Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə



Yüklə 0.53 Mb.
Pdf просмотр
səhifə1/7
tarix23.12.2016
ölçüsü0.53 Mb.
  1   2   3   4   5   6   7

Azərbaycan Respublikasının 

Prezidenti zati-aliləri 

cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və 

ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.

Son illərdə Çin Xalq Respublikası ilə Azərbaycan  

Respublikası arasında əlaqələr daim inkişaf edir. İki ölkə 

arasında qarşılıqlı siyasi etimad möhkəmlənir, iqtisadi, ticari, 

humanitar və digər sahələrdə əməkdaşlıq sabit olaraq inkişaf 

edir, ənənəvi dostluq günbəgün möhkəmlənir.

Dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük 

əhəmiyyət verirəm. Çin Xalq Respublikası və Azərbaycan 

Respublikası arasında xalqlarımızın rifahı naminə səmimi 

əməkdaşlığın daha da dərinləşməsi üçün Sizinlə bərabər səy 

göstərmək istəyirəm.

Sizə möhkəm cansağlığı arzulayıram.

Ən xoş arzularla,



Si CİNPİN 

Çin Xalq Respublikasının Sədri

Azərbaycan Respublikasının 

Prezidenti zati-aliləri 

cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul 

edin. 


Sizin rəhbərliyinizlə Azərbaycanın hərtərəfli nailiyyətlərinə 

- cəmiyyətin rifahının yüksəlməsinə və iqtisadiyyatın di-

namik inkişafına, dövlətçiliyinin və dünyada nüfuzunun 

möhkəmlənməsinə görə ürəkdən sevinirəm. 

Bizim aramızda etimada əsaslanan, bu yaxınlarda Sizin gözəl 

ölkənizə səmərəli səfərimin gedişində daha da möhkəmlənmiş 

dostluq münasibətlərini yüksək qiymətləndirir və əziz tuturam. 

Əminəm ki, ölkələrimizin qardaş xalqlarının mənafeyi naminə 

Belarus-Azərbaycan əməkdaşlığını keyfiyyətcə daha yüksək 

səviyyəyə çatdırmaq üçün qarşılıqlı səylərimiz artıq yaxın 

gələcəkdə hiss olunan nəticələr verəcəkdir. 

Hörmətli İlham Heydər oğlu, Sizə, doğmalarınıza və ya-

xınlarınıza səmimi qəlbdən yeni quruculuq uğurları, möhkəm 

cansağlığı və xoşbəxtlik arzulayıram.

Hörmətlə,

Aleksandr LUKAŞENKO 

Belarus Respublikasının Prezidenti

Azərbaycan Respublikasının 

Prezidenti zati-aliləri 

cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə ürəkdən gələn ən səmimi 

təbriklərimi qəbul edin.

Sizin yürütdüyünüz müdrik və dərindən düşünülmüş daxili 

və xarici siyasət sayəsində qardaş Azərbaycanda ictimai-siyasi 

və sosial-iqtisadi inkişafın bütün sahələrində sanballı uğurlar 

qazanılır, xalqın rifahının yüksəldilməsinə, ölkənin beynəlxalq 

aləmdə nüfuzunun möhkəmlənməsinə yönəlmiş uğurlu 

dəyişikliklər və islahatlar dinamik şəkildə həyata keçirilir.

Özbək və Azərbaycan xalqlarını tarixin və zamanın sına-

ğından çıxmış çoxəsrlik həqiqi dostluq və qarşılıqlı hörmət 

münasibətləri, ortaq və yaxın mədəniyyət, adət və ənənələr sıx 

bağlayır. 

Ötəri olmayan bu dəyərlər Özbəkistan ilə Azərbaycan ara-

sında qarşılıqlı anlaşma və etimad prinsiplərinə, ölkələrimizin 

və xalqlarımızın mənafeyi, regional və beynəlxalq 

təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi naminə səmərəli 

qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əlverişli və 

möhkəm zəmin yaradır. 

