İqtisadi rifah
2025-ci ildə makroiqtisadi sabitlik, xüsusilə
fiskal dayanıqlılıq, əlverişli biznes mühiti,
inkişaf etmiş infrastruktur, xarici bazarlara
sərbəst çıxış və xarici investisiyaların
cəlb edilməsi nəticəsində Azərbaycan
iqtisadiyyatı xarici şoklara daha davamlı
olacaq və ölkədə əmək məhsuldarlığı
Şərqi Avropa ölkələrinin
müvafiq
göstəricisinə çatdırılacaqdır. Azərbaycan
iqtisadiyyatı, Dünya İqtisadi Forumunda
bildirildiyi kimi, səmərəlilik əsaslı
modeldən
innovasiya əsaslı
modelə
keçəcəkdir. Əhalinin
adambaşına düşən real gəlirləri ildə
təxminən 5 faiz artacaq və Azərbaycan
Dünya Bankının təsnifatına əsasən,
“yüksəkgəlirli ölkə” statusu qazanacaqdır.
Bu inkişaf prosesləri nəticəsində 2025-
ci ildən sonrakı dövrdə adambaşına
düşən gəlir səviyyəsinə görə Azərbaycan
Şərqi Avropa ölkələrinin səviyyələrinə
yaxınlaşacaqdır.
İnnovasiya əsaslı modelin inkişaf
etdirilməsi üçün fiziki, insan, institusional
və sosial kapital təmin olunacaqdır.
2025-ci ildən sonra Azərbaycanın
şaxələndirilmiş
və
dayanıqlı
iqtisadiyyatında ümumi əlavə dəyərin
dörddə
üçündən
çoxu
qeyri-neft
sektorlarında yaranacaqdır. Növbəti
illərdə
rəqabətədavamlı
əmək
xərcləri
Azərbaycan
iqtisadiyyatı
üçün qısamüddətli katalizator rolunu
oynayacaqdır. Lakin faktiki rəqabət
üstünlüyü qabaqcıl texnologiyalar və
digər innovasiya formalarından istifadə ilə
yanaşı, keyfiyyətli təhsil və peşə təliminin
nəticəsi kimi yüksək məhsuldarlıq
hesabına yaranacaqdır. Başqa sözlə,
2025-ci ilədək olan dövr biliktutumlu
iqtisadiyyata keçid dövrü olacaqdır.
2025-ci
ildən
sonrakı
dövrdə
innovasiyaəsaslı
inkişaf
modelinə
keçid əvvəlki illərdə rəqabət üstünlüyü
olan və inkişaf etmiş qeyri-neft
sektorlarında
ixtisaslaşmanın
daha
da dərinləşdirilməsi hesabına daha
çox dəyərin ölkədə qalmasını təmin
edəcəkdir. Texnologiya transferi və
biliyin
kommersiyalaşdırılmasının
genişləndirilməsi investisiya qoyuluşunun
səmərəliliyini artıracaqdır. İqtisadiyyatın
həm regional, həm də sahələrarası
strukturunun optimallığı artacaq ki, bu da
tarazlı və dayanıqlı inkişafı təmin edəcəkdir.
Xüsusilə, Azərbaycanda regional inkişaf
mərkəzlərinin formalaşması bölgələrdə
iqtisadiyyatın
rəqabətqabiliyyətli
sahələrində
ixtisaslaşmanın
dərinləşdirilməsi hesabına ümumi iqtisadi
inkişafı təmin edəcəkdir. Bakı beynəlxalq
əhəmiyyətə malik sənaye və xidmət
mərkəzinə çevriləcəkdir.
2025-ci
ildən
sonrakı
dövrdə
karbohidrogen və qeyri-karbohidrogen
gəlirləri arasındakı tarazlığa nail olunacaq
və hər il ARDNF-dən iqtisadiyyata
inyeksiyalar “qızıl qayda” əsasında
təmin ediləcəkdir. Belə yanaşma
neft-qaz qiymətlərindəki dəyişikliklərin
təsirini yumşaldaraq sərbəst üzən yerli
valyutaya inamı artıracaq və iqtisadi
inkişafın dayanıqlılığını təmin edəcəkdir.
Makroiqtisadi sabitlik həm yerli, həm
də xarici özəl sektor nümayəndələrinin
investisiya
qoyuluşlarının
stimullaşdırılması üçün zəmin olacaqdır.
Beynəlxalq
maliyyə
bazarları
ilə
inteqrasiya və maliyyə texnologiyalarının
tətbiqi
əsasında
rəqabətqabiliyyətli
maliyyə sistemi dayanıqlı iqtisadi inkişafı
dəstəkləyəcək və əhalinin rifahını
yaxşılaşdıracaqdır.
Qeyri-neft sektoruna əlavə investisiya
qoyuluşları 2025-ci ilədək və ondan sonrakı
dövrdə daha rəqabətli iqtisadiyyatın
vacib hərəkətverici qüvvəsi olacaqdır. Bu
səbəbdən gələcəkdə sənaye və xidmət
sektorlarına birbaşa xarici investisiyalar
daha geniş miqyasda cəlb ediləcəkdir.
Texnologiya, bacarıqlar və qlobal dəyər
zəncirlərinə çıxış təklif edən iri xarici
şirkətlərin qeyri-neft sektoruna investisiya
yatırımı Azərbaycanın qlobal iqtisadi
15
xəritədə yerini möhkəmləndirəcəkdir.
Azərbaycana xarici investorlar strateji
olaraq üç aspekt üzrə cəlb ediləcəkdir:
son
dərəcə
cəlbedici
investisiya
imkanlarının
yaradılması
(məsələn,
müasir infrastruktura malik sənaye
parkları); aparıcı beynəlxalq şirkətlərə
məqsədyönlü çıxış; mövcud və gələcək
investorlar üçün birinci sinif xidmətlər.
2025-ci ildən sonrakı dövrdə ixrac təkcə
mal deyil, həm də xidmət çeşidinin artması
hesabına şaxələnəcək və böyüyəcəkdir.
İxracın artan məhsul və xidmət sayına
əsaslanması neft və qaz qiymətlərindəki
dəyişkənliklərdən asılılığı azaldıb, xarici
valyuta gəlirini sabitləşdirəcəkdir.
HƏDƏF İNDİKATORLARI
Strateji Yol Xəritəsi 2025-ci ilə qədər
ÜDM-də 3 faizdən çox orta illik real artım
və əlavə olaraq da 450 mindən çox yeni iş
yerinin yaradılmasını nəzərdə tutur
Qeyri-neft sektoruna yönəldilmiş birbaşa
xarici investisiyaların qeyri-neft ÜDM-dəki
payının hazırkı 2,6 faizlik göstəricidən
2025-ci ilə qədər 4 faizə çatdırılması.
İqtisadiyyatın şaxələndirilməsində xarici
investorların rolu çox əhəmiyyətlidir.
Belə ki, xarici investorların töhfəsi yalnız
sərmayə qoyuluşundan ibarət deyil,
onlar, eyni zamanda, yeni sektorlara
və dəyər zəncirlərinə daxil olmaq üçün
zəruri olan yeni bacarıqlar, texnologiyalar
və şəbəkələşmə imkanları gətirirlər.
İqtisadiyyatın şaxələndirilməsi qeyri-
neft sektoruna daha çox investisiya cəlb
edilməsini tələb edir.
Qeyri-neft sektoru üzrə ixracın 2015-ci
ildəki adambaşına 170 ABŞ dollarından
2025-ci ildə ən azı 450 ABŞ dollarına
qaldırılması. 2015-ci ildə Azərbaycan
iqtisadiyyatının idxal tələbi adambaşına
1000 ABŞ dollarına bərabər olmuşdur.
İdxalı tarazlaşdırmaq üçün Azərbaycandan
adambaşına 1500 ABŞ dolları həcmində
məhsul ixrac olunmuşdur ki, bunun da
90 faizini neft və qaz məhsulları təşkil
etmişdir. Mal və xidmətlərin idxalının ixrac
ilə balanslaşdırılması iqtisadi müstəqillik
və sabitlik üçün son dərəcə vacibdir, lakin
neft qiymətlərindən asılılığı azaltmaq üçün
daha çox qeyri-neft sektoru məhsullarının
ixracına ehtiyac vardır.
Ticari mal və xidmətlər sektorunda,
məsələn istehsal və ya turizm
sektorlarında 2025-ci ilə qədər 150 min
əlavə iş yerinin yaradılması. Vətəndaşlar
üçün iş yerlərinin yaradılması daim
dövlətin prioritetlərindəndir. Lakin bəzi
sektorların iqtisadi təsir imkanları digərləri
ilə müqayisədə daha genişdir. İxracın
şaxələndirilməsi üçün ticari mal və xidmətlər
sektorunda, yəni beynəlxalq səviyyədə
satıla bilən məhsulların (məsələn, sənaye
və ya qida məhsulları) və ya xidmətlərin
(məsələn, turizm və ya nəqliyyat)
istehsalı ilə məşğul olan sektorlarda iş
yerlərinin yaradılması zəruridir. Ticari
mal və xidmətlər sektorunun iştirakçıları
beynəlxalq rəqabətlə üzləşirlər və bu da
adətən, məhsuldarlıqda sürətli artıma
gətirib çıxarır.
Dövlət
büdcəsinin
ARDNF-in
transfertlərindən asılılığının azaldılması.
Bu gün dövlət sektorunda xərclənən hər
ikinci manat (təqribən 50 faizi) ARDNF-
dən edilən transfertlərin hesabına
maliyyələşdirilir. Bu rəqəm 2025-ci ilə qədər
15 faizə endirilməlidir. ARDNF-in transfert
edə biləcəyi məbləğ onun gəlirləri ilə, yəni
neftin qiymətləri ilə sıx əlaqələndirilmişdir.
Bu asılılıq Azərbaycan iqtisadiyyatına
neft qiymətlərindəki dəyişikliklərin ciddi
təsirinin əsas səbəblərindən biridir.
İqtisadiyyatda özəl investisiyaların payını
artırmaq üçün sabit artım tempinin olması
çox vacibdir və dövlət büdcəsinin Neft
Fondunun transfertlərindən daha az asılı
olmasını tələb edir.
Bu hədəflərə nail olmaq üçün milli
iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru
üzrə strateji yol xəritələrində nəzərdə
tutulan strateji hədəf və prioritetlərin
uğurla həyata keçirilməsi zəruridir. Eyni
zamanda, nəzərdə tutulan tədbirlərin
davamlı
həyata
keçirilməsi,
işlək
monitorinq və qiymətləndirmənin təmin
edilməsi üçün investisiyaların və digər
resursların səfərbər edilməsi tələb olunur.
Hesablamalara görə, 2020-ci ilədək
nəzərdə tutulmuş prioritetlərin yerinə
yetirilməsi üçün iqtisadiyyata təxminən 27
16
milyard manat investisiya qoyuluşunun
tələb ediləcəyi proqnozlaşdırılır. Bu
məbləğ bütün sektorlar üzrə strateji yol
xəritələri çərçivəsində tələb olunan cəmi
vəsaiti əks etdirir. Nəzərdə tutulan vəsait
bütün növ dövlət və özəl (yerli və xarici)
mənbələr hesabına təmin ediləcəkdir. Bu
investisiyalar Azərbaycan iqtisadiyyatı
üçün 2020-ci ilədək müəyyən edilmiş
hədəflərdən əlavə, gələcək üçün nəzərdə
tutulmuş hədəflərə təsir baxımından da
bünövrə rolunu oynayacaqdır. Prioritet
sektorlar və ya iqtisadiyyatın digər
sektorları üzrə yeni strateji hədəflərin
müəyyənləşdirilməsi Azərbaycana Strateji
Yol Xəritəsinin prioritetlərinin müsbət
trayektoriyası ilə daha yüksək hədəflərə
çatmağa kömək edəcəkdir.
STRATEJİ MƏQSƏDLƏR
Milli iqtisadiyyat perspektivi üzrə Strateji
Yol Xəritəsində dörd əsas strateji məqsəd
nəzərdə tutulmuşdur.
Hazırkı qlobal mühit və neft qiymətlərinin
dəyişkənliyi maliyyə dayanıqlılığının
gücləndirilməsini, təbii ehtiyatlardan əldə
edilən gəlirlərdən rasional istifadəni və
ciddi makroiqtisadi çərçivənin qəbulunu
obyektiv zərurətə çevirir. İqtisadi inkişaf
istiqamətində görülən tədbirlər sayəsində
dövlət öz məqsədlərini gerçəkləşdirmək
üçün fiskal və monetar siyasətin daha
rasional
uzlaşdırılmasına
çalışır.
Azərbaycanın güclü fiskal dayanıqlılıq və
monetar siyasəti ilə bağlı gələcək tədbirlər
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas
sektorları üzrə strateji yol xəritələri”nin
birinci hədəfində təsvir olunmuşdur.
Bu baxımdan fiskal siyasət üçün çərçivənin
təmin edilməsi və təbii ehtiyatlardan əldə
olunan gəlirlərə kifayət qədər qənaət
edilməsi üçün görülən tədbirlərlə yanaşı,
Azərbaycanın təbii ehtiyatlarının düzgün
idarə edilməsi məsələsi də nəzərdən
keçirilir. Təklif edilən əsas institutlar
bunlardır: neft gəlirlərindən rasional istifadə
edilməsi üçün “qızıl qayda” yanaşması
və dövlət borcunun idarə edilməsi üçün
zəruri fiskal çərçivə. Bu kontekstdə
Ortamüddətli Xərclər Çərçivəsinin daha
da gücləndirilməsi, güclü büdcə idarəçiliyi
və onun nəticəəsaslı büdcə təşkilinə
uyğunlaşdırılması
dövlət
xərclərinin
səmərəliliyinin təmin edilməsi və neft
gəlirlərinin dəyişkənliyinin azaldılması
üçün görülən tədbirlərin davamı olmalıdır.
Birinci məqsəd ciddi fiskal çərçivə ilə
yanaşı, həm də monetar çərçivə ilə
bağlıdır.
Ciddi monetar siyasət çərçivəsi və
məqsədlərinin effektiv icrası makroiqtisadi
mühitin mühüm tərkib hissəsidir. Bu
baxımdan, monetar siyasətin fiskal
siyasətlə
koordinasiyada
həyata
keçirilməsi, iqtisadiyyatdakı dəyişiklikləri
əks etdirmək üçün monetar amillərdə tələb
olunan düzəlişlərin qiymətləndirilməsi
iqtisadi potensialın daha da gücləndirilməsi
üçün zəruridir.
17
Dostları ilə paylaş: |