Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə61/65
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#20393
1   ...   57   58   59   60   61   62   63   64   65
A Ç I Q   M Ü S A B İ Q Ə  

E L A N   E D İ R

Pan Gi Mun Koreya Respublikası prezidenti 

seçkilərində iştirak etmək niyyətindədir

 

ˆ

BMT-nin Baş katibi Pan Gi Mun Koreya 



Respublikasında keçiriləcək növbədənkənar prezident 

seçkilərində iştirak etmək niyyətində olduğuna 

işarə edib.Bu barədə o, dünən Nyu-Yorkda Cənubi 

Koreyadan olan bir qrup jurnalistlə görüş zamanı 

bəyan edib. Məlumatı TASS verib.

Məlumata görə, 

jurnalistlərdən biri Pan 

Gi Mundan soruşub 

ki, o, Cənubi Koreya 

Respublikası prezi-

dentinin seçkilərində 

iştirak etmək istərdimi. 

Buna cavab olaraq 

baş katib qeyd edib: 

“Əgər mənim BMT-nin 

rəhbəri vəzifəsindəki 10 

illik təcrübəm Cənubi 

Koreyanın inkişafına 

kömək edərsə, bu məqsədə 

çatmaq üçün özümü qurban 

verməyə hazıram. Mən Cənubi 

Koreya vətəndaşlarının fikrini 

dinləyəndən sonra bu barədə 

qərarımı verəcəyəm”.

Onun təcrübəsinin bir 

ölkənin daxili siyasətində deyil, 

beynəlxalq arenada daha çox 

faydalı ola biləcəyi barədəki 

bəyanatı şərh edən Pan Gi Mun 

deyib ki, hər iki istiqaməti 

birləşdirə bilər, ancaq Cənubi 

Koreya vətəndaşlarının rifahı 

naminə çalışmağı daha vacib 

hesab edir. O, belə bir məlumat 

da verib ki, dekabrın 31-də 

BMT-nin Baş katibi vəzifəsini 

təhvil verdikdən sonra yanvarın 

ortalarından doğma Seula qayıt-

maq niyyətindədir. 

Xatırladaq ki, Kore-

ya Respublikasının hazırkı 

Prezidenti Pak Kın Xenin 

vəzifədən kənarlaşdırılması ilə 

bağlı proseslər Konstitusiya 

Məhkəməsi ölkə parlamentinin 

dövlət başçısının impiçmenti ilə 

bağlı səsverməsinin nəticələrini 

təsdiq etdikdən sonra başa 

çatacaq.Qanunla bu prosesə altı 

ay vaxt ayrılır.Kons-

titusiya Məhkəməsi 

parlamentin qərarını 

təsdiq edərsə, respub-

likada növbədənkənar 

prezident seçkiləri 

keçiriləcək.

Pak Kın Xe adı 

korrupsiya qalmaqa-

lında hallanan yaxın 

rəfiqəsi Çxve Sun Silə 

himayədarlıq etməkdə 

ittiham edilir. Noyabrın 

20-də Koreya Respublikasının 

Prokurorluğu Sun Silin, eləcə 

Prezident Administrasiyasının 

iki keçmiş əməkdaşının işi ilə 

bağlı təhqiqatın nəticələrini 

elan edib.Onlara qarşı korrup-

siya, fırıldaqçılıq və xidməti 

səlahiyyətlərindən sui-istifadə 

kimi ittihamlar irəli sürülüb.


Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin