Realogiyanin əsaslari. Dos. Zeynalova f



Yüklə 1,01 Mb.
səhifə2/19
tarix06.10.2019
ölçüsü1,01 Mb.
#29294
1   2   3   4   5   6   7   8   9   ...   19
Prezentatsiya-Microsoft-Office-PowerPoint

Plastiklik – xarici qüvvələrin təsiri altında cismin tamlığı pozulmadan, bərpa edilmədən deformasiya etməsi qabiliyyətidir. Bu mənada reologiyada deformasiyalar zamanı gərilmənin son həddi adlanan və θ0 ifadə olunan anlayış mövcuddur. Bu gərginliyin artması zamanı cisimdə plastik deformasiyalar meydana çıxır.

Möhkəmlik – cismin axmasına və ya onun tamamilə dağılmasına gətirib çıxaran xarici qüvvələrin təsirinə qarşı onun müqavimət göstərməsidir. Elastiki cisimlərdə deformasiya sürəti möhkəmlik həddinə təsir göstərmir, odur ki, statik və dinamik möhkəmlik arasında heç bir fərq yoxdur. Qeyri-elastik cisimlər (bütün bərk qida məhsulları bura aiddir) həm elastiki, həm də plastiki xassələrə aid olduğundan möhkəmlik deformasiyanın sürətindən bilavasitə asılıdır.

Sərtlik – elastiki olmayan cisimlərin qalıcı deformasiyalar zamanı digər cisimlərin nüfuz etməsinə qarşı müqavimətini göstərən kompleks xassəsidir. Sərtlik ölçü ilə bir-qiymətli fiziki kəmiyyət kimi ifadə edilə bilməz. O, təyin üsulundan asılı olaraq nisbi kəmiyyətlə ifadə olunan qismən, texniki parametrdir.

Materialların digər fiziki-mexaniki xassələrinə Yumşaqlıq, Kövrəklik, Adgeziya və Yapışqanlılıq aiddir.

Yerdəyişmə – reologiyada deformasiyanın ən vacib növü hesab olunur. Sadə yerdəyişməyə elementin üzlərinə toxunan gərginliyin təsiri ilə yaranan tərpənməz səthə paralelel olan səthi deformasiya kimi baxılır. Sadə yerdəyişmə laminar axın kimidir, bu zaman cisim sonsuz sayda nazik təbəqələrdən ibarətdir. Bu təbəqələr deformasiya etməyərək biri digərinin üzərində sürüşür

Yumşaqlıq – sərtliyin əksi olan xassədir. Kövrəklik – bərk cisimlərin zəif deformasiyalarda belə dağılmasına gətirib çıxaran xassəsidir. Elastiki cisimlər istənilən deformasiyalarda ən kövrək dağılmalara gətirib çıxarır. Qeyri-elastiki cisimlərdə kövrək dağılmalar yalnız güclü deformasiyalarda və ya aşağı temperaturlarda, özlülük xassələri öz təsirini itirən zaman baş verir.

Adgeziya – iki müxtəlif cismin fazaların bölünmə sərhəddində qarşılıqlı təsirinə əsaslanır və cisimlərin bir-birinə yapışmasına səbəb olur. Cisimlərin ayrılması üçün yapışma qüvvələrinə üstün gəlmək lazımdır. Yapışqanlılıq – özlü və ya plastik materialların sərhəd qatının bir-birinə yapışan səthlərin ayrılmasına müqavimət göstərməsi xassəsidir.

Fiziki-kimyəvi mexanika müəyyən xüsusiyyətlərə malik dispers sistemlərin strukturunun formalaşması üsulları və qanunauyğunluqları haqqında elm kimi aşağıdakı vəzifələri vardır: 1) fiziki-kimyəvi, biokimyəvi, mexaniki və digər amillərin məcmusundan asılı olaraq dispers və həqiqi sistemlərdə strukturunun formalaşması və dağılmasının müəyyən edilməsi; 2) müəyyən reoloji (ən geniş mənada) xassələrə malik strukturların alınması yollarının araşdırılması, əsaslandırılması və səmərəliləşdirilməsi 3) maşın və aparatların hesablanması üçün müəyyən edilmiş qanunauyğunluqların tətbiqi üsullarının və struktur-mexaniki xassələrin qiymətinə görə keyfiyyətinin əsas göstəricilərinə operativ nəzarətin işlənib-hazırlanması.

İdarəedici reologiya emal edilən xammala müxtəlif növ təsirlərin elə uygunluğunu öyrənir və əsaslandırır ki, bu zaman reoloji xassələrin müəyyən səviyyəsi bütün texnoloji prosesin gedişində və müəyyən istehlak xüsusiyyətlərinə malik hazır məhsulun alınması zamanı təmin edilir.

Tədqiqatların mühəndis reologiyası və fiziki-kimyəvi mexanikanın metodları ilə həyata keçirilməsi məmulat çıxımını stabilləşdirməyə, daimi, əvvəlcədən müəyyən edilmiş keyfiyyətə malik məhsullar istehsal etməyə, məhsulun keyfiyyəti anlayışını elmi cəhətdən əsaslandırmağa, texnoloji prosesləri hesablamağa, təkmilləşdirməyə və intensivləşdirməyə, bu və ya digər ərzaq məhsullarını «yaratmağa» və s. imkan verir

MÖVZU 2 Reoloji cisimlərin təsnifatı  Plan:  1.Qida reologiyasının tədqiqat obyektləri. 2.Dispers sistemlər. 3.Dispers sistemlərin tipləri. 4.Makro və mikroreologiyanın fərqi. 5.Reoloji xassələrə gorə ərzaq məhsulların təsnifatı. 6.Fiziki göstəricilərə görə cisimlərin təsnifatı 6.Rebinder və Mixaylovun təklif etdiyi cisimlər barəsində. 7. Strukdurlaşmış mayelərin xüsusiyyıtləri.  

Qida reologiyasında tədqiqat obyekti - qida materiallarıdır. Qida materialların ilkin keyfiyyət təhlilini və qruplaşdırılmasını aparaq. Əgər qaz, maye və bərk cisimləri əsas bəsit (aqreqat halına görə) materiallar kimi qəbul etsək, onda qida materiallarının böyük əksəriyyəti dispers sistemlərdən ibarətdir. Məhz xüsusilə sonuncular deformasiyanın və axmanın klassik qanunlarından əhəmiyyətli kənarlaşmalar ilə xarakterizə edilir.

Dispers sistemlər 2 və ya daha artıq komponentdən (və ya faza) ibarətdir. Adətən, bu komponentlərdən birinə dispers mühit, digərinə dispers faza deyilir. Belə bölgü şərti və bir çox hallarda az və ya çox aşkar hesab olunur.

Dispers mühitlər şərti olaraq 8 tipə bölünür: 1) bərk və qaz fazasından ibarət ikifazalı sistem; 2) bərk və maye fazadan ibarət ikifazalı sistem; 3) maye və qaz fazasından ibarət ikifazalı sistem; 4) iki bərk fazadan ibarət ikifazalı sistem; 5) iki maye fazadan ibarət ikifazalı sistem; 6) iki qaz fazasından ibarət ikifazalı sistem; 7) bərk, maye və qaz fazadan ibarət üçfazalı sistem; 8) çoxfazalı sistemlər.

Xammal və yarımfabrikatlar da daxil olmaqla, qida məhsulları tərkibindən, dispers quruluşundan və strukturundan asılı olaraq, müxtəlif reoloji xassələrə malikdir. Fəza quruluşunda olan yüksək konsentrasiyayalı dispers sistemlər daha mürəkkəb reoloji xassələrə malikdir.

Dispers mühitlərin təsnifatını daha geniş planda, yeyinti sənayesində tez-tez rastlaşdığımız mühit təsnifatının bir hissəsi olaraq gözdən keçirsək, ona maqnit və elektrik sahələri, elektromaqnit şüalanması seli, radioaktiv şüalanma, ultrasəs və s. haqqında təsəvvürləri daxil etmək lazımdır.

Makroreologiya bütün materialları onlara adi gözlə üst tərəfdən baxıldıqda göründüyü kimi, yəni bircinsli və xətti struktura malik şəkildə öyrənir. Yalnız təmiz maye və mükəmməl kristallar müstəsna halda homogen olur. Mikroreologiya iki və çoxfazalı sistemlərin reoloji davranışını onun komponentlərinin reoloji xassələrindən asılı olaraq öyrənir.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin