənbələrinin
genişləndirilməsi. Ölkədə məhkəmə-
hüquq islahatlarının sürətləndirilməsi,
qanunun aliliyinin təmin edilməsi xarici
investorların biznes təşəbbüslərinin
genişlənməsinə təkan verə bilər. Bu
islahatların aparılması ilə yanaşı,
xaricdə intensiv şəkildə investisiya
yarmarkalarının keçirilməsi, prioritet
sektorlara investisiya qoyuluşlarında
müəyyən imtiyazların verilməsi (daxili
investorlarla eyni şərtlərlə) yeni artım
yanaşmasının xarici mənbələr hesabına
maliyyələşdirilməsini asanlaşdıra bilər.
Yeni artım yanaşmasının effektivliyinin
təmin edilməsi üçün iqtisadi siyasətin
və
iqtisadi
siyasət
quruculuğu
prosesinin və icrası mexanizmlərinin
daha
da
təkmilləşdirilməsinə
və
müasirləşdirilməsinə
ehtiyac
vardır.
Bunun üçün aşağıdakı islahatlar tələb
olunur:
Fiskal
siyasətin
səmərəliliyinin
yüksəldilməsi. Yeni iqtisadi yanaşmada
fiskal siyasətin dominantlığını azaltmaqla
ötürücülüyün
yüksəldilməsi
mühüm
istiqamətlərdən biridir. Region ölkələri və
əsas ticarət tərəfdaşları ilə müqayisədə
rəqabətqabiliyyətli qeyri-neft sektorunun
şaxələndirilməsi büdcənin vergitutma
bazasının
da
genişləndirilməsini
dəstəkləyə bilər. Bu istiqamətdə təxirə
salınmadan optimal və rəqabətqabiliyyətli
biznes və investisiya imkanlarının
genişlənməsinə imkan verən çərçivənin
qurulması məsələsinə baxıla bilər.
Digər tərəfdən, fiskal idarəetmənin
texnokratik çərçivəsinin təkmilləşdirilməsi
baxımından kontr–tsiklik fiskal qaydaların
tətbiqi, şəffaflıq və hesabatlılığın, dövlət
investisiyalarının
idarə
edilməsinin
keyfiyyətinin daha da yüksəldilməsi əsas
prioritetlərdəndir.
Pul-məzənnə siyasətinin səmərəliliyinin
yüksəldilməsi. Bu istiqamətdə ən mühüm
çağırış pul siyasətinin iqtisadiyyata
ötürücülüyünün yüksəldilməsidir. Yüksək
ötürücülüyün təmin edilməsi istiqamətində
banklararası pul bazarının qurulması,
pul siyasətinə etimadın yüksəldilməsi
ilə dollarlaşmanın azaldılması, iqtisadi
gözləntiləri adekvat idarəetmə çərçivəsinin
qurulması, maliyyə sabitliyi siyasəti ilə
koordinasiyanın daha da gücləndirilməsi
tələb edilir.
Proqnozlaşdırıla bilən iqtisadi siyasət
modeli.
İqtisadi
siyasətin
iqtisadi
agentlər tərəfindən proqnozlaşdırıla
7
bilməsi adekvat gözləntilərin
formalaşmasına və bu əsasda rasional
qərarların qəbul edilməsinə imkan verir.
Bunun üçün iqtisadi siyasət orqanlarının
gözləntilərin
formalaşdırılması
mexanizmlərini
təkmilləşdirmək,
ictimaiyyətə ötürülən informasiya və
təhlillərin təsirini əvvəlcədən nəzərə
almaq, hökumət daxilində ictimaiyyətlə
əlaqələrə koordinasiya olunmuş qaydada
və yüksək diqqətlə yanaşılmasını təmin
etmək lazımdır. Şəffaflıq və hesabatlılığın
ən yüksək səviyyədə qurulması, bizneslə
səmimi əməkdaşlıq münasibətlərinin
möhkəmləndirilməsi iqtisadi siyasətin və
islahatların effektivliyini yüksəldəcəkdir.
Yüksək
səviyyəli
koordinasiyanın
təmin edilməsi. Makroiqtisadi, struktur
siyasətinin formalaşdırılması və icrası
zamanı qurumlar arasında koordinasiya
institutunun
möhkəmləndirilməsinə,
effektivliyin daha da yüksəldilməsinə
ehtiyac vardır. Bu istiqamətdə Azərbaycan
Respublikası Prezidentinin 15 iyul 2016-cı
il tarixli Fərmanı ilə Maliyyə Sabitliyi Şurası
yaradılmışdır. Şuranın fəaliyyətinin daha
da genişləndirilməsi iqtisadi siyasətin
səmərəliliyinin yüksəldilməsinə imkan
verəcəkdir.
Yeni artım yanaşmasına keçid: səmərəli
kommunikasiya
Mürəkkəb iqtisadi şəraitdə və iqtisadi
islahatların reallaşdırılması prosesində ən
arzuolunmaz vəziyyətlərdən biri də iqtisadi
agentlərdə (investor və istehlakçılar)
qeyri- adekvat gözləntilərin olması və
bunun da təsiri altında qeyri-rasional
iqtisadi qərarların verilməsidir.
Neftin qiymətlərində kəskin ucuzlaşma,
eyni
zamanda,
Azərbaycan
Respublikasının əsas ticarət tərəfdaşı
olan ölkələrdə ciddi iqtisadi və maliyyə
böhranlarının baş verməsi ölkədə
iqtisadi agentlər arasında psixoloji
gərginliyə səbəb olmuşdur. Psixoloji
gərginliyin yüksəlməsinin səbəblərindən
biri və bəlkə də ən əsası, makroiqtisadi
siyasətin
kommunikasiyasında,
eləcə
də
adekvat
gözləntilərin
formalaşdırılması
mexanizmlərində
mövcud olan çatışmazlıqlardır. Siyasət
orqanlarından
iqtisadi
agentlərə
adekvat informasiya axınının olmadığı
mühitdə informasiya boşluğu yaranır
və bu da möhtəkirlərin vəziyyətdən
öz maraqları çərçivəsində istifadə
etməsinə, spekulyasiyaları artırmaqla
gəlirlərini maksimallaşdırmasına imkan
verir. Nəticədə, həm biznes, həm də ev
təsərrüfatları spekulyasiyalar nəticəsində
üzləşdikləri
zərərin
məsuliyyətini
möhtəkirlərdən daha çox iqtisadi siyasət
orqanları üzərinə qoyur, həmin qurumlara
olan etimad azalır. Lakin diqqətdə
saxlamaq lazımdır ki, müasir iqtisadi
münasibətlərdə ən mühüm dəyərlərdən
biri yüksək etimaddır. Məhz yüksək
etimad gələcək uğurlu iqtisadi islahatlar
üçün ən mühüm şərt hesab edilir.
Dostları ilə paylaş: |