AZƏRTAC
TürkPA parlamentlərarası ünsiyyətin
demokratik forumuna çevrilib
Dekabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin
sədri Oqtay Əsədov Türkdilli Ölkələrin Parlament Assambleyasının
(TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı
mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Qırğızıstan
Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən
verilən məlumata görə, Türkdilli Ölkələrin
Parlament Assambleyasının fəaliyyətindən
söz açan Oqtay Əsədov vurğulayıb ki, bu
qurum yarandığı gündən böyük inkişaf yolu
keçib və parlamentlərarası əlaqələrimizdə
yeni mərhələ açıb. TürkPA bundan sonra
da geniş coğrafi ərazini əhatə edən türk
dünyasının qarşılaşdığı problemlərin
həllinə öz töhfəsini verəcək. Müasir dövrün
çağırışları fonunda türkdilli dövlətlərin və
parlamentlərin daha sıx birləşməsi vacibdir.
Sevindirici haldır ki, eyni kökdən olan, or-
taq milli-mədəni dəyərləri bölüşən türkdilli
dövlətlər bütün sahələrdə qarşılıqlı faydalı
əməkdaşlığı gündən-günə gücləndirirlər.
Söhbət zamanı türk dünyasının bir-
liyini möhkəmləndirmək istiqamətində
Azərbaycanın irəli sürdüyü təşəbbüslərdən
və həyata keçirdiyi tədbirlərdən danışan
Oqtay Əsədov türk sivilizasiyasının bərpası
və inkişafı üçün türkdilli xalqların mədəni
irsinin qorunmasının vacibliyini vurğulayıb.
Görüşdə Joqorku Keneş sədrinin
diqqətinə çatdırılıb ki, Azərbaycan Qırğızıs-
tan ilə əlaqələrin daha da möhkəmlənməsinə
və dərinləşməsinə mühüm əhəmiyyət verir.
Dövlətlərarası əlaqələrimizdə son illər
müşahidə olunan intensivlik siyasi dialoqun
davam etdirilməsinə və əməkdaşlığın inkişa-
fına möhkəm zəmin yaradır.
Qonağa ölkəmizdə həyata keçirilən
siyasi-iqtisadi islahatlar barədə məlumat
verilib, indiyədək Azərbaycan ilə Qır-
ğızıstan arasında dövlətlərarası və
hökumətlərarası səviyyədə 38 sənədin
imzalandığı xatırladılıb. Azərbaycan-
Qırğızıstan münasibətlərində mədəni-
humanitar əlaqələrin rolu xüsusi vur-
ğulanıb, TÜRKSOY-un bu sahədəki
fəaliyyəti yüksək qiymətləndirilib. Hazırda
parlamentlərarası əlaqələrimizin daha
dinamik xarakter aldığı və deputatları-
mızın müxtəlif beynəlxalq təşkilatlarda
fəal əməkdaşlıq etdiyi qeyd edilib. Milli
Məclisdə və Joqorku Keneşdə fəaliyyət
göstərən dostluq qruplarından bəhs olunub.
Söhbət əsnasında Ermənistan–
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə
də toxunulub.
Görüşdə Qırğızıstan Joqorku Keneşinin
sədri Çınıbay Tursunbekov Azərbaycana
səfərindən məmnunluğunu bildirib. O,
TürkPA-nın Bakıda mənzil-qərargahının
açılışını yüksək dəyərləndirib, Qırğızıstan
parlamentində Milli Məclislə əlaqələrin
inkişafına xüsusi diqqət yetirdiklərini deyib.
Türkdilli xalqların birliyinə və inkişafına
nail olmaq üçün TürkPA çərçivəsində bütün
imkanlarını səfərbər edəcəklərini vurğulayib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dostları ilə paylaş: |