Nursultan NAZARBAYEV
Qazaxıstan Respublikasının Prezidenti
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ
№ 284 (28377) 22 dekabr 2016-cı il, cümə axşamı
Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com
Azərbaycan Prezidenti İlham Əliyev
Türkiyənin iqtisadiyyat nazirinin başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
dekabrın 21-də Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat
Zeybekcinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasına üzv
dövlətlərin iqtisadiyyat nazirlərinin
Bakıda keçiriləcək görüşünün önəmini
qeyd etdi. Dövlətimizin başçısı Türkiyə
Respublikasının iqtisadiyyat naziri Ni-
hat Zeybekcinin Azərbaycana səfərinin
həm Şuranın iclasında iştirakı, həm də
ölkələrimiz arasında iqtisadi əlaqələrin
daha da inkişaf etdirilməsi ilə bağlı
müzakirələrin aparılması baxımından
əhəmiyyətini vurğuladı.
Nazir Nihat Zeybekci Türkiyə Res-
publikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğanın salamlarını Prezident İlham
Əliyevə çatdırdı.
Ölkələrimiz arasında dostluq və
qardaşlıq əlaqələrinə toxunan nazir Ni-
hat Zeybekci 15 iyul hadisələri zamanı
Azərbaycanın Türkiyəyə ən böyük
dəstək verən ölkə olduğunu dedi.
Azərbaycan ilə Türkiyənin ən yaxın
qardaş ölkələr olduğunu vurğulayan
dövlətimizin başçısı ölkələrimizin bir-
birinə hər zaman dəstək vermələrini
təbii hal kimi dəyərləndirdi.
Görüşdə Azərbaycan-Türkiyə
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının iclaslarının əlaqələrimizin
daha da möhkəmləndirilməsi baxı-
mından önəmi vurğulandı, iqtisadi
sahədə əməkdaşlığımızın inkişafına
dair məsələlər ətrafında fikir mübadiləsi
aparıldı.
Dövlətimizin başçısı Türkiyə
Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğanın salamlarına görə
minnətdarlığını bildirdi, onun da salam-
larını Türkiyə Prezidentinə çatdırmağı
xahiş etdi.
AZƏRTAC
Dostları ilə paylaş: |