Anar TURAN,
“Xalq qəzeti”
Ulu öndər Heydər Əliyevin məzarını və
Şəhidlər xiyabanını ziyarət
Bakıda səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına
üzv dövlətlərin iqtisadiyyat nazirləri dekabrın 21-də Fəxri xiyabanda müasir
müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli
lideri Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik
Zərifə xanım Əliyevanın da xatirəsi anılıb,
məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən
qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda mübarizədə canla-
rından keçmiş qəhrəman Vətən övladla-
rının xatirəsini yad edib, “Əbədi məşəl”
abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən
Azərbaycan paytaxtının mənzərəsini seyr
edən qonaqlara Şəhidlər xiyabanının tarixi
və şəhərdə görülən abadlıq-quruculuq işləri
barədə məlumat verilib.
Dostları ilə paylaş: |