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə 

edərək Sizə möhkəm cansağlığı, ailə səadəti və hərtərəfli 

uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləmək 

istəyirəm.

Hörmətlə, 

Şavkat MİRZİYOYEV 

Özbəkistan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının 

Prezidenti zati-aliləri 

cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik 

edirəm.


Azərbaycan xalqının mənafeyinə yorulmadan göstərdiyiniz 

qayğı haqlı olaraq Sizə regionda və onun hüdudlarından 

kənarda hörmət və nüfuz qazandırıb. Dövlətlərimiz arasında 

dostluq münasibətlərinin inkişafına Sizin şəxsi töhfənizi biz 

Türkmənistanda yüksək qiymətləndiririk. 

Bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən 

möhkəm cansağlığı, bol həyat enerjisi, şəxsi səadət, bütün dost 

Azərbaycan xalqının tərəqqisi və firavanlığı naminə ali dövləti 

vəzifənizdə uğurlar arzulayıram. 

Dərin hörmətlə,



Qurbanqulu BERDİMƏHƏMMƏDOV 

Türkmənistanın Prezidenti

Azərbaycan Respublikasının 

Prezidenti zati-aliləri 

cənab İlham Əliyevə

Zati-aliləri!

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik etmək və 

ən xoş arzularımı bildirmək istərdim. Sizə möhkəm cansağlığı 

və çox məsuliyyətli işinizdə uğurlar arzulayıram. 

Ölkələrimiz arasında strateji əməkdaşlığın inki-

şaf edəcəyinə və xalqlarımızın rifahı naminə daha da 

möhkəmlənəcəyinə inandığımı bildirməkdən şərəf duyuram. 

Hörmətli cənab Prezident, bir daha Sizə olan dərin ehtiramımı 

çatdırmaq istərdim. 

Hörmətlə, 

Rosen PLEVNELİYEV 

Bolqarıstan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının 

Prezidenti zati-aliləri 

cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Sizə əlamətdar yubileyiniz münasibətilə səmimi 

təbriklərimi çatdırmaq istərdim.

Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dünyada sabitlik 

amilidir və hamı üçün daha xoş və ədalətli gələcəyə yol açır. 

Arzum budur ki, bundan sonra da uzun illər ərzində sabitlik və 

tərəqqi yolunda dost Azərbaycan xalqına rəhbərlik edəsiniz.

Monteneqro xalqı adından və şəxsən öz adımdan bizim 

yaxın və dost ölkələrimiz arasında əlaqələri gücləndirmək üçün 

göstərdiyiniz bütün səylərə görə Sizə dərin minnətdarlığımı 

bildirirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali 

dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. 

Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,



Filip VUYANOVİÇ 

Monteneqronun Prezidenti

Azərbaycan Respublikasının 

Prezidenti zati-aliləri 

cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik 

etmək istəyirəm. 

Biz Sizin Azərbaycan cəmiyyətinin quruculuğu işinə, eləcə 

də ölkənin təbliğinə və onun iqtisadi inkişafına verdiyiniz 

töhfəni yüksək qiymətləndiririk. Azərbaycan Respublikası bu 

qısa tarixi dövrdə böyük nailiyyətlər əldə edib, dünya birliyinin 

fəal və nüfuzlu üzvü olub. 

Əminəm ki, ənənəvi dostluğumuz və mehriban qon-

şuluq əlaqələrimiz xalqlarımızın firavanlığı naminə 

möhkəmlənməkdə davam edəcək. 

Fürsətdən istifadə edərək, hörmətli İlham Heydər oğlu, 

Sizə möhkəm cansağlığı, tükənməz enerji və fəaliyyətinizdə 

yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq 

və firavanlıq arzulayıram.

