Mahmud QƏZƏNFƏROĞLU,
“Xalq qəzeti”
“White Ops”
şirkətinin tədqiqatı
Birləşmiş Ştatların internet üzrə ixtisaslaşmış “White Ops” şirkətinin
tədqiqatçıları maraqlı faktı üzə çıxarıblar. Tədqiqatçılar xüsusi araşdırma
apararaq müəyyən ediblər ki, rusiyalı hakerlər qrupu gün ərzində 250 min
saxta sayt vasitəsilə dünya üzrə 5 milyon dollar reklam gəliri əldə etməyə imkan
verən yeni xüsusi mexanizm hazırlayıb. Bu barədə “The New York Times” nəşri
məlumat yayıb.
Nəşr yazır ki, hakerlər tərəfindən “Meth-
bot” adlı xüsusi mexanizm bu ilin sentyabrında
hazırlanıb və ondan fəal şəkildə istifadə olunur.
Bildirilir ki, hakerlərin fırıldağı bununla bitmir.
Həmçinin hakerlər gerçək istifadəçi fəaliyyətini
imitasiya edən 570 mindən çox zərərli proqra-
ma nəzarət edirlər.
“White Ops” təşkilatının rəhbəri Maykl Tif-
fani reklam verən şirkətləri və fərdi şəxsləri bu
fırıldaqçı sistem barədə məlumatlandırdıqlarını
bildirib. O deyib ki, hakerlər hər hansı videoya
1000 baxış zamanı 13 dollar gəlir əldə edir. Bu,
onlara gün ərzində 3 milyon dollardan 5 milyon
dollara qədər pul qazanmağa imkan verir.
Ekspertlər bu haker qrupu ilə ABŞ
serverlərinə hücum edən siyasi motivasiyalı
hakerlər arasında əlaqəyə dair sübut olmadığını
bildirirlər.
Əfsanə MƏHƏMMƏDLİ, “Xalq qəzeti”
Neftin qiyməti qalxır
Dünya bazarında neftin qiyməti qalxmağa başlayıb. Londonun “İCE”
birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 55,59 dollar olub.
Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın
“WTI” markalı neftinin bir barreli 53,39 dollar olub.
Xatırladaq ki, dekabrın 14-də ABŞ-
da Federal Ehtiyatlar Sistemi ( FES ) uçot
dərəcəsini qaldırdıqdan sonra dünya baza-
rında neftin qiyməti 5 faiz aşağı düşərək
53 dollara enmişdi. Lakin bir gündən sonra
neftin qiyməti 54-55 dollar arasında oyna-
mağa başladı və nəhayət neftin qiyməti 55
dolları keçdi.
Neftin qiymətinin artması ilə neft hasil
və ixrac edən dövlətlərin də milli valyutası
dollara nisbətdə möhkəmlənib.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”