Üst-nin Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq



Yüklə 363.47 Kb.

səhifə1/3
tarix01.01.2017
ölçüsü363.47 Kb.
  1   2   3

Hamiləlik ağırlaşmaları və mamalıq

fəsadlarında tibbi yardımın keyyyətinin

qiymətləndirilməsi

ÜST-nin "Ölümlə nəticələnməyən 

hamiləlik

 ağırlaşmaları və mamalıq 

fəsadlarının tədqiqi metodikası

"  


Hamiləlik ağırlaşmaları və mamalıq

fəsadlarında tibbi yardımın keyyyətinin

qiymətləndirilməsi

Ölümlə nəticələnməyən hamiləlik

ağırlaşmaları və mamalıq

fəsadlarının tədqiqi metodikası 


1.

Ümumdünya Səhiyyə Təşkilatı tərəndən 2011 -ci ildə

Evaluating the quality of care for severe pregnancy complications:

the WHO near-miss approach for maternal health

© Ümumdünya Səhiyyə Təşkilatı, 2011

Bu sənədin tərcüməsi və azərbaycan dilində nəşri üzrə hüquqlar Ümumdünya Səhiyyə Təşkilatının 

Baş direktoru tərəndən Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin  İctimai Səhiyyə və İslahatlar 

Mərkəzinə  verilmişdir.  İctimai  Səhiyyə  və  İslahatlar  Mərkəzi  azərbaycan  dilində  nəşrə  görə  tam 

məsuliyyət daşıyır.

Hamiləlik ağırlaşmaları. 2.Mamalıq xidmətləri. 3.Hamiləliyin nəticəsi. 4.Ana ölümü. 5.Körpə ölümü.



Ağır hamiləlik və mamalıq fəsadlarında tibbi yardımın keyyyətinin qiymətləndirilməsi: ÜST-nin ölümlə 

nəticələnməyən ciddi hamiləlik və mamalıq ağırlaşmalarının tədqiqinə dair yanaşması.

© İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi , 2015

Mündəricat 

Xüsusi təşəkkürlər ......................................................................................................................... 2 

Qısa icmal ...................................................................................................................................... 3 

1. Giriş ........................................................................................................................................... 4

2. ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının

tədqiqi metodikası”nın tətbiqi (“near-miss case review”) ............................................................. 6 

3. Gözlənilən nəticələr .................................................................................................................  17 

4. Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi

metodikasının şəhər/rayon və ya ölkənin səhiyyə sistemi səviyyəsində tətbiqi .......................... 17 

5. Nəticələrin paylaşılması və davamlı fəaliyyət .........................................................................  19 

Biblioqrafiya ................................................................................................................................ 20 

Əlavə 1. Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarını müəyyən  

edən meyarların izahlı lüğəti ....................................................................................................... 22 

Əlavə 2. Məlumatların toplanılması üçün sorğu vərəqi .............................................................. 24 

Əlavə 3. Cədvəllər və onların interpretasiyası ............................................................................ 25 


Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası" 



Xüsusi təşəkkürlər 

Bu məlumat kitabçası ÜST-nin Ana Ölümü və Xəstəliklərin təsnifatı üzərində çalışan İşçi qrupu və ÜST-

nin Ana və Yenidoğulmuşların Sağlamlığının Tədqiqatı Qrupunun Çoxsaylı Ölkələr üzrə Sorğusu 

əsasında João Paulo Souza (ÜST), Lale Say (WHO), Robert Pattinson və Ahmet Metin Gülmezoglu 

(ÜST) və həmçinin Linda Bartlett, Jon Barret, José Guilherme Cecatti, Bukola Fawole, Anoma 

Jayathilaka (ÜST, Şri Lanka), Pisake Lumbiganon, Rintaro Mori, Idi Nafiou və Mohamed Cherine 

Ramadanın əməkdaşlığı ilə hazırlanmışdır. ÜST Ailə Sağlamlıq Bürosunun heyətinə, Şri-Lankanın 

Səhiyyə Nazirliyinə və Braziliyanın Ağır Mamalıq Xəstəliklərinə Nəzarət Şəbəkəsinə öz minnətdarlığını 

bildirir. Kitabçanın əvvəlki variantlarına öz rəyini bildirdiyinə görə Antonio Francisco Oliveira Neto və 

Özge Tunçalpa da dərin təşəkkürlərimizi bildiririk. ÜST-nin Analıq və Yenidoğulmuşların Sağlamlıq 

Tədqiqatı protokolunun Çoxsaylı Ölkələr üzrə Tədqiqatının nəticəsi olan bu kitabça haqqında Olufemi T. 

Oladapo tərəfindən rəy verilib və protokol Braziliya, Qana və İraqda təcrübədən keçirilib. Bu iş USAİD 

və BMTİP/BMTƏF/ÜST və Dünya Bankının Xüsusi Tədqiqat, İnkişaf və İnsan Nəsilartırılmasına dair 

Araşdırma Təlimi tərəfindən maliyyələşdirilmişdir. Nəşrdən əvvəl mətnin redaktəsi Jitendra Khanna 

(ÜST) tərəfindən həyata keçirilmişdir. 



ÜST-nin Ana Ölümü və Xəstəliklərin Təsnifatı üzrə İşçi qrupu 

ÜST-nin Ana Ölümü və Xəstəliklərin Təsnifatı üzrə İşçi qrupunun fəaliyyətində aşağıdakı mütəxəssislər 

iştirak etmişdir: Jon Barret, Linda Bartlett, Nynke van den Broek, José Guilherme Cecatti, Veronique 

Filippi, Rogelio Gonzalez, Ahmet Metin Gülmezoglu (ÜST), Anoma Jayathilaka (ÜST Şri Lanka), 

Affette McCaw-Binns, Robert C Pattinson, Mohamed Cherine Ramadan, Cleone Rooney, João Paulo 

Souza (ÜST), Lale Say (ÜST), Mary Ellen Stanton və Buyanjargal Yadamsuren. 



ÜST-nin Ana və Yenidoğulmuş Sağlamlığının Tədqiqatı qrupunun Çoxsaylı Ölkələr üzrə 

Sorğusu 

ÜST-nın Ana və Yenidoğulmuş Sağlamlığının Tədqiqatı qrupunun Çoxsaylı Ölkələr üzrə Sorğusunda 

regional və ölkə səviyyəli əlaqələndiriciləri, xarici məsləhətçiləri və ÜST-nin heyətindən aşağıdakı 

şəxslər iştirak edib: Anthony Armson, Vicente Bataglia, Katherine Ba-Thike (ÜST), Eduardo Bergel 

(ÜST), Liana Campodonico, Guillermo Carroli, José Guilherme Cecatti, Nomita Chandhiok, Kannitha 

Cheang (ÜST Kamboca), Caroline Crowther, Cristina Cuesta, Bukola Fawole, Daniel Giordano, Ahmet 

Metin Gülmezoglu (ÜST), Bernardo Hernandez, Hoang Thi Bang (WHO Viet Nam), Carol Hogue, 

Kapila Jayaratne, Anoma Jayathilaka (ÜST Şri Lanka)), Malinee Laopaiboon, Gunilla Lindmark, Pisake 

Lumbiganon, Matthews Mathai (ÜST), Syeda Batool Mazhar, Mario Merialdi (ÜST), Suneeta Mittal, 

Rintaro Mori, Yvonne Mugerwa, Mir Lais Mustafa, Idi Nafiou, Juan Manuel Nardin, Alberto Narváez, 

Isilda Neves, Nguyen Thi My Huong (ÜST), Eduardo Ortiz-Panozo, Laxmi Raj Pathak, Robert Pattinson

Deepthi Perera, Ricardo Pérez- Cuevas, Zahida Qureshi, Tung Rathavy, Zenaida Recidoro, Malabika 

Roy, Pang Ruyan, Lale Say (ÜST), Naveen Shrestha, João Paulo Souza (ÜST), Mary Ellen Stanton, 

Surasak Taneepanichsku, Nguyen Viet Tien, Ganchimeg Togoobaatar, Eliette Valladares, Maria Julia 

Vaz Grave, Wang Yan, Jean-José Wolomby-Molondo, Buyanjargal Yadamsuren, Khalid Yunis və Nelly 

Zavaleta. 



