MÖVZU 1 Reologiyasının əsas anlayışları və məqsədləri. Plan: 1.Struktur-mexaniki xassələr nəyi öyrənir. 2.Müxtəlif proseslərin(fiziki-kimyəvi, bioloji,mexaniki və s. texnoloji və idarəetmə proseslərinə təsiri. 3.Reoloji xassələrin öyrənilməsinin müxtəlif sahələrdə tətbiqi. 4.Qida məhsulların müxtəlif amillərdən asıllıgı. 5.Reologiyanın öyrəndiyi məsələlər. 6.Deformasiya haqqında anlayış. 7.Materialların müxtəlif reoloji xassələri.
Məhsulun bioloji və kimyəvi tərkibi (resepti) və struktur quruluşundan (məhsulun) asılı olan fiziki xassələrin bir qrupu onun keyfiyyətinin bəzi mühüm tərəfləri haqqında tam təsəvvür yarada bilər. Bu xassələrdə olan ən kiçik dəyişikliklər kəmiyyətlərin qiymətində əhəmiyyətli dəyişikliklərə səbəb olur ki, onları cihazlar qeyd edir. Bu zaman xammalın xassələri hazır məhsulların əsas göstəricilərini qabaqcadan müəyyən edir. Belə göstəricilərin bir qrupuna struktur-mexaniki (reoloji) xassələri aid etmək olar.
Müxtəlif ərzaq materiallarının emalı zamanı, fiziki-kimyəvi, bioloji və mexaniki proseslərlə müşayiət olunur ki, onların öyrənilməsi istehsalın texnoloji proseslərinə səmərəli və obyektiv reoloji nəzarəti və idarəetməni təşkil etməyə imkan verir.
Reoloji xassələrdən yeni dizaynlı maşınların yaradılması və mövcud olan maşınların yenidən layihələndirilməsi, eləcə də avadanlıqlar üçün daha səmərəli iş rejiminin və istehsalın optimal texnoloji sxemlərinin seçilməsi üçün aparılan proseslərin hesablanmasında istifadə edilə bilər, həmçinin, maşınların, aqreqatların, istehsal sahələrinin idarə edilməsində, məhsulun keyfiyyətinə avtomatlaşdırılmış nəzarət zamanı nəzarət parametrləri kimi istifadə edilir.
Reologiya əlavələrin daxil edilməsi, rejimlərin və mexaniki- texnoloji üsulların dəyişdirilməsi yolu ilə ərzaqların strukturu və keyfiyyətini idarə etməyə imkan verir.
Reologiya ‒ müxtəlif cisimlərin deformasiyasını və axmasını öyrənən elmdir. «Reologiya» sözü yunanca «» sözündən götürülmüşdür, mənası «axma» deməkdir.
Elastiki deformasiya zamanı mexaniki enerjinin bir hissəsi istiliyə çevrilir. Bundan başqa, deformasiyaların digər bölgüsü də mövcuddur. Məsələn, yükün növünə görə yerdəyişmə a), biroxlu (xətti) düz b), eləcə də ikioxlu (yastı, və həcmi ola bilər.
;
τ
а
Δ
γ
Δl/2
Δl/2
l
F
F
Bu halda deformasiyalar aşağıdakı tənliklə hesablanır:
Materialların yüklənmə sxemi:
GƏRİLMƏ
YERDƏYİŞMƏ
Əgər müəyyən edilməmiş prosesdə deformasiya t zamanında dəyişirsə, bu halda gərginlik dərəcəsi (sürət qradienti) nəzərə alınır; müəyyən edilmiş prosesdə deformasiyanın dəyişməsi vahid zamanda daimidir. Bu gərilmə-sıxılma [s–1] və yerdəyişmə zamanı, «deformasiya sürəti» – [s–1] kəmiyyəti ilə xarakterizə edilir:
Əgər yerdəyişmə zamanı deformasiya sonlu qüvvələrin təsiri altında fasiləsiz və daima artırsa, material axmağa başlayır. Sabit axın rejimi mənaca deformasiya dərəcəsinə oxşar olan sürət qradienti ilə xarakterizə olunur
Materialların əsas reoloji xassələrinə Özlülük, Elastiklik, Plastiklik, Bərklik və Sərtlik aiddir.
Özlülük – axmaya qarşı müqavimət ölçüsüdür. O, həm maye, həm də plastik cisimlər üçün axıcılıq həddindən sonra əsas xassə hesab olunur. Qeyri-Nyuton mayeləri üçün özlülük yerdəyişmə sürətinin funksiyasıdır, onu «görünən», ya da effektiv özlülük adlandırırlar ef [Pa·с]. Qeyri-Nyuton mayeləri üçün effektiv özlülük iki komponentdən ibarətdir: 1) nyuton özlülük η, daxili sürtünməyə əsaslanır və materialın fiziki sabitliyini ifadə edir; 2) struktur müqavimət dispers sistemlərin struktur vəziyyətindən asılıdır və yerdəyişmə sürətinin funksiyasıdır .
Elastiklik – cismin deformasiyadan sonra öz əvvəlki vəziyyətini tamamilə bərpa etməsi qabiliyyətidir, burada deformasiya işi bərpa işinə bərabərdir. Cisimlərin elastikiliyi dartılma-sıxılma zamanı birinci növ elastiklik modulu (Yunq modulu) Е [Pa] ilə, yerdəyişmə zamanı ikinci növ elastiklik modulu (yerdəyişmə modulu) G [Pa] ilə xarakterizə olunur.