AZƏRTAC
Ukrayna Ədliyyə Nazirliyində akademik
Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş
beynəlxalq jurnal qeydiyyatdan keçib
Görkəmli oftalmoloq alim, akademik
Zərifə Əliyevanın nurlu xatirəsinə həsr olunmuş
“Mejdunarodnıy jurnal antibiotiki i probiotiki” elmi-
tibbi nəşri Ukrayna Ədliyyə Nazirliyində kütləvi
informasiya vasitəsi kimi qeydiyyatdan keçib. Nəşrin
təsisçisi, akademik Zərifə Əliyeva adına Beynəlxalq
Elmi-Tibbi Mərkəzdir. Ukrayna Səhiyyə Nazirliyinin
P.L.Şupik adına Diplomdansonrakı Təhsil Milli Tibb
Akademiyası və Ümumukrayna İnfeksion Nəzarət və
Antimikrob Rezistentlik Assosiasiyasıdır.
Həmvətənimiz, akademik
Zərifə Əliyeva adına Beynəlxalq
Elmi-Tibbi Mərkəzin rəhbəri,
P.L.Şupik adına Diplomdansonra-
kı Təhsil Milli Tibb Akademiya-
sının mikrobiologiya epidemiolo-
giya kafedrasının müdiri, Dünya
Səhiyyə Təşkilatının Avropa
Bürosu yanında Ukraynanın milli
əlaqələndiricisi, antimikrob rezis-
tentlik və infeksion nəzarət üzrə
Ukrayna Milli Komitəsinin başçı-
sı, tibb elmləri doktoru, professor
Aydın Salmanov beynəlxalq
jurnalın baş redaktoru seçilib.
Professor AZƏRTAC-a
müsahibəsində bildirib ki,
jurnal klinik və eksperimental
təbabətin, o cümlədən oftalmolo-
giya, cərrahiyyə, mikrobiologiya
və farmakologiyanın müxtəlif
sahələrində elmi nailiyyətləri
daha geniş işıqlandırmaq, habelə
dünyanın müxtəlif ölkələrindən
alimlərin elmi əməkdaşlığını
möhkəmləndirmək məqsədi ilə
təsis edilib.
A.Salmanov deyib:
“Məmnunluq hissi ilə qeyd etmək
istəyirəm ki, jurnalın hər bir
nömrəsində görkəmli oftalmoloq
alim, akademik Zərifə Əliyevanın
seçilmiş əsərləri ingilis dilində
təkrar dərc ediləcək. Ümidvarıq
ki, jurnalın səhifələrində başqa
Azərbaycan alimlərinin elmi
əsərləri də layiqli yer tutacaq”.
O qeyd edib ki, beynəlxalq
elmi jurnal tibbin müxtəlif
sahələrini əhatə edən elmi
informasiyanın mübadiləsi üçün
forumdur. Nəşr dünyanın müxtəlif
ölkələrinin alimləri arasında
əlaqələndirici vəsilə funksiyasını
yerinə yetirəcək.
Jurnal dünyanın, demək
olar, bütün qitələrində yayılacaq.
Hazırda ABŞ, Kanada, Brazi-
liya, Türkiyə, MDB və Avropa
ölkələri, Yaponiya və Avstraliyada
oxucu auditoriyası formalaşdırı-
lır. Jurnalın redaktorlar şurasına
Azərbaycan, Ukrayna, ABŞ,
Kanada, Böyük Britaniya, Fransa,
İtaliya, Malta, Yunanıstan, Alma-
niya, Sloveniya, Monteneqro, Pol-
şa, Slovakiya, Macarıstan, İsveç,
Belarus, Gürcüstan, Özbəkistan
və Qazaxıstandan tanınmış alimlər
daxildir. İngilis və rus dillərində
nəşr olunacaq jurnalın redaksiyası
Kiyevdə yerləşəcək.
A.Salmanov deyib:
“Fürsətdən istifadə edərək,
Azərbaycan Milli Elmlər Akade-
miyasını, Azərbaycan Respubli-
kasının Prezidenti yanında Bilik
Fondunu, Azərbaycanın ali təhsil
ocaqlarını, habelə alimlərini
əməkdaşlığa dəvət edirəm. Belə
əməkdaşlıq başqa ölkələrin
alimləri ilə elmi əlaqələrin
inkişafına və möhkəmlənməsinə
kömək edəcək”.
Dostları ilə paylaş: |