 

 



QISA İCMAL 

Hamiləlik dövründə ciddi kəskin ağırlaşmaları 

olan qadınlarda oxşar patoloji və gözlənilməyən 

təsadüfi faktorlar qeydə alınır. Bu qadınların 

bəziləri arasında ölüm halları baş versə də, 

həmin qadınların bir qismi ölümdən qurtulmuş 

olur. Baş verən ağır mamalıq fəsadlarının 

(hamiləliyin ölümlə nəticələnməyən ciddi 

ağırlaşmaları və ana ölümü) tədqiqi vasitəsi ilə 

hamilə qadınlara göstərilən qayğı (və ya onun 

çatışmazlığı) barəsində müvafiq məlumatlar 

əldə etmək mümkündür. Bu məlumat kitabçası 

səhiyyə işçiləri, proqram menecerləri və tibb 

müəssisələrində və ya səhiyyə sistemi 

çərçivəsində hamilələrə göstərilən tibbi 

xidmətin keyfiyyətinin təmin edilməsi sahəsində 

qərar qəbul edən şəxslər üçün nəzərdə 

tutulubdur. Burada hamilələrə göstərilən tibbi 

xidmət zamanı əsas müdaxilələrin həyata 

keçirilməsinə nəzarətin təşkilini özündə ehtiva 

edən ÜST-nin “Ölümlə nəticələnməyən 

hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının 

tədqiqi metodikası” təsvir olunur və tibbi 

xidmətin keyfiyyətinin sistemli 

qiymətləndirilməsi üzrə müvafiq təkliflər 

verilir.  

ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi 

metodikası” 3 standart mərhələ üzrə həyata 

keçirilir: (1) ilkin qiymətləndirmə (ya təkrar 

qiymətləndirmə); (2) vəziyyətin təhlili və (3) 

səhiyyənin təkmilləşdirilməsi ilə əlaqədar 

tədbirlər. İlkin qiymətləndirmə səhiyyə 

müəssisələrində və ya hər hansı şəhər və ya 

rayonun səhiyyə qurumu çərçivəsində və 

həmçinin ölkənin bütöv səhiyyə sistemində 

tətbiq oluna bilər. 

Bu yanaşmanın uğurlu tətbiqi tədqiqatın 

aparılması üçün hamiləliyin ölümlə 

nəticələnməyən ciddi ağırlaşmalarına daxil 

edilən halların müəyyənləşdirməsidir. Bütün 

müvafiq qadınların tədqiqatdan kənarda 

qalmaması üçün hamiləliyin ölümlə 

nəticələnməyən ciddi ağırlaşmalarının tədqiqi 

metodikasını tətbiq edən komanda tərəfindən 

bütün iştirak edən tibb müəssisələrinin növləri 

və xüsusiyyətlərini əks etdirən plan 

hazırlanmalıdır. Tədqiqat üçün lazım olan bütün 

məlumatlar seçilmiş xəstələrin xəstəlik 

tarixlərindən və ambulator kartlardan əldə edilir. 

Hər qadınla bağlı aşağıdakı məlumatlar toplanır; 

hamiləliklə bağlı ciddi ağırlaşmalar və baş 

vermiş ağır mamalıq fəsadları, müxtəlif klinik 

müdaxilələrin (invaziv və qeyri-invaziv, habelə 

farmakoloji) aparılması və intensiv terapiya və 

ya reanimasiya şöbəsinə qəbul edilmə.  

“Ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmaları və mamalıq fəsadlarının 

tədqiqi”nə dair yanaşmanın praktikada 

tətbiqinin nəticələri tibb müəssisəsində mamalıq 

xidmətlərinin keyfiyyətini müəyyən etməyə 

imkan verir. Yanaşmanın tətbiqi ilə aşağıdakı 

nəticələr əldə edilir: ana ölümü, hamiləlik və 

doğuşdan sonrakı 42 gün ərzində qadınlar 

arasında xəstələnmə halları və onların 

xüsusiyyətləri, xəstələrin yönəldilməsi (qadın 

məsləhətxanaları, təcili tibbi yardım 

müəssisələri, poliklinikalar və s.) sisteminin 

fəaliyyətində güclü və zəif tərəflər, klinik və ya 

digər müdaxilələrin aparılması. 

Şəhər və ya rayon səviyyəsində mamalıq 

xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi 

üçün doğuş keçirən və ya hamiləliklə bağlı 

ağırlaşmaların müalicəsini həyata keçirən bütün 

müəssisələr qiymətləndirilməyə daxil olmalıdır. 

İkinci və üçüncü səviyyəli səhiyyə xidmətləri 

göstərən tibb müəssisələri qiymətləndirmə 

prosesinə daxil edildikdə, onların 

qiymətləndirilməsi ilkin səhiyyə xidməti 

göstərən tibb müəssisələrində olduğu kimi 

aparılır. 