Ən xoş arzularla, 

Nursultan NAZARBAYEV 

Qazaxıstan Respublikasının Prezidenti

TƏSİSÇİ:  AZƏRBAYCAN  RESPUBLİKASI  PREZİDENTİNİN  İŞLƏR  İDARƏSİ  VƏ  QƏZETİN  REDAKSİYA  HEYƏTİ

№ 284 (28377)  22 dekabr 2016-cı il, cümə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir

www.xalqqazeti.com

Azərbaycan Prezidenti İlham Əliyev 

Türkiyənin iqtisadiyyat nazirinin başçılıq 

etdiyi nümayəndə heyətini qəbul edib

 

ˆ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 



dekabrın 21-də Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat 

Zeybekcinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Prezident İlham Əliyev Türkdilli 

Dövlətlərin Əməkdaşlıq Şurasına üzv 

dövlətlərin iqtisadiyyat nazirlərinin 

Bakıda keçiriləcək görüşünün önəmini 

qeyd etdi. Dövlətimizin başçısı Türkiyə 

Respublikasının iqtisadiyyat naziri Ni-

hat Zeybekcinin Azərbaycana səfərinin 

həm Şuranın iclasında iştirakı, həm də 

ölkələrimiz arasında iqtisadi əlaqələrin 

daha da inkişaf etdirilməsi ilə bağlı 

müzakirələrin aparılması baxımından 

əhəmiyyətini vurğuladı. 

Nazir Nihat Zeybekci Türkiyə Res-

publikasının Prezidenti Rəcəb Tayyib 

Ərdoğanın salamlarını Prezident İlham 

Əliyevə çatdırdı. 

Ölkələrimiz arasında dostluq və 

qardaşlıq əlaqələrinə toxunan nazir Ni-

hat Zeybekci 15 iyul hadisələri zamanı 

Azərbaycanın Türkiyəyə ən böyük 

dəstək verən ölkə olduğunu dedi.  

Azərbaycan ilə Türkiyənin ən yaxın 

qardaş ölkələr olduğunu vurğulayan 

dövlətimizin başçısı ölkələrimizin bir-

birinə hər zaman dəstək vermələrini 

təbii hal kimi dəyərləndirdi.

Görüşdə Azərbaycan-Türkiyə 

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq 

Şurasının iclaslarının əlaqələrimizin 

daha da möhkəmləndirilməsi baxı-

mından önəmi vurğulandı, iqtisadi 

sahədə əməkdaşlığımızın inkişafına 

dair məsələlər ətrafında fikir mübadiləsi 

aparıldı.  

Dövlətimizin başçısı Türkiyə 

Respublikasının Prezidenti Rəcəb 

Tayyib Ərdoğanın salamlarına görə 

minnətdarlığını bildirdi, onun da salam-

larını Türkiyə Prezidentinə çatdırmağı 

xahiş etdi.    

AZƏRTAC

Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Kons-

titusiyasının 109-cu maddəsinin 

32-ci bəndini rəhbər tutaraq və 

“Azərbaycanda gənc istedadlara dövlət 

qayğısı haqqında” Azərbaycan Respub-

likası Prezidentinin 1996-cı il 22 iyun 

tarixli 464 nömrəli Fərmanına uyğun 

olaraq qərara alıram:

Musiqi sahəsində xüsusi iste-

dadı olan aşağıdakı şəxslərin adları 

Azərbaycanın gənc istedadlarının “Qızıl 

kitabı”na yazılsın və onlar xüsusi aylıq 

təqaüdə layiq görülsünlər:

Behbudov Rəşid Ələddin oğlu – 

Bülbül adına orta ixtisas musiqi 

məktəbinin şagirdi

İsmayılova Nərminə Zahid qızı –  

Bülbül adına orta ixtisas musiqi 

məktəbinin şagirdi.



İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2016-cı il

Azərbaycan Respublikasının idman mütəxəssislərinə “Əməkdar 

bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konsti-

tusiyasının 109-cu maddəsinin 32-ci 

bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda bədən tərbiyəsi və id-

manın inkişafında xidmətləri olan aşağı-

dakı şəxslərə “Əməkdar bədən tərbiyəsi 

və idman xadimi” fəxri adı verilsin:

Allahverdiyev Tarverdi Əflan oğlu

Eyvazov Çingiz Abuzər oğlu

Əhədov Seymur Kamil oğlu

Feyzullayev Vaqif Səxavət oğlu

Krapivin Oleq Andreyeviç

Qurbanov Firudin Eyyub oğlu

Məmmədyarov Həmid Hilal oğlu

Salehli Bəhruz Qədir oğlu.



İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2016-cı il

Azərbaycan Respublikasının idman mütəxəssislərinə Azərbaycan 

Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusi-

yasının 109-cu maddəsinin 32-ci bəndini 

rəhbər tutaraq və “Azərbaycan Respubli-

kası Prezidentinin fərdi təqaüdünün təsis 

edilməsi haqqında” Azərbaycan Respub-

likası Prezidentinin 2002-ci il 11 iyun 

tarixli 715 nömrəli Fərmanına uyğun 

olaraq qərara alıram:

1. Azərbaycanda bədən tərbiyəsi və 

idmanın inkişafında xüsusi xidmətləri 

olan aşağıdakı şəxslərə Azərbaycan 

Respublikası Prezidentinin fərdi 

təqaüdü verilsin:

Əzimov Abas Əzim oğlu

Məmmədyarov Qəhrəman Müslüm oğlu

2. Azərbaycan Respublikasının 

Nazirlər Kabineti bu Sərəncamdan irəli 

gələn məsələləri həll etsin.

İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2016-cı il

D.A.Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda 

fövqəladə  və səlahiyyətli səfiri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 

maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Dursun Ayvaz oğlu Həsənov Azərbaycan  

Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli 

səfiri təyin edilsin.



İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2016-cı il

L.S.Qəndilovun Azərbaycan 

Respublikasının Belarus Respublikasında 

fövqəladə və səlahiyyətli 

səfiri təyin edilməsi haqqında

Azərbaycan Respublikası 

Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 

maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının 

Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin 

edilsin.


İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2016-cı il

22 dekabr 2016-cı il, cümə axşamı

2

E.P.Poluxovun Azərbaycan Respublikasının Braziliya Federativ 

Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 

maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının 

Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli 

səfiri təyin edilsin.



İlham ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2016-cı il

 “İrəvan – gizlədilmiş həqiqətlər” 

sənədli filminin təqdimatı keçirilib

 

ˆ

Dünən Bakıda “İrəvan - gizlədilmiş 



həqiqətlər” sənədli filminin (Azərbaycan, rus və ingilis 

dillərində) təqdimatı olub. Bu ekran əsəri Gənclər 

və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” 

İnformasiya - Kommunikasiya Texnologiyaları 

Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının 

(AMEA) Tarix İnstitutunun birgə əməkdaşlığı 

çərçivəsində baş tutub.

Filmin baş məsləhətçisi 

AMEA Tarix İnstitutunun di-

rektoru, Milli Məclisin deputatı, 

professor Yaqub Mahmudov, 

ideya müəllifi və layihə rəhbəri 

Nurəddin Mehdiyev, ssenari 

müəllifi tarix üzrə fəlsəfə dokto-

ru Nazim Mustafa, quruluşçu re-

jissoru isə Teymur Nəcəfzadədir.

Tədbirdə “Virtual Qarabağ” 

İnformasiya–Kommunikasiya 

Texnologiyaları mərkəzinin 

əlaqələndiricisi, Gənclər və 

İdman Nazirliyi yanında 

Gənclərlə İş üzrə İctimai Şura-

nın sədri Nurəddin Mehdiyev 

təqdim olunan yeni filmin 

məzmunu və xüsusiyyətləri 

haqqında məlumat verib. 

Bildirilib ki, Azərbaycanın 

qədim mədəniyyət 

mərkəzlərindən olan İrəvan 

şəhərinin azərbaycanlılara 

məxsus zəngin mədəni irsi 

haqqında məlumatları dünya 

ictimaiyyətinə, eləcə də gələcək 

nəsillərə çatdırmaq sənədli 

filmin əsas məqsədidir.

Sonra Gənclər və İdman 

naziri  Azad Rəhimov çıxış 

edərək,  Tarix İnstitutu ilə birgə 

hazırlanan filmin arxiv materi-

alları və elmi-tədqiqat xarakterli 

araşdırmaların üzərində qurul-

duğunu qeyd edib. Nazir bildirib 

ki, bu film elmi-araşdırmaların 

geniş kütləyə çatdırılmasının 

təsirli və qısa yoludur. Hazır-

da işğal olunmuş ərazilərdə 

xalqımıza məxsus qeyri-maddi 

və mədəni tarixi abidələr məhv 

edilir. Bu vəhşiliklər daha əvvəl 

İrəvanda, sonra bizim Zəngəzur, 

Göyçə, Vedibasar və digər tarixi 

ərazilərdə indi də Qarabağda 

aparılır. Erməni vandalizmini 

dünyaya açıb-göstərmək baxı-

mından bu tipli layihələrin rolu 

çox əhəmiyyətlidir. 

Tədbirdə çıxış edən AMEA-

nın müxbir üzvü Yaqub Mah-

mudov İrəvanın Azərbaycanın 

qədim və əzəli torpağı olmasını 

qeyd edərək, Prezident İlham 

Əliyevin müvafiq çıxışlarında 

bu tarixi şəhərimizin irsinin 

daim araşdırılması üçün səfərbər 

olmağımızı qeyd etdi. Y. 

Mahmudov bildirib ki, bu gün 

İrəvanda bir məsciddən savayı, 

yaşı 200 ildən artıq olan tarixi-

memarlıq abidəsi qalmayıb, yer 

üzündən silinib. Azərbaycanda 

İrəvan haqqında ilk dəfədir ki, 

daha əhatəli və 3 dildə sənədli 

film çəkilib. Filmin xarici 

dillərinin orijinallığı da onun 

dünyaya yayılmasını asanlaş-

dırır.


Azərbaycan Respublikası 

Prezidentinin ictimai-siyasi 

məsələlər üzrə köməkçisi Əli 

Həsənov tədbirdə çıxış edərək 

deyib ki, hazırda dünyaya 

Ermənistan-Azərbaycan, 

Dağlıq Qarabağ münaqişəsi 

ilə bağlı iki mənbədən infor-

masiya yayılır. Bir tərəfdən 

ermənilər saxta informasiya 

yayırlar, digər tərəfdən isə 

biz Azərbaycan həqiqətlərini 

dünya ictimaiyyətinə çatdı-

rırıq. Bu layihə Azərbaycan 

həqiqətlərinin dünyada təbliği 

baxımından mühüm əhəmiyyətə 

malikdir. Lakin bu, mühüm 

layihə olsa da, yetərli deyil. 

Burada böyük zəhmətlə bərpa 

olunan qədim İrəvan tarixi-

nin, o cümlədən məscidlərin, 

abidələrin daha təkmil təsvirini 

verməliyik, daha mükəmməl 

açıqcalar, bukletlər hazırlan-

malıdır və geniş coğrafiyada 

yayılmalıdır ki, qoy ermənilərin 

Azərbaycan tarixini necə 

saxtalaşdırdıqlarını, məhv 

etdiklərini dünya bilsin. Xaricə 

gedən dövlət rəsmilərimiz, QHT 

nümayəndələri, jurnalistlər, 

gənclərimiz, səfirliklərimizdə 

çalışan diplomatlar, diasporu-

muzun üzvləri bu filmin dünya-

da yayılmasına çalışmalıdırlar.

“Ümummilli lider Heydər 

Əliyev son 200 ildə Azərbaycan 

xalqına qarşı törədilən qır-

ğınlar haqqında danışarkən 

deyirdi ki, ermənilərlə qonşuluq 

Azərbaycan qarşısında daim bir 

geosiyasi vəzifə qoyur və biz 

bunu unutmamalıyıq. Adətən, 

qonşu ölkələr bir-birinin inkişafı-

na töhfə verir, ancaq ermənilərlə 

qonşuluq bizə yalnız problemlər, 

mədəniyyətimizin dağıdılma 

təhlükəsi, təhlükəsizliyimizə 

təhdid yaradıb, xalqımıza qarşı 

soyqırımı törədilib. Bizim geosi-

yasi vəzifəmiz isə ermənilərdən 

tariximizi, mədəniyyətimizi, 

fiziki varlığımızı, gələcək inki-

şafımızı qorumaqdır. Bəzən biz 

xristian dünyasında ermənipərəst 

dairələrə başa salırıq, lakin onlar 

xristian-müsəlman ayrı-seç-

kiliyi fonunda bizə şübhə ilə 

yanaşırlar. Ona görə də biz çox 

iş görməliyik ki, ermənilərin 

saxtakarlığını ifşa edək”, - deyə 

Prezidentin köməkçisi qeyd edib.

Əli Həsənov deyib ki, bu 

gün dünyada qədim müsəlman 

şəhərlərinə və tarixi abidələrinə 

biganə münasibət müşahidə 

olunur. Bu, çox təəssüf doğu-

rur. Dünyadakı bir çox qədim 

müsəlman-türk şəhərləri və 

tarixi abidələri məhv edilib. 

Bütün müsəlman Şərqinin tarixi 

abidələri və qədim şəhərləri, 

o cümlədən Suriya ərazisində 

yerləşən Palmira şəhəri bom-

balarla dağıdılıb. Bütün bunlar 

tolerantlığa, multikulturalizmə 

mənfi münasibətin göstəricisidir. 

“Prezident İlham 

Əliyev dəfələrlə qeyd 

edib ki, Azərbaycandakı 

multikulturalizmə də, Qərbdəki 

multikulturalizmə də baxın. 

Bizim fərqimiz ondan ibarətdir 

ki, Azərbaycanda yaşayan bütün 

xalqlara, müxtəlif dinlərin 

mənsublarına özümüz qədər 

hörmət edirik, sevgi ilə yana-

şırıq. Ancaq Qərb bir müddət 

başqa dildən, dindən olanlara 

dözümlülük göstərsə də, indi 

bu dözümlülüyü görmürük. 

Bu gün hamı görür ki, Qərb 

ölkələri miqrantlara, qaçqın-

lara hansı münasibəti göstərir

onları didərgin salır, sərhədlərdə 

güllələyirlər. Sonra da dünyaya 

Qərb sivilizasiyasının tolerantlı-

ğını təqdim edirlər. Onların tole-

rantlığı budur”, – deyə professor 

Əli Həsənov bildirib.

Tədbirdə Milli Məclisin 

deputatı Fuad Muradov, filmin 

ssenari müəllifi tarixçi-alim 

Nazim Mustafa çıxış edərək 

İrəvan şəhərinin və bu qədim 

mədəniyyət mərkəzimiz haq-

qında bəhs edən sənədli filmin 

Azərbaycan cəmiyyəti üçün 

əhəmiyyətindən danışıblar.

Anar TURAN, 

“Xalq qəzeti”

Ulu öndər Heydər Əliyevin məzarını və 

Şəhidlər xiyabanını ziyarət

 

ˆ

Bakıda səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına 



üzv dövlətlərin iqtisadiyyat nazirləri dekabrın 21-də Fəxri xiyabanda müasir 

müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli 

lideri Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik 

Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, 

məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən 

qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi 

bütövlüyü uğrunda mübarizədə canla-

rından keçmiş qəhrəman Vətən övladla-

rının xatirəsini yad edib, “Əbədi məşəl” 

abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən 

Azərbaycan paytaxtının mənzərəsini seyr 

edən qonaqlara Şəhidlər xiyabanının tarixi 

və şəhərdə görülən abadlıq-quruculuq işləri 

barədə məlumat verilib.

AZƏRTAC




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə