Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
Rusiya, Türkiyə və İran
XİN rəhbərləri görüşüb
Rusiya, Türkiyə və İran xarici işlər nazirləri Moskvada görüşüblər.
Üçtərəfli görüşdə XİN rəhbərlərinin əsas müzakirə mövzusu Suriya
münaqişəsinin nizamlanması olub. Bu barədə RİA “Novosti” məlumat yayıb.
Mənbə qeyd edir ki, əvvəlcə Sergey Lavrov-
la Mövlud Çavuşoğlu arasında görüş keçirilib.
Nazirlər Ankarada qətlə yetirilən səfir Andrey
Karlovun xatirəsini yad ediblər. Sergey Lavrov
səfirin qətlinə dərhal münasibət göstərdiklərinə
görə Türkiyə tərəfinə təşəkkür edib. “Bu terror
hadisəsinə qısa zamanda aydınlıq gətiriləcəyinə
inanırıq və baş verən hadisə bir daha onu göstərir
ki, terrorçuluğa qarşı daha israrlı mübarizə apar-
malıyıq”, – deyə S.Lavrov bildirib.
XİN-in rəhbərlərinin görüşü zamanı Suriya
böhranının həlli ilə bağlı ortaq bəyannamə qəbul
edilib. Bu barədə S.Lavrov türkiyəli həmkarı
Mövlud Çavuşoğlu və iranlı həmkarı Məhəmməd
Cavad Zəriflə üçtərəfli görüşdən sonra məlumat
verib. O deyib: “Suriyada son zamanlar baş
verən hadisələr diqqət mərkəzindədir. Bizim
ortaq fikrimiz Suriyanın suverenliyinə dəstək
ifadə etməkdir. Münaqişə hərb yolu ilə həll
ola bilməz. Münaqişənin alternativi olmadan
siyasi-diplomatik yolla həllinə tərəfdarıq. Biz
bu məsələnin həlli üçün BMT-nin Təhlükəsizlik
Şurasının 2254 saylı qətnaməsini dəstəkləyirik”.
Nazirlər beynəlxalq ictimaiyyətin bü-
tün üzvlərini Suriyaya dəstək göstərməyə
səsləyiblər.
İranın XİN-in rəhbəri M.C. Zərif Rusiya və
Türkiyənin Hələbdəki birgə səylərini alqışla-
yıb. Nazirlər Suriyaya göstərilən dəstəyə görə,
Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Ümum-
dünya Səhiyyə Təşkilatına minnətdarlıqlarını
bildiriblər. Üçtərəfli formatda görüş münaqişənin
həlli ilə istiqamətində ən optimal yoldur, – deyə
mətbuat konfransı zamanı bildirilib.
Görüşdə suriyalıların maneəsiz humani-
tar yardımla təchizi, ərazidə əhalinin sərbəst
hərəkətinin təmini məsələləri də müzakirə edilib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi
Con Kirbi bu görüş haqqında sualları cavab-
landıraraq deyib: “Biz diplomatik fəallığımızı
itirməmişik . Rusiya, Türkiyə, İran XİN
rəhbərlərinin Moskvada Suriya məsələsinin
müzakirəsi o demək deyil ki, ABŞ artıq liderliyini
itirib. ABŞ sülh nizamlanmasında istənilən səyləri
dəstəkləyir, lakin tərəflər danışıqların nəticəsini
kağız üzərində təsdiqləməkdənsə, daha çox prak-
tikada reallaşdırılmasına səy göstərməlidirlər”.
Dostları ilə paylaş: |