Mamalıq xidmətlərinin davamlı 

təkmilləşdirilməsi məqsədi ilə məsləhət görülür 

ki, ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmalarının tədqiqi ilə bağlı metodika 


Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası" 

yuxarıda təsvir olunmuş üç mərhələ üzrə yerinə 



yetirilsin. Tibbi xidmətin keyfiyyətinin 

qiymətləndirilməsində bu cür standartlaşdırılmış 

yanaşmanın tətbiqi müxtəlif müəssisələrdən 

toplanan məlumatların gələcəkdə müqayisəli 

təhlilinə imkan verir. Həmçinin həmin 

məlumatların ölkələr arasında müqayisəli 

təhlillərinin aparılması üçün istifadəsi də 

mümkündür. 

ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi 

metodikası” əsasında aparılmış təhlillərin 

ümumiləşdirilmiş nəticələri geniş ictimaiyyət 

üçün açıq olmalıdır. Bu cür məlumatlar hamilə 

qadınlara göstərilən tibbi qayğının 

yaxşılaşdırılması məqsədilə geniş ictimai 

vəkillik fəaliyyətinin aparılmasında vətəndaş 

cəmiyyəti və peşəkar cəmiyyətlərin səfərbər 

olunması üçün xüsusilə faydalıdır. Həmçinin 

keyfiyyətli məlumatların paylaşılması mamalıq 

və perinatal xidmətlərin yaxşılaşdırılması üçün 

xarici donorların cəlb edilməsində yardım edə 

bilər. Bundan əlavə ÜST və digər təşkilatlar 

həmin məlumatları sistemli təhlillərdə istifadə 

edərək dünyada mamalıq xidmətlərinə olan 

ehtiyacları daha düzgün qiymətləndirə bilər.  

1. GİRİŞ

Minilliyin İnkişaf Məqsədlərindən biri olan ana 

ölümünün azaldılması prosesi əzəldən ana 

ölümü yüksək olan əksər ölkələrdə çox ləng 

gedir və bu qlobal problemin təcili şəkildə 

həllinə ehtiyac vardır (1). Bu səbəbdən ÜST və 

digər təşkilatlar doğuş zamanı yaranan 

ağırlaşmaların effektiv müayinə və müalicəsi 

məqsədilə bütün doğuşların təcrübəli tibb 

mütəxəssisi tərəfindən aparılmasını tövsiyə edib 

(2). Bunun nəticəsində daha çox ölkə doğuşun 

tibbi müəssisələrində keçirilməsini təşviq edən 

milli siyasətlərini formalaşdırmışdır. Lakin 

aşağı və orta gəlirli ölkələrdə maliyyə 

resurslarının azlığı və peşəkar tibbi 

mütəxəssislərin çatışmazlığı səbəbindən bu cür 

siyasətlərin tətbiqi tibb müəssisələrinin həddən 

artıq yüklənməsinə gətirib çıxara bilər və 

göstərilən xidmətlərin keyfiyyətinə ciddi təsir 

edə bilər. Həmçinin bir çox aşağı və orta gəlirli 

ölkələrin bütün doğuşların tibb müəssisələrində 

aparılmasına qısa və orta müddət ərzində nail 

ola biləcəyi real görünmür və maliyyə resursları 

baxımından əlçatmazdır. Daha səmərəli və 

maliyyə tutumu daha az olan yanaşmalardan biri 

hamilə qadınlara göstərilməsi tələb olunan tibbi 

xidmətin gecikdirilməməsi ilə bağlı tədbirlərin 

görülməsi ola bilər (3). 

Hamiləlik zamanı ciddi ağırlaşmalarla 

qarşılaşmış qadınlar arasında oxşar patoloji və 

subyektiv faktorlar mövcuddur. Bu halların bir 

qismi hamilə qadınların ölümü ilə nəticələnsə 

də, digər bir qismi ölümdən qurtulmuş olur. 

Ağır mamalıq fəsadları ilə nəticələnmiş klinik 

halların, o cümlədən ölümlə nəticələnməyən 

hamiləlik ağırlaşmaları və ana ölümlərinin 

tədqiqi hamilə qadınlara göstərilən tibbi 

xidmətin mövcud durumunu və ya 

çatışmazlıqlarını qiymətləndirməyə imkan verir 

(4-6). Ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmalarının standart tərifinin və diaqnostik 

meyarlarının müəyyən edilməsi məqsədi ilə 

2007-ci ildə ÜST tərəfindən ginekoloqlar, 

mamalar, epidemioloqlar və ictimai səhiyyə 

mütəxəssislərindən ibarət texniki işçi qrupu 

yaradılmışdır. Məlumatların toplanılmasında 

potensial çətinlikləri və toplanmış məlumatla 

onun keyfiyyəti arasında balansın təmin 

olunmasını nəzərə alaraq, həmin işçi qrup yalnız 

ən ağır mamalıq hallarını, əsasən də orqanların 

çatışmazlığı ilə müşahidə olunan halları 

nəzərdən keçirmişdir. İşçi qrup tərəfindən 

ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmalarının tərifi və diaqnostik meyarları 

sonradan müxtəlif səviyyələrdə sınaqdan 

keçirilmişdir. Həmin sınaqlarda bu meyarların 



Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"

 



etibarlılığı və çox faydalı məlumat əldə etməyə 

imkan verdiyi təsdiq edilmişdir. 

ÜST-nin texniki işçi qrupu, həmçinin səhiyyə 

sistemi və ya fərdi tibbi müəssisəsi çərçivəsində 

tibbi xidmətlərin keyfiyyətini qiymətləndirməyə 

imkan verən göstəriciləri (indikatorları) də 

müəyyən etmişdir. Həmin göstəricilər 

(indikatorlar) müəssisənin daxili fəaliyyətini 

qiymətləndirməyə yardım edir. Onların köməyi 

ilə bütöv səhiyyə sisteminin qadınların müvafiq 

xidmətlərlə təmin edilməsi məqsədilə mövcud 

ləngimələri aradan qaldırmaq və ya digər tibb 

müəssisələrinə yönəltməklə bağlı fəaliyyətini 

dəyərləndirmək mümkündür. Ölümlə 

nəticələnməyən hamiləlik ağırlaşmalarının 

tədqiqi ilə tibbi xidmətlərin keyfiyyətinin 

qiymətləndirilməsinin hərtərəfli aparıldığına 

əmin olmaq üçün xüsusi proses indikatorları 

(prosesin aparıldığını müəyyən edən 

göstəricilər) da tərtib edilib. Həmin proses 

indikatorları klinik audit və ya xəstəlik 

tarixlərinin araşdırılması metodikasına 

əsaslanaraq təklif edilmişdir (9). Bu proses 

indikatorları hamiləlik və ya doğuşla bağlı baş 

verən ciddi ağırlaşmaların profilaktikası və 

müalicəsi prosesində yüksək effektivliyə malik 

müdaxilələrin cari və optimal istifadəsi 

arasındakı boşluqları qiymətləndirməyə imkan 

verir. 

1.1. Metodik təlimatın məqsədi və 

hədəf qrupu 

Bu metodik təlimat hamilə qadınların sağlamlığı 

və mamalıq xidmətlərinin keyfiyyətinə 

cavabdeh olan səhiyyə işçiləri, proqram 

rəhbərləri və səhiyyə siyasətinin 

formalaşdırılmasına məsuliyyət daşıyan 

mütəxəssislər üçün nəzərdə tutulub. Burada 

hamilə qadınların sağlamlığı, habelə mamalıqda 

istifadə edilən mühüm müdaxilələrin tətbiqinin 

monitorinqi və xidmətlərin keyfiyyətinin 

sistemli qiymətləndirilməsi təsvir olunur. 

Bütövlükdə bu təlimatda təqdim edilmiş 

metodlar və prosedurlar ÜST-nin “Ölümlə 

nəticələnməyən hamiləlik ağırlaşmaları və 

mamalıq fəsadlarının tədqiqi metodikası”nı 

təşkil edir. Bu yanaşmanın milli səhiyyə 

sistemləri daxilində göstərilən tibbi xidmətlərin 

qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün 

istifadəsi tövsiyə edilir (8). Bu yanaşmanın 

səhiyyə xidmətləri səviyyəsində tətbiqi 

aşağıdakılara nail olmağa imkan verir: 

ağır mamalıq fəsadları, ölümlə



nəticələnməyən hamiləlik ağırlaşmaları və

ana ölümü hallarının rast gəlinmə tezliyini

müəyyənləşdirmək;

ağır mamalıq fəsadları ilə müşahidə olunan



halların azaldılmasında tibb müəssisələri və

ya bütövlükdə səhiyyə sisteminin

(yanaşmanın tətbiq edildiyi səviyyədən asılı

olaraq) fəaliyyətini qiymətləndirmək;

hamiləlik və doğuşla əlaqədar baş verən



ağır fəsadların qarşısının alınması və

müalicəsi məqsədi ilə əsas müdaxilələrin

tətbiqinin tezliyini müəyyənləşdirmək və

hamilələrin sağlamlığı və mamalıq



xidmətlərinin keyfiyyətinə dair geniş

maarifləndirmə aparmaq və onların

təkmilləşdirilməsinə təkan vermək.

1.2. Əsas mülahizələr və prinsiplər 

Bu metodik təlimat meyarlara əsaslanan klinik 

audit və ya xəstəlik tarixlərinin təhlili 

konsepsiyasına əsaslanır. Onun hazırlanmasında 

aşağıdakı prinsiplərə riayət olunub: istifadədə 

asan olması, tətbiqə yol açan nəticələr və 

maliyyə tutumluluğunun az olması. 

Metodikanın əsaslandığı mühüm fərziyə ondan 

ibarətdir ki, bütün ana ölümü halları həyat üçün 

təhlükə törədən ən azı bir pozuntu (orqanların 

çatışmazlığı) ilə müşayiət olunur. Həmçinin 

güman edilir ki, həyat üçün təhlükə törədən 

pozuntusu olan qadınların bir qismi hamiləliklə 

bağlı ciddi ağırlaşması olan (məs., ağır 

postpartum və ya zahılıq dövrünün qanaxması, 

ağır pre-eklampsiya, eklampsiya, sepsis və ya 



Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"

 



uşaqlığın cırılması) və ya intensiv terapiya və ya 

digər müdaxilələr almış (məs., qan 

transfuziyası, laparotomiya, intensiv terapiya 

şöbəsinə qəbul edilmə) qadınlardır.  

“Ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi 

metodikası” səhiyyə sistemi çərçivəsində 

hamilələrə göstərilən tibbi xidmətlərin 

keyfiyyətinin qiymətləndirilməsi üçün faydalı 

olsa da, onun məhz ayrı-ayrı tibb 

müəssisələrində tətbiqi daha məqsədəuyğundur.  

İdeal şəraitdə bu metodika səhiyyə sisteminin 

gücləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin 

monitorinqi, mühüm klinik müdaxilələrin tətbiq 

edilməsinin qiymətləndirilməsi və səhiyyə 

sisteminin bütün səviyyələrinin 

təkmilləşdirilməsi üçün istifadə edilir. 

Hamilə qadınlara göstərilən tibbi xidmətlərin, o 

cümlədən mamalıq xidmətlərinin keyfiyyətinin 

qiymətləndirilməsi üçün bu metodika yalnız ən 

əsas indikatorlar üzərində qurulub. ÜST-nin 

texniki işçi qrupunun fikrincə ənənəvi olaraq 

sosial, demoqrafik və epidemioloji 

qiymətləndirmələr üçün hamilə qadınlara dair 

toplanan məlumatlar (məs., ananın yaşı, 

doğuşların sayı) tibbi xidmətlərin keyfiyyətinin 

qiymətləndirilməsi üçün heç də yararlı olmaya 

bilər. Həmçinin işçi qrupunun fikrincə tibbi 

xidmətlərin qiymətləndirilməsi üçün istifadə 

edilən göstəricilərin çox olması məlumatların 

toplanmasında çətinliklər yarada və 

məlumatların keyfiyyətinə təsir göstərə bilər. 

Lakin geniş və əhatəli qiymətləndirmə prosesi 

üçün istifadə edilən göstəricilər (indikatorlar) 

yerli ehtiyaclara və vəziyyətə uyğunlaşdırıla 

bilər. Qeyd olunduğu kimi bu metodika fərdi 

tibbi müəssisəsində tətbiq üçün nəzərdə tutulub. 

Buna baxmayaraq əgər doğuşların böyük bir 

hissəsi (>20%-dən çoxu) icmada, yəni tibb 

müəssisələrindən kənarda baş verirsə, bu zaman 

tibbi xidmətlərin keyfiyyətinin 

qiymətləndirilməsi üçün məlumatlar həm fərdi 

tibbi müəssisələrindən, həm də bir başa yerli 

icma üzvlərindən toplanmalıdır.  

“Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları 

və mamalıq fəsadlarının tədqiqi metodikası”nın 

əsas məqsədi qarşısı alına bilər hamiləlik 

ağırlaşmaları, mamalıqla bağlı ağır fəsadlar və 

ölüm hallarının profilaktikasına yönəlmiş sübuta 

əsaslanan klinik fəaliyyətin yaxşılaşdırılmasıdır. 

Buna görə də həmin metodika sübutlu təbabətə 

əsaslanan klinik tövsiyələr və təlimatlara (ÜST-

nin tövsiyələri) əsaslanmalıdır. 




